Məhkəmə qərarları › İş №2-1(107)-322/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-322/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-322/2022 08.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı2, onun vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2, Manayeva (Şoranova) Səbinə Əli qızı və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X17 və onun ailə üzvlərinin adına işlənmiş JN-1409 seriyalı 40105018 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 1409/017 ha nömrəli planşetinin iddiaçılara məxsus RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” da göstərilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,019 ha hissəsində ləğv edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2-1(116)-1461/2022 nömrəli qərarından, iddiaçılar İddiaçı2, Manayeva (Şoranova) Səbinə Əli qızı və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X17 və onun ailə üzvlərinin adına işlənmiş JN-1409 seriyalı 40105018 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 1409/017 ha nömrəli planşetlə iddiaçı və ailə üzvlərinə məxsus RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışla özəlləşdirilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,03 ha hissəsində qismən ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Balakən rayonu AİK-nın qərarı ilə iddiaçıya və ailə üzvlərinə 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin həyətyanı torpaq sahəsində ev inşa edilmişdir. Evə və həyətyanı torpaq sahəsinə DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* nömrəli çıxarış və fərdi yaşayış evinə isə reyestr nömrəsi **********0-103a olan texniki pasport verilmişdir. X17 isə iddia edir ki, həmin 0,12 ha torpaq sahəsinin 0,03 ha hissəsi onun və onun ailə üzvlərinin adına tərtib edilmiş dövlət aktının 1409/017 ha nömrəli planşetdə qeyd olunan torpaq sahəsi ilə üstüstə düşür. Orada olan çörək kürəsi, su hovuzu, toyuq hini və digər tikililərin dağıdılmasını tələb edir. İddiaçı2 cavabdehə ərizə ilə müraciət edərək, X17 və onun ailə üzvlərinin adına işlənmiş JN1409 seriyalı 40105018 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 1409/017 ha nömrəli planşetlə iddiaçı və ailə üzvlərinə məxsus RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışla özəlləşdirilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,03 ha hissəsində qismən ləğv edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli **********46 nömrəli imtina məktubunda qeyd etmişdir ki, müraciətin təmin olunması Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Cavabdeh xx.xx.2019-cu il tarixli **********40 nömrəli etiraz məktubuna qeyd etmişdir ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə iş üzrə üçüncü şəxs X13 və onun ailə üzvlərinə 1,85 ha k/t torpaq sahəsi ümumi birgə mülkiyyətinə verilmiş və həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN-1409 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı” ilə rəsmiləşdirilmişdir. Cavabdeh etiraz məktubunda qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-626/2019 nömrəli qərardadı ilə (hakim İ.Cabbarov) iddiaçılar İddiaçı2, X18 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər: X19, X8) qarşı “X19 və ailə üzvlərinin adına işlənmiş JN-1409 seriyalı 40105018 kodlu “Torpağa mülkiyyət hüququna dair dövlət aktının 1409/017 ha nömrəli planşetlə iddiaçının və ailə üzvlərinə məxsus RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışla özəlləşdirilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşən 0,03 ha hissəsində qismən ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(107)-630/2019 nömrəli qərardadı ilə təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)626/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardaddan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-315/2020 nömrəli qərarı ilə təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(107)-630/2019 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “...Bununla belə mübahisə predmeti olan torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, üçüncü şəxslərə 1,85 ha torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 yanvar tarixli 01 saylı qərarı əsasında verilmişdir. Dövlət aktının verilməsinə əsas olan AİK-in qərarı hazırkı işdə mübahisə predmeti olmamışdır. Dövlət aktının verilməsinə əsas olan inzibati akt qüvvədə olduğundan Dövlət aktının qismən ləğvinə dair iddia mübahisənin predmeti ola bilməz. O da vurğulanmalıdır ki, Dövlət aktında istinad edilən AİK-in qərarı məhkəmə tərəfindən əldə edilməmiş, həmin qərarda iddiaçı və üçüncü şəxslərlə bağlı torpaq sahəsi ayrılmasının müzakirə edilməsi araşdırılmamışdır. Mübahisə olunan qərar işdə olmadığlndan həmin qərarla üçüncü şəxsə torpaq sahəsi ayrılması, iddiaçının hüququnun pozulması müəyyən deyildir...”. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 21(107)-151/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-626/2019 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-138/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, X11 və ailə üzvlərinin adına olan JN-1409 kod ******* nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın 1409/017 ha nömrəli planşetinin iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 adına olan RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü 0,019 ha hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Daha sonra Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-138/2021 nömrəli qərardadı ilə X23, X9 və X14 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, həmin iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Şəki İnzibati Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli 2-1(116)-14/2022 nömrəli qərardadı ilə iddiaçıların iddianı dəyişdirməsi qəbul edilmiş, iddia tələbi “X17 və onun ailə üzvlərinin adına işlənmiş JN-1409 seriyalı 40105018 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 1409/017 ha nömrəli planşetinin iddiaçılara məxsus RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,019 ha hissəsində ləğv edilməsi” kimi icraata qəbul olunmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X17 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlb edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-138/2021 nömrəli qərardadı dəyişdirilmiş, X15, X2 və X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi adi cəlbetmədən zəruri cəlbetməyə dəyişdirilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-14/2022 nömrəli qərardadı ilə (hakim V.Qasımov) iddia mümkün sayılmamışdır. Qərardaddan verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(107)-150/2022 nömrəli qərardadı ilə təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-14/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmış və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...hazırkı işdə əsas və həlledici sənəd Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarıdır ki, bu qərar da hazırda qüvvədədir, yəni hər hansı bir yuxarı səlahiyyətli orqan və ya məhkəmə tərəfindən ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır...

21. Məhkəmə Kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçıların tələbi mümkün sayıldığı üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir...”. Tərəflərə birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar Manayeva (Şoranova) Səbinə Əli qızı, İddiaçı3, cavabdeh orqanın nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçılar Manayeva (Şoranova) Səbinə Əli qızı və İddiaçı3, cavabdeh orqanın nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və onun vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 11 avqust 2022-ci il tarixli, 2-1(116)-1461/2022 nömrəli qərarı ilə iddiaçılar İddiaçı2, Manayeva (Şoranova) Səbinə Əli qızı və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X17 və onun ailə üzvlərinin adına işlənmiş JN-1409 seriyalı 40105018 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 1409/017 ha nömrəli planşetinin iddiaçılara məxsus RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,019 ha hissəsində ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçılar İddiaçı2, Manayeva (Şoranova) Səbinə Əli qızı və İddiaçı3 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2-1(116)-1461/2022 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

İddiaçılar İddiaçı2, Manayeva (Şoranova) Səbinə Əli qızı və İddiaçı3 şikayətində qeyd etmişlər ki, Şəki İnzibati Məhkəməsi qərar qəbul edərkən onun əlində ləğv edilməmiş cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatından çıxarış vardır. Həmin çıxarışa əsasən, Balakən rayon Katex kəndində yerləşən fərdi yaşayış evi hər birinə 1/3 hissə olmaqla iddiaçıların paylı mülkiyyətindədir. Məhkəmə qərar qəbul edərkən, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın prezumsiyasını nəzərə almamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2-1(116)-1461/2022 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etdi.

Tərəflərin izahatları

Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2-1(116)-1461/2022 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar Manayeva (Şoranova) Səbinə Əli qızı və İddiaçı3, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxslər X17, X8, X23 və X9 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onlatrın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Əsaslandırma hissəsi

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2-1(116)-1461/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşlar. İş materiallarında olan: Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş JN-1409 seriyalı 40105018 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Balakən rayonu AİK-nın xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə 1,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X12, X23, Hüşənova Münəvvər, X19 və X10 verilmişdir. “Katex” kolxozunun yerli AİK-in xx.xx.1997-ci il tarixli 23 saylı iclas protokolundan çıxarış və Balakən rayon AİK-in xx.xx.1998-ci il tarixli 01 saylı iclasının protokolundan çıxarış iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Balakən rayonunun Katex kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi hər birinə 1/3 hissə olmaqla iddiaçıların paylı mülkiyyətindədir. Məhkəmə tərəfindən çıxarışın verilməsinə əsas olmuş sənədlər cavabdehdən tələb edilmiş və araşdırma nəticəsində aşağıdakılar müəyyən edilmişdir: X31 filialının xx.xx.2018-ci il tarixli 169 nömrəli arxiv çıxarışında qeyd olunmuşdur ki, Balakən rayonu Katex kənd “Orconikidze” adına kolxozun 4 mart 1967-ci il tarixli 14 nömrəli iclas protokolundan çıxarışda X20 ev tikmək üçün həyətyanı torpaq sahəsi tələbi haqqındakı ərizəsi və atasının təsərrüfatından ayrı olmasını nəzərə alaraq 0,12 hektar həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş Dövlət Torpaq kadastrı kitabında xx.xx.2009cu il tarixdə 5613 nömrə ilə uçota alınmış A seriyalı 206166 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş surətindən görünür ki, Balakən rayon AİK-nın xx.xx.2001-ci il tarixli 06 nömrəli qərarı ilə 401,92 kv.m həyətyanı torpaq sahəsi X6 verilmişdir. Balakən Rayon İcra Hakimiyyəti Katex kənd inzibati ərazi dairəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə təqdim olunmaq üçün Katex kənd sakini İddiaçı2 verilmiş xx.xx.2018-ci il tarixli 577 nömrəli arayışında qeyd edilmişdir ki, A №206166 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan 0,12 ha torpaq sahəsi “Torpaq islahatı haqqında” AR Qanununun müddəaları rəhbər tutularaq Balakən rayon AİK-in qərarına əsasən onun aşağlda qeyd olunan ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir: X27, İddiaçı2, X18, X32. Arayışın təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, təqdim edilən arayışda istinad olunan A №206166 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin ölüçü 401,92 kv.m göstərilməsinə baxmayaraq, arayışda həmin sahə 0,12 ha kimi qeyd olunmuşdur. İş materiallarında olan AR ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmərinin xx.xx.2019-cu il tarixli **********302 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində araşdırmanın nəticəsi olaraq aşağıdakıların müəyyən edildiyi qeyd edilmişdir: X17 və ailə üzvlərinin adına işlənmiş JN-1409 seriyalı 40105018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1409 nömrəli planşetində göstərilən 0,17 ha torpaq sahəsinin sənəd üzrə koordinatları ilə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,12 ha torpaq sahəsinin 0,019 ha hissəsi üst-üstə düşür. Ali Məhkəmənin iş üzrə xx.xx.2020-ci il tarixli qərarının göstərişlərinə əsasən iddiaçı və üçüncü şəxslərlə bağlı torpaq sahəsi ayrılması ilə bağlı işin hallarının araşdırılması məqsədilə Balakən rayon Katex kolxozunun Katex kəndində torpaq sahələrinin subyektlər arasında bölüşdürülməsinin püşkatma ardıcıllığının siyahısı, Balakən rayon Katex kolxozunun ərazisindən torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahısı və Balakən rayon AİK tərəfindən xx.xx.2003-cü il tarixdə təsdiq edilmiş Balakən rayonunun Katex kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl məhkəmə tərəfindən öyrənilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Balakən rayon Katex kolxozunun Katex kəndində torpaq sahələrinin subyektlər arasında bölüşdürülməsinin püşkatma ardıcıllığının siyahısında 192-ci sırada X16 adı göstərilmiş, ailə üzvlərinin sayı 4 nəfər, qaytanlanmış kitabda 010 qeyd edilmişdir. X1 adı 1406-cı sırada göstərilmiş, qaytanlanmış kitabda 015 qeyd edilmişdir. Balakən rayon Katex kolxozunun ərazisindən torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahısında 610-cu sırada H.Hüşənovun adı göstərilərək, təsrrüfatbaşına kitaba əsasən həyətyanı torpaq sahəsi qrfasında ölçüsü 015 kimi qeyd edilmişdir. Həmin siyahıda Ə.Şoranovun adı 812-ci sırada göstərilərək, təsrrüfatbaşına kitaba əsasən həyətyanı torpaq sahəsi qrfasında ölçüsü 010 kimi qeyd olunmuşdur. Balakən rayon AİK tərəfindən xx.xx.2003-cü il tarixdə təsdiq edilmiş Balakən rayonunun Katex kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə isə 943-cü sırada X4 və ailə üzvlərinin adı göstərilmiş, Dövlət aktının nömrəsi 192, xəritədə nömrəsi 943, ailənin tərkibi 4 nəfər, qanuni istifadəsində olan həyətyanı sahə, 0,10 kimi qeyd olunmuşdur. Həmin cədvəldən çıxarışda 1035-ci sırada X23, X17 və X7 (X3 ailə üzvləri) adları qeyd edilmiş, Dövlət aktının nömrəsi 1409, xəritədə nömrəsi 1035, ailə tərkibi 3 nəfər, qanuni istifadəsində olan həyətyanı sahə 0,15 göstərilmişdir. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, hər üç siyahıda iddiaçılara məxsus torpaq sahəsinin ölçüsü 0,10 ha, A №206166 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə isə 401,92 kv.m göstərildiyi halda, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli 2V-286 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və Balakən Rayon İcra Hakimiyyəti Katex kənd inzibati ərazi dairəsinin arayışı əsasənda iddiaçıların adına 0,12 ha torpaq sahəsi qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Dövlət Aktının 1409 nömrəli planşetində göstərilən torpaq sahəsinin sənəd üzrə koordinatları ilə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsinin 0,019 ha hissəsi üst-üstə düşür. Odur ki, məhkəmə hesab edilir ki, iddiaçıların üçüncü şəxslərə münasibərdə daha əvvəl tərtib edilmiş və onlara məxsus hüququ təsdiq etmiş dövlət aktının ləğv edilməsindən ibarət tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1).. Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçılarnın tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı:

İddiaçılar İddiaçı2, Manayeva (Şoranova) Səbinə Əli qızı və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2-1(116)-1461/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar