Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-323/2020 25.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Kamil oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X3rşı "444820 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün təyinat qrafasında texniki səhv olaraq yazılmış "kənd təsərrüfatı məhsulları istehsalı" sözünün "həyətyanı" sözü ilə dəyişdirilməsi və 0,99 ha həyətyanı torpaq sahəsinin mərhum atası X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-56/2020 nömrəli qərarından iş üzrə İddiaçı Kamil oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 53 nömrəli qərarına əsasən, Oğuz rayon Qumlaq kəndində yerləşən 9900 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X2 mülkiyyətinə verilmiş və onun adına bu barədə A- 444820 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilərək dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü ildə 3733 nömrə ilə uçota alınmışdır. Həmin sənəddə torpaq sahəsinin suvarılan əkin olması göstərilmişdir. X4 xx.xx.2014-cü ildə vəfat etmişdir. İddiaçı Kamil oğlu cavabdehə ərizə ilə müraciət edərək, həmin "Torpaq sahəsinin planı və ölçüsü"nün təyinat qrafasında texniki səhv olaraq yazılmış "kənd təsərrüfatı məhsulları istehsalı" sözünün "həyətyanı" sözü ilə dəyişdirilməsi və 0,99 ha həyətyanı torpaq sahəsinin mərhum atası X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********03 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilənlərə əsasən, daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Tələb olunan sənədlərin əslləri və yaxud surətləri hüquq sahibinin vərəsəsi olmağı barədə məktubun təqdim edildiyi zaman ona verilə bilər. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, 9900 kv.m torpaq sahəsinin təyinatı həyətyanı olduğu halda, səhvən "kənd təsərrüfatı məhsulları istehsalı" kimi göstərilmişdir. Odur ki, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək, “Respublikada aparılan məlum torpaq islahatı ilə əlaqədar yaşadığı İsmayıllı rayon Diyallı kəndində faktiki istifadəsində olan həyatyanı torpağa görə pay torpağından 1,8 kofisente vurularaq çıxılmış 0,33 ha həyatyanı torpaq sahəsinin qalan 0,27 ha hissəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2019-cu il tarixli yazılı etirazında bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin təyinatının dəyişdirilməsi İdarənin səlahiyyəti daxilində deyil. Bu səlahiyyət qanunvericiliyin tələblərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məxsusdur. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxx 2020-ci il tarixli, 2- 1(116)-56/2020 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı Kamil oğlu həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birinci instansiya Məhkəməsinin qeyd edilən qərarı maddi - hüquq normalarını düzgün tətbiq etməməklə, prosessual-hüquq normalarının tələblərini pozmaqla həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan, birtərəfli araşdırma aparılmaqia qəbul edildiyindən həmin qərar qanunsuz və əsassızdır və ona görə də ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə Məhkəmənin Qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Şəki İnzibati Məhkəməsi isə qeyd olunan maddələrin tələblərini pozmuş, iş üzrə mübahisəli hüquq münasibətlərini tənzimləyən hüquq normalarına dəqiq riayət etməmiş, tətbiq edilməli olan qanun və normativ aktları tətbiq etməmişdir. Hazırki işin materiallarından da aydın görünür ki, onun şikayəti, iş üzrə verdiyim izahatların və irəli sürdüyüm dəlillərin, o cümlədən şikayətimin müəyyən edilməsi ilə əlaqədar təqdim etdiyim əlavə sübutların əsasını mərhum atamın adına olan torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün mövcud olan maneələrin aradan qaldırılması təşkil edir. Şəki İnzibati Məhkəməsi nəinki mübahisələndirilən torpaq sahələrinin hüquqi statusunu müəyyənləşdirməmiş, əksinə qərarın qəbuı olunması üçün əsas kimi qeyd edilmiş dəlilləri onun torpağın təyinatını dəyişdirmək tələbi kimi qiymətləndirərək dəqiq araşdırma aparmadan, qanun və normativ aktları səhv təfsir edərək hazırda şikayət etdiyi qanunsuz və əsassız qərarı qəbul etmişdir. Məhkəmə qərarı özünün iki mülahizəsi və iş üzrə hüquqi əhəmiyyət kəsb etməyər -uquq normaları ə əsaslandırmağa çalışmışdır.
1. Həmin torpaq sahəsinə onun mərhum atasının adına sənəd verilməsi bu üsulla həyata keçirilə bilməz, yalnız plan ölçü sənədi əsasında (səhv olsa da) mülkiyyət sənədi alınmalıdır.
2. Torpaq sahəsinin təyinatının dəyişdiriİməsi məsələsinə məhkəmə qaydasında baxılmalı deyildir, bu səlahiyyət yalnız Nazirlər Kabinetinə məxsusdur. Birinci mülahizə üzrə qeyd etmək istəyir ki, mərhum atasının adına məxsus torpaq sahəsi ilə həmsərhəd olan qonşu torpaq sahələrinə 2006-cı ildə Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələr hazırlanmışdır. Həmin Şəhadətnamələrdə torpaq sahələrinin təyinatı həyətyanı kimi qeyd edilir. Ona məlum olmayan səbəbdən atasının adına Şəhadətnamə hazırlanmamış 2013-cü ildə Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. İkinci mülahizə barədə qeyd edir ki, yaşayış məntəqəsində yerləşən həmin torpaqların təyinatı 2013-cü !də plan-ölçü sənədi hazırlananda müəyyən edilməyib. Cavabdehə müraciəti zamanı və iddia ərizəsində o, plan-ölçü sənədlərində torpaq sahələrinin təyinatının düzgün yazılmadığını qeyd etsə də hazırda şikayət etdiyi qərarı qəbul edərkən Şəki İnzibati Məhkəməsi guya mənim torpaq sahələrinin təyinatının dəyişdirilməsini tələb etdiyini göstərmişdir. Məhkəmə qeyd edilən torpağın təyinatının guya 2013-cü ildə müəyyən olunması kimi səhv nəticəyə gəlmişdir. Qərarın surətini o, poçt vasitəsilə xx.xx.2020-ci il tarixdə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiyaa məhkəməsinə təqdim edilməsinin qeyri- mümkün olduğunu hesab edərsə, araşdırır. Qeyd edilən Məcəllənin 380.2-ci maddəsinə görə Tərəflər əlavə şahidlərin çağırılması və dindirilməsi, birinci instansiya məhkəməsinin araşdırmadan imtina etdiyi digər sübutların tələb edilməsi haqqında vəsatətlər verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsində göstərilir: -Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-l(116)-56/2020 nömrəli qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Kamil oğlu məhkəmə iclasına gəlməmiş, DƏDRX-in 9 saylı Ərazi İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: onlara JN-067F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə", Oğuz Rayon AİK-in xx.xx.1997-ci il tarixli 53 nömrəli qərarı, A-444820 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü", Şəki Regional "Asan Xidmət" Notariat Ofisinin xx.xx.2019-cu il tarixli 1585 nömrəli məktubu, cavabdehin xx.xx.2019-cu il tarixli yazılı etirazı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********29 nömrəli mütəxəssis rəyi, X2 adına verilmiş A- 444820 nömrəli (Dövlət Kadastr kitabında xx.xx.2013-cü ildə 3733 nömrəli uçota alınıb) "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri aiddir.
Əsaslandırma hissəsi
İddiaçı X2 apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apelyasiya şikayəti uğurlu olmayacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, cavabdeh xx.xx.2019-cu il tarixli yazılı etirazında bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin təyinatının dəyişdirilməsi İdarənin səlahiyyəti daxilində deyil. Bu səlahiyyət qanunvericiliyin tələblərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məxsusdur - İşdə olan, JN-067F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Oğuz Rayon AİK-in xx.xx.1997-ci il tarixli 53 nömrəli qərarına əsasən, X2, X1 adına 0,42 ha həyətyanı torpaq sahəsi verilmişdir. - İşdə olan, A-444820 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adına Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 53 nömrəli qərarı ilə 9900 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. - İşdə olan, Şəki Regional "Asan Xidmət" Notariat Ofisinin xx.xx.2019-cu il tarixli 1585 nömrəli məktubundan görünür ki, Oğuz Rayon İcra Hakimiyyəti başçısının Qumlaq kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 10-25/282 nömrəli arayışa əsasən, İddiaçı Kamil oğlu xx.xx.2014-cü ildə vəfat etmiş X2 və xx.xx.2004-cü il tarixdə vəfat etmiş X1 vərəsəsidir. - İşdə olan, cavabdehin xx.xx.2019-cu il tarixli yazılı etirazından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin təyinatının dəyişdirilməsi onların səlahiyyəti daxilində deyil. Torpaq sahəsinin təyinatının dəyişdirilməsi səlahiyyəti qanunvericiliyin tələblərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aiddir. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********29 nömrəli mütəxəssis rəyindən görünür ki, X2 adına verilmiş A-444820 nömrəli (Dövlət Kadastr kitabında xx.xx.2013-cü ildə 3733 nömrəli uçota alınıb) "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 9900 kv.m torpaq sahəsi elektron bazada kənd təsərrüfatı təyinatlıdır. Həmin sənəddə göstərilən torpaq sahəsi Oğuz Rayon AİK-in xx.xx.1997-ci il tarixli 53 nömrəli qərarı ilə kənd təsərrüfatı təyinatı ilə X2 mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı torpaq islahatı zamanı atasının mülkiyyətinə verilmiş 9900 kv.m torpaq sahəsinin təyinatının həyətyanı olduğunu bildirsə də, iş materiallarında yer alan sübutlardan, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli arayışı və xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, iddia predmeti olan torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlıdır və "Torpaq sahəsinin planı və ölçüsü"nün tərtib olunmasında heç bir səhvə yol verilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə " Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 176 nömrəli Fərmanının 2.1-ci bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Göründüyü kimi, torpaqların bir kateqoriyadan digərinə keçirilməsi səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məxsusdur. İddiaçının özünün belə bir səlahiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, torpaqların bir kateqoriyadan digərinə keçirilməsi səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məxsusdur. İddiaçının özünün belə bir səlahiyyəti yoxdur. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyasıqeyd edir ki, iddia predmeti olan X2 adına verilmiş A-444820 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 9900 kv.m torpaq sahəsi elektron bazada kənd təsərrüfatı təyinatlıdır. Həmin sənəddə göstərilən torpaq sahəsi Oğuz Rayon AİK-in xx.xx.1997-ci il tarixli 53 nömrəli qərarı ilə kənd təsərrüfatı təyinatı ilə X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan sübutlardan görünür ki, torpağın mülkiyyətə verilməsi zamanı onun təyinatında hər hansı texniki səhvə yol verilməmişdir. Məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, torpağın təyinatında hər hansı bir dəyişiklik etmək səlahiyyəti "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə " Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 176 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məxsusdur. Cavabdehin belə bir səlahiyyəti mövcud deyildir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı:
İddiaçı Kamil oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-56/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.