Məhkəmə qərarları › İş №2-1(107)-323/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-323/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-323/2023 07.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehına qarşı “kompensasiyanın hesablanması və adının siyahıya daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2-1(116)-192/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Cavabdehı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehına qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “kompensasiyanın hesablanması və adının siyahıya daxil edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7362/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" ASC-nin Quba filialından şəxsi istehlak məqsədilə 3800 ABŞ dolları məbləğində kredit götürmüş, kredit müqaviləsi üzrə öhdəliyi tam və vaxtında yerinə yetirmiş, aylıq ödənişlərini vaxtlı-vaxtında gecikdirmədən ödəmişdir. O, müxtəlif vaxtlarda bir neçə dəfə Azərbaycan Respublikasının Cavabdehına müraciət etsə də, cavabdeh orqan tərəfindən müraciəti müsbət həll olunmamışdır.

4. Cavabdeh orqan iddia tələbinə münasibətdə qeyd etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Cavabdehın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir.

5. Cavabdehın qeyd edilən məlumat bazalarına əsasən iddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında onunla ləğv prosesində olan "xxxx" ASC arasında hər hansı kredit müqaviləsinin bağlanılması barədə qeydlər daxil edilməmişdir. Bu səbəbdən iddiaçıya Fərman çərçivəsində kompensasiya məbləği hesablanmamışdır.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 fevral 2023-cü il tarixli 2- 1(116)-192/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikasının Cavabdehı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1 mart 2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində Palatada (PK) yaradılmış məlumat bazalarına əsasən İddiaçı ilə ləğv prosesində olan “Dəmirbank" ASC arasında hər hansı kredit müqaviləsinin bağlanılmasına dair qeydlər mövcud deyildir. Odur ki, Fərmanın icrası məqsədilə yuxarıda qeyd edilən hər iki baza üzrə məlumatlar yoxlandıqdan sonra iddiaçıya hər hansı kompensasiya məbləği hesablanmamışdır. Lakin hazırda iddiaçı məhkəməyə müraciət edərək onunla ləğv prosesində olan "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin bağlanıldığını, həmin müqavilə üzrə ona 3.800,00 ABŞ dolları məbləğində kreditin ayrıldığını bildirmiş və əsassız olaraq bu müqavilə üzrə ona kompensasiyanın hesablanmadığını iddia etmişdir. İddia tələbi üzrə məhkəmə üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsini yeganə sübut kimi qiymətləndirmiş və həmin müqaviləni əsas götürərək iddia tələbini təmin etmişdir. Hesab edirlər ki, hazırkı tələb üzrə yekun qərarın qəbul edilməsi məqsədilə sübut kimi yalnız müqavilənin qiymətləndirilməsi kifayət etmir. Belə ki, Fərmanın tələblərinə əsasən fiziki şəxslərə kompensasiyanın ayrılması üçün əsas tələblərdən biri həmin şəxsin devalvasiyaların baş verdiyi tarixlərə (21 fevral 2015-ci və 21 dekabr 2015ci il tarixlərə) ödənilməmiş əsas kredit borcunun mövcud olmasıdır. Hər hansı şəxsin devalvasiyalardan qabaq xarici valyutada kredit borcunun olması həmin şəxsə Fərman üzrə kompensasiyanın hesablanaraq ödənilməsinə əsas vermir. Bu zaman həm də həmin kredit üzrə borc məbləğinin devalvasiyaların baş verdiyi tarixə qədər mövcud olmasını müəyyənləşdirmək lazımdır. Belə ki, məhz bu tarixlərdə xarici valyuta milli valyuta qarşısında bahalaşdığından, borcalanlar da öz növbəsində milli valyutaya münasibətdə artıq vəsait ödəməli olduqlarından əlavə maliyyə itkisi ilə üzləşmişlər. Devalvasiyalardan qabaq bağlanmış müqavilələr üzrə kredit borcları devalvasiyalara qədər ödənildiyi halda bu hissədə borclular hər hansı əlavə maliyyə itkisi ilə üzləşmədiyindən Fərman üzrə onlara kompensasiyaların ödənilməsi nəzərdə tutulmamışdır. Devalvasiyalardan qabaq bağlanmış müqavilələr üzrə kredit borcları devalvasiyalara qədər ödənildiyi halda bu hissədə borclular hər hansı əlavə maliyyə itkisi ilə üzləşmədiyindən Fərman üzrə onlara kompensasiyaların ödənilməsi nəzərdə tutulmamışdır Bu baxımdan məhkəmə də kredit müqaviləsinin devalvasiyalardan öncə bağlanmasını müəyyən etməklə kifayətlənməməli, həm də bu borc üzrə devalvasiyaların baş verdiyi tarixlərə hansı məbləğdə əsas kredit borcunun qaldığını və ya ümumiyyətlə kredit borcunun qalıb-qalmadığını müəyyənləşdirməli idi. Göründüyü kimi, məhkəmə iş üzrə bütün zəruri sübutları toplamadığından araşdırma da hərtərəfli şəkildə aparılmamışdır. Bu isə sonda iş üzrə qəbul edilmiş qərarın əsaslı olmasına ciddi şübhələr yaradır. Bundan başqa, məhkəmə iddiaçının adının kompensasiya alacaqlar şəxslər siyahısına daxil edilməsi ilə yanaşı, həm də kompensasiyanın hesablanması ilə bağlı öhdəliyi də Cavabdehın üzərinə qoymuşdur. Əvvəla qeyd edilməlidir ki, məhkəmə öz qərarında inzibati orqan tərəfindən icra edilməli olan öhdəlikləri konkret olaraq göstərməlidir. İndiki halda, qərarın nəticə hissəsində araşdırmanın yekununda müəyyən edilmiş sübutlar üzrə iddiaçıya dəqiq olaraq hansı məbləğdə kompensasiyanın hesablanması da qeyd edilməli idi. Məhkəmə qərarında hesablanacaq kompensasiya ilə bağlı konkret məbləğin qeyd edilməməsi ilə yanaşı, yuxarıda qeyd edildiyi kimi, devalvasiya günlərinə kredit borcu üzrə hansı məbləğdə əsas kredit borcunun qalığı barədə də məlumatlar dəqiqləşdirilmədiyindən, iddiaçıya ümumiyyətlə kompensasiyanın hesablanması mümkün deyildir. Məlum olduğu kimi Fərmana əsasən kompensasiyanın hesablanması üçün ilk növbədə hər bir devalvasiya tarixlərinə əsas kredit borcunun məbləği bilinməli və birinci devalvasiya günü üçün 1 ABŞ dollarına 0,25 manat, ikinci devalvasiya günü üçün isə 1 ABŞ dollarına 0,6 manat əmsalı üzrə kompensasiya hesablanmalıdır. Başqa sözlə, həmin tarixlərə əsas kredit borcu barədə məlumat olmadan kompensasiyanın hesablanması da mümkünsüzdür. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2-1(116)-192/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2-1(116)- 192/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmişlər. 13 Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: İddia ərizəsinə əlavə olunmuş: - cavabdehin xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, iddiaçının müraciəti təmin edilməmişdir. - üçüncü şəxs tərəfindən təqdim edilmiş ********* nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı şəxsi istehlak məqsədi ilə 32 faizlə 24 ay müddətində ilə 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. - Ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli **********029 nömrəli məktubundan görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə bank tərəfindən hesablanmış faizlər və cərimə faizlərinin bağışlanılmaqla güzəşt edilməsinə dair məlumatları özündə əks etdirən güzəşt aktı və ya protokol tapılmadığından qeyd edilən xüsusatlar barədə dəqiq məlumatların verilməsi qeyri-mümkündür.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı:

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Cavabdehının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;. 1.2 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin..

17. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçı ilə "xxxx" ASC arasında 1-ci devalvasiyayadək 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilməsi barədə xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə iddiaçının "xxxx" ASC qarşısında kredit öhdəliyi olduğundan ona istinad olunan Fərmanın tələbləri baxımından kompensasiya hesablanmalı idi.

23. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, ləğv prosesində olan "xxxx" ASC tərəfindən iddiaçı barəsində kredit müqaviləsinin bağlanılması barədə qeydlər sistemə daxil edilməsə də, tərəflər arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanması iş materialları ilə sübut olunur. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina etməkdə haqlı olmamışdır.

24. Üçüncü şəxsin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədilə təsdiqlənmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”nın 6.16-cı bəndinin hazırkı işə tətbiq edilməli olduğunu qeyd edərək kompensasiya məbləğinin ödənilməsinin qeyri-mümkün olmasını bildirmişdir.

25. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq həmin mövqeni əsaslı hesab etməmişdir. Belə ki, sözügedən Qaydaların 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun son tarixi xx.xx.2019-cu il müəyyən edilmişdir. İddiaçı isə kredit borclunun restrukturizasiyasını deyil, kompensasiyanın hesablanması və adının siyahıya daxil edilməsini tələb edir. Odur ki, Qaydaların 6.16-cı bəndinin hazırkı iş üzrə tətbiqi istisna edilir.

26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

27. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kompensasiyanın hesablanmaması və İddiaçı adının siyahıya daxil edilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

28. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Cavabdehı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2-1(116)-192/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar