Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-323/2025 28.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X8 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçının nümayəndəsi nümayəndə2 və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh cavabdeh1 PHŞ-nə qarşı “AN ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının Ucar rayon İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli ** nömrəli Sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün şəhərin 13-cü məhəlləsindən ayrılmış 457 kv.m torpaq sahəsinə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh cavabdeh1 PHŞ-nin ** saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X11 verilən AN ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının ona Ucar rayon İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli ** nömrəli Sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün şəhərin 13-cü məhəlləsindən (sərhədləri: şimaldan məhəllə əhəmiyyətli küçə, cənubdan, qərbdən və şərqdən vətəndaşların həyətyanı sahələri olmaqla ölçüləri: 28.6m x 16 m olan) ayrılmış 457 kv.m torpaq sahəsinə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Ucar Rayon İcra Hakimiyyəti başçısının ##.##.1992-ci il tarixli ** nömrəli Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması məqsədilə şəhərin 13-cü məhəlləsindən sərhədləri: şimaldan məhəllə əhəmiyyətli küçə, cənubdan, qərbdən və şərqdən vətəndaşların həyətyanı sahələri olmaqla ölçüləri: 28,6 m x 16 m olan ümumi sahəsi 457 kv.metr torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində normaya uyğun mənzil tikintisinə icazə verilmişdir. Ucar bələdiyyəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ucar Ərazi İdarəsinə ünvanladığı ##.##.2021-ci il tarixli *** saylı məktubundan görünür ki, yuxarıda qeyd edilən Sərəncamla ona ev tikintisi üçün ayrılmış 457 kv.m torpaq sahəsi Ucar bələdiyyəsinin mülkiyyətindədir və həmin torpaq sahəsi ayrıldıqdan sonra o, mütəmadi olaraq torpaq vergisini ödəmişdir. - İddiaçı qanuni əsaslarla adına ayrılaraq mülkiyyətinə verilən həmin 457 kv.metr torpaq sahəsindən təyinatına uyğun olaraq tikinti işləri aparmış, ev bünövrəsi tikmiş, maddi imkansızlıq ucbatından evin tikintisi yarımçıq qalmışdır. İddiaçı istifadəsində və sahibliyində olan həmin torpaq sahəsində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçı daha əvvəl həmin torpaq sahəsinə çıxarış verilmədiyi üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, Şəki İnzibati Məhkəməsinin ## ####### 2023-cü il tarixli 2- *(***)-****/**** nömrəli qərardadı ilə iddia ərizəsi mümkün sayılmamışdır. Həmin qərardadda məhkəmə izah etmişdir ki, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə AN 013957 (2385A) “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət edilməlidir. - AN 013957 (****A) saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi X11 aiddir və həmin sənəddə ona 1223 kv.m torpaq sahəsi ayrıldığı qeyd edilmişdir. İddiaçı bununla əlaqədar Ucar bələdiyyəsinə və Arxiv idarəsinin Ucar rayon şöbəsinə müraciət etmiş, həmin idarələrdən ona bildirilmişdir ki, islahat zamanı X11 450 kv.metr torpaq sahəsi ayrılıb. X11 verilən AN 013957 (****A) saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin ölçüsü 450 kv.m yox, 1223 kv.m olaraq dəyişdirilərək göstərilib və o, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt etmişdir. Bunun nəticəsində iddiaçı Ucar Rayon İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli ** nömrəli Sərəncamı ilə ona verilən ümumi sahəsi 457 kv.m torpaq sahəsinə sənəd ala bilmir. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Ucar şəhəri 20 Yanvar küçəsində yerləşən 0,0457 hektar həyətyanı torpaq sahəsi ilə bağlı yaranmış mübahisəli məsələnin araşdırmasına köməklik göstərilməsi barədə ərizə ilə cavabdeh1 X3 ** saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Ucar şəhəri 20 Yanvar küçəsində yerləşən 0,0457 ha həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmişdir. Aparılan araşdırma zamanı Ucar şəhəri 20 Yanvar küçəsində yerləşən 0,0457 ha həyətyanı torpaq sahəsinə dair DTXK tərəfindən X11 verilmiş plan və ölçü sənədinin olması məlum olmuşdur. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin ##.##.2024-cü il tarixli imtina məktubu; - Ucar rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli məktubu; - Ucar rayon Dövlət Arxivinin ##.##.2021-ci il tarixli ** nömrəli arxiv çıxarışı; - Ucar bələdiyyəsinin ##.##.2021-ci il tarixli *** nömrəli və ##.##.2024-cü il tarixli, *** saylı məktubları; - Ucar bələdiyyəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətinə dair sxem; - ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surəti; - Ucar Rayon İcra Hakimiyyəti başçısının ##.##.1992-ci il tarixli ** nömrəli Sərəncamı; - Ucar Rayon İcra Hakimiyyətinin ##.##.2024-cü il tarixli məktubu; - cavabdehin ##.##.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planı.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) ##.##.2025-ci il tarixli *-*(***)- ***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh cavabdeh1 PHŞ-nin ** saylı Ucar Ərazi İdarəsinə qarşı “AN ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının Ucar rayon İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli ** nömrəli Sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün şəhərin 13-cü məhəlləsindən ayrılmış 457 kv.m torpaq sahəsinə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçıya Ucar Rayon İcra Hakimiyyəti başçısının ##.##.1992-ci il tarixli ** nömrəli Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün 457 kv.m torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin konkret yeri göstərilməmiş, qonşu torpaq sahələri ilə bağlı ümumi ifadələrdən istifadə edilmişdir: 13-cü məhəllədən şimaldan yol, şərqdən, qərbdən və cənubdan qonşu. - Ucar bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı sxem tərtib edilmiş, bundan sonra iddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnu qeydə aldırmaq üçün cavabdehə müraciət etmişdir. Cavabdeh orqan sözügedən torpaq sahəsinə dair başqa şəxsin adına plan-ölçü sənədinin tərtib edilməsi və həmin torpaq sahəsinin aqrar islahat komissiyasının qərarına əsasən digər şəxsə verilmiş torpaq sahəsi olması əsası ilə imtina cavabı vermişdir. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinin hansı qaydada müəyyən edilməsi ilə bağlı bələdiyyəyə sorğu verilmişdir. Ucar bələdiyyəsi ##.##.2024-cü il tarixdə məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsinin yerləşmə vəziyyəti torpaqayırma sərəncamı və torpaq sahəsinin yerləşdiyi ərazinin faktiki vəziyyətinə baxış keçirilməklə təsdiq edilmişdir. - Göründüyü kimi torpaq sahəsinin yerləşmə vəziyyətinə dair sxem təqdim edən bələdiyyə həmin sxemi iddiaçının faktiki istifadəsinə və qonşu torpaq sahələri ilə bağlı ümumi ifadələrin yer aldığı torpaqayırma sərəncamına əsasən tərtib edildiyini bildirir. Yəni, faktiki olaraq bələdiyyə heç bir əsaslanma olmadan, hər hansı oriyentrə istinad etmədən iddiaçının ona təqdim etdiyi torpaq sahəsinə münasibətdə sxem tərtib etmişdir. - Məhkəmə tərəfindən müvafiq torpaq sahəsini ayırmış orqana - Ucar rayon İH-nə torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı sorğu verilmiş, sonuncu, ##.##.2024-cü il tarixli cavab məktubunda ayrılmış torpaq sahəsinə dair sənədlərin Ucar rayon İH-də mövcud olmadığını bildirmişdir. - Bununla da, faktiki olaraq nə iddiaçı, nə də torpaq sahəsini ayıran orqan ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyətini müəyyən etməyə imkan verən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İcraat materiallarında olan mütəxəssis rəyi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyətinin müəyyən edilməsinin mümkünsüzlüyü, lakin iddia olunan torpaq sahəsinin (naturada istifadə olunan 0,0542 ha) A****** №-li plan-ölçü sənədi ilə üstüstə düşməsi qeyd edilmişdir. - Belə olan halda məhkəmə hesab etmişdir ki, Ucar Rayon İcra Hakimiyyəti başçısının ##.##.1992-ci il tarixli ** nömrəli Sərəncamı Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 13 yanvar tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında (2.7) nəzərdə tutulsa da, sözügedən sərəncamla iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinin məhz iddia olunan torpaq sahəsi olması sübuta yetirilmir. Odur ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli iclas protokolunun qərardadı ilə *-*(***)-***/**** nömrəli iş üzrə cavabdeh cavabdeh1 PHŞ-nin ** saylı Ucar Ərazi İdarəsi – prossesual hüquq varisi cavabdeh1 PHŞ ilə əvəz edilmişdir.
9. Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə X9, X13, X4, X12, X10 və Hüseynov İlqar Ağahüseyn oğlu iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, o, torpaq sahəsini əldə etdikdən sonra tərəfindən onun üzərinə düşən bütün öhdəliklər (vergi ödənişin edilməsi və sair) icra edilmiş və tərəfindən həmin torpaq sahəsindən istifadə edilməyə başlanmışdır, bu gün də həmin torpaq sahəsi onun faktiki istifadəsindədir. Bundan əlavə olaraq mülkiyyətinə verilən 457 kv.m. torpaq sahəsində təyinatına uyğun olaraq tikinti işləri aparılmış, ev bünövrəsi tikilmiş, maddi imkansızlıq ucbatından evin tikintisi yarımçıq qalmışdır. Bildiyiniz kimi fərdi yaşayış evlərinin tikintisinə nəzarət yerli icra hakimiyyəti orqanlarının səlahiyyətində olmuşdur. O yarımçıq da olsa ona ayrılmış torpaq sahəsində tikinti apararkən nə yerli icra hakimiyyəti orqanları, nə də ki, AN 013957 (****A) saylı “Torpaq sahəsinin planı və ölçüsü" sənədinin sahibəsi X11 heç bir etiraz etməmişdir. Əgər həmin torpaq sahəsi onun olmasaydı, bu iki subyekt tikinti işlərinin aparılmasına haqlı narazılıq bildirərdilər. - Həmçinin məhkəmə qərar qəbul edərkən məhkəmə icraatına ümumiyyətlə AN 013957 (****A) saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin sahibəsi X11 cəlb etməmişdir. - Həmçinin cavabdeh orqan sözügedən torpaq sahəsinə dair başqa şəxsin adına planölçü sənədinin tərtib edilməsi və həmin torpaq sahəsinin aqrar islahat komissiyasının qərarına əsasən digər şəxsə verilmiş torpaq sahəsi olması əsası ilə imtina cavabı vermişdir. Məhkəmə araşdırma apararkən Aqrar İslahat Komissiyasının qərarını əldə etməmiş və ümumiyyətlə həmin ərazidə hər bir şəxsə nə qədər torpaq ayrılması ilə bağlı araşdırma aparmamışdır. X11 aqrar islahatın qərarı ilə 1223 kv.m. torpaq sahəsinin ayrılıb-ayrılmamasına ümumiyyətlə aydınlıq gətirilməmişdir. Əgər bu hala aydınlıq gətirilsəydi, onda məlum olardı ki, AN 013957 (****A) saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi səhv tərtib edilmişdir. - Hörmətli məhkəmə kollegiyası, o sıravi bir vətəndaş olaraq hardan bilərdi ki, Ucar Rayon icra Hakimiyyəti ona torpaq ayırarkən torpaq sahəsinə sxem tərtib etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Göründüyü kimi, onun etimadı Ucar Rayon İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli ** saylı sərəncamına əsaslanır. - Həmçinin diqqət yetirilməli məsələlərdən biri də ondan ibarətdir ki, hazırki torpaq sahəsi ilə bağlı Ucar Rayon İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli ** saylı sərəncamı ləğv edilməmiş məhkəmə qaydasında mübahisələndirilməmişdir. - Bundan əlavə, iş materiallarından göründüyü kimi, Ucar bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı sxem tərtib edilmişdir. Məhkəmə həmin sxemi nəzərə almamışdır. - Həmçinin məhkəmə tərəfindən müvafiq torpaq sahəsini ayırmış orqana - Ucar rayon İH-nə torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı sorğu verilmiş, sonuncu, ##.##.2024-cü il tarixli cavab məktubunda ayrılmış torpaq sahəsinə dair sənədlərin Ucar rayon İH-də mövcud olmadığını bildirmiş və məhkəmə bununla kifayətlənmişdir. Ümumiyyətlə həmin sənədlərlə bağlı arxivə sorğu verilməmişdir. - Şəki İnzibati Məhkəməsi aydınlıq gətirməmişdir ki, onun bu məsələdə günahı nədir?. Məhkəmənin mövqeyindən belə çıxır ki, torpaq sahəsinin yerləşmə sxemi yoxdursa deməli torpaq sahəsi qeydiyyata alına bilməz, həmçinin DTXK-i tərəfindən səhv olaraq işlənmiş sənəd o hissədə ləğv edilə bilməz. Ancaq Məhkəmə torpağa dair sxemin olmasının vacibliyini qanunun hansı norması ilə tənzimləndiyinə dair əsaslandırma etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə2 və iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahatlar verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər.
13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçı, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, cavabdeh kollegiyanın iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
14. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 4.1. 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
17. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
18. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il ######ın #-dan 1995-ci il ######ın ##-dək qəbul edilmiş qərar; 2.3. 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il ######ın #-dək qəbul edilmiş qərarlar; 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar; 2.8. yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi (layihədə torpaq sahəsinin ölçüsü göstərildikdə. Layihə olmadığı və ya həmin layihədə torpağın ölçüsü göstərilmədiyi hallarda yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülməklə).
19. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir.
20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Maddə 22. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (## ##### 2012-ci il tarixli Qanunla edilmiş dəyişikliklərə qədər qüvvədə olmuş redaksiyada) “Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” adlanan 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
22. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı:
Apellyasiya şikayətinin mümkünlüyü
23. İddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
28. Kollegiya bildirir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı AN ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının Ucar rayon İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli ** nömrəli Sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün şəhərin 13-cü məhəlləsindən ayrılmış 457 kv.m torpaq sahəsinə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
29. İş materiallarından müəyyən olunur ki, iddiaçıya Ucar Rayon İcra Hakimiyyəti başçısının ##.##.1992-ci il tarixli ** nömrəli Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün 457 kv.m torpaq sahəsi ayrılsa da, sahənin konkret yerləşmə yeri göstərilməmiş, yalnız qonşu sahələrə dair ümumi təsvirlə kifayətlənilmiş, sonradan Ucar bələdiyyəsi tərəfindən yerləşmə sxemi tərtib edilmiş, iddiaçı da mülkiyyət hüququnun qeydiyyatı üçün cavabdeh orqana müraciət etmiş, lakin həmin torpaq sahəsinə dair başqa şəxsin adına plan-ölçü sənədinin mövcud olması və sahənin aqrar islahat komissiyasının qərarı ilə digər şəxsə verilmiş torpaq sahəsi hesab edilməsi əsası ilə müraciətin təmin edilməsindən imtina olunmuşdur.
30. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işə baxarkən AN 013957 (****A) saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin sahibi X11 məhkəmə icraatına cəlb etməmiş, həmçinin cavabdeh orqanın istinad etdiyi AN 013957 (****A) saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olan aqrar islahat komissiyasının qərarını tələb edib araşdırmamış, həmin ərazidə şəxslərə ayrılmış torpaq sahələrinin həcmini müəyyənləşdirməmiş və X11 aqrar islahat çərçivəsində 1223 kv.m torpaq sahəsinin ayrılıb-ayrılmamasına aydınlıq gətirməmişdir.
31. Bundan əlavə, iş materiallarından göründüyü kimi, Ucar bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı sxem tərtib edilmişdir. Məhkəmə həmin sxemi nəzərə almamışdır. Arxivə sorğu verilməmişdir.
32. Kollegiya bildirir ki, yuxarıda qeyd olunan xüsusatların araşdırılması məqsədilə bir sıra dövlət orqanlarına və aidiyyəti qurumlara müvafiq sorğular ünvanlanmışdır.
33. Belə ki, iddiaçı İddiaçı Sirac oğluna Ucar Rayon İcra Hakimiyyəti başçısının ##.##.1992-ci il tarixli ** nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin koordinatları və yerləşmə sxeminin müəyyən edilməsi məqsədilə cavabdeh1 ** saylı Ucar Ərazi İdarəsinə sorğu göndərilmişdir.
34. xxxx PHŞ-nin ** saylı Ucar Ərazi İdarəsi ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı sorğuya cavab məktubunda bildirmişdir ki, idarənin arxiv və elektron baza məlumatlarında ##.##.1992-ci il tarixli ** nömrəli sərəncam ilə İddiaçı şəhərin 13-cü məhəlləsindən fərdi yaşayış evi tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan sxem mövcud olmadığı üçün torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının təqdim edilməsi mümkün olmamışdır.
35. Kollegiya qeyd edir ki, həmin cavabdan da göründüyü kimi, iddiaçıya ayrıldığı göstərilən torpaq sahəsinin naturada dəqiq yerləşmə vəziyyətini müəyyən etməyə imkan verən rəsmi kadastr və ya yerquruluşu sənədləri mövcud olmamışdır.
36. İş materiallarından görünür ki, torpaq sahəsinin yerləşmə vəziyyətinə dair sonradan təqdim olunmuş sxem Ucar bələdiyyəsi tərəfindən tərtib edilmiş, lakin həmin sxemin hansı obyektiv məlumatlara, koordinatlara və ya yerquruluşu sənədlərinə əsaslandığı müəyyən edilməmişdir. Əksinə, bələdiyyənin ##.##.2024-cü il tarixli birinci instansiya məhkəməsinə təqdim etdiyi cavab məktubundan görünür ki, sxem əsasən iddiaçının faktiki göstərdiyi vəziyyətə və sərəncamda əks olunan ümumi sərhəd təsvirlərinə istinad edilməklə hazırlanmışdır. Halbuki sərəncamda torpaq sahəsinin sərhədləri yalnız “şimaldan küçə, digər tərəflərdən qonşu həyətyanı sahələr” kimi ümumi ifadələrlə göstərilmiş, torpaq sahəsinin fərdiləşdirilməsinə imkan verən konkret göstəricilər əks olunmamışdır.
37. Bundan əlavə, kollegiya tərəfindən üçüncü şəxs X11 adına verilmiş AN 013957 (****A) saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olmuş sənədlərin əldə olunması məqsədilə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nə sorğu göndərilmişdir.
38. Həmin qurumun təqdim etdiyi cavab məktubunda göstərilmişdir ki, Ucar rayon Aqrar İslahat Komissiyasının ##.##.2000-ci il tarixli ** nömrəli qərarı arxiv materiallarında aşkar edilməmişdir. Bununla belə, mərkəzin arxivində saxlanılan əlyazma və elektron siyahılardan görünür ki, X11 1 nəfərlik ailə tərkibi ilə qeydiyyata alınmış, torpaq sahəsi onun adına 2385 nömrə ilə qeydə alınmış, qanuni istifadəsində 0,12 ha həyətyanı torpaq sahəsi mövcud olmuşdur.
39. Kollegiya hesab edir ki, mübahisələndirilən AN 013957 (****A) saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olan Ucar rayon Aqrar İslahat Komissiyasının qərarının arxivdə aşkar edilməməsi özlüyündə X11 adına rəsmiləşdirilmiş torpaq sahəsinin hüquqi əsasının olmaması nəticəsinə gəlməyə əsas vermir.
40. Belə ki, iş materiallarında mövcud olan əlyazma və elektron uçot məlumatları, xəritə materialları həmin torpaq sahəsinin dövlət uçotunda ayrıca torpaq sahəsi kimi mövcud olduğunu təsdiq edir. Eyni zamanda apellyasiya şikayətində göstərilənlərin əksinə olaraq, X11 0,12 ha torpaq sahəsinin ayrıldığı iş materialları ilə öz təsdiqini tapır.
41. Kollegiya həmçinin bildirir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Ucar Rayon Dövlət Arxivindən əldə edilmiş sənədlərdən görünür ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə ##.##.1992-ci il tarixli ** nömrəli sərəncam mövcud olsa da, həmin sərəncamda torpaq sahəsinin koordinatları, kadastr göstəriciləri, yerləşmə planı və ya torpaq sahəsini digər torpaq sahələrindən fərqləndirməyə imkan verən konkret məlumatlar əks olunmamışdır. Sərəncamda yalnız torpaq sahəsinin ölçüləri və ümumi sərhədləri göstərilmişdir. Belə olan halda isə həmin sərəncam əsasında iddia edilən torpaq sahəsinin naturada dəqiq yerinin müəyyən edilməsi mümkün olmamışdır.
42. Bundan başqa, iş üzrə mövcud olan mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçıya ayrıldığı göstərilən torpaq sahəsinin yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmamış, lakin iddiaçının faktiki istifadə etdiyi 0,0542 ha torpaq sahəsinin X11 adına verilmiş AN ****** nömrəli plan-ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
43. Kollegiya qeyd edir ki, bu hal iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin məhz ##.##.1992-ci il tarixli sərəncam əsasında ayrılmış torpaq sahəsi olması nəticəsinə gəlməyə imkan vermir.
44. Məhkəmə kollegiyası bildirir ki, inzibati iş üzrə araşdırma aparılarkən X11 vəfat etməsi halı müəyyən edilmişdir.
45. Bununla əlaqədar olaraq, kollegiya tərəfindən ünvan 1 ünvanında yaşamış və ## ###### 2016-cı il tarixdə vəfat etmiş X11 vərəsələri (atası, anası, həyat yoldaşı, övladları, qardaş və bacıları və s.) barədə məlumatların əldə olunması məqsədilə Ucar rayon Notariat Ofisinə sorğu ünvanlanmışdır.
46. Ucar rayon Notariat Ofisi ##.##.2025-ci il tarixli, *** nömrəli cavab məktubunda bildirmişdir ki, ##.##.2016-cı il tarixdə vəfat etmiş X11 adına həmin notariat ofisində vərəsəlik işi açılmamışdır.
47. Bundan başqa, kollegiya tərəfindən eyni məqsədlə Ucar Rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə də sorğu göndərilmişdir. Azərbaycan Respublikası Ucar Rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2026-cı il tarixli, *-**-**/*-**/**** saylı cavab məktubundan müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yaşamış X11 ## ###### 2016-cı il tarixdə vəfat etmiş və onun aşağıdakı ailə üzvləri və vərəsələri olmuşdur: atası – X14 (vəfat etmişdir); anası – X5 (vəfat etmişdir); bacısı – X9; qardaşı – X13; qardaşı – X4; bacısı – X12; bacısı – X10; qardaşı – Hüseynov İlqar Ağahüseyn oğlu.
48. Daha sonra, Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərardadı ilə X9, X13, X4, X12, X10 və Hüseynov İlqar Ağahüseyn oğlu iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində zəruri qaydada cəlb edilmişlər.
49. İş üzrə üçüncü şəxslər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə qanunvericiliyin tələblərinə uyğun qaydada əvvəlcədən məlumatlandırılmış olsalar da, məhkəmə iclasına gəlməmiş, həmçinin iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər.
50. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası tərəfindən iddiaçı İddiaçı Sirac oğlunun cavabdeh cavabdeh1 qarşı qaldırdığı yuxarıda qeyd edilən iddia üzrə münasibətlərinin öyrənilməsi məqsədilə üçüncü şəxslərə əlavə müraciətlər ünvanlanmışdır.
51. Kollegiya tərəfindən üçüncü şəxslərlə birbaşa əlaqə saxlanılarkən, apellyasiya baxışında iştirak etmək niyyətində olmadıqlarını bildirmişlər. Bu səbəbdən məhkəmə kollegiyası işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
52. Göründüyü kimi, iş üzrə toplanmış sübutların məcmu şəkildə qiymətləndirilməsindən görünür ki, iddiaçıya ##.##.1992-ci il tarixli ** nömrəli sərəncam əsasında ayrıldığı göstərilən torpaq sahəsinin naturada dəqiq yerləşmə vəziyyətini müəyyən etməyə imkan verən rəsmi koordinat, kadastr və ya yerquruluşu sənədləri mövcud olmamışdır. Sərəncamda torpaq sahəsinin yalnız ümumi sərhədləri göstərilmiş, torpaq sahəsini digər torpaq sahələrindən fərqləndirməyə imkan verən konkret göstəricilər isə əks etdirilməmişdir. Sonradan təqdim olunmuş sxemin də obyektiv texniki və kadastr məlumatlarına deyil, əsasən faktiki istifadəyə və ümumi sərhəd təsvirlərinə əsaslandığı müəyyən edilmişdir.
53. Eyni zamanda, iş materiallarında olan arxiv sənədləri, əlyazma və elektron uçot məlumatları, habelə xəritə materialları X11 adına 0,12 ha torpaq sahəsinin dövlət uçotunda ayrıca torpaq sahəsi kimi mövcud olduğunu təsdiq edir. Mütəxəssis rəyi ilə də iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin X11 adına verilmiş plan-ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmiş, lakin həmin torpaq sahəsinin məhz iddiaçıya ##.##.1992-ci il tarixli sərəncam əsasında ayrılmış torpaq sahəsi olması öz təsdiqini tapmamışdır.
54. Bundan başqa, kollegiya hesab edir ki, iş üzrə iddianın mümkünlüyü məsələsinin ayrıca qiymətləndirilməsinə və iddianın mümkün sayılmaması barədə nəticənin formalaşdırılmasına hüquqi zərurət olmamışdır.
55. Belə ki, iş materiallarından və apellyasiya məhkəməsi araşdırması zamanı müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsinə dair X11 adına verilmiş AN ****** nömrəli planölçü sənədi Ucar Rayon Aqrar İslahat Komissiyasının ##.##.2000-ci il tarixli ** nömrəli qərarı əsasında verilmişdir. Hazırda həmin qərar arxivdə aşkar edilməmişdir.
56. Məhkəmə kollegiyası bununla qeyd edir ki, düzdür, nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
57. Lakin, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq, məhkəmə tərəfindən iddianın hansı konkret mümkünlük şərtinə cavab vermədiyi aydın və əsaslandırılmış şəkildə göstərilməli, habelə iddiaçıya hansı inzibati aktın və ya hərəkətin mübahisələndirilməsinin zəruri olduğu izah edilməlidir. Bu baxımdan, əgər mübahisənin əsasında olan Ucar Rayon Aqrar İslahat Komissiyasının qərarı aşkar edilmiş olsaydı, həmin qərarın ayrıca qaydada mübahisələndirilməsinin zəruriliyi də məhkəmə tərəfindən qiymətləndirilməli, hazırki iddia mümkün sayılmamalı idi.
58. Lakin iş üzrə aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, cavabdeh orqanın istinad etdiyi Ucar Rayon Aqrar İslahat Komissiyasının ##.##.2000-ci il tarixli ** nömrəli qərarı arxiv materiallarında aşkar edilməmiş, həmçinin həmin qərarın mövcudluğunu və məzmununu təsdiq edən hər hansı rəsmi sənəd iş materiallarına əlavə olunmamışdır. İş materiallarında yalnız ayrı-ayrı şəxslərin adlarının əks olunduğu əlyazma və elektron uçot məlumatları mövcuddur ki, həmin məlumatlar hüquqi mahiyyətinə və sübutetmə qüvvəsinə görə Aqrar İslahat Komissiyasının qərarı kimi qiymətləndirilə bilməz.
59. Beləliklə, iş materiallarında hüquqi mövcudluğu təsdiq edilməyən və məzmunu müəyyən olunmayan bir inzibati aktın ayrıca qaydada mübahisələndirilməsinin iddiaçıya izah edilməsinə hüquqi zərurət olmamışdır. Bu səbəbdən kollegiya hesab edir ki, iddianın bu əsasla mümkün hesab edilməməsinə zərurət yoxdur.
60. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayətində qeyd etdiyi “hazırki torpaq sahəsi ilə bağlı Ucar Rayon İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli ** saylı sərəncamının ləğv edilməmiş olması, məhkəmə qaydasında mübahisələndirilməməsi” dəlili də yuxarıda qeyd edilən araşdırmaların nəticələri olaraq iddia tələbinin əsaslı olmasına və sözügedən sərəncamla iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinin məhz iddia olunan torpaq sahəsi olmasına yetərli hesab oluna bilməz.
61. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən iddiaçının hazırki iş üzrə tələbinin qanuni əsası olmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
62. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfin apellyasiya şikayətində qeyd etdiyi hallar mübahisələndirilən sənədin mötəbərliyini və etibarlığını aradan qaldırmır. İddiaçı, ləğv edilməsini tələb etdiyi plan ölçü sənədinin əsassız və qanuna zidd olmasını təsdiq edən dəlilləri təqdim edə bilməmiş, iddiasının hüquqi əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Oxşar xüsusatlar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Mövcud vəziyyətdə cavabdeh kimi göstərilən inzibati orqanın hərəkətlərində hər hansı qanunsuzluq olmamışdır.
63. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
64. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının tələbindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
65. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.