Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-324/2021 03.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, cavabdeh DSMF publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “ona 01.03.2013-cü il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməklə müraciətindən əvvəlki 3 (üç) il üçün, yəni 01.10.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)-410/2021 nömrəli qərarından iş üzrə cavabdeh DSMF publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzinin nümayəndəsi X4 tərəfindən apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01.03.2013-cü il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməklə müraciətindən əvvəlki 3 (üç) il üçün, yəni 01.10.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Ona 01.03.2003-cü il tarixdən 3-cü qrup, 06.02.2013-cü il tarixdən isə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı hal-hazırda 2-ci qrup əlilliyə görə 130.0 manat sosial müavinət alır. İddiaçının 03.03.1990-cı il təvəllüdlü oğlu X6 05.01.1993-cü il tarixdən sağlamlıq imkanları məhdud əlil kimi sosial müavinət alır. Həmçinin iddiaçı 01.03.2001-ci il tarixdən 01.08.2003-cü il tarixədək X12 Kompleksində kiçik tibb bacısı vəzifəsində işləmişdir. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciətinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh orqanın iddiaçıya ünvanladığı 15.10.2020-ci il tarixli, **********1 nömrəli imtina məktubunda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının təqdim etdiyi 01.03.2001-ci il tarixli, № ******* saylı əmək kitabçasına əsasən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (1791,49 manat) əmək pensiyasının minimum (24600 manat) məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İddiaçı hesab edir ki, imtinada hal-hazırda qüvvədə olan Qanuna istinad edilmişdir və bu səbəblə cavabdeh orqanın imtinası əsassızdır. Cavabdehin etirazının dəlilləri: DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının məhkəməyə ünvanladığı 08.01.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada qanunun qeyd edilən müddəasına əsasən, İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 01 iyul 2017-ci il tarixindən etibarən 2 şərtə uyğun gəlməsi tələb olunur. 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərt eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-in İİ qrup əlilliyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaqdır. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər filialına əmək pensiyasının təyin edilməsi üçün 2020-ci il tarixdə müraciət etmişdir. İddiaçı cavabdeh orqana müraciət edən zaman onun sığorta stajı təqdim etdiyi əmək kitabçasına əsasən 2 il 4 ay 26 gün, əmək haqqı arayışına əsasən isə 1 il 8 ay 26 gün təşkil edir. İddiaçının İİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan sığorta stajı və pensiya kapitalı mövcud olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci və 13.3-cü maddələrinə müvafiq olaraq əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı: 1. 57 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 42 il (əmək qabiliyyətli yaş dövrü) 2. 42 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 168 ay 3. 168 ay : 12 ay = 14 il Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçı pensiya hüququnun yaranması üçün tələb olunan ilkin şərtə cavab vermir. İddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı: 1. 168 ay: 192 ay (əlilliyə görə əmək pensiyası üçün gözlənilən pensiya ödənişi müddətinin sayı) = 0.875 2. 0.875 x 144 ay (yaşa görə əmək pensiyası üçün gözlənilən pensiya ödənişi müddətinin sayı) =126 ay 3. 126 ay x 200 manat (2020-ci il tarix üçün əmək pensiyasının minimum məbləği) = 25200 manat Tələb olunan sığorta stajı 14 il və pensiya kapitalı 25200 manat təşkil etdiyi halda İddiaçı qanuna əsasən tələb olunan şərtlərdən hər ikisini ödəmədiyi üçün ona əlilliyə görə əmək pensiyası təyin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi iddiaçının əmək pensiya hüququ yaranmadığından iddiaçıya İİ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassız və qanunsuz olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. DSMFnin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının məhkəməyə ünvanladığı 10.03.2021-ci il tarixli, **********2 nömrəli etiraza əlavəyə dair məktubda qeyd edilir ki, hazırda icraatda olan işlə bağlı etiraz məhkəməyə təqdim edilmişdir. Hazırda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etiraza əlavə təqdim edilir və icraata qəbul edib hüquqi qiymət verilməsi xahiş olunur. Hesab edilir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Sosial təminat sahəsində həyata keçirilən islahatlara əsasən “Əmək pensiyaları haqqında” Qanuna növbəti dəyişiklik 27 oktyabr 2009-cu il tarixində edilmişdir. Həmin tarixdən etibarən Qanunun 12.1 -ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Burada qanunun qeyd edilən müddəasına əsasən, əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün şəxsin sosial sığota stajı 27 oktyabr 2009-cu il tarixindən etibarən staj tələbi şərtinə uyqun gəlməsi tələb olunur. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı: 1. 49 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 34 il (əmək qabiliyyətli yaş dövrü) 2. 34 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 136 ay 3. 136 ay : 12 ay = 11 il 4 ay Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçı pensiya hüququnun yaranması üçün tələb olunan staj tələbi şərtinə cavab vermir. İddiaçı cavabdeh orqana müraciət edən zaman onun sığorta stajı təqdim etdiyi əmək kitabçasına əsasən 2 il 4 ay 26 gün, əmək haqqı arayışına əsasən isə 1 il 8 ay 26 gün təşkil edir. İddiaçının İİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan sığorta stajı mövcud olmamışdır. Tələb olunan sığorta stajı 11 il 4 ay təşkil etdiyi halda İddiaçı qanuna əsasən tələb olunan şərti ödəmədiyi üçün ona əlilliyə görə əmək pensiyası təyin oluna bilməz. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edilmişdir Şəki İnzibati Məhkəməsinin (hakim İ.Cabbarov) 25 may 2021-ci il tarixli, 2-1(116)- 410/2021 nömrəli ilə iddia təmin edilərək cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı 01.03.2013-cü il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməklə müraciətindən əvvəlki 3 (üç) il üçün, yəni 01.10.2017ci il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh DSMF publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzinin nümayəndəsi X4 həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 25.05.2021-ci il tarixli 2-1(116)-410/2021 nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DSMF publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını kollegiyadan xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxamyaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, 496325 nömrəli “Doğum haqqında şəhadətnamənin surəti, DSMF publik hüquqi şəxsin Şəki şəhər filialının 15.09.2020-ci il tarixli arayışı, tibbi sənədlərin surəti, DSMF publik hüquqi şəxsin 15 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 04.12.2020-ci il tarixli, **********9 nömrəli məktubu aiddir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)-410/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Cavabdehin etirazının dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada qanunun qeyd edilən müddəasına əsasən, İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 01 iyul 2017-ci il tarixindən etibarən 2 şərtə uyğun gəlməsi tələb olunur. 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə Bu iki şərt eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-in İİ qrup əlilliyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaqdır. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər filialına əmək pensiyasının təyin edilməsi üçün 2020-ci il tarixdə müraciət etmişdir. İddiaçı cavabdeh orqana müraciət edən zaman onun sığorta stajı təqdim etdiyi əmək kitabçasına əsasən 2 il 4 ay 26 gün, əmək haqqı arayışına əsasən isə 1 il 8 ay 26 gün təşkil edir. İddiaçının İİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan sığorta stajı və pensiya kapitalı mövcud olmamışdır “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci və 13.3-cü maddələrinə müvafiq olaraq əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır İddiaçıya münasibətdə tələb olunan sığorta stajı:
1. 57 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 42 il (əmək qabiliyyətli yaş dövrü)
2. 42 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 168 ay
3. 168 ay : 12 ay = 14 il Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçı pensiya hüququnun yaranması üçün tələb olunan ilkin şərtə cavab vermir. İ ddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı:
1. 168 ay: 192 ay (əlilliyə görə əmək pensiyası üçün gözlənilən pensiya ödənişi müddətinin sayı) = 0.875
2. 0.875 x 144 ay (yaşa görə əmək pensiyası üçün gözlənilən pensiya ödənişi müddətinin sayı) =126 ay
3. 126 ay x 200 manat (2020-ci il tarix üçün əmək pensiyasının minimum məbləği) = 25200 manat Tələb olunan sığorta stajı 14 il və pensiya kapitalı 25200 manat təşkil etdiyi halda İddiaçı qanuna əsasən tələb olunan şərtlərdən hər ikisini ödəmədiyi üçün ona əlilliyə görə əmək pensiyası təyin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi iddiaçının əmək pensiya hüququ yaranmadığından iddiaçıya İİ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassız və qanunsuz olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının məhkəməyə ünvanladığı 10.03.2021-ci il tarixli, **********2 nömrəli etiraza əlavəyə dair məktubda qeyd edilir ki, hazırda icraatda olan işlə bağlı etiraz məhkəməyə təqdim edilmişdir
İş materiallarına əlavə və kollegiya tərəfindən tədqiq edilmiş: İddiaçının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Şəki şəhərində doğulmuşdur. İddiaçı tərəfindən təsdiq edilmiş surəti əlavə edilən 496325 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, X6 03.03.1990-cı ildə anadan olmuş, onun atası X7, anası İddiaçıdır. İddiaçı tərəfindən əlavə edilən DSMF publik hüquqi şəxsin Şəki şəhər filialının 15.09.2020-ci il tarixli arayışında qeyd edilir ki, X6 05.01.1993-cü ildən uşaqlıqdan əlilliyə görə 014043 nömrəli pensiya işi üzrə hazırda 130.0 manat müavinət alır. İddiaçı tərəfindən əlavə edilən tibbi sənədlərin surətinə əsasən iddiaçının 03.03.1990-cı il təvəllüdlü oğlu X3 05.01.1993-cü ildən sağlamlıq imkanlarının məhdud olması müəyyən edilmişdir. TSEK-in sonuncu müayinə aktına əsasən 25.04.2016-cı ildə H.Şıxıyevin diaqnozu “rezidual ensefaloaptiya, epileptik cəngolmalarla” olmaqla 2-ci dərəcə əlil olması qiymətləndirilmiş və onun əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddətinin 23.04.2021-ci ilədək olması müəyyən edilir. İddiaçı tərəfindən əlavə edilən sənədlərin surətindən müəyyən edilir ki, o, 2001-2003cü illərdə X12 Kompleksində xadimə işləmişdir. Ona 2003-cü ildən 3-cü qrup, 2013-cü ildən isə 2-ci qrup əlillik dərəcəsinin təyin edilmişdir. TSEK-in sonun müayinə aktına əsasən müəyyən edilir ki, iddiaçının 2-ci qrup əlillik dərəcəsi 04.02.2016-cı il tarixdə yenidən qiymətləndirilmiş, diaqnozu “posttravmatik baş beyin araxnoiditi, şəkərli diabet 2ci tip, piylənmə 2-ci dərəcə” olaraq təyin edilmişdir. DSMF publik hüquqi şəxsin 15 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 04.12.2020-ci il tarixli, **********9 nömrəli məktubda qeyd edilir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən 2 il 1 ay 26 gün, əmək haqqı arayışına əsasən isə 1 il 8 ay 26 gün stajı vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən iddiaçının müraciət tarixinə 56 yaşı tamam olduğundan əmək pensiyası təyin olunması üçün 13 il 8 ay sosial sığorta stajı və 24600.0 (56 -15 = 41 x 4 = 164 /192 * 144 = 123 x 200 = 24600) manat pensiya kapitalı tələb olunur. Yuxarıdakıları nəzərə alaraq, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə istinadən vətəndaşın tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığından iddiaçının iddia tələbi əsassız hesab edilmiş və məhkəmədən təmin edilməməsini xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb cavabdehin nümayəndəsinin izahatını dinləyib iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ 01 mart 2013-cü il tarixdə yarandığından mübahisəyə 01 mart 2013-cü il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasısığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətininməhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, onun hüququ yarandığı 01 mart 2013-cü il tarixdə 49 yaşı olmuş və həmin tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 11 il 4 ay sosial sığorta stajı tələb olunur. İddiaçının məhkəmə təqdim etdiyi əmək kitabçasına əsasən 2 il 1 ay 26 gün, əmək haqqı arayışına əsasən isə 1 il 8 ay 26 gün, “sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluq müddəti barədə” Akta əsasən 15 il 1 ay 29 gün stajı, ümumilikdə iddiaçının həmin tarixə tələb olunan 11 il 4 aydan çox sosial sığorta stajı var. İddiaçı cavbdehə 22.09.2020-ci il tarixində müraciət etmiş, lakin tələbində müraciətindən əvvəlki 3 (üç) il üçün, yəni 01.10.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün iddiaçının tələbində qeyd olunan tarixi əsas götürmüşdür Beləliklə, yuxarıda qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. cavabdehin üzərinə iddiaçıya ona 01.03.2013-cü il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməklə müraciətindən əvvəlki 3 (üç) il üçün, yəni 01.10.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyi qoyulmalıdır. Apellyasiya şikayətininin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Əvvəal ona görə ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ 01 mart 2013-cü il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə 01 mart 2013-cü il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasısığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətininməhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə ki, qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. İddiaçının 01 mart 2013-cü il tarixdən əlilliyə görə sosial pensiya-müavinət alması, onun həmin tarixdən əlilliyə görə pensiya almaq hüququndan məhrum edə bilməz. Qanunvericilikdə bununla bağlı heç bir qadağa müəyyən edilməmişdir. İkincisi, cavabdehin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli 2-1(102)-465/2021-ci il nömrəli qərarını nəzərə alaraq hazırkı işlə bağlı filialın tərtib etdiyi akta əsasən aktda təsbit olunmuş müddətin iddiaçının sığorta stajına daxil edilməsinin əsassız olması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli 2-1(102)- 465/2021-ci il nömrəli qərarında iddia ona görə rədd edilmişdir ki, İ.Həşimovda aşkar edilmiş tibbi göstəriş onun yaratdığı sosial nəticələrlə (şəxsin həyat fəaliyyətinin məhdudlaşması, sosial yardıma və müdafiəyə ehtiyacı olması) birlikdə TSEK tərəfindən ilkin olaraq 2006-cı il 16 avqust tarixdə (20 yaşında) müəyyən edilmiş və o, həmin tarixdən əlil hesab edilmişdir. İ.Həşimovun 18 yaşının tamam olduğu vaxtadək TSEK tərəfindən müayinə olunduğuna, onun sağlamlıq imkanları məhdud uşaq kimi tanındığına dair məlumat işdə yoxdur. lakin hazırkı iddia tələbi üzrə iş materiallarında görünür ki, 03.03.1990-cı il təvəllüdlü oğlu X3 05.01.1993-cü ildən sağlamlıq imkanlarının məhdud olması müəyyən edilmişdir. TSEK-in sonuncu müayinə aktına əsasən 25.04.2016-cı ildə H.Şıxıyevin diaqnozu “rezidual ensefaloaptiya, epileptik cəngolmalarla” olmaqla 2-ci dərəcə əlil olması qiymətləndirilmiş və onun əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddətinin 23.04.2021-ci ilədək olması müəyyən edilir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, 01.03.2013-cü il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməklə müraciətindən əvvəlki 3 (üç) il üçün, yəni 01.10.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də İPM-in 87.6-cı maddəsinə əsasən Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)-410/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzinin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)-410/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Hakim Ayaz Mahmudov