Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-324/2022 13.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X1 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "cavabdehin xx.xx.2022-ci il tarixli tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışını (inzibati aktını) əsassız hesab edərək xx.xx.2022-ci il tarixli tibb müəssisəsinin 0280003AAFMA göndərişinə əsasən tərtib etdiyi tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışını (inzibati aktını) əsas kimi hesab edərək tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Diaqnoz qrafasında yazılmış "Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə, Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya. Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar" sözlərinin Diaqnoz qrafasında "Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Posttravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları" sözləri ilə və Əmək zəmanəti qrafasında yazılmış "Əmək qabiliyyətsiz" sözlərinin Əmək zəmanəti qrafasında "Yüngül işlərdə işləyə bilər" sözləri ilə əvəz edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2-1(116)-1950/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "cavabdehin xx.xx.2022-ci il tarixli tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışını (inzibati aktını) əsassız hesab edərək xx.xx.2022-ci il tarixli tibb müəssisəsinin 0280003AAFMA göndərişinə əsasən tərtib etdiyi tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışını (inzibati aktını) əsas kimi hesab edərək tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Diaqnoz qrafasında yazılmış "Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə, Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya. Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar" sözlərinin Diaqnoz qrafasında "Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Posttravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları" sözləri ilə və Əmək zəmanəti qrafasında yazılmış "Əmək qabiliyyətsiz" sözlərinin Əmək zəmanəti qrafasında "Yüngül işlərdə işləyə bilər" sözləri ilə əvəz edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakimi Vidadi Qasımov) 15 sentyabr 2022-ci il tarixli 2- 1(116)-1950/2022 nömrəli qərardadı ilə 2-1(116)-1950/2022 nömrəli inzibati işin ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2-1(116)-1950/2022 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2-1(116)-1950/2022 saylı qərardadını ləğv edərək iddia tələbinin mümkün sayılmaqla Şəki İnzibati Məhkəməsində baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsində göstərilmişdir ki, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bundan başqa, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İddia ərizəsində cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyinə görə hazırkı iddiaya iddiaçının yaşayış yerinin məhkəməsi tərəfindən baxılmalıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı şəxsiyyət vəsiqəsində onun yaşayış yeri kimi Laçın rayonu Qayğı qəsəbəsi göstərilsə də, Bakı şəhəri Suraxanı rayonu 103 nömrəli MKİB-in xx.xx.2018-ci il tarixli arayışı ilə müəyyən edildi ki, İddiaçı 1993-cü ildən etibarən məcburi köçkün kimi Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi E.Qasımov küçəsi ev 15 mənzil 48-də yaşayır. Bu səbəbdən də hazırkı iddiaya baxılması Bakı İnzibati Məhkəməsinin səlahiyyətinə aiddir. Ona görə də iş həmin məhkəməyə göndərilməlidir. İşin ərazi aidiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi xx.xx.2022-ci il tarixli məktubla əvvəlcədən iddiaçıya bildirilmiş və bununla bağlı fikrini yazılı şəkildə Şəki İnzibati Məhkəməsinə bildirməsi üçün 10 gün müddət təyin edilmişdir. İddiaçı məktuba yazılı münasibət bildirməsə də, yaşayış yeri barədə yuxarıda göstərilən arayışı məhkəməyə göndərmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesb edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası adından çıxarılan və qanuni qüvvəsini alan Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)8104/2021 nömrəli qərarlarının məcburi icra edilməsi və bir il ərzində əsassız məhkəmə çəkişmələrinə cəlb edilməsi barədə ona dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirməklə hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddia qaldırmışdır. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 09 avqust 2022-ci il tarixli, 2- 1(116)-1437/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası adından çıxarılan və qanuni qüvvəsini alan Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)8104/2021 nömrəli qərarlarının məcburi icra edilməsi və bir il ərzində əsassız məhkəmə çəkişmələrinə cəlb edilməsi barədə ona dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirməklə hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxılması üçün inzibati işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı Şəki İnzibati Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2-1(116)-1437/2022 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin baxılması üçün Bakı İnzibati məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Hazırki işdə də eyni İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmiş arayışda onun Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi E.Qasımov küçəsi ev 15 mənzil 48-də yaşadığı görünür. O, Laçın rayonunda qeydiyyatda olsa da onun olduğu yer hal-hazırda Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi olmaqla E.Qasımov küçəsi ev 15 mənzil 48-də yaşayır. Şəki Apellyаsiyа Məhkəməsinin İnzibаti Kollegiyаsı 15 sentyabr 2022-ci i tarixli, 2- 1(107)-279/2022 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2-1(116)-1437/2022 nömrəli qərаrdadı ləğv edilmiş və iş üzrə yeni qərardad qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası adından çıxarılan və qanuni qüvvəsini alan Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)8104/2021 nömrəli qərarlarının məcburi icra edilməsi və bir il ərzində əsassız məhkəmə çəkişmələrinə cəlb edilməsi barədə ona dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirməklə hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan kassasiya şikayəti verilmədiyindən qanuni qüvvəsin almışdır. (Qərarın surəti hazırki işə əlavə edilmişdir.) Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci inctansiya məhkəməsi hazırki iş üzrə də düzgün nəticəyə gəlmiş, inzibati işin iddiaçının olduğu yer üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2-1(116)-1950/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2-1(116)-1950/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-324/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-324/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver