Məhkəmə qərarları › İş №2-1(107)-324/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-324/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-324/2023 03.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinə qarşı “Şəki şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N998-ci il tarixli M/V 023638 nömrəli “Müharibə veteranı” vəsiqəsinin” dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-N(NN6)-989/2023 nömrəli qərarından cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat N. İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N998-ci il tarixli M/V 023638 nömrəli “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək “Müdafiə Nazirliyinin cavabdehlər sırasından çıxarılmasını və cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinin üzərinə Şəki şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N998-ci il tarixli M/V 023638 nömrəli “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, N992-ci il tarixdə Şəki RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissədə xidmətə başlamış və xx.xx.N992-ci ildən xx.xx.N994-cü il tarixinədək Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.N996-cı il tarixdə qanuni əsaslarla Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmışdır. İddiaçıya veteran vəsiqəsi verilmiş və veteranlar üçün nəzərdə tutulmuş sosial müavinəti almışdır. İddiaçı ona verilən veteran vəsiqəsini itirdiyi üçün təkrar verilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmiş və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

5. Cavabdeh xx.xx.202N-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddia tələbinin ikinci hissəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının məktubunu mübahisələndirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissə komandirinin aprel N992-dekabr N994-cü il tarixli əmrlərində hərbi hissəyə daxil olmağı və xidməti barədə məlumat aşkar olunmadığından ona “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin, hərbi qulluqçulara N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.

6. Cavabdeh etiraz məktubunda yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 27 fevral 2023-cü il tarixli, 2- N(NN6)-989/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

9. Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. N0. Şəki Apellyasiya Məhkəməsini 25 may 2023-cü il tarixli, 2-N(N07)-324/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində adi cəlb edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

NN. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası və şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Qeyd olunan qanunvericilik aktında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlər Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin adı qeyd olunmamışdır. Yəni, Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən şəxsə “müharibə veteranı adı və vəsiqəsi” verilməsi onun səlahiyyətləri çərçivəsində deyildir. Əlavə olaraq bildirilir ki, “İnzibati orqanların təsnifatının tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 28 avqust tarixli N36 nömrəli qərarının 4-N.N və 4-N.N.N-ci yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrı inzibati orqanlardır. Həmçinin qeyd edirlər ki, N nömrəli hərbi hissə komandirinin aprel-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il və yanvar-dekabr N994-cü il tarixli nizamı hissə üzrə əmrlərində İddiaçı Mülahim oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-N(NN6)-989/2023 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

N2. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-N(NN6)-989/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. N3. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-N(NN6)- 989/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. N4. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişdir N5. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). N6. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - İddiaçıya məxsus ******* nömrəli hərbi biletdən görünür ki, xx.xx.N992-ci ildən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. Hərbi biletin 7-ci səhifəsində qeyd olunur ki, xx.xx.N992-ci ildən xx.xx.N994-cü il tarixə qədər Ağdam cəbhəsində gedən döyüşlərdə N nömrəli hərbi hissədə iştirak etmişdir. Hərbi biletin 3-cü səhifəsində qeyd olunmuşdur ki, xx.xx.N996-cı il tarixdə ordu sıralarından tərxis olunmuşdur. - Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli arxiv arayışında qeyd edilir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.N973-cü il təvəllüdlü İddiaçı Mülayim oğlunun xx.xx.N992-ci il tarixdə Şəki RHK-dan çağırılması, komandirin xx.xx.N992-ci il tarixli əmrində şəxsi heyətin siyahısına daxii edilməsi və Müdafiə Nazirliyinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən komandirinin xx.xx.N996-cı tarixli N92 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən N973-cü il təvəllüdlü, 3-cü MAT-nin hərbi qulluqçusu, pulemyotçu, sıravi İddiaçı Mülahim oğlu ordu sıralarından azad edildiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N92 nömrəli əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün RHKnın sərəncamına göndərilmişdir. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin apreldekabr N992-ci il, yanvar-dekabr N993-cü il və yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Mülahim oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.202Nci il tarixli məktubunda qeyd edilir ki, döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissə komandirinin aprel-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il, yanvardekabr N994cü il tarixli əmrlərində arxiv sənədlərində iddiaçının hərbi hissəyə daxil olması və xidməti barədə məlumat aşkar olunmadığına görə ona “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi mümkün olmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.202N-ci il tarixli məktubuna əlavə edilən iddiaçının qeydiyyat kartasının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.N992-ci ildən xx.xx.N992-ci ildədək N nömrəli hərbi hissədə, xx.xx.N992-ci ildən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək Ağdam cəbhəsində gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı, xx.xx.N996-cı il tarixdə ordu sıralarından tərxis olunmuşdur. - Cavabdehin xx.xx.202N-ci il tarixli məktubuna əlavə edilmiş N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabından arxiv çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Şəki RHK tərəfindən hərbi xidmətə çağırılmış iddiaçı xx.xx.N992-ci il tarixdən N nömrəli hərbi hissədə xidmətə başlamış, Müdafiə nazirinin N4N saylı xx.xx.N996-cı il tarixli əmrinə əsasən hərbi hissə komandirinin N92 saylı xx.xx.N996-cı il tarixli əmri ilə ordu sıralarından azad olunmuşdur. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, N973-cü il təvəllüdlü Şəki rayon sakini İddiaçı Şəki ŞHK tərəfindən xx.xx.N998-ci il tarixli MA/ 023638 saylı “Müharibə veteranı” vəsiqəsi və adı verilmişdir. - DSMF-in 2 saylı Şəki-Zaqatala regional filialı tərəfindən göndərilmiş sorğuya cavab məktubundan görünür ki, N973-cü il təvəllüdlü Şəki rayon sakini İddiaçı keçmiş müavinət proqramının məlumat bazasına əsasən, xx.xx.2007-ci il tarixdən xx.xx.2N4-cü il tarixədək bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq müavinət almışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

N7. İnzibati Prosessual Məcəllə: Maddə 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.N. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. N8. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Maddə 7. Müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. N9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin: - N-ci bəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd: N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.

20. “İnzibati icraat haqqında” Qanun: Maddə N9.N. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

2N. Cavabdeh orqan apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.N-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.N-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in N.N, 2.N, 2.2.3 və 34.N-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.N-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı, ona “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh orqan sözügedən sənədin verilməsindən imtinasının zəruri edən şərtləri sübut edə bilməmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçı, xx.xx.N992-ci ildən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.N992-ci ildən xx.xx.N994-cü il tarixə qədər Ağdam cəbhəsində gedən döyüşlərdə N nömrəli hərbi hissədə iştirak etmiş, xx.xx.N996-cı il tarixdə ordu sıralarından tərxis olunmuş, ona Şəki ŞHK tərəfindən xx.xx.N998-ci il tarixli MA/ 023638 saylı “Müharibə veteranı” vəsiqəsi verilmiş və xx.xx.2007-ci il tarixdən xx.xx.2N4-cü il tarixədək bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq müavinət almışdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx.xx.N998-ci ildə müharibə veteranı adı və vəsiqəsinin verilməsi öz təsdiqini tapır. İş materiallarında iddiaçının müharibə veteranı statusunun və vəsiqəsinin ləğv edilməsi ilə bağlı hər hansı mötəbər sübut yoxdur.

29. Belə ki, müharibə veteranı adı və vəsiqəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi komissiya tərəfindən yoxlanılaraq həmin komissiyanın üzvləri tərəfindən protokol tərtib edilərək verilir. Əgər bu status xüsusi yaradılmış komissiya tərəfındən verilirsə, o zaman həmin status xüsusi yaradılmış komissiyanın qərarı və tərtib edilmiş protokolu əsasında ləğv edilməlidir. İstər “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda, istərsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamədə verilmiş müharibə veteranı adının və vəsiqəsinin ləğv edilməsi ilə bağlı müddəalar mövcud deyil. Bununla belə, inzibati icraatın ümumi qaydalarına və prinsiplərinə əsasən əlverişli inzibati akt da ləğv edilə bilər. Hüquqi dövlətdə publik (o cümlədən) idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır.

30. Hazırkı iş üzrə iddiaçıya verilmiş “Müharibə veteranı” adı və vəsiqəsi ləğv edilmədiyindən cavabdeh orqan yararsız vəziyyətə düşmüş xx.xx.N998-ci il tarixli MA/ 023638 saylı “Müharibə veteranı” vəsiqəsinin dublikatının iddiaçıya verilməsindən imtina etməkdə haqlı olmamışdır. 3N. “Müharibə veteranı” statusu və vəsiqəsi ləğv edilmiş olsa belə iddiaçıya həmin vəsiqənin dublikatının verilməsi heç bir hüquqi nəticə yaratmır.

32. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Həmçinin, cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

33. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinə qarşı “Şəki şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N998-ci il tarixli M/V 023638 nömrəli “Müharibə veteranı” vəsiqəsinin” dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.N və 94.N-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-N(NN6)-989/2023nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən N ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar