Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-324/2025 22.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik еdən və məruzəçi), X3 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “Mamaginekoloq” ixtisası üzrə ixtisasartırma kurslarına cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2-1(116)-762/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mama-ginekoloq” ixtisası üzrə təkmilləşdirmə kursu və sertifikasiyadan keçirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, "iddiaçının Mama-ginekoloq” ixtisası üzrə ixtisasartırma kurslarına cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 21 yanvar 2025-ci il tarixli 2- 1(116)-762/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə İddiaçı “mama-ginekoloq” ixtisası üzrə ixtisasartırma kurslarına cəlb edilməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2-1(116)-762/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 Məhkəməsində mahiyyəti üzrə baxılan zaman iddiaçının nümayəndəsi məhkəmə iclasında birinci instansiya məhkəməsinin qərarının icra olunduğunu, iddiaçının “Mamaginekoloq” ixtisası üzrə təkmilləşdirmə kursunda iştirak etdiyini bildirmişdir. Həmin halın araşdırılması məqsədilə İddiaçı hazırda “Mama-ginekoloq” ixtisası üzrə ixtisasartırma kurslarına cəlb edilib-edilməməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə sorğu edilmişdir. Kollegiyanın sorğusu əsasında verilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 9 iyul 2025-ci il tarixli, 3-28/2-4879/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə Mama-ginekoloq” ixtisası üzrə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursunda iştirak etmişdir. Həmçinin iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etirazda qeyd etmişdir ki, iddiaçı, Azərbaycan Respublikası Həkimləri Təkmilləşdirmə İnstitutunda “Mamalıq və ginekologiya” kafedrasında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi 2 aylıq “Mamalıq və ginekologiya” ixtisası üzrə peşə hazırlığı kursuna cəlb edilmişdir. Hazırda kursu yekunlaşdırmaq üzrədir. Bununla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 29 may 2025-ci il tarixli arayışını etiraza əlavə etmişdir. Həmin arayışdan da müəyyən olunur ki, İddiaçı Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlər Təkmilləşdirmə İnstitutunda “Mamalıq və ginekologiya” kafedrasında xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində keçirilən 2 aylıq Mamalıq və ginekologiya” ixtisası üzrə peşə hazırlığı kursunda təhsil alır. Etiraza əlavə edilmiş ödəniş qəbzindən də görünür ki, İddiaçı Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hesabına 500 manat ödəniş etmişdir. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin istinad olunan normasının məzmununa görə, iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı “Mama-ginekoloq” ixtisası üzrə ixtisasartırma kurslarına cəlb edilmiş, xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə Mama-ginekoloq” ixtisası üzrə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursunda iştirak etmiş, nəticədə iddiaçının tələbi təmin olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilən sorğuya cavab məktubunu və işdə olan digər materialları tədqiq edərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin tam təmin olunduğu, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı və bunun üzərindən iddiaçının hüquqi marağına və məqsədinə çatdığı nəzərə alınmalı, yuxarıda istinad olunan normalara əsasən iş üzrə məhkəmə icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessal Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “Mamaginekoloq” ixtisası üzrə ixtisasartırma kurslarına cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-324/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-324/2025
22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver