Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-325/2020 14.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X5) qarşı “Göyçay rayon XDS İcraiyyə Komitəsinin xx xxxx 1985-ci il tarixli 13 nömrəli iclas qərarının X3 300 kv.m torpaq sahəsinin ayrılmasına dai hissəsinin, eləcə də Göyçay rayon X4 xx xxx 1999-cu il tarixli 50 nömrəli qərarının 300 kv.m torpaq sahəsinin X3 ayrılmasına dair hissəsinin ləğv edilməsi” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 181/2020nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpelyаsiyаşikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdehnə (üçüncü şəxs X5) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Göyçay rayon XDS İcraiyyə Komitəsinin xx xxxx 1985-ci il tarixli 13 nömrəli iclas qərarının X3 300 kv.m torpaq sahəsinin ayrılmasına dair hissəsinin, eləcə də Göyçay rayon X4 xx xxx 1999-cu il tarixli 50 nömrəli qərarının 300 kv.m torpaq sahəsinin X3 ayrılmasına dair hissəsinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və digər qardaşları Göyçay şəhər R.Rza küçəsi, D2, ev 15-də atası X6 məxsus fərdi yaşayış evində yaşayır. Üç ailə üçün ev kiçik olduğundan atası Alıməmməd Musayev həbsdə olarkən, Göyçay rayon XDSİK-ə ərizə yazmış, ona ayrılmış 674 m2 həyətyanı torpaq sahəsindən 200 m2 oğlu Nizami Musayevə ev tikmək məqsədilə ayrılmasını xahiş etmişdir. Alıməmməd Musayevin ərizəsi təmin edilmiş, Göyçay rayon XDS İcraiyyə Komitəsinin xx xxxx 1985-ci il tarixli qərarı ilə şəhərin 35 saylı kvartalında, keçmiş Lunaçarski, hazırda R.Rza küçəsi 2 saylı dalan, 12 nömrəli evin sahibi X7 istifadəsində olan 674 m2 torpaq sahəsinin 300 m2 hissəsi öz razılığı ilə oğlu X2 ayrılması, həmin sahənin şimal-şərq hissəsində, baş plana uyğun 185-452s saylı birtipli layihə üzrə (yaşayış sahəsi 42,1 m2 , köməkçi sahə 44,1 m2 , ümumi 343,2 m2 ) yeni yaşayış evi tikdirməsinə icazə verilməsi qərara alınmışdır. İddia ərizəsinə əlavə olunmuş mərhum Alıməmməd Musayevin ərizəsindən ərizəsindən görünür ki, sonunucu Göyçay rayon XDS İcraiyyə Komitəsindən istifadəsində olan 674 m2 torpaq sahəsinin 200 m2 hissəsinin oğlu Nizami Musayevə ayrılmasını xahiş etdiyi halda, Göyçay rayon XDS İcraiyyə Komitəsi əsassız və qanunsuz olaraq 300 m2 torpaq sahəsinin sonuncuya ayrılması barədə qərar vermişdir. Nizami Musayev ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikmiş və 1995-ci ildə vəfat etmişdir. Hal-hazırda həmin evdə Nizami Musayevin ailəsi yaşayır. ünvan 1 2 ev 13 A ünvanında yerləşən fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, onun adına ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli çıxarış verilərək torpağın mülkiyyət növü bələdiyyə kimi göstərilmiş, daha sonra isə həmin ünvandakı fərdi yaşayış evinə ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli çıxarış verilərək torpağın mülkiyyət növü xüsusi mülkiyyət kimi göstərilmişdir. ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli çıxarışda torpağın X16in xüsusi mülkiyyətində göstərilməsinə əsas Göyçay rayon XDS İcraiyyə Komitəsinin xx xxxx 1985-ci il tarixli qərarı və X4 qərarı ilə ayrılmış torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədi olmuşdur. Tərəflər birinci instansiya məhkəməsinin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Üçüncü şəxs (X5) birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il tarixli AZ2303/********** nömrəli teleqram göndərərək məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və 3-cü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 181/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə (üçüncü şəxs X5) qarşı “Göyçay rayon XDS İcraiyyə Komitəsinin xx xxxx 1985-ci il tarixli 13 nömrəli iclas qərarının X3 300 kv.m torpaq sahəsinin ayrılmasına dai hissəsinin, eləcə də Göyçay rayon X4 xx xxx 1999cu il tarixli 50 nömrəli qərarının 300 kv.m torpaq sahəsinin X3 ayrılmasına dair hissəsinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-181/2020 nömrəli qərardadından apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Alməmməd oğlunun Göyçay rayon XDS İcraiyyə Komitəsinin xx xxxx 1985-ci il tarixli 13 saylı iclasının qərarının X3 300 rrr torpaq sahəsinin ayrılmasına dair hissəsinin, eləcə də Göyçay rayon X4 xx xxx 1999-cu il tarixli 50 nömrəli qərarının 300 m2 torpaq sahəsinin X3 ayrılmasına dair hissəsinin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə iddia tələbinin mümkün sayılmamasını onunla əsaslandırmışdır (hüquqi mövqe) ki, iş materiallarından görünür ki, hazırki işdə mübahisə olunan Göyçay rayon XDS İcraiyyə Komitəsinin xx xxxx 1985-ci il tarixli 13 saylı, eləcə də Göyçay rayon X4 xx xxx 1999-cu il tarixli 50 nömrəli qərarları İPM və "İnzibati İcrat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-nin xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 299-cu maddəsi ilə tənzimlənir. İddiaçı torpaq sahəsinin qeyd olunan hissəsinin Nizami Musayevin mülkiyyətinə verilməsini ən azından 1985-ci ildən bilmiş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. Bundan başqa iddiaçı hələ xx.xx.2013-cü və xx.xx.2014-cü il tarixlərində X1 mülkiyət hüququnun dövlət tərəfindən qeydiyyata alınmasından xəbərdar olmuş, ancaq məhkəməyə müraciət etməməklə İPMnin 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddətidə ötürmüşdür. Göyçay rayon XDS İcraiyyə Komitəsinin xx xxxx 1985-ci il tarixli 13 saylı iclasının qərarı və Göyçay rayon X4 xx xxx 1999-cu il tarixli 50 nömrəli qərarı ilə X3 300 m2 torpaq sahəsinin ayrılması qərara alınmışdır. Məhkəmənin sözügedən qərardadını əsaslı və qanuni hesab etmirəm və qərardadın ləğv edilməsini və iş üzrə iddianın mümkün sayılması barədə qərardad çıxarılmasını xahiş edir.İddia tələbinin “Göyçay rayon XDS İcraiyyə Komitəsinin xx xxxx 1985-ci il tarixli 13 saylı, eləcə də Göyçay rayon X4 xx xxx 1999-cu il tarixli 50 nömrəli qərarlarının X3 300 m2 torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi” ilə bağlı: O, eləcə də digər qardaşları Göyçay şəhər R.Rza küçəsi, D2, ev 15-də atam X6 məxsus fərdi yaşayış evində yaşayırlar. Üç ailə üçün ev kiçik olduğundan atası Alıməmməd Musayev həbsdə olarkən, Göyçay Rayon XDSİK-ə ərizə yazaraq, ona ayrılmış 574 m2 həyətyanı torpaq sahəsindən 200 m2 hissəsinin oğlu Nizami Musayevə ev tikmək məqsədilə ayrılmasını xahiş etmişdir. Alıməmməd Musayevin ərizəsi təmin edilmiş, Göyçay rayon XDS İcraiyyə Komitəsinin xx xxxx 1985-ci il tarixli qərar ilə şəhərin 35 saylı kvartalında, keçmiş Lunaçarskı, hazırda R.Rza küçəsi 2 saylı dalan, 12 nömrəli evin sahibi X7 istifadəsində olan 574 m2 torpaq sahəsinin 300 m2 hissəsi öz razılığı ilə oğlu X3 ayrılması, həmin sahənin şimali-şərq hissəsində, baş plana uyğun 185-452 saylı bir tipli layihə üzrə (yaşayış sahəsi 42,1 m2, köməkçi sahəsi 44,1 m, ümumi 343,2 m2) yeni yaşayış evi tikdirməsinə icazə verilməsi qərara alınmışdır. X9 ərizəsindən görünür ki, sonuncu Göyçay rayon XDS İcraiyyə Komitəsindən istifadəsində olan 574 m2 torpaq sahəsinin 200 m2 hissəsinin oğlu Nizami Musayevə ayrılmasını xahiş etdiyi halda, Göyçay rayon XDS İcraiyyə Komitəsi əsassız və qanunsuz olaraq 300m2 torpaq sahəsinin sonuncuya ayrılması barədə qərar vermişdir. X14 Göyçay rayon XDS İcraiyyə Komitəsindən istifadəsində olan torpaq sahəsindən məhz 200 m2 hissəsinin ayrılmasını təsadüfü xahiş etməmişdir. Belə ki, atasının niyyəti istifadəsində olan ümumilikdə 574 m2 torpaq sahəsinin üç oğlu arasında bərabər hissədə verilməsi olmuşdur. Torpaq sahəsi bərabər hissədə bölündüyü halda, hər bir mülkiyyətçi torpaq sahəsindən, eləcə də həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən heç kimə maneçilik törətmədən rahat istifadə edə bilər. Lakin hazırki vəziyyətdə torpaq sahəsinin çox hissəsi Nizami Msayevin mülkiyyətinə verildiyi üçün balans pozulmuş, yəni həyətyanı sahədən digər ikin ailənin rahat istifadə etməsi çətinləşmiş, bu da lazımsız məhkəmə mübahisələrinin yaranmasına, dava-dalaşa səbəb olmuşdur. Nizami Musayev ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və 1995-ci ildə vəfat etmişdir. Hal hazırda həmin evdə Nizami Musayevin ailəsi yaşayır. X16 “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minənədək vəfat etdiyindən, sonuncuya X4 qərarı ilə torpaq sahəsinin ayrılması qanuni və əsaslı hesab edilə bilməz. Mərhum atam Alməmməd Musayev qanuni əsaslarla ona ayrılmış torpaq sahəsinin 200 kv m2 hissəsini Nizami Musayevə ayrılmasına razılıq verdiyi halda müvafiq icra hakimiyyəti orqanı əsassız və qanunsuz olaraq 300 kv m2 torpaq sahəsini sonuncuya ayırmış, bununla da Alməmməd Musayevin mülkiyyət hüquqlarını kobudcasına pozmuşdur. Göstərilənlərə əsasən Göstərilənlərə əsasən, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 181/2020 nömrəli qərardadı ləğv edilməsini və iş üzrə iddiamın mümkün sayılması barədə qərardad çıxarılmasını xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Cavabdeh nümayəndəsi və üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmişlər .İddiaçı məhkəməyə teleqram göndərək qeyd etmişdir ki, yaranmış zərurətlə bağlı məhkəmə iclasına iştirakı edə bilməyəcəyini və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamışdır. Belə ki, hazırkı işdə mübahisə olunan Göyçay rayon XDS İcraiyyə Komitəsinin xx xxxx 1985-ci il tarixli 13 nömrəli, eləcə də Göyçay rayon X4 xx xxx 1999-cu il tarixli 50 nömrəli qərarları İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. İddiaçı torpaq sahəsinin qeyd olunan hissəsinin qardaşı Nizami Musayevin mülkiyyətinə verilməsini ən azından 1985-ci ildən bilmiş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. Bundan başqa iddiaçı hələ xx.xx.2013-cü və xx.xx.2014-cü il tarixlərində X1 mülkiyyət hüququnun dövlət tərəfindən qeydiyyata alınmasından xəbərdar olmuş, ancaq məhkəməyə müraciət etməməklə İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti də ötürmüşdür. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 2(046)-638/2014 saylı xx xxxxxx 2014-cü il tarixli qətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, iddiaçı X10 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 2 ünvanında yerləşən 13A nömrəli fərdi yaşayış evinə gediş-gəlişə maneçilik törədən qarajın və qanunsuz tikintinin sökülməsi, həmin evə gediş-gəliş yolunun fərdiləşdirilməsi üçün mövcud sənədlərə uyğun hasarlanaraq ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia qismən təmin olunmuş, ünvan 1 2 ünvanında yerləşən 13A nömrəli fərdi yaşayış evinə gediş-gəlişə maneçilik törədən qarajın sökülməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, x xxxxxx 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərinicrası haqqındavə müəyyənhərəkətlərietməkdən çəkinməyə dairiddiamümkünsayılır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-181/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-181/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-325/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-325/2020
14.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver