Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-325/2023 10.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “kompensasiyanın və əlavə haqqın hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(116)-10/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ona və ailə üzvlərinə 2010cu ilin mart ayının 30-da Bakı şəhərindən Ucar şəhərinə köçməyi ilə bağlı köç pulu və birdəfəlik kompensasiyanın hesablanıb ödənilməsi, 31 mart 2010-cu il tarixindən 29 dekabr 2020-ci il tarixinədək Ucar şəhərində ailəsi ilə birlikdə kirayə evdə yaşadığına görə ödədiyi kirayə haqlarının hesablanıb ödənilməsi, Ucar RPŞ-nin rəisinin əmri ilə 2013-cü ilin avqust ayından 2015-ci ilin avqust ayınadək Şöbənin X1 rəisi vəzifəsini icra etdiyinə görə, xx.xx.2018-ci il tarixdən dekabr 2018-ci il tarixədək Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini icra etdiyinə görə və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi Ucar RPŞ-nin Təşkilati inpeksiya qrupunun baş inspektoru vəzifəsini icra etdiyinə görə vəzifə maaşının 70% məbləğində əlavə haqqın hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-885/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi, xx.xx.2021-ci il tarixli 2- 1(116)885/2021 nömrəli qərardadı ilə isə Ucar Rayon Polis şöbəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-10/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Ucar Rayon Polis şöbəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir.
4. İddia ərizəsinin əsaslarına görə iddiaçı 2010-cu ilin mart ayında X13 test imtahan verərək, Daxili işlər orqanlarında xidmətə qəbul edilmişdir. Həmin vaxtdan Ucar rayon Polis şöbəsində Yetkinlik yaşına çatmayanlarla işin təşkili qrupunda inspektor, 2012-ci ilin aprel ayından isə X1 Xidmət üzrə baş inspektoru vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində polis kapitanı rütbəsinə qədər yüksəlmiş və işlədiyi müddət ərzində heç bir xidməti nöqsana və qanun pozuntusuna yol verməmişdir, həmçinin Ucar rayon rəhbərliyinin və sakinlərinin rəğbətini qazanmışdır. Məhz bu faydalı xidmətlərinə görə dəfələrlə Daxili İşlər Nazirliyinin rəhbərliyi, Ucar RPŞ rəisi və Ucar rayon İcra Hakimiyətinin Başçısı tərəfindən mükafatlara və fəxri fərmanlara layiq görülmüşdür.
5. 26 dekabr 2020-ci il tarixində intizam məsuliyyətinə cəlb edilmiş və X25 Nazirinin 1032-00120 saylı əmri ilə Daxili işlər orqanlarından xaric edilmişdir.
6. İddiaçı 31 mart 2010-cu il tarixdən Ucar RPŞ-də xidmət etmiş və onun Ucar rayonunda yaşayış yeri olmamışdır. Buna görə də o ailəsilə birlikdə yaşadığı Bakı şəhərindən Ucar şəhərinə köçmüş, orada kirayə müqaviləsi əsasında kirayə tutduğu evlərdə yaşamışdır. O, 2010-cu ildə Ucar rayonuna köçərkən ailə tərkibi üç nəfərdən ibarət idi, xx.xx.2014-cü ildə bir övladı da anadan olmuş və ailə tərkibi 4 nəfərdən ibarət olmuşdur. Lakin ona və ailə üzvlərinə köç pulu və xidmət etdiyi müddət ərzində kirayə pulu verilməmişdir.
7. Bundan başqa o, 2013-cü ilin avqust ayından Ucar RPŞ-nin rəisinin əmri ilə 2015ci ilin avqust ayınadək Şöbənin X1 rəisi vəzifəsini icra etmişdir. Ucar RPŞ-nin rəisinin xx.xx.2016-cı il tarixli, Ə-5-1-187-16 saylı əmri ilə il tarixdən Ucar RPŞ-nin Təşkilati inpeksiya qrupunun baş inspektoru vəzifəsini icra etmişdir. Ucar RPŞ-nin rəisinin xx.xx.2018-ci il tarixli, Ə16 ş/h-187-18 saylı əmri ilə dekabr 2018-ci il tarixədək Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini icra etmişdir. Ucar RPŞ-nin rəisinin xx.xx.2019-cu il tarixli, ə42 ş/h-187-19 saylı əmri ilə xx.xx.2020-ci il tarixinə kimi Ucar RPŞnin Təşkilati inpeksiya qrupunun baş inspektoru vəzifəsini icra etmişdir. Lakin ona əlavə vəzifə icra etdiyinə görə əmək haqqı hesablanıb verilməmişdir. İddiaçı ona və ailə üzvlərinə 2010-cu ilin mart ayının 30-da Bakı şəhərindən Ucar şəhərinə köçməyi ilə bağlı köç pulu və birdəfəlik kompensasiyanın hesablanıb ödənilməsi, 31 mart 2010-cu il tarixindən 29 dekabr 2020-ci il tarixinədək Ucar şəhərində ailəsi ilə birlikdə kirayə evdə yaşadığına görə ödədiyi kirayə haqlarının hesablanıb ödənilməsi, Ucar RPŞ-nin rəisinin əmri ilə 2013-cü ilin avqust ayından 2015-ci ilin avqust ayınadək Şöbənin X1 rəisi vəzifəsini icra etdiyinə görə, xx.xx.2018-ci il tarixdən dekabr 2018-ci il tarixədək Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini icra etdiyinə görə və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi Ucar RPŞ-nin Təşkilati inpeksiya qrupunun baş inspektoru vəzifəsini icra etdiyinə görə vəzifə maaşının 70% məbləğində əlavə haqqın hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini təmin etməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
8. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, Ucar RPŞ-nin təqdim etdiyi əmrlərə əsasən, Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 38-ci maddəsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq əvəz edilmş vəzifənin maaşının 50 faizi məbləğində, lakin hər bir hal üzrə 3 aydan artıq olmamaq şərtilə, aşağıda göstərilən qaydada 1869,00 manat məbləğində vəsait hesablanmış və iddiaçının təqdim edəcəyi müvafiq bank hesabına köçürüləcəkdir. Bank hesabının təqdim edilməsi üçün İddiaçı məktub göndərilmişdir. Ucar RPŞ-nin xx.xx.2016-cı il tarixli Ə51-187-16 nömrəli əmrinə əsasən: (423,0 : 2) x 3 ay = 634,50 manat; Ucar RPŞ-nin xx.xx.20218-ci il tarixli Ə16ş/h-187-18 nömrəli əmri əsasən: (400,0 ; 2) x 3 ay = 600,00 manat; Ucar RPŞ-nin xx.xx.20219-cu il tarixli, Ə42ş/h-187-19 nömrəli əmrinə əsasən: (423,0 : 2) x 3 ay = 634,50 manat. İddianın digər hissəsi ilə əlaqədar bildirilmişdir ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşının xidməti yerdəyişmə və təyin olunması ilə bağlı yaşayış yerinin bir məntəqədən başqa məntəqəyə dəyişilməsi ilə əlaqədar ödənilən köç pulunun və birdəfəlik kompensasiyanın, 4 nöməli əlavədə isə daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyasının verilmə qaydaları və məbləğləri müəyyən edilmişdir. İddiaçının mülki vətəndaşlıqdan daxili işlər orqanlarında xidmətə Ucar RPŞ-yə təyin edilməklə başladığı və xidmət müddətində xidmət yerini dəyişmədiyi baxımından bu kompensasiyaların ona ödənilməsi mümkün deyildir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 31 yanvar 2023-cü il tarixli, 2- 1(116)-10/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qanunvericilik işçinin digər vəzifəni icra etməsini onun razılığı ilə 3 aydan artıq olmayan müddətə müəyyən etmişdir. Ucar RPŞ-nin xx.xx.2016-cı il tarixli, Ə51-187-16 nömrəli əmri ilə Ucar RPŞ-nin Təşkilati inpeksiya qrupunun baş inspektoru vəzifəsini, xx.xx.2018-ci il tarixli, Ə16Ş/h-187- 18 nömrəli əmri ilə Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini və xx.xx.2019-cu il tarixli, Ə42Ş/h-187-19 nömrəli əmri ilə Ucar RPŞ-nin Təşkilati inpeksiya qrupunun baş inspektoru vəzifəsini icra etmişdir. Buna uyğun olaraq iddiaçıya Ucar RPŞ xx.xx.2016-cı il tarixli, Ə51-187-16 nömrəli əmrinə əsasən (423,0 : 2) x 3 ay = 634, 50 manat, Ucar RPŞ-nin xx.xx.2018-ci il tarixli, Ə16Ş/h-187-18 nömrəli əmrinə əsasən (400,0 : 2) x 3 ay = 600, 00 manat və Ucar RPŞ-nin xx.xx.2019-cu il tarixli, Ə42Ş/h-187-19 nömrəli əmrinə əsasən (423,0 : 2) x 3 ay = 634, 50 manat hesablanaraq ödənilmişdir. Ucar RPŞ tərəfindən müvafiq əmrlər tərtib edilərək İddiaçı hansı müddətə müvafiq vəzifələri icra edəcəyinin dəqiq göstərilməməsi onun 3 aydan artıq müddətə həmin vəzifələri icra etməsi kimi başa düşülə bilməz. Belə ki, inzibati qurum tərəfindən əmrlərin icrası zamanı iddiaçıya icra etdiyi vəzifələr üçün ödənişlərin 3 aylıq müddətə nəzərdə tutulub ödənilməsi işdə olan materiallardan görünür. Bu mənada Ucar RPŞ tərəfindən müvafiq əmrlərin qüsurlu tərtib edilməsi iddiaçının xeyrinə şərh edilə bilməz. Əlavə olaraq, iddiaçı onun hüquqlarının pozulduğunu düşünürsə bu pozuntu ona məlum olduğu andan, yəni müvafiq vəzifələri icra etdiyi üçün 3 aylıq ödənişin ona ödənildiyi andan 1 il müddətinə məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5.2 maddəsinə uyğun olaraq, Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Həmin Məcəllənin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Eyni zamanda həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 5.2. Məhkəmə tərəfindən təmin edilmiş iddianın “köç pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi” hissəsini əsassız hesab edilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin polis əməkdaşına köç pulu və birdəfəlik kompensasiyaların ödənilməsi qaydası və miqdarı” haqqında 3 nömrəli əlavədə polis əməkdaşının xidməti yerdəyişmə və təyin olunması ilə bağlı yaşayış yerinin bir məntəqədən başqa məntəqəyə dəyişdirilməsi ilə əlaqədar ödənilən köç pulunun və birdəfəlik kompensasiyanın məbləğləri və verilmə qaydaları müəyyən edilmişdir. Həmin əlavənin 3-cü bəndində köç pulu birdəfəlik kompensasiyaların (50 km-dən çox yol qət etmək şərtilə) bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə daimi xidmət yerinə getmək üçün, hansı yerdəyişmə və təyin olunma halları zamanı verildiyi göstərilmişdir. Həmin hallar arasında Daxili İşlər Nazirliyi orqanlarında xidmət keçmək üçün ştat vəzifəsinə ilk dəfə təyin olunma halı nəzərdə tutulmadığından iddiaçının tələbi əsassız hesab edilməli idi. Ona görə də Şəki İnzibati Məhkəməsini 31 yanvar 2023-cü il tarixli, 2- 1(116)-10/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(116)-10/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(116)- 10/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Ucar rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli 187-8278-1221 nömrəli məktubuna aşağıdakı əmrlər əlavə olunmuşdur: Ucar rayon Polis Şöbəsinin xx.xx.2016-cı il tarixli 751-187-16 nömrəli əmri - Ucar RPŞ-nin Təşkilati İnspeksiya qrupunun baş inspektoru vəzifəsinin vakant olmasının nəzərə alaraq həmin vəzifənin icrası müvəqqəti olaraq Ucar RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru, polis kapitanı İddiaçı həvalə edilsin. Ucar rayon Polis Şöbəsinin xx.xx.2018-ci il tarixli 716 ş/h-187-18 nömrəli əmri - Ucar RPŞ-nin PPXT-nın komandiri vəzifəsinin vakant olmasının nəzərə alaraq həmin vəzifənin icrası müvəqqəti olaraq Ucar RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru, polis kapitanı İddiaçı həvalə edilsin. Ucar rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli 742 ş/h-187-19 nömrəli əmri - Ucar RPŞ-nin Təşkilati İnspeksiya qrupunun baş inspektoru vəzifəsinin vakant olmasının nəzərə alaraq həmin vəzifənin icrası müvəqqəti olaraq Ucar RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru, polis kapitanı İddiaçı həvalə edilsin. - Ucar rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli 187-10899-1221 nömrəli məktubundan görünür ki, Ucar RPŞ-nin arxivində saxlanılan əmrlər qovluğuna baxılmış İddiaçı 2013-cü ilin avqust ayından 2015-ci ilədək şöbənin İTB-nin rəisi vəzifələrini icra etməsi barədə əmrlərə rast gəlinməmişdir. Ucar RPŞ-nin İTB-nin rəisi vəzifəsi xx.xx.2014cü il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-cı il tarixdən 23.11 2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək vakant olmuş, həmin tarixlərdə İddiaçı həmin vəzifəni icra etməsi barədə Ucar RPŞ tərəfindən əmr verilməmişdir. Ucar RPŞ-nin xx.xx.2016-cı il tarixli Ə51-187-16 nömrəli və xx.xx.2019-cu il tarixli Ə42ş/h-187-19 nömrəli əmrlərinə əsasən müvafiq olaraq xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək şöbənin təşkilati inspektor qrupunun baş inspektoru, şöbənin xx.xx.2018-ci il tarixli Ə16ş/h-187-18 nömrəli əmrinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək isə PPXB-nin tağım komandiri vəzifələrinin icrası müvəqqəti olaraq İddiaçı həvalə olunmuşdur. Həmçinin İddiaçı Ucar RPŞ-də xidmət etdiyi müddət ərzində yaşayış sahəsi ilə təmin olunmamışdır. - xx.xx.2017-ci il tarixli Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki, X9 tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71,2 kv.m yaşayış sahəsi 48,2 kv.m yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı mənzil İddiaçı kirayə verilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2021-ci il tarixli 027-5992-1221 nömrəli məktubundan görünür ki, İddiaçının 2010-cu ildə ilk təyin olunduğu yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru vəzifəsində vəzifə maaşı 160,00 manat, polis leytenantı rütbəsinə görə isə xüsusi rütbə maaşı 122,00 manat təşkil edib; İddiaçının 2016-cı ildə müvəqqəti icra etdiyi təşkilati inspeksiya qrupunun baş inspektoru vəzifəsinin vəzifə maaşı 305,00 manat, 2019cu ildə isə həmin vəzifə üçün vəzifə maaşı 336,00 manat təşkil edib; İddiaçının 2018-ci ildə müvəqqəti icra etdiyi PPXT-nin komandiri vəzifəsində vəzifə maaşı 327,00 manat təşkil edib. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2010-cu il 579 ş/h əmrindən çıxarışdan görünür ki, İddiaçı, Ucar Rayon Polis Şöbəsinin X1 Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli 74192 ş/h- 001-20 nömrəli əmrdən görünür ki, 135-ci maddənin 4 və 9-cu bəndləri ilə daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduğuna və daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə polis kapitanı xx.xx.2020-ci il tarixdən İddiaçı Ucar RPŞ-nin İctami təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq xidmətdən xaric edilmişdir. - Ucar rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 187-3041-1222 nömrəli məktubuna aşağıdakı əmrlər əlavə olunmuşdur: Daxili İşlər Nazirliyinin xx.xx.2012-ci il tarixli 795 ş/h-001-12 əmrdən görünür ki, Polis kapitanı X5 xx.xx.2012-ci il tarixdən Ucar RPŞ-nin təhqiqat qrupunun baş təhqiqatçısı vəzifəsindən azad edilib, həmin şöbənin X1 rəisi vəzifəsinə təyin edilmişdir. Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli 71880 ş/h-001-15 nömrəli əmrindən görünür ki, polis baş leytenantı X10 xx.xx.2015-ci il tarixdən Ucar RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsindən azad edilib, həmin şöbənin ictami təhlükəsizlik bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. Ucar rayon Polis Şöbəsi üzrə xx.xx.2015-ci il tarixli 71 ş/h nömrəli əmrindən görünür ki, şöbənin İTB-nin xidmət üzrə baş inspektoru, polis kapitanı İddiaçı məzuniyyət müddətindən xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi məzuniyyətə buraxılmış, məzuniyyətdə olduğu müddətdə onun xidməti sahəsi şöbənin İTB-nin rəisi, polis baş leytenantı Babək Lətifova həvalə edilsin. Ucar rayon Polis Şöbəsi üzrə xx.xx.2014-cü il tarixli 59 ş/h nömrəli əmrindən görünür ki, şöbənin İTB-nin xidmət üzrə baş inspektoru, polis baş leytenantı İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixə kimi məzuniyyətə buraxılmışdır. xx.xx.2013-cü il tarixli 35 ş/h nömrəli əmrdən görünür ki, Ucar RPŞ-nın İTB-nin XÜ baş inspektoru İddiaçı, QŞVQ-nin kiçik inspektoru X3, MSY-nin rəis VMİE X7, PPXT polis nəfərləri X19 və X11 xx.xx.2013-cü il tarixdən məzuniyyətə buraxılmış, Ucar RPŞ-nin İTBnin XÜ baş inspektor vəzifəsi müvəqqəti olaraq İTB-nin rəisi polis kapitanı X4 həvalə edilmişdir. - AZ-İ 523410 №-li nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X6 xx.xx.2009-cu il tarixdə Oğuz rayonunda nikah bağlamışlar. - AZ-İİİ 234475 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2014cü ildə doğulmuşdur. - AZ-İİ 577217 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2010cu ildə doğulmuşdur. - Məhkəmə kollegiyasının 30 may 20223-cü il tarixli sorğusuna əsasən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin 10 iyun 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Köç pulu, birdəfəlik kompensasiya, kirayə pulu və əlavə haqq-hesabın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 38-ci maddəsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Ucar Rayon Polis Şöbəsinin təqdim etdiyi əmrlərə əsasən əvəz edilmiş vəzifənin vəzifə maaşının 50 faizi məbləğində aşağıda göstərilən qaydada 1869,00 manat məbləğində vəsait hesablanmış və iddiaçı tərəfindən təqdim edilən bank hesabına köçürülmüşdür. Ucar RPŞ-nin xx.xx.2019-cu il tarixli, Ə42ş/h-187-19 nömrəli əmrinə əsasən Təşkilati İnspeksiya qrupunun baş inspektoru vəzifəsinin müvəqqəti icrasına görə: vəzifə maaşı 423,0 manatın 50 faizi = 211,50 manat *3ay = 634,50 manat; Ucar RPŞ-nin xx.xx.2016-cı il tarixli Ə51-187-16 nömrəli əmrinə əsasən Təşkilati İnspeksiya qrupunun baş inspektoru vəzifəsinin müvəqqəti icrasına görə: vəzifə maaşı 423,0 manatın 50 faizi = 211,50 manat *3ay = 634,50 manat; Ucar RPŞ-nin xx.xx.2018-ci il tarixli Ə16ş/h-187-18 nömrəli əmrinə əsasən Post patrul xidməti tağımının komandiri vəzifəsinin müvəqqəti icrasına görə: vəzifə maaşı 400, manatın 50 faizi = 200,0 manat *3ay = 600,0 manat. İddia tələbinin digər hissəsi ilə əlaqədar qeyd olunmalıdır ki, "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavədə polis əməkdaşının xidməti yerdəyişmə və təyin olunması ilə bağlı yaşayış yerinin bir məntəqədən başqa məntəqəyə dəyişilməsi ilə əlaqədar ödənilən köç pulunun və birdəfəlik kompensasiyanın, 4 nömrəli əlavədə isə daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyasının məbləğləri və verilmə qaydaları müəyyən edilmişdir. İddiaçının daxili işlər orqanlarında xidmətə Ucar Rayon Polis Şöbəsinə təyin edilməklə başladığı və xidmət müddətində xidmət yeri dəyişdirilmədiyindən həmin kompensasiyaların ona ödənilməsi mümkün deyildir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşına köç pulu və birdəfəlik kompensasiyaların ödənilməsi qaydası və miqdarı” haqqında 3 nömrəli əlavə: İ. ÜMUMİ MÜDDƏALAR
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşının xidməti yerdəyişmə və təyin olunması ilə bağlı yaşayış yerinin bir məntəqədən başqa məntəqəyə dəyişilməsi ilə əlaqədar ödənilən köç pulunun və birdəfəlik kompensasiyaların tərkibinə aşağıdakılar daxildir: a) əməkdaşa və onun ailə üzvlərinə ödənilən nəqliyyat xərci; b) yolda olan müddət üçün gündəlik xərc; c) ev əşyalarının gətirilməsi üçün nəqliyyat xərci; ç) əməkdaşa birdəfəlik kompensasiya; d) əməkdaşın ailə üzvlərinə birdəfəlik kompensasiya.
2. Polis əməkdaşına birdəfəlik kompensasiya yeni təyin olunduğu iş yerindəki vəzifə və xüsusi rütbə maaşlarından hesablanır. Ailə üzvlərinə isə birdəfəlik kompensasiya köçüb gəldikləri günə əməkdaşın aldığı vəzifə və xüsusi rütbə maaşlarından hesablanır.
3. Köç pulu və birdəfəlik kompensasiyalar (50 km-dən çox yol qət etmək şərtilə) bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə daimi xidmət yerinə getmək üçün, aşağıda göstərilən yerdəyişmə və təyin olunma halları zamanı verilir: a) Daxili İşlər Nazirliyinin bir orqanından başqa bir orqanına ştat vəzifəsinə təyin edilərkən; b) Daxili İşlər Nazirliyinin orqanlarının daimi dislokasiya yerinin dəyişməsi zamanı; c) Daxili İşlər Nazirliyinin orqanlarında xidmət keçmək üçün ştat vəzifəsinə yeni təyin
4. Xidməti yerdəyişmə və təyin olunması ilə əlaqədar bir yaşayış məntəqəsindən başqa yaşayış məntəqəsinə getmək üçün 50 km-dən çox yol qət edərkən, əməkdaşa və ailə üzvlərinə bu qayda ilə müəyyən edilmiş normalar üzrə yola çəkilmiş faktiki xərc ödənilir. İİ. KÖÇ PULU VƏ BİRDƏFƏLİK KOMPENSASİYALARİN MİQDARİ.
1. Köç pulu və birdəfəlik kompensasiyalar aşağıdakı miqdarda ödənilir: a) əməkdaşa və onun ailə üzvlərinə nəqliyyat xərcləri, təqdim edilən sənədlər əsasında ümumi istifadədə olan hava, dəmir yolu, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gedişin dəyəri miqdarında, nəqliyyatda sərnişinlərin dövlət icbari sığortası üzrə tədiyələr, biletlərin qabaqcadan satışı üzrə xidmət və qatarlarda yatacaq ləvazimatından istifadə üçün xərclər də daxil olmaqla ödənilir; b) əməkdaşa yerdəyişmə və təyin olunma zamanı 50 km-dən çox məsafə qət edilərsə, birdəfəlik kompensasiya 1 aylıq yeni təyin olunduğu vəzifəsi üzrə vəzifə maaşı və 1 aylıq xüsusi rütbə maaşı məbləğində; c) Daxili İşlər Nazirliyinin orqanlarının dislokasiya yerinin dəyişməsi ilə əlaqədar olan yerdəyişmə vaxtı əməkdaşa məsafədən asılı olmayaraq vəzifə və xüsusi rütbə maaşlarının 50 faizi məbləğində; ç) ailə üzvlərinin hər birinə bütün hallarda əməkdaşın 1 aylıq vəzifə və xüsusi rütbə maaşının 25 faizi məbləğində; d) əməkdaşa 3000 kq-dək ev əşyalarını gətirmək üçün çəkdiyi faktiki xərc, yükün daşınması barədə qaimə təqdim edilməklə, müvafiq yükdaşıma müəssisələrinin müəyyən etdiyi tariflər müqabilində. İİİ. YOLDA OLAN VAXT ÜÇÜN GÜNDƏLİK XƏRCİN VERİLMƏSİ.
1. Xidməti yerdəyişmə və təyinolunma ilə əlaqədar olaraq, bir yaşayış məntəqəsindən başqa yaşayış məntəqəsinə gələrkən, əməkdaşa yolda olduğu bir sutkalıq müddət üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş xidməti ezamiyyətlər zamanı ödənilən gündəlik xərc normaları miqdarında vəsait verilir.
17. “Polis haqqıda” Qanun: Maddə 38. Polis əməkdaşına verilən digər təminatlar İ Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və ya yeni yerdə xidmətə göndərilən polis əməkdaşlarının mənzil ehtiyaclarının ödənilməsi üçün zəruri tədbirlər görməlidirlər. İİ Polisdə xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan polis əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, qanunvericiliklə müəyyən edilmiş məbləğdə və qaydada pul kompensasiyası ödənilir.
18. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə: İİİ Fəsil DAXİLİ İŞLƏR ORQANLARİNDA XİDMƏT KEÇMƏ Maddə 33. Daxili işlər orqanları əməkdaşlarının xidmət yerlərinin dəyişdirilməsi aşağıdakı hallarda və qaydada həyata keçirilir: 1) yuxarı vəzifəyə - əməkdaşın razılığı ilə onun işgüzar, şəxsi keyfiyyətləri, peşə hazırlığı, vəzifə təsnifatı ilə tutduğu vəzifə üçün müəyyən edilmiş müddət nəzərə alınmaqla (bu müddət bir qayda olaraq iki ildən az olmamalıdır); 2) bərabər vəzifəyə - əməkdaşın razılığı ilə xidməti zərurət yarandıqda, həmçinin ailə vəziyyəti, səhhəti və yaşı ilə əlaqədar; 3) aşağı vəzifəyə: ştatların ixtisarı ilə əlaqədar bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda; səhhətinə görə - tibb-həkim komissiyasının rəyinə əsasən; öz xahişi ilə; attestasiyanın nəticələrinə əsasən; intizam tənbehi qaydasında; təhsil müəssisəsinin əyani şöbəsinə daxil olduğuna görə, həmçinin təhsili başa vurduqdan sonra vəzifəyə təyin edildikdə; 5) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. Maddə 38. Daxili işlər orqanlarının əməkdaşına eyni zamanda müvəqqəti olaraq üç aydan artıq olmayan müddətə digər vəzifənin icrası həvalə edilə bilər. Bu halda daxili işlər orqanları əməkdaşının vəzifə maaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əlavə müəyyən edilib ödənilməlidir. Maddə 104. Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə və qaydada pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği daxili işlər orqanları əməkdaşları üçün ayda 27 manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarına 4 nömrəli Əlavə: “Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi” Qaydası:
1. Daxili işlər orqanlarında (Daxili İşlər Nazirliyinin Daxili Qoşunları istisna olmaqla) xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq pul kompensasiyası hər ay aşağıdakı məbləğdə ödənilir: (-)
2. Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının verilməsi üçün tələb olunan sənədlər: (-)
20. Əmək Məcəlləsi: Maddə 61. Başqa işçinin əmək funksiyasının icrası
2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(116)-10/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.
27. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddianı qaldırmaqda iddiaçının hüquqi marağı – 1. İddiaçıya və ailə üzvlərinə 2010-cu ilin mart ayının 30-da Bakı şəhərindən Ucar şəhərinə köçməyi ilə bağlı köç pulu və birdəfəlik kompensasiyanın hesablanıb ödənilməsi; 2. 31 mart 2010-cu il tarixindən 29 dekabr 2020-ci il tarixinədək Ucar şəhərində ailəsi ilə birlikdə kirayə evdə yaşadığına görə ödədiyi kirayə haqlarının hesablanıb ödənilməsi; 3. Ucar RPŞ-nin rəisinin əmri ilə 2013-cü ilin avqust ayından 2015-ci ilin avqust ayınadək Şöbənin X1 rəisi vəzifəsini icra etdiyinə görə, xx.xx.2018-ci il tarixdən dekabr 2018-ci il tarixədək Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini icra etdiyinə görə və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi Ucar RPŞ-nin Təşkilati inpeksiya qrupunun baş inspektoru vəzifəsini icra etdiyinə görə vəzifə maaşının 70% məbləğində əlavə haqqın hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarətdir.
28. İddia tələbinin “İddiaçıya və ailə üzvlərinə 2010-cu ilin mart ayının 30-da Bakı şəhərindən Ucar şəhərinə köçməyi ilə bağlı köç pulu və birdəfəlik kompensasiyanın hesablanıb ödənilməsi” hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilk dəfə xx.xx.2010-cu il tarixli 579 ş/h əmrlə Ucar Rayon Polis Şöbəsinin X1 Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru vəzifəsinə təyin edilmişdir. İddiaçının həmin təyinata qədər yaşayış yeri İsmayıllı rayonu Qubaxəlilli kəndi olmuşdur. Sözügedən yaşayış sahəsindən Ucar şəhərinə yaşayış yerini dəyişən iddiaçıya 1 aylıq yeni təyin olunduğu vəzifəsi və 1 aylıq xüsusi rütbə maaşı məbləğində (160+122=282 manat) birdəfəlik kompensasiya ödənilməli idi. Belə ki, İsmayıllı rayonu Qubaxəlilli kəndi ilə Ucar şəhəri arasında məsafə 53 km olduğundan və Daxili İşlər Nazirliyinin orqanlarında xidmət keçmək üçün ştat vəzifəsinə yeni təyin olunmuş əməkdaşın başqa yaşayış məntəqəsinə köçməsi ilə bağlı sözügedən əlavənin 3-cü bəndində norma müəyyən edildiyindən cavabdehin həmin pul məbləğini iddiaçıya ödəmək vəzifəsi olmuşdur.
29. Məhkəmə kollegiyası cavabdeh orqanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşına köç pulu və birdəfəlik kompensasiyaların ödənilməsi qaydası”na istinad edərək köç pulu və birdəfəlik kompensasiyanın polis əməkdaşının xidməti yerdəyişmə və təyin olunması ilə bağlı yaşayış yerinin bir məntəqədən digər yaşayış məntəqəsinə (50 km-dən çox yol qət etmək şərtilə) daimi xidmət yerinə getmək üçün ödənilməlidir dəlili ilə bağlı əlavə olaraq bildirir ki, məhz iddiaçı yaşayış yerini dəyişməmişdən əvvəl polis əməkdaşı olmuşdur. Yaşayış yerini isə məsafəsi 50 km-dan artıq olan digər yaşayış yerinə dəyişmişdir. Qaydalarda isə ilk dəfə təyin olunma halı barədə heç bir istisna nəzərdə tutulmamışdır.
30. Köç pulunun və birdəfəlik kompensasiyaların tərkibinə həm də əməkdaşa və onun ailə üzvlərinə ödənilən nəqliyyat xərci və ev əşyalarının gətirilməsi üçün nəqliyyat xərci daxildir ki, həmin xərclərə görə ödəmə təqdim edilmiş sənədlər əsasında aparılır. Lakin, hazırkı iş üzrə iddiaçı tərəfindən müvafiq xərclərə dair hər hansı sübut təqdim edilməmişdir. Odur ki, həmin hissədə cavabdeh orqanın hər hansı ödənişin edilməsi ilə bağlı öhdəliyi olmamışdır.
31. Yolda olan vaxt üçün gündəlik xərcin verilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, 1 sutkalıq müddət üçün gündəlik xərc “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 14 №-li qərarına əsasən ödənilməli idi. Belə ki, sözügedən qərara əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilmişdir.
32. “Əməkdaşın ailə üzvlərinə birdəfəlik kompensasiya”-nın ödənilməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, ailə üzvlərinə birdəfəlik kompensasiya əməkdaşın 1 aylıq vəzifə və xüsusi rütbəmaaşının 25 faizi məbləğində ödənilməli idi. Belə ki, iddiaçı Xədicə Tahirova ilə 2009-cu ildə nikah bağlamış, birgə nikahlarından xx.xx.2010 və xx.xx.2014cü il tarixlərdə 2 övladı doğulmuşdur. Odur ki, xx.xx.2010-cu il tarixdə iddiaçının ailə üzvü arvadından ibarət olmuş, ödənilməli olan birdəfəlik kompensasiyanın məbləği 70.5 manat məbləğində olmuşdur.
33. Beləliklə, iddia tələbinin “köç pulu və birdəfəlik kompensasiyanın hesablanıb ödənilməsi” hissəsində cavabdeh orqanın iddiaçıya ödəməli olduğu pul məbləği 417.5 manat (282+65+70.5) məbləğində olmuşdur.
34. İddia tələbinin “31 mart 2010-cu il tarixindən 29 dekabr 2020-ci il tarixinədək Ucar şəhərində ailəsi ilə birlikdə kirayə evdə yaşadığına görə ödədiyi kirayə haqlarının hesablanıb ödənilməsi” hissəsində məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 17- 19-cu bəndlərində istinad olunmuş maddi hüquq normalarının məzmunundan göründüyü kimi kirayə xərcləri xidmət yerinin dəyişdirilməsi ilə əlaqdar yaşayış yeri olmayan əməkdaşlara ödənilməsi nəzərdə tutulmuş, ilk dəfə vəzifəyə təyin olunan əməkdaşlara münasibətdə hər hansı tənzimləmə nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşına köç pulu və birdəfəlik kompensasiyaların ödənilməsi qaydası və miqdarı” haqqında 3 nömrəli əlavədə ilk dəfə təyin olunan əməkdaşlara münasibətdə müvafiq ödəmələrin müəyyən edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi” Qaydasında, “Polis haqqında” Qanunda və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamədə qeyd olunan məsələ ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır.
35. Odur ki, müvafiq hüquqi tənzimləmə mövcud olmadığından məhkəmə İddia tələbinin “31 mart 2010-cu il tarixindən 29 dekabr 2020-ci il tarixinədək Ucar şəhərində ailəsi ilə birlikdə kirayə evdə yaşadığına görə ödədiyi kirayə haqlarının hesablanıb ödənilməsi” hissəsinin əsassız olması qənaətinə gəlir.
36. İddia tələbinin “Ucar RPŞ-nin rəisinin əmri ilə 2013-cü ilin avqust ayından 2015-ci ilin avqust ayınadək Şöbənin X1 rəisi vəzifəsini icra etdiyinə görə, xx.xx.2018-ci il tarixdən dekabr 2018-ci il tarixədək Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini icra etdiyinə görə və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi Ucar RPŞ-nin Təşkilati inpeksiya qrupunun baş inspektoru vəzifəsini icra etdiyinə görə vəzifə maaşının 70% məbləğində əlavə haqqın hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək (14 ay 11 gün), xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək (14 ay 8 gün) şöbənin təşkilati inspektor qrupunun baş inspektoru, xx.xx.2018ci il tarixdən xx.xx.2018ci il tarixədək (21 gün) isə PPXB-nin tağım komandiri vəzifələrini icrası müvəqqəti olaraq həvalə olunmuşdur.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Cavabdeh orqanın vəzifənin həvalə edilmə müddətinin maksimum 3 ay müəyyən edilməsi ilə bağlı dəlilini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, istinad olunan Əsasnamədə həmin müddət 3 ay müəyyən edilsə də faktiki olaraq iddiaçı yuxarıda qeyd edilən müddətlərdə vakant ştat üzrə vəzifələrin icrasına cəlb edilmişdir. Odur ki, cavabdeh orqan iddiaçının faktiki cəlb olunduğu müddət üzrə yerinə yetirdiyi əmək funksiyasına görə müvafiq ödənişləri etmək öhdəliyi daşıyır.
38. İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək (14 ay 11 gün) şöbənin təşkilati inspektor qrupunun baş inspektoru vəzifəsini icra etdiyinə görə ona 2961 manat ((423:2)x14 ay) pul məbləği ödənilməli idi. Buna baxmayaraq, cavabdeh orqan tərəfindən həmin müddət üzrə iddiaçıya cəmi 3 ay üzrə 634.50 manat pul məbləği hesablanmışdır. Odur ki, cavabdeh orqan qalan 11 ay üzrə 2326.5 manat ödənişi iddiaçıya ödəməlidir.
39. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək (14 ay 8 gün) şöbənin təşkilati inspektor qrupunun baş inspektoru vəzifəsini icra etdiyinə görə də ona 2961 manat ((423:2)x14 ay) pul məbləği ödənilməli idi. Buna baxmayaraq, cavabdeh orqan tərəfindən həmin müddət üzrə də iddiaçıya cəmi 3 ay üzrə 634.50 manat pul məbləği hesablanmışdır. Odur ki, cavabdeh orqan qalan 11 ay üzrə 2326.5 manat ödənişi iddiaçıya ödəməlidir.
40. İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (21 gün) PPXB-nin tağım komandiri vəzifəsini icra etdiyinə görə də ona 21 günə münasibətdə 140 manat ödəniş edilməli idi (1 tam ay üçün 400 manat əmək haqqı müəyyən edildiyindən və həmin məbləğin 50 faizi ödənilməli olduğundan 21 günə münasibətdə 140 manat hesablanmışdır). Bununla belə cavabdeh orqan həmin müddəti 3 ay olmaqla, 460 manat artıq hesablamış və 600 manat müəyyən etmişdir. Artıq hesablanmış 460 manat pul məbləği ödəniləcək məbləğ hesablanarkən nəzərə alınmışdır.
41. Beləliklə, iddiaçıya təşkilati inspektor qrupunun baş inspektoru və PPXB-nin tağım komandiri vəzifəsini icra etdiyinə görə cavabdeh orqanın ödəməli olduğu ümumi pul məbləği 4193 manat (2326.5+2326.5-460) məbləğindədir.
42. İddiaçı, tələbində 2013-cü ilin avqust ayından 2015-ci ilin avqust ayınadək Şöbənin X1 rəisi vəzifəsini icra etməsini, Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini xx.xx.2018-ci il tarixdən dekabr 2018-ci il tarixədək icra etməsini və vəzifə maaşının 70% məbləğində əlavə haqqın hesablanıb ödənilməsini tələb etsə də iş materialları ilə müəyyən edilir ki, iddiaçının xx.xx.2013-cü il tarixli və xx.xx.2014-cü il tarixli məzuniyyət əmrində onun vəzifəsi Ucar RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru qeyd edilmiş və tələbdə qeyd olunan dövrdə onun Şöbənin X1 rəisi vəzifəsini icra etməsi, o cümlədən Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini dekabr 2018-ci il tarixədək iş materialları ilə sübut olunmur.
43. Həmçinin yuxarıda istinad olunan Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndində boş vəzifə üzrə nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməsi nəzərdə tutulduğundan iddiaçının həmin ödənişləri vəzifə maaşının 70% məbləğində hesablanmasını tələb etməsi əsassız olmuşdur.
44. Yuxarıda şərh edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, cavabdeh orqanın iddia tələbinin “köç pulu və birdəfəlik kompensasiyanın hesablanıb ödənilməsi” hissəsində iddiaçıya 417.5 manat, iddia tələbinin “müvəqqəti digər vəzifələrin icra edildiyi dövrlə bağlı” hissəsində iddiaçıya 4193 manat, cəmi 4610.5 manat pul məbləğinin ödənilməsi hissəsi sübuta yetirildiyindən iddia tələbi həmin hissədə təmin edilərək, müvafiq ödənişlərin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır. İddia tələbinin “31 mart 2010-cu il tarixindən 29 dekabr 2020-ci il tarixinədək Ucar şəhərində ailəsi ilə birlikdə kirayə evdə yaşadığına görə ödədiyi kirayə haqlarının hesablanıb ödənilməsi”, “2013-cü ilin avqust ayından 2015-ci ilin avqust ayınadək Şöbənin X1 rəisi vəzifəsini icra etməsi”, həmçinin “Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini xx.xx.2018-ci il tarixdən dekabr 2018-ci il tarixədək icra etməsi” və vəzifə maaşının 70% məbləğində əlavə haqqın hesablanıb ödənilməsi hissəsi əsassız olduğundan təmin edilməməlidir.
45. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(116)-10/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.