Məhkəmə qərarları › İş №2-1(107)-326/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-326/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-326/2021 29.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Muradlı Yeganə Rəfail qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “ona yaşa görə hesablanmış 272.97 manat məbləğində əmək pensiyasının ödənişinin bərpa olunması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)-223/2021 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona yaşa görə hesablanmış 272.97 manat məbləğində əmək pensiyasının ödənişinin bərpa olunması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Ona 10.08.2011-ci il tarixdən İİİ qrup, 01.09.2012-ci il tarixdən isə İİ qrup əlillik dərəcəsi verilmişdir. İşlədiyi üçün 01.07.2017-ci il tarixədək əmək pensiyasının baza hissəsi ödənilmişdir. İddiaçının 01.07.2017-ci il tarixdən 01.01.2006-cı il tarixədək olan 23 il 9 ay sosial sığorta stajı və 01.01.2006-cı il tarixdən 01.08.2011-ci il tarixədək fərdi hesabında olan pensiya kapitalı nəzərə alınmaqla 79,06 manat sığorta hissəsi əmək pensiyasının üzərinə əlavə edimiş, nəticədə 189,06 manat əlilliyə görə əmək pensiyası ödənilmişdir. Növbəti artımlar nəzərə alınmaqla, iddiaçıya 01.01.2018-ci il tarixdən 199,84 manat, 01.01.2019-cu il tarixdən isə 205,84 manat məbləğində əmək pensiyası hesablanaraq ödənilmişdir. İddiaçı 04.01.2019-cu il tarixdə 64 yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyası növünə keçirilməsi üçün 24.01.2019-cu il tarixdə DSMF-nin Şəki şəhər şöbəsinə ərizə ilə müraciət etmişdir. Şöbə tərəfindən 01.08.2011-ci il tarixdən 01.01.2019-cu il tarixədək onun fərdi hesabında olan pensiya kapitalının 90%-i nəzərə alınmış, əmək pensiyasının sığorta hissəsinin üzərinə əlavə olunaraq iddiaçıya 234,11 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. 01.01.2020-ci il tarixdən isə iddiaçıya 272,97 manat məbləğində əmək pensiyası ödənilmişdir. İddiaçı 27.03.2020-ci il tarixdə 2003-2004-cü illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarını nəzərə almaqla əmək pensiyasının yenidən hesablanması üçün Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayevə ərizə göndərmiş, lakin DSMF-nun sədr müavini tərəfindən imzalanaraq ünvanına göndərilmiş məktubda əmək pensiyasının düzgün hesablanmadığı bildirilmişdir. Həmçinin Şəki filialı tərəfindən göndərilmiş məktubda ona artıq əmək pensiyası ödənildiyi və bu səbəblə əmək pensiyasının məbləğinin 241,32 manata endirildiyi bildirilmişdir. DSMF publik hüquqi şəxsin Şəki şəhər filialının iddiaçıya ünvanladığı 07.08.2020-ci il tarixli, **********0 nömrəli məktubda qeyd edilir ki, iddiaçıya 891422 saylı pensiya işi üzrə 10.08.2011-ci il tarixdən İİİ qrup, 01.09.2012-ci il tarixdən isə İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İşlədiyi üçün əmək pensiyasının baza hissəsi ödənilmişdir. 01.01,2006-cı il tarixədək olan 23 il 9 ay sosial sığorta stajına və 01.01.2006-cı il tarixdən 01.08.2011-ci il tarixədək fərdi hesabında olan pensiya kapitalı nəzərə alınmaqla 01.07.2011-ci il tarixdən 189.06 manat, 01.01.2018-ci il tarixdən 199.84 manat, 01.01.2019-cu il tarixdən isə 205.84 manat məbləğində əmək pensiyası hesablanaraq ödənilmişdir. İddiaçının 64 yaşı tamam olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikası Qanununun 7-ci və 34-cü maddələrinə istinadən 24.01.2019-cu il tarixli ərizəsi nəzərə alınaraq, 01.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. 01.08.2011-ci il tarixdən 01.01.2019-cu il tarixədək fərdi hesabında olan pensiya kapitalı nəzərə alınmaqla, 01.02.2019-cu il tarixdən 234.11 manat məbləğində yaşa görə əmək pensiyası hesablanmışdır. Lakin iddiaçının əmək pensiyasının növü dəyişdirilərkən pensiyasının məbləği yeni təyinat kimi hesablanmadığından artıq ödəmə yaranmışdır. Belə ki, 01.01.2006-cı il tarixədək olan 23 il 9 ay sosial sığorta stajı və 01.01.2006-cı il tarixdən 01.02.2019-cu il tarixədək fərdi hesabında olan 8156.53 manat pensiya kapitalı nəzərə alınmaqla 01.02.2019-cu il tarixdən 175.06 manat, 01.10.2019-cu il tarixdən 200.0 manat, 01.01.2020-ci il tarixdən isə 233.20 manat məbləğində yaşa görə əmək pensiyası hesablanmalı idi. İddiaçı 12.06.2020ci il tarixdə işdən çıxdığı üçün əmək pensiyası məbləğinin yenidən hesablanması üçün filiala müraciət etmişdir. PAS proqramına əsasən 01.02.2019-cu il tarixdən 01.01.2020-ci il tarixədək iddiaçının fərdi hesabında olan 1079.81 manat pensiya kapitalı nəzərə alınmaqla (1079.81 / 133 = 8.12 manat) əmək pensiyasının məbləğinin üzərinə 8.12 manat əlavə hesablanmış, 12.06.2020-ci il tarixdən 241.32 manat təşkil etmişdir. Yuxarıda göstərilən hesablama nəticəsində iddiaçıya 01.02.2019-cu il tarixdən 31.08.2020-ci il tarixədək 865.49 manat artıq əmək pensiyası ödənişi həyata keçirildiyi müəyyən olunmuşdur. Artıq ödənilmiş məbləğin “Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikası Qanununun 39-cu maddəsinə istinadən bərpa olunması üçün razılıq ərizəsi təqdim etməsi iddiaçıdan xahiş edilmişdir. Əks təqdirdə qanunvericiliyə uyğun olaraq artıq ödənilmiş vəsaitin bərpa olunması Məhkəməyə müraciət olunacağı bildirilmişdir. DSMF publik hüquqi şəxsin DSMF-nin Şəki şəhər filialına ünvanladığı 24.08.2020-ci il tarixli, **********0 nömrəli məktubda qeyd edilir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaş həddinə çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır (2020-ci il 1 iyul tarixindən kişilərin pensiya yaş həddi 65 yaş müəyyən edilmişdir). Həmin Qanunun 22.1.1-ci maddəsinə əsasən 2019-cu ilin 1 yanvar tarixindən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin 1 yanvar tarixinədək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmçinin sözügedən Qanunun 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı ilin 1 yanvar tarixinədək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 10.4-cü maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyasının məbləği yaşa görə əmək pensiyasının sığorta və yığım hissələrinin cəmindən ibarətdir. Yaşa görə əmək pensiyasının sığorta hissəsi isə həmin Qanunun 10.2-ci maddəsində göstərilən şəkildə- sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalının (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına (144-ə) nisbəti şəklində müəyyən olunur. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 10.08.2011-ci il tarixində əlilliyə görə təyin edilmiş əmək pensiyası 01.02.2019-cu il tarixində yaşa görə əmək pensiyası növünə dəyişdirilmişdir. Əmək pensiyasının növü dəyişdirilərkən yeni təyinat olaraq şəxsin yaşa görə pensiyasının məbləği 2006-cı ilin 1 yanvar tarixinədək olan dövr üçün sığorta stajına, 2006-cı ilin 1 yanvar tarixindən sonrakı dövr uçün isə fərdi hesabının sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq yenidən müəyyənləşdirilməli olduğu halda, yanlışlıqla növ dəyişmədən əvvəl aldığı əmək pensiyasının sığorta hissəsi olan 205,84 manat saxlanılaraq ilkin təyinatdan sonra fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalına əsasən yenidən hesablanmışdır. Nəticədə vətəndaşın pensiyası qanunvericiliklə müəyyən olunandan artıq məbləğdə hesablanmışdır. Cavabdehin etirazı: DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının məhkəməyə ünvanladığı 24.11.2021-ci il tarixli etiraz məkrubunda qeyd edilir ki, iddiaçı iddia edir ki, ona 10.08.2011-ci il tarixdən İİİ qrup, 01.09.2012-ci il tarixdən isə İİ qrup əlillik dərərcəsi verilmişdir. İşlədiyi üçün 01.07.2017-ci il tarixədək əmək pensiyasının baza hissəsi ödənilmişdir. 01.01.2006-cı il tarixədək olan 23 il 9 ay sosial sığorta stajı və 01.01.2006-cı il tarixdən 01.08.2011-ci il tarixədək fərdi hesabında olan pensiya kapitalı nəzərə alınmaqla 79.06 manat sığorta hissəsi əmək pensiyasının üzərinə əlavə edilmiş, nəticədə 189.06 manat əlilliyə görə əmək pensiyası ödənilmişdir. Növbəti artımlar nəzərə alınmaqla, 01.01.2018-ci il tarixdən 199.84 manat, 01.01.2019-cu il tarixdən isə 205.84 manat məbləğində əmək pensiyası hesablanaraq ödənilmişdir. 04.01.2019-cu il tarixdə 64 yaşı tamam olduğundan yaşa görə əmək pensiyası növünə keçirilməsi üçün 24.01.2019-cu il tarixdə DSMF Şəki şəhər filialına ərizə ilə müraciət etmiş və şöbə tərəfindən cavab olaraq bildirilmişdir ki, 01.08.2011-ci il tarixdən 01.01.2019-cu il tarixədək fərdi hesabında olan pensiya kapitalının 90%-i nəzərə alınmış, əmək pensiyasının sığorta hissəsinin üzərinə əlavə olunaraq 234.11 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. 01.01.2020-ci tarixdən isə 272.97 manat məbləğində əmək pensiyası ödənilmişdir. 27.03.2020-ci il tarixdə 2003-2004-cü illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Müraciət cavab olaraq bildirmişdir ki, onun əmək pensiyası doğru hesablanmamışdır. Daha sonra isə Səki rayon filialı tərəfindən göndərilmiş məktubda ona artıq ödənilmiş əmək pensiyasının 241,32 manata endirildiyi bildirilmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmçinin “Əmək pensiyaları haqqında” azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Araşdırma əsasında məlum olmuşdur ki, İddiaçı 10.08.2011-ci il tarixdə əlilliyə görə təyin edilmiş əmək pensiyası 01.02.2019-cu il tarixdə yaşa görə əmək pensiyası növü ilə dəyişdirilmişdir. Əmək pensiyasının növü dəyişdirilərkən yeni təyinat şəxsin yaşa görə əmək pensiyasının məbləği 01.01.2006-cı il tarixədək olan dövr üçün sosial sığorta stajına, 01.01.2006-cı il tarixdən isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq yenidən müəyyənləşdirilməli olduğu halda, yalnışlıqla növ dəyişdirmədən əvvəl aldığı əmək pensiyasının sığorta hissəsi olan 205.84 manat saxlanılaraq ilkin təyinatdan sonra fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalına əsasən yenidən hesablanmışdır. Nəticədə vətəndaşın pensiyası qanunvericiliklə müəyyən edilmiş məbləğdən artıq məbləğdə hesablanmışdır Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmə iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edlmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan DSMF-nin 15 saylı regional ərazi filialının DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialına ünvanladığı 09.04.2021-ci il tarixli, **********6 nömrəli məktubda qeyd edilir ki, vətəndaş İddiaçı yaşa görə əmək pensiyası hüququ yaranarkən 01.01.2006-cı il tarixədək 23 il 9 ay, 01.01.2006-cı il tarixdən 01.02.2019-cu il tarixədək isə 12 il 7 ay sosial sığorta stajı mövcud olmuşdur. İddiaçı yaşa görə əmək pensiyası hüququ yaranarkən 25315.93 manat pensiya kapitalı mövcud olmuşdur. Vətəndaş 2020-ci ilin iyun ayında işdən azad edilən zaman onun fərdi hesabının sığorta hissəsində 01.02.2019-cu il tarixdən 01.01.2020-ci il tarixədək fərdi hesabında olan 1079.81 manat pensiya kapitalı nəzərə alınmaqla (1079.81 / 133 = 8.12 manat) əmək pensiyası məbləğinin üzərinə 8.12 manat əlavə hesablanmışdır (həmin vaxt PAS proqramında 2020-ci il üzrə məlumatlar daxil edilməmişdir). İddiaçı əlilliyə görə əmək pensiyası təyinatı davam etsəydi, 01.01.2018-ci il tarixdən 199.84 manat, 01.01 2019-cu il tarixdən 205.84 manat, 01.01 2020-ci il tarixdən 240.01 manat, 12.06.2020-ci il tarixdən 294.22 manat (01.08.2011-ci il tarixdən 12.06.2020-ci il tarixədək olan 8130.93 manat pensiya kapitalına görə - 8130,93 : 150 = 54.21 manat), 01.01.2021-ci il tarixdən isə 327.76 manat məbləğində əmək pensiyası ödənişləri edilməli idi. Əlavə olaraq məlum edilir ki, İddiaçı 891422 saylı pensiya işi üzrə 10.08.2011-ci il tarixdən İİİ qrup, 01.09.2012-ci il tarixdən isə İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İşlədiyi üçün əmək pensiyasının baza hissəsi ödənilmişdir. Vətəndaşın 01.01.2006-cı il tarixədək olan 23 il 9 ay sosial sığorta stajı və 01.01.2006-cı il tarixdən 01.08.2011-ci il tarixədək fərdi hesabında olan pensiya kapitalı nəzərə alınmaqla 01.07.2011-ci il tarixdən 189.06 manat, 01.01.2018-ci il tarixdən 199.84 manat məbləğində əmək pensiyası hesablanaraq ödənilmişdir. İddiaçının 64 yaşı tamam olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Pespublıkası Qanununun 7-ci və 34-cü maddələrinə istinadən 24.01.2019-cu il tarixli ərizəsi nəzərə alınaraq, vətəndaş 01.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. 01.08.2011-ci il tarixdən 01.01.2019-cu il tarixədək fərdi hesabında olan pensiya kapitalı nəzərə alınmaqla, 01.02.2019-cu il tarixdən 234,11 manat məbləğində yaşa görə əmək pensiyası hesablanmışdır. Lakin vətəndaşın əmək pensiyasının növü dəyişdirilərkən pensiyasının məbləği yeni təyinat kimi hesablanmadığından artıq ödəmə yaranmışdır. Belə ki, vətəndaşın 01.01.2006-cı il tarixədək olan 23 il 9 ay sosial sığorta stajı və 01.01.2006-cı il tarixdən 01.02.2019-cu il tarixədək fərdi hesabında olan 8156.53 manat pensiya kapitalı nəzərə alınmaqla 01.02.2019-cu il tarixdən 175.06 manat, 01.10.2019-cu il tarixdən 200.0 manat, 01.01.2020-ci il tarixdən isə 233.20 manat məbləğində yaşa görə əmək pensiyası hesablanmalı idi. İddiaçı 12.06.2020-ci il tarixdə işdən çıxmış və əmək pensiyası məbləğinin yenidən hesablanması üçün filiala müraciət etmişdir. PAS proqramına əsasən 01.02.2019-cu i! tarixdən 01.01.2020-ci il tarixədək fərdi hesabında olan 1079.81 manat pensiya kapitalı nəzərə alınmaqla (1079.81 / 133 = 8.12 manat) əmək pensiyası məbləğinin üzərinə 8.12 manat əlavə hesablanmış, 12.06.2020-ci il tarixdən 241.32 manat təşkil etmişdir. Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)-223/2021 nömrəli qərarı ilə (X4) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “ona yaşa görə hesablanmış 272.97 manat məbləğində əmək pensiyasının ödənişinin bərpa olunması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)-223/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsində işə baxılarkən bir sıra maddi hüquq normaları pozulmuş, iş tam və hər tərəfli araşdırılmadan hüquqi nəticəyə gələrək ədalətsiz məhkəmə aktı qəbul edilmişdir. Belə ki, o, xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Ona 01.05.2010-cu il tarixdən İİİ qrup, 01.05.2011-ci il tarixdən isə İİ qrup əlillik dərəcəsi verilmişdir. İşlədiyi üçün 01.07.2017-ci il tarixədək əmək pensiyasının baza hissəsi ödənilmişdir. 01.07.2017-ci il tarixdən isə ona 01.01,2006-cı il tarixədək olan 23 il 5 ay sosial sığorta stajı və 01.01.2006-cı il tarixdən 01.05.2010-cu il tarixədək fərdi hesabında olan pensiya kapitalı nəzərə alınmaqla 55,0 manat sığorta hissəsi əmək pensiyasının üzərinə əlavə edimiş, nəticədə 170.0 manat əlilliyə görə əmək pensiyası ödənilmişdir. Növbəti artımlar nəzərə alınmaqla, ona 01.01.2018-ci il tarixdən 180,0 manat, 01.01,2019-cu il tarixdən isə 199,84 manat məbləğində əmək pensiyası hesablanaraq ödənilmişdir. 14.01.2019-cu il tarixdə 64 yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyası növünə keçirilməyi üçün 26.01.2019-cu il tarixdə DSMF Şəki əhər şöbəsinə ərizə ilə müraciət etmişdir. Şöbə tərəfindən 01.05.2010-cu il tarixdən 01.01.2019-cu il tarixədək fərdi hesabında olan pensiya kapitalı 90 %-i nəzərə alınmış, əmək pensiyasının sığorta hissəsinin üzərinə əlavə olunaraq ona 272.97 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. 2020-ci ili aprel ayında 2003-2004-cü illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqlarını nəzərə almaqla əmək pensiyasının yenidən hesablanması üçün Əmək və Əhalinin Sosial Müdafısəsi naziri Sahil Babayevə ərizə göndərmişdi. Lakin DSMF-nun sədr müavini tərəfindən imzalanaraq ünvanına göndərilmiş məktubda əmək pensiyasının düzgün hesablanmadığı bildirilmişdir. Həmçinin Şəki filialı tərəfindən göndərilmiş məktubda ona artıq əmək pensiyası ödənildiyi və əmək pensiyası məbləğinin 241,32 manata endirildiyi bildirilmişir. Lakin o, əmək pensiyasının məbləğinin azaldılmasını qanunsuz və əsassız hesab etdiyi üçün Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)-223/2021 nömrəli qərarı ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni məhkəmə qərarı qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)-223/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi Birinci instansiya məhkəməsinin araşdırmaları ilə müəyyən olunmuşdur ki, iddiaçıya 10.08.2011-ci il tarixdən İİİ qrup, 01.09.2012-ci il tarixdən isə İİ qrup əlillik dərərcəsi verilmişdir. İşlədiyi üçün 01.07.2017-ci il tarixədək əmək pensiyasının baza hissəsi ödənilmişdir. 01.01.2006-cı il tarixədək olan 23 il 9 ay sosial sığorta stajı və 01.01.2006-cı il tarixdən 01.08.2011-ci il tarixədək fərdi hesabında olan pensiya kapitalı nəzərə alınmaqla 79.06 manat sığorta hissəsi əmək pensiyasının üzərinə əlavə edilmiş, nəticədə 189.06 manat əlilliyə görə əmək pensiyası ödənilmişdir. 01.01.2018-ci il tarixdən 199.84 manat, 01.01.2019-cu il tarixdən isə 205.84 manat məbləğində əmək pensiyası hesablanaraq ödənilmişdir. 04.01.2019-cu il tarixdə 64 yaşı tamam olduğundan yaşa görə əmək pensiyası növünə keçirilməsi üçün 24.01.2019- cu il tarixdə DSMF Şəki şəhər filialına ərizə ilə müraciət etmiş və şöbə tərəfindən 01.08.2011-ci il tarixdən 01.01.2019-cu il tarixədək fərdi hesabında olan pensiya kapitalının 90%-i nəzərə alınmış, əmək pensiyasının sığorta hissəsinin üzərinə əlavə olunaraq ona 234.11 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 27.03.2020-ci il tarixdə 2003-2004-cü illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarını nəzərə almaqla əmək pensiyasının yenidən hesablanması üçün Əmək və Əhalinin Sosial Müdafiə nazirinə ərizə göndərmiş, DSMF tərəfindən göndərilmiş məktubda əmək pensiyasının düzgün hesablanmadığı bildirilmişdir. Həmçinin Şəki filialı tərəfindən göndərilmiş məktubda ona artıq əmək pensiyası ödənildiyi və bu səbəblə əmək pensiyasının məbləğinin 241,32 manata endirildiyi bildirilmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. İddiaçı özü ərizə ilə müraciət edərək, onun əlilliyə görə əmək pensiyası növündən yaşa görə pensiya növünə keçirilməsini xahiş etmişdir. İşin hallarından və məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, ona yaşa görə pensiya təyin olunarkən hesablamada səhvə yol verilmiş və iddiaçıya artıq pensiya ödənilmişdir. Hazırki halda isə onun yenidən əlilliyə görə pensiya növünə keçirilməsi mümkün olmadığı üçün onun pensiyasında tələbində qeyd olunan kimi artımların aparılması mümkün deyil. İddiaçının əmək pensiyasının növü dəyişdirilərkən pensiyasının məbləği yeni təyinat kimi hesablanmadığından artıq ödəmə yaranmışdır. İddiaçının 01.01.2006-cı il tarixədək olan 23 il 9 ay sosial sığorta stajı və 01.01.2006-cı il tarixdən 01.02.2019-cu il tarixədək fərdi hesabında olan 8156.53 manat pensiya kapitalı nəzərə alınmaqla 01.02.2019-cu il tarixdən 175.06 manat, 01.10.2019-cu il tarixdən 200.0 manat, 01.01.2020-ci il tarixdən isə 233.20 manat məbləğində yaşa görə əmək pensiyası hesablanmalı idi. Yuxarıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)-223/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar