Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-327/2023 19.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1982-ci ildən 1995-ci ilədək, 2002-ci ildən 2003-cü ilədək, 2017-ci ildən 2022-ci ilədək “hidroaqreqat maşinisti” kimi, 2012-ci ildən 2017-ci ilədək “elektrik montyoru” kimi işlədiyi illər nəzərə alınmaqla ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2-1(116)- 330/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 1982-ci ildən 1995-ci ilədək, 2002-ci ildən 2003-cü ilədək, 2017-ci ildən 2022-ci ilədək “hidroaqreqat maşinisti” kimi, 2012-ci ildən 2017-ci ilədək “elektrik montyoru” kimi işlədiyi nəzərə alınaraq xx.xx.2022-ci il tarixdən hesablanmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1982-ci ildən etibarən əmək fəaliyyəti ilə məşğul olur. Bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Belə ki, xx.xx.1982-ci ildə X4 İ qrup hidroaqreqat maşinisti vəzifəsinə işə qəbul edilmiş və xx.xx.1995-ci ilə kimi həmin idarədə eyni vəzifədə çalışmışdır. Daha sonra xx.xx.2001-ci ildə “Rayon və şəhər paylayıcı elektrik şəbəkələrinin fəaliyyətinin təkmilləşdirilməsi və idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2001-ci tarixli, 676 saylı sərəncamı ilə idarə “Gəncəelektrikşəbəkə” ATSC-nin sərəncamına keçirilmişdir. Buna görə işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı xx.xx.2002-ci ildən yenidən Mingəçevir SES-ə hidroaqreqat maşinisti vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2003-cü ildə X6 Stansiyası bağlanmış və buna görə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin tarixdən X9 Stansiyası ASC-də elektromexanik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2012-ci ildən elektrik mantyoru, xx.xx.2017-ci ildə hidroaqreqat maşinisti vəzifəsinə keçirilmişdir. Bu günə kimi də həmin vəzifədə işləyir. Ümumiyyətlə iddiaçı 1982-ci ildən hidroaqreqat maşinisti vəzifəsində çalışır. İşlədiyi müəssisənin adının dəyişdirilməsi, birləşmə və ayrılma nəticəsində vəzifəsinin adında dəyişiklər etmişlər. İddiaçının əmək kitabçası üzrə bütün vəzifələri güzəştli müddətlərə daxildir.
3. Qeyd olunanlara əsasən iddiaçı cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********1 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi tahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti ərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan xx.xx.2003-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində “X9 Stansiyası” ASC-də elektromexanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ıl tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) bəndin içərisində quraşdırılması və yaxud aşağı byefin minimum səviyyəsindən aşağıda yerləşdirilməsi hidroelektrik stansiyaları və maşın zallı hidroelektrik stansiyaları bəndində (24.2) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 7 ay (xx.xx.2012-xx.xx.2014-cü il, xx.xx.2015-xx.xx.2020-ci il, xx.xx.2020- xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********6 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin güzəştli sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
5. Qeyd edilən normanın məzmunundan göründüyü kimi axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin güzəştli sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olması üçün normanın məzmununda göstərilmiş şərtlər mövcud olmalıdır: - Sığortaolunanlar qanunla tələb edilən yaş həddinə çatdıqda (kişilər 60 yaş, qadınlar 55 yaş); - Sığortaolunanlar qanunla tələb edilən ümumi sosial sığorta stajına malik olduqda (kişilər 25 il, qadınlar 20 il); - Sığortaolunanlar qanunla tələb edilən güzəştli sosial sığorta stajına malik olduqda (kişilər 12 il 06 ay, qadınlar 10 il); - Sığortaolunanların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə.
6. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
7. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir.
8. Sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.
9. İşin mübahisələndirilən halı İddiaçı güzəştli stajının 12 il 6 aydan az (9 il 7 ay (xx.xx.2012-xx.xx.2014-cü il, xx.xx.2015-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) olmasından ibarətdir.
10. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək “1982-ci ildən 1995-ci ilədək, 2002-ci ildən 2003-cü ilədək, 2017-ci ildən 2022-ci ilədək “hidroaqreqat maşinisti” kimi, 2012-ci ildən 2017-ci ilədək “elektrik montyoru” kimi işlədiyi illər nəzərə alınmaqla ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 14 mart 2023-cü il tarixli 2- 1(116)-330/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
14. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının 1982-ci ildən 1995-ci ilədək, 2002-ci ildən 2003-cü ilədək “hidroaqreqat maşinisti” kimi işlədiyi illəri güzəştli iş stajı kimi qəbul etsə də, həmin dövrlərə aid şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı iş materiallarına əlavə edilməmişdir. Beləliklə, iddiaçının xx.xx.2003-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində “X9 Stansiyası” ASC-də işlədiyi dövrlərin güzəştli hesab edilməsi mümkün deyildir. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçının işlədiyi elektromexanik vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Belə ki, müəssisə tərəfindən verilən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair “X9 Stansiyası” ASC-nin 02 nömrəli 25 iyul 2022- ci il tarixli arayışında İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2012-ci il tarixədək işlədiyi “elektromexanik” vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 402000 bəndinin, 214000 yarımbəndinin, 2140200a-13660 və 2140200a-19840 vəzifə kodlarına uyğun olduğu qeyd edilmişdir. Bununla belə sözügedən siyahının 402000 bəndinin, 214000 yarımbəndinin, 2140200a- 13660 koduna “hidroaqreqat maşinistləri” vəzifəsi, 2140200a-19840 koduna isə “hidroaqreqatların maşın zalının xidməti üzrə elektrik montyorları” vəzifəsi uyğundur. Göründüyü kimi iddiaçının işlədiyi “elektromexanik” vəzifəsi sözügedən kodlardakı vəzifələrə uyğun deyildir. Həmçinin, sözügedən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı İlə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) bəndin içərisində quraşdırılması və yaxud aşağı byefin minimum səviyyəsindən aşağıda yerləşdirilməsi hidroelektrik stansiyaları və maşın zalİı hidroelektrik stansiyaları bəndində (24.2) nəzərdə tutulmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2-1(116)-330/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2-1(116)-330/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2-1(116)- 330/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
18. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci ildə anadan olmuş iddiaçının 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. - İddiaçıya məxsus xx.xx.1982-ci ildə doldurulmuş ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimidir: xx.xx.1982-ci ildə X1 1-ci qrup hidroaqreqat maşinisti vəzifəsində qəbul edilmiş; xx.xx.1984-cü ildən 2-ci qrup hidroaqreqat maşinisti ixtisası verilmiş; xx.xx.1985-ci ildə 4-cü dərəcə hidroelektrik stansiyası avadanlıqlarının təmiri üzrə çilingər ixtisası verilmiş; xx.xx.1988-ci ildən 3-cü qrup hidroaqreqat maşinisti ixtisası verilmiş; xx.xx.1995-ci ildən öz xahişi ilə işdən azad olunmuşdur; xx.xx.1997-ci ildən Şəki EŞ-də elektrik montyoru vəzifəsinə qəbul olunmuşdur; xx.xx.2001-ci ildən “Gəncəelektrikşəbəkə” ATSC-nin sərəncamına keçirilib; xx.xx.2002-ci ildən ƏM-in 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir; xx.xx.2002-ci ildən ƏM-in 63-cü maddəsinin 1-ci hissəsinə əsasən 3-cü dərəcə ilə hidroaqreqat maşinisti kimi Mingəçevir SES silsiləsinin şəxsi heyətinin tərkibinə daxil edilib; xx.xx.2003-cü ildə "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli, AÜ/091 saylı əmri ilə Mingəçevir SES silsiləsinin təşkilati hüquqi forması dəyişdirilərək Mingəçevir SES silsiləsi MMC-yə çevrilmişdir; xx.xx.2003-cü ildə Mingəçevir SES silsiləsi MMC-nin tabeliyində olan Şəki kiçik SESin mülkiyyət forması dəyişdiyi, yeni hüquqi statuslu "xxxx" ASC yarandığı üçün Mingəçevir SES silsiləsi MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; xx.xx.2003-cü il tarixdən "xxxx" ASC-nin yeni ştat strukturuna uyğun olaraq elektromexanik vəzifəsinə təyin olunmuş; xx.xx.2012-ci ildə Şəki SES ASC-də elektrik montyoru vəzifəsinə keçirilmiş; xx.xx.2017-ci ildə Şəki SES ASC-də hidroaqreqat maşın zalına xidmət üzrə 5-ci dərəcə elektrik montyoru vəzifəsinə keçirilmiş; xx.xx.2020-ci ildən ƏM-in 68-ci maddəsinin “a” bəndinə əsasən vəzifədən azad olunmuşdur; xx.xx.2020-ci ildən "xxxx" MMC-də hidroaqreqat maşın zalına xidmət üzrə elektrik montyoru vəzifəsinə təyin edilmişdir. - “X5 Şəbəkəsi” MMC-nin xx.xx.2022-ci il tarixli, 121/01-05-05 nömrəli arayışından qeyd olunur ki, İddiaçı xx.xx.1982-ci il tarixli 155 saylı əmrlə xx.xx.1982-ci il tarixdən X2 Şəki şəhər şəbəkə rayonuna 1-ci qrup hidroaqreqat maşinisti vəzifəsinə qəbul edilmişdir. xx.xx.1984-cü il tarixli 229 saylı əmrlə xx.xx.1984-cü il tarixdən 2-ci qrup hidroaqreqat maşinisti ixtisası verilmişdir. xx.xx.1985-ci il tarixli 133 saylı əmrlə xx.xx.1985-ci il tarixdən 4-cü dərəcə hidroelektrik stansiya avadanlıqlarının təmiri üzrə çilingər ixtisası verilmişdir. xx.xx.1988-ci il tarixli 177 saylı əmrlə İİİ qrup hidroaqreqat maşinisti ixtisası verilmişdir. xx.xx.1995-ci il tarixli 163 saylı əmrlə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (ş/ərizəsi) əsasən xx.xx.1995-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. - “X9 Stansiyası” ASC-nin xx.xx.2022-ci il tarixli, 02 nömrəli arayışında qeyd olunur ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə), “X9 Stansiyası" ASC-də də xx.xx.2003-cü il tarixdən (Əmr N:2, §-4) elektromexanik, xx.xx.2012-ci il tarixdən (Əmr N:4, §-5) elektrik montyoru, xx.xx.2017-ci il tarixdən (Əmr N:15, §-4) 5-ci dərəcə elektrik montyoru (hidroaqreqat maşın zalına xidmət üzrə) işləmiş, xx.xx.2020-ci il tarixdən (Əmr N:2, §-4) ərizəsinə əsasən işdən azad edilmişdir. İşlədiyi vəzifə üzrə sığorta (əmək) stajı 16 il, 6 ay, 22 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri - hidroelektrik stansiyasının hidroaqreqat maşinisti, hidroqreqat maşın zalına xidmət üzrə elektrik montyoru olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 402000 bəndinin, 214000 yarımbəndinin, 2140200a-13660 və 2140200a-19840 vəzifə kodlarına uyğundur. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 41 nömrəli arayışında qeyd olunur ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə), “ASK Şəki SES" MMC-də xx.xx.2020-ci il tarixdən (Əmr N:04-2020, §-9) 5-ci dərəcə elektrik montyoru (hidroaqreqat maşın zalına xidmət üzrə) işləyir. İşlədiyi vəzifə üzrə sığorta (əmək) staji 2 il, 4 ay, 25 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri - hidroelektrik stansiyasının hidroaqreqat maşın zalına xidmət üzrə elektrik montyoru olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 402000 bəndinin, 214000 yarımbəndinin, 2140200a-19840 vəzifə koduna uyğundur. - Məhkəmə kollegiyasının “X9 Stansiyası” ASC-yə 5 iyun 2023-cü il tarixli sorğusuna əsasən verilmiş "xxxx" MMC 9 iyun 2023-ü il tarixli məktubundan görünür ki, X9 stansiyası 1933-1935-ci illərdə tikilmiş, 1936-cı ildə istismara verilmişdir. Azərbaycanın vahid enerji sistemində işləyir. İddiaçı 1982-ci ildən 1995-ci ilədək X2 şəhər şəbəkə rayonunda 1-ci qrup hidroaqreqat maşinisti, 2-ci qrup hidroaqreqat maşinisti, 4-cü dərəcə hidroelektrik stansiya avadanlıqlarının təmiri üzrə çilingər, 3-cü qrup hidroaqreqat maşinisti çalışdığı yer sonradan, xx.xx.2001-ci ildən “Gəncəelektrikşəbəkəsı” ATSC-nin, 02.01,2002-ci ildən İ.M.İslamzadə adına Mingəçevir SES Silsiləsisinin tabeçiliyinə verilmişdir. xx.xx.2003-cü ildə mülkiyyət forması dəyişdiyi üçün yeni hüquqi statuslu ”X9 Stansiyası” ASC yaranmışdır. Göründüyü kimi X9 stansiyasının tabeçiliyi, hüquqi statusu zaman-zaman bir neçə dəfə dəyişmişdir. Hazırda həmin stansiya "xxxx" MMC-nin mülkiyyətindədir. İddiaçı işlədiyi X9 stansiyasındakı hidroaqreqat maşinisti vəzifəsi “Əmək pensiyaları haqqında” Azərbycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşə (vəzifə) hesab edildiyindən, hesab edirik ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-ci il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 402000 bəndinin, 2140200a yarımbəndinin, 2140200a-13660 vəzifə koduna uyğundur.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.8-ci maddəsinin mətninə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
21. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” AR Qanunun qüvvəyə mindiyi xx.xx.2022 tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən, “axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ”nun olması nəzərdə tutulurdu. Qanunun 9.1-ci maddəsinin xx.xx.2022- ci il tarixdən qüvvəyə minmiş mətninə əsasən isə “axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır”.
22. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir.
23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir.
24. AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir.
25. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir.
26. “AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.
27. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
29. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2-1(116)-330/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
30. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
31. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
32. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, cavabdehin imtinası iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə və ona əlavə ediliş sənədlərə cavab olaraq verilmişdir. İmtina cavabı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə iş stajına malik olmaması əsası ilə verilsə də, cavabdeh tərəfindən iddiaya etirazda iddianın təmin olunmasını istisna edən əsas qismində həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi də göstərilmişdir.
35. İddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhədliyinin cavabdehin üzərinə qoyulması xahiş edildiyindən məhkəmə hesab edir ki, işin hallarına münasibətdə Qanunun 9.1-ci maddəsinin iddiaçının müraciət etdiyi dövrdə qüvvədə olan mətni tətbiq edilməlidir. Normanın tələbinə görə isə xx.xx.2022-ci il tarixdə artıq şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələbi aradan qalxmışdı.
36. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
37. Yuxarıda qeyd edilən normanın tələbindən də göründüyü kimi, xx.xx.1962-ci il təvəllüdlü iddiaçının 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin tələb olan 60 yaşı tamam olduqdan sonra cavabdehə müraciət etmiş, artıq xx.xx.2022-ci il tarixdə onun müraciətinə güzətşi iş stajının olmaması əsası ilə imtina cavabı verilmişdir.
38. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən “X9 Stansiyası” ASC-yə sorğu edilmiş və "xxxx" MMC-nin 09 iyun 2023-cü il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, X9 stansiyası 1933-1935-ci illərdə tikilmiş, 1936-cı ildə istismara verilmişdir. Azərbaycanın vahid enerji sistemində işləyir. İddiaçı 1982-ci ildən 1995-ci ilədək X2 şəhər şəbəkə rayonunda 1-ci qrup hidroaqreqat maşinisti, 2-ci qrup hidroaqreqat maşinisti, 4-cü dərəcə hidroelektrik stansiya avadanlıqlarının təmiri üzrə çilingər, 3-cü qrup hidroaqreqat maşinisti çalışdığı yer sonradan, xx.xx.2001-ci ildən “Gəncəelektrikşəbəkəsı” ATSC-nin, 02.01,2002ci ildən İ.M.İslamzadə adına Mingəçevir SES Silsiləsisinin tabeçiliyinə verilmişdir. xx.xx.2003-cü ildə mülkiyyət forması dəyişdiyi üçün yeni hüquqi statuslu ”X9 Stansiyası” ASC yaranmışdır. Göründüyü kimi X9 stansiyasının tabeçiliyi, hüquqi statusu zamanzaman bir neçə dəfə dəyişmişdir. Hazırda həmin stansiya "xxxx" MMC-nin mülkiyyətindədir. İddiaçı işlədiyi X9 stansiyasındakı hidroaqreqat maşinisti vəzifəsi “Əmək pensiyaları haqqında” Azərbycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşə (vəzifə) hesab edildiyindən, hesab edirik ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-ci il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 402000 bəndinin, 2140200a yarımbəndinin, 2140200a-13660 vəzifə koduna uyğundur.
39. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək X1 hidroaqreqat maşinisti işləmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 02 nömrəli güzəşti arayışa əsasən, iddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2012-ci il tarixədək işlədiyi elektromexanik, xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlədiyi elektrik montyoru vəzifəsində ümumi iş stajı 16 il 6 ay 22 gün hidroelektrik stansiyasının hidroaqreqat maşinisti, hidroqreqat maşın zalına xidmət üzrə elektrik montyoru olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 402000 bəndinin, 214000 yarımbəndinin, 2140200a-13660 və 2140200a-19840 vəzifə kodlarına uyğundur. Göstərilən vəzifə AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 24cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı hissəsinin 24.2-ci bəndinin a yarımbəndində göstərilən hidroaqreqat maşinisti vəzifəsinə uyğun olmaqdadır. Həmçinin iddiaçının “ASK Şəki SES" MMC-də xx.xx.2020-ci il tarixdən 5-ci dərəcə elektrik montyoru (hidroaqreqat maşın zalına xidmət üzrə) işlədiyi müəyyən edilmişdir. İşlədiyi vəzifə üzrə sığorta (əmək) staji 2 il, 4 ay, 25 gün təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 41 nömrəli güzəştli arayışa əsasən müəyyən edilmişdir ki, işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri – hidroelektrik stansiyasının hidroaqreqat maşın zalına xidmət üzrə elektrik montyoru olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 402000 bəndinin, 214000 yarımbəndinin, 2140200a-19840 vəzifə koduna uyğundur. Odur ki, cavabdeh tərəfindən iddiaçının müxtəlif illərdə işləmiş olduğu eyni vəzifənin müəyyən müddətinin güzəştli staja hesablanıb, digər qisminin isə nəzərə alınmaması əsassız olmuşdu.
40. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə təsbit edilmiş hər üç tələbə cavab verməsi öz təsdiqini tapmışdır.
41. Məhkəmə kolegiyası qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)- 1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe).
42. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının 1982-ci ildən 1995-ci ilədək, 2002-ci ildən 2003-cü ilədək, 2017-ci ildən 2022-ci ilədək “hidroaqreqat maşinisti” kimi, 2012-ci ildən 2017-ci ilədək “elektrik montyoru” kimi işlədiyi illər nəzərə alınmaqla ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
44. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2-1(116)-330/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.