Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-327/2024 20.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu Diyallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ona satılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış, plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-120/2024 nömrəli qərarından iş üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı rayonu Diyallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ona satılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış, plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1347/2023 nömrəli qərardadı ilə İsmayıllı rayonu Diyallı bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi cəlb edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu, Diyallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikilməsi məqsədilə bələdiyyənin alqı-satqı predmeti olan torpaq sahəsindən 1200 kv.metr torpaq sahəsi satılmış, sonuncu tərəfindən satılan torpaq sahəsinin dəyəri ödənilmiş və müvafiq torpaq sahəsinin sxemi hazırlanaraq İsmayıllı rayon İH-nin memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiqlənmişdir. İddiaçı müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.
4. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İsmayıllı rayonu, X1 Sevinc Rəşid qızına 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair 14 saylı qərarı xx.xx.2007-ci il tarixli olsa da, torpaq sahəsinin alqı-satqısına dair 381 nömrəli akt xx.xx.2007-ci il tarixdə tərtib edilmişdir. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466-saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun, Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466-saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il tarixli, 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilər. Eyni zamanda özgəninkiləşdirmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra özgəninkiləşdirə bilər. Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdrarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunarkən məlum olmuşdur ki, həmin torpaq sahəsi yeni yaradılmış elektron uçot məlumat bazasında ümumi istifadədə olan torpaq sahələri kimi qeyd edilmişdir, həmçinin taktiki torpaq sahəsi 0.0862 ha olmaqla 0.0338 ha azdır. Torpaq sahəsi üzərindən yüksək gərginlikli (10 kv) elektrik xətti keçir. Qeyd olunan səbəblərdən müraciətinin icrası mümkün olmamışdır.
5. Üçüncü şəxs iddia tələbinə münasibətində qeyd etmişdir ki, İsmayıllı rayon Diyallı bələdiyyəsinin 03 noyabr 2007-ci il tarixli 14 saylı qərarı qüvvədədir, həmin torpaq sahəsi İddiaçı qeyd olunan qərarla satılıb müvafiq sənədlər hazırlanaraq ona verilmiş və torpaq sahəsini faktiki müəyyən olunan koordinatlar daxilində yerində ölçmə işləri aparılıb ona tanıdılmışdır. Hazırda torpaq sahəsi onun qanuni istifadəsindədir. Torpaq sahəsi üzrə torpaq vergisinin müəyyən olunmuş vaxtda tam ödəyir, torpaq sahəsi üzərində heç bir mübahisə yoxdur, ona görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İsmayıllı rayonu Diyallı bələdiyyəsi xx.xx.2007-ci il tarixli, 14 saylı qərarı, xx.xx.2007-ci il tarixli alqı-satqı aktından və 2007-ci il tarixli qəbzdən görünür ki, fərdi yaşayış evinin tikilməsi məqsədilə 1200 m2 torpaq sahəsi İddiaçı satılmış və sonuncu tərəfindən bələdiyyənin hesabına pul vəsaiti ödənmişdir. - cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-507/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu Diyallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış və DT və XK tərəfindən onun adına tərtib edilmiş A№ 024966 (**********0023) saylı plan-ölçü sənədində göstərilmiş 0,12 hektar torpaq sahəsi X3 X5 (TEKUİS) əsasən İsmayıllı rayonu Diyallı kənd inzibati ərazi sərhəddi daxilində yaşayış məntəqəsi torpaqlarına aid, uqodiyası həyətyanı sahələr olan ərazidə, torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən isə İsmayıllı rayonu Diyallı kənd inzibati ərazi sərhəddi daxilində kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası örüş olan bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. Faktiki olaraq sənəd üzrə göstərilmiş 0,12 hektar torpaq sahəsi başqa şəxslərin istifadəsində olan həyətyanı sahələrlə üst-üstə düşür. Eyni zamanda İddiaçı nümayəndəsi tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş iddia olunan torpaq sahəsi ilə A№ 024966 (**********0023) saylı plan-ölçü sənədində göstərilmiş sahə arasında 230 metr fərq mövcuddur. - X7 Təchizatı və Satışı İdarəsi İsmayıllı Elektrik Şəbəkəsinin xx.xx.2021-ci il tarixli 26/607 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5a saylı bəndinə əsasən yuxarıda qeyd edilmiş torpaq sahəsi 10 kv-luq hava elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunan torpaq sahəsi təmir-bərpa, montaj, demontaj, texniki baxış işlərinə heç bir maneçilik törətmir və qeydiyyata alınmasına etiraz etməmişlər. - A № 024966 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, sözügedən sənəd İsmayıllı rayonu Diyallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərar ilə iddiaçıya fərdi yaşayış evi tikmək məqsədi ilə satılmış 1200 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 12 mart 2024-cü il tarixli 2- 1(116)-120/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayonu, Diyallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 saylı qərarına əsasən fərdi yaşayış evinin tikilməsi məqsədi ilə ayrılmış 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış, plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, işin hallarından görünür ki, İsmayıllı rayonu Diyallı bələdiyyəsinin ərazisində yerləşən 1200 m2 torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədilə iddiaçıya satılmışdır. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması İsmayıllı rayonu Diyallı bələdiyyəsinin qərarı, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə alqı-satqı aktı, torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədi və DT və XKnin İsmayıllı rayon şöbəsinin rəyi ilə sübut edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdehin iddiaya qarşı dəlili – Torpaqların alqı-satqısına dair aktın xx.xx.2007-ci il tarixindən sonrakı müddətdə qeydiyyata alınması ilə bağlıdır. Belə ki, cavabdeh orqan 23 oktyabr 2007 tarixli 466- İİİQD saylı Qanunla "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməli olduğunu bildirir. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - Məhkəmə, təqdim edilmiş mütəxəssis rəyinə münasibətdə qeyd edir ki, oxşar inzibati mübahisələr üzrə məhkəmə təcrübəsinə əsasən bir çox hallarda DT və XK tərəfindən tərtib edilmiş plan-ölçü sənədlərində koordinat sürüşmələrinin mövcudluğu məlumdur. Belə hallarda cavabdeh orqan plan-ölçü sənədinin koordinatları ilə kifayətlənməməli, ilkin yeruquluşu sənədlərini, o cümlədən plan-ölçü sənədinin cizgisini əsas götürməklə iddia olunan torpaq sahəsinin naturada yerləşmə vəziyyətini müəyyən etməlidir. Belə ki, təqdim edilmiş plan-ölçü sənədinin koordinatları əsasında tərtib edilmiş yerquruluşu planında torpaq sahəsinin digər subyektlərə məxsus torpaq sahələri ilə hər hansı uyğunluq olmadan üst-üstə düşməsi təsvir edilmişdir. Sözügedən A№ 024966 (**********0023) saylı plan-ölçü sənədinin cizgisində isə torpaq sahəsinin düzbucaqlı formasında küçəyə paralel şəkildə yerləşməsi öz əksini tapmışdır. Göründüyü kimi, müqayisəli visual baxışla müəyyən edilməsi mümkün olan elementar texniki səhvlər nəzərə alınmadan ziddiyyətli məlumatlar mütəxəssis rəyinə daxil edilmişdir. Nəzərə alınmalıdır ki, torpaq sahəsini ayıran qurum – bələdiyyə də, iddiaçıya satılmış torpaq sahəsinin yerində ölçmə işləri aparılmaqla ona tanıdılmasını, hazırda torpaq sahəsinin onun qanuni istifadəsində olmasını bildirir. Yəni, torpaq sahəsini ayıran qurum təsdiq edir ki, məhz faktiki istifadə edilən torpaq sahəsi iddiaçıya satılmış torpaq sahəsidir. Odur ki, cavabdeh orqan dəfələrlə aşkar edilmiş, mötəbər olmayan koordinatlara istinad etməkdə haqlı olmamışdır. Digər tərəfdən işdə olan İsmayıllı rayon Diyallı bələdiyyəsi tərəfindən iddiaçıya ayrıldığı bildirilən torpaq sahəsinin koordinatları da, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə uyğundur. Odur ki, plan-ölçü sənədi ilə faktiki istifadə arasında mövcud olan konfiqurasiya fərqlərinin yerquruluşu qaydasında aradan qaldırmaq cavabdeh orqanın vəzifəsidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İsmayıllı rayonu Diyallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı, 14 saylı iclas protokolu iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas olduğundan cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
9. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-120/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1 (116)-120/2024 nömrəli qərarı ləğv olunmalıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu. Diyallı Bələdiyyəsinin 03.12. 2006-cı il tarixli, 14 saylı qərarı ilə ona satılmış, alqı-satqı aktı tərtib edilmiş, həmin torpaq sahəsi qanuni əsaslarla ona satılmışdır. Təqdim edilən sənədlər tərəfimizdən araşdırılan zaman məlum olmuşdur ki, bələdiyyə tərəfindən torpaq ayrılarkən “Torpaq bazarı haqda və Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikasının qanunlarına tam şəkildə riayət olunmamışdır. Torpaq sahəsinin ayrılması zamanı alqısatqı sənədləri qanunvericiliyin tələblərinə uyğun hazırlanmamışdır. Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdrarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunarkən məlum olmuşdur ki, həmin torpaq sahəsi yeni yaradılmış elektron uçot məlumat bazasında ümumi istifadədə olan torpaq sahələri kimi qeyd edilmişdir. Həmçinin faktiki torpaq sahəsi 0.0862 ha olmaqla 0.0338 ha azdır. İsmayıllı rayonu Diyallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış və DT və XK tərəfindən onun adına tərtib edilmiş A№ 024966 (**********0023) saylı plan-ölçü sənədində göstərilmiş 0,12 hektar torpaq sahəsi X4 X5 (TEKUİS) əsasən İsmayıllı rayonu Diyallı kənd inzibati ərazi sərhəddi daxilində yaşayış məntəqəsi torpaqlarına aid, uqodiyası həyətyanı sahələr olan ərazidə, torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən isə İsmayıllı rayonu Diyallı kənd inzibati ərazi sərhəddi daxilində kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası örüş olan bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. Faktiki olaraq sənəd üzrə göstərilmiş 0,12 hektar torpaq sahəsi başqa şəxslərin istifadəsində olan həyətyanı sahələrlə üst-üstə düşür. Eyni zamanda İddiaçı nümayəndəsi tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş iddia olunan torpaq sahəsi ilə A№ 024966 (**********0023) saylı plan-ölçü sənədində göstərilmiş sahə arasında 230 metr fərq mövcuddur. Torpaq sahəsi üzərindən yüksək gərginlikli (10 kv) elektrik xətti keçir. “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”-nin 9 saylı Qəbələ Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İş materiallarından görünür ki, Şəki inzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız İddiaçınun iddia tələbini təmin etmişdir. Bu səbəbdən də, həmin Məhkəmə tərəfindən qəbul olunmuş 12 mart 2024-cü il tarixli, 2-1(116)-120/2024 nömrəli qərar ləğv olunmalı, iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul olunmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2893768X9 iddia tələbinin dəyişdirilməsi barədə ərizəni müdafiə edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ilkin plan-ölçü sənədində qeyd edilən torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğunlaşdırılaraq “İsmayıllı rayonu Diyallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ona satılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış, plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin qoyulması”nı xahiş etdi. Əlavə olaraq hazırki iddianın təmin edilməsini, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 avqust 2024-cü il tarixli, 2-1(107)-327/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-120/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs İsmayıllı rayonu Diyallı bələdiyyəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
20. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1.yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
21. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
22. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir.
23. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
24. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı: Maddə 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3 X4 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4 ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5 ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi;
25. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında X4 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır.
22. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;
2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır;
26. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;
Apellyasiya şikayətinin mümkünlüyü
27. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
28. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
29. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
30. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəyişdirilməsi barədə ərizəyə uyğun olaraq iddia təmin edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
32. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin müəyyən edilən hallarına görə iddiaçıya yuxarıda qeyd edilən bələdiyyə qərarı əsasında 0.12 ha torpaq sahəsi ayrılsa da, iddiaçının faktiki istifadəsində 0.1257 ha torpaq sahəsi olduğu qeyd edilir. Lakin həmin torpaq sahəsi də iddiaçının adına tərtib olunmuş A 024966 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlardan kənarda yerləşir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818 nömrəli Fərmanının tələbləri baxımından iddiaçının texniki sənədlərindəki (plan-ölçü) məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir, ona görə də, iddiaçı, A024966 nömrəli plan-ölçü sənədinin əsas döngə nöqtələrinin koordinatlarına uyğun düzəliş edilməklə faktiki istifadə vəziyyətinə uyğun qeydiyyatın aparılmasının cavabdeh orqandan tələb etməkdə haqlıdır. Bu baxımdan da, Kollegiya tərəfindən iddiaçıya ayrılmış 0.12 ha torpaq sahəsinin onun faktiki istifadəsində olan 0.1257 ha torpaq sahəsinin məhz hansı hissəsinə düşməsi ilə bağlı zəruri araşdırma aparılmışdır.
34. Məhkəmə tərkibi nəzərə alır ki, torpaq sahəsi - yer səthinin bir hissəsi kimi sərhədləri, təyinatı və digər göstəriciləri olan fərdi-müəyyən (əvəzedilməz) əşyadır.
35. Belə ki, əgər birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək cavabdehin üzərinə “plan-ölçü sənədində qeyd edilən torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq 0.12 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulmalı olduğu barədə” nəticəyə gəlirsə, deməli iddiaçıya ayrılmış 0.12 ha torpaq sahəsinin onun faktiki istifadəsində olan 0.1257 ha torpaq sahəsinin məhz hansı hissəsinə aid edildiyini, iddiaçının qeydə alınmalı hüququ ilə əhatə edilən torpaq sahəsinin yerləşmə vəziyyətini (sərhədlərini), onun döngə nöqtələrinin koordinatlarını dəqiq müəyyən etməklə məhkəmə qərarında göstərməli, buradan, icrası mümkün olan, üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmalı olduğu torpaq sahəsi ilə bağlı yeni mübahisə predmeti yaratmayan qərar qəbul etməli idi. Hazırkı işdə bu, baş verməmişdir.
36. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası ilkin olaraq cavabdeh orqana müvafiq sorğu ilə müraciət edərək İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsinin onun faktiki istifadəsində olan 0.1257 ha torpaq sahəsinin məhz hansı hissəsinə aid edildiyini, iddiaçının qeydə alınmalı hüququ ilə əhatə edilən torpaq sahəsinin yerləşmə vəziyyətini (sərhədlərini), onun döngə nöqtələrinin koordinatları barədə məlumatın verilməsi barədə araşdırma aparmışdır.
37. Məhkəmə kollegiyası iclasında isə iddiaçının nümayəndəsinin iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi nəzərə alınaraq iddiaçının qeydə alınmalı hüququ ilə əhatə edilən torpaq sahəsinin yerləşmə vəziyyəti (sərhədləri), döngə nöqtələrinin koordinatları məhkəmə kollegiyasının sorğusuna əsasən tərtib edilmişdir.
38. Cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına göndərilmiş 20 avqust 2024-cü il tarixli müşayiət məktubu ilə birlikdə təqdim edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, kameral qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, a. İsmayıllı rayonu Diyallı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı satılmış 0,12 hektar həyətyanı torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olmaqla ölçülən 0,1257 hektar torpaq sahəsinin daxilində yerləşmə vəziyyəti, döngə nöqtələrinin koordinatları yerquruluşu planı üzrə göstərilmişdir. b. X4 X5 (TEKUİS-nə) əsasən iddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,1257 hektar torpaq sahəsinin 0,0056 hektar hissəsi başqa şəxslərin mülkiyyətinə verilmiş əkin torpaq sahələri ilə, 0,1201 hektar hissəsi isə İsmayıllı Rayonu Diyallı kənd inzibati ərazi sərhəddi daxilində yaşayış məntəqəsinin torpaqlarına aid uqodiyası tikinti altı torpaqlar, alt kateqoriyası ümumi istifadədə olan torpaqlarda yerləşir. c. Faktiki naturada ölçülmüş torpaq sahəsinin daxilindən yüksək gərginlik elektrik xətti (UnKv 10) keçir. İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,1257 hektar torpaq sahəsinin 0,0748 hektar hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsi zolağında yerləşir.
39. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanın tələbləri baxımından iddiaçı, A024966 nömrəli plan ölçü sənədinin əsas döngə nöqtələrinin koordinatlarına uyğun düzəliş edilməklə faktiki istifadə vəziyyətinə uyğun qeydiyyatın aparılmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.
40. Məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda göstərilənlər birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsasdır. Bu qiymətləndirmə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
41. Bundan sonra məhkəmə kollegiyası cavabdeh orqanın apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin aşağıda qeyd olunacaq dəlilləri iddia tələbinin rədd olunması üçün əsas deyil.
42. Belə ki, cavabdeh orqanın apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, torpaqların alqı-satqısına dair akt xx.xx.2007-ci il tarixindən sonrakı müddətdə qeydiyyata alınmış, bələdiyyə tərəfindən torpaq ayrılarkən “Torpaq bazarı haqqında və Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikasının qanunlarına tam şəkildə riayət olunmamışdır. Torpaq sahəsinin ayrılması zamanı alqı-satqı sənədləri qanunvericiliyin tələblərinə uyğun hazırlanmamışdır.
43. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil cavabdeh orqanın etirazında göstərilən dəlillə eynilik təşkil etməklə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsində bələdiyyə torpaqları üzərində icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsi qeyd edilsə də, nəzərə alınmalıdır ki, İsmayıllı rayonu, Diyallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikilməsi məqsədilə bələdiyyənin alqı-satqı predmeti olan torpaq sahəsindən 1200 kv.metr torpaq sahəsi satılmış, sonuncu tərəfindən satılan torpaq sahəsinin dəyəri ödənilmiş, İsmayıllı rayon İHnin memarlıq və Tikinti şöbəsi iddiaçıya yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş bələdiyyə torpağından 0.12 ha həyətyanı torpaq sahəsinin ona satılmasına etiraz etməmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi 0.12 ha həyətyanı torpaq sahəsinin ona satılmasına dair rəy vermiş və müvafiq torpaq sahəsinin sxemi hazırlanaraq təsdiqlənmişdir. İddiaçı haqlı olaraq həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını cavabdeh orqandan tələb etmişdir.
44. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə bələdiyyə qərarı, İsmayıllı rayon İcra hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin müvafiq rəyləri, bələdiyyənin nümayəndəsi ilə iddiaçı arasında bağlanmış "Torpaqların alqı- satqısına dair” akt, ödəniş qəbzi, torpaq sahəsinə dair bələdiyyə tərəfindən tərtib edilmiş "Yerquruluşu planından çıxarış” sənədi ilə təsdiq edilir.
45. Həmçinin, İsmayıllı rayonu, Diyallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 saylı qərarının qəbulu üzrə icraat çərçivəsində torpaq sahəsinin alqı-satqı qaydasında iddiaçıya satılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən müvafiq rəy də verilmişdir.
46. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
47. Qeyd edilən hallara istinadən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçıya torpaq sahəsinin ayrılması (satılması) barədə İsmayıllı rayonu, Diyallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 saylı qərarının hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni həmin qərar öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır.
48. Həmçinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələbinə görə müvafiq ərazi üzrə beş ildən artıq yaşayan şəxslərə torpaq sahəsi ayrılan zaman torpaq sahəsinin məhz açıq hərrac vasitəsi ilə satılması məcburi deyil. Məhkəmə araşdırması zamanı iddiaçının da beş ildən artıq Diyallı kəndinin sakini olduğu məlum olmuşdur. Bu baxımdan, cavabdehin torpaq sahəsinin satışının qanunla müəyyən edilmiş qaydada həyata keçirilməməsi dəlili əsassızdır. Qeyd edilən əsasla iddiaçıya imtina cavabının verilməsi cavabdeh tərəfindən "İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və çoxun azı ehtiva etməsi prinsiplərinin pozulmasına dəlalət edir.
49. Bundan başqa, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş İsmayıllı rayonu, Diyallı bələdiyyəsi iddiaçıya iddia predmeti olan torpaq sahəsinin satılmasını etiraf edir. Bələdiyyə tərəfindən iddiaçıya satılmış torpaq sahəsinin hal-hazırda istifadə etdiyi torpaq sahəsi ilə eynilik təşkil etdiyini bildirir.
50. Cavabdeh orqanın apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, cavabdeh orqan xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-507/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə istinad edir və qeyd edir ki, həmin torpaq sahəsi yeni yaradılmış elektron uçot məlumat bazasında ümumi istifadədə olan torpaq sahələri kimi qeyd edilmiş, həmçinin faktiki torpaq sahəsi 0.0862 ha olmaqla 0.0338 ha azdır. İsmayıllı rayonu Diyallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış və DT və XK tərəfindən onun adına tərtib edilmiş A№ 024966 (**********0023) saylı plan-ölçü sənədində göstərilmiş 0,12 hektar torpaq sahəsi X4 X5 (TEKUİS) əsasən İsmayıllı rayonu Diyallı kənd inzibati ərazi sərhəddi daxilində yaşayış məntəqəsi torpaqlarına aid, uqodiyası həyətyanı sahələr olan ərazidə, torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən isə İsmayıllı rayonu Diyallı kənd inzibati ərazi sərhəddi daxilində kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası örüş olan bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. Faktiki olaraq sənəd üzrə göstərilmiş 0,12 hektar torpaq sahəsi başqa şəxslərin istifadəsində olan həyətyanı sahələrlə üst-üstə düşür. Eyni zamanda İddiaçı nümayəndəsi tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş iddia olunan torpaq sahəsi ilə A№ 024966 (**********0023) saylı plan-ölçü sənədində göstərilmiş sahə arasında 230 metr fərq mövcuddur.
51. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın şikayətinin bu dəlili iddiaçıya verilmiş A№ 024966 (**********0023) saylı plan-ölçü sənədi üzrə göstərilmiş 0,12 hektar torpaq sahəsi ilə bağlı olmuşdur. Halbuki, məhkəmə tərəfindən bu torpaq sahəsinə deyil, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinə münasibətdə iddiası təmin edilmiş, iddiaçı da faktiki istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş edir.
52. Bu halları nəzərə alan məhkəmə kollegiyası cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına göndərilmiş 20 avqust 2024-cü il tarixli müşayiət məktubu ilə birlikdə təqdim edilmiş mütəxəssis rəyinə münasibətdə şikayətin dəlillərinə qiymət verilməsini zəruri hesab edir.
53. Belə ki, mütəxəssis rəyində qeyd edilir ki, X4 X5 (TEKUİS-nə) əsasən iddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,1257 hektar torpaq sahəsinin 0,0056 hektar hissəsi başqa şəxslərin mülkiyyətinə verilmiş əkin torpaq sahələri ilə, 0,1201 hektar hissəsi isə İsmayıllı Rayonu Diyallı kənd inzibati ərazi sərhəddi daxilində yaşayış məntəqəsinin torpaqlarına aid uqodiyası tikinti altı torpaqlar, alt kateqoriyası ümumi istifadədə olan torpaqlarda yerləşir. Faktiki naturada ölçülmüş torpaq sahəsinin daxilindən yüksək gərginlik elektrik xətti (UnKv 10) keçir. İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,1257 hektar torpaq sahəsinin 0,0748 hektar hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsi zolağında yerləşir.
54. Göründüyü kimi, cavabdeh orqanın apellyasiya şikayətində mütəxəssis rəyinə istinad etməklə qeyd etdiyi dəlillərə daha sonra məhkəmə kollegiyasına ünvanlanmış mütəxəssis rəyi və əlavə ilə aydınlıq gətirilmişdir.
55. İddiaçıya satılmış torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
56. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”n müddəalarına görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6). Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.
57. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrindən istifadə zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir.
58. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarında cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasının qeyd edilən əsaslara görə imtinası nəzərdə tutulmamışdır.
59. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır.
60. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
61. Yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən, cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından, torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.
63. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.
64. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada, hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.
65. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.
66. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.
67. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
68. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İsmayıllı rayonu Diyallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya satılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış, plan və ölçü sənədinin hazırlanıb verilməsindən imtinaya dair cavabdehin hərəkətləri qanunauyğun olmamışdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Ona görə də, İPM-in 87.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbi təmin edilməlidir.
69. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2-1(116)-120/2024 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə “İsmayıllı rayonu Diyallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarı ilə verilmiş A024966 nömrəli plan-ölçü sənədində qeyd edilən torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə, yəni Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinin 20 avqust 2024-cü il tarixli rəyində göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına (X-264797,34; 264801,3; 264808,29; 264770,7; 264760,67. Y-4516431,52; 4516421,24; 4516403,23; 4516389,54; 4516418,3.) uyğunlaşdıraraq İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarış, plan və ölçü sənədinin hazırlanıb verilməsi” öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.