Məhkəmə qərarları › İş №2-1(107)-328/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-328/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-328/2022 02.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2-1(116)-1053/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, “Azərbaycan DRES”-də əmək fəaliyyəti müddətini və həmin müddətin 12 il 6 aydan çoxunu əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmasını nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

3. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçının işlədiyi peşənin müvafiq 2 saylı Siyahıda nəzərdə tutulmaması, buna görə də iddiaçının güzəştli şərtlə yaşa görə pensiya hüququnun yaranmaması ilə əsaslandırmışdır.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 5 avqust 2022-ci il tarixli 2- 1(116)-1053/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının qeyd etdiyi "xxxx" ASC, "xxxx" MMC-də işlədiyini iddia etdiyi elektrik montyoru, elektrik çilingərləri, usta və böyük usta peşələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarın 24-cü bəndinin a və b yarımbəndlərində nəzərdə tutulmamışdır. İddiaçı iddia etdiyi vəzifə üzrə təsnifatı düzgün qeyd etməmiş və bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilməməlidir. Ona görə də Şəki İnzibati Məhkəməsini 5 avqust 2022-ci il tarixli 2- 1(116)-1053/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2-1(116)-1053/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2-1(116)-1053/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli işin xarakteri haqqında arayışlarında qeyd edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək “Azərbaycan DRES”-nin Elektrik sexində 3-cü, 4-cü dərəcəli elektrik montyoru vəzifəsində işləmişdir. (Əmr-29 nömrəli xx.xx.1986-cü il tarixli). xx.xx.1986-cı il tarixdən Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir.(Əmr 760,xx.xx.1986-ci il tarixli) işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixdən yenidən “Azərbaycan DRES”-nin Elektriki sexində 3-cü dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edimişdir. (Əmr-06 nömrəli xx.xx.1991 -ci il tarixli). xx.xx.1991-cı il tarixdən xx.xx.1992-ci il tarixədək həmin sexdə 4-cü dərəcəli elektrik çilingəri (Əmr-71/k nömrəli), xx.xx.1991-ciil tarixindən xx.xx.1995-ci il tarixədək həmin sexdə 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixədək həmin sexdə 6-ci dərəcəli elektrik çilngəri vəzifəsində işləmişdir. xx.xx.1995-ci il tarixindən xx.xx.1999-ci il tarixədək Elektrik və İstilik X1 Quraşdırılması və Sazlanması sexinə 3-cü qrup usta vəzifəsində (Əmr-102 nömrəli xx.xx.1995-ci il tarixli) ,xx.xx.1999-ci il tarixindən xx.xx.2005-ci il tarixədək Elektrik və İstilik X1 Quraşdırılması və Sazlanması sexində 1 -ci qrup usta (Əmr-22/k nömrəli xx.xx.1999-cu il tarixli) vəzifəsində işləmişdir. Struktur dəyişikliyi ilə əlaqədar olaraq 13.06,.2005-ci il tarixindən xx.xx.2009-cu il taxinədək Elektrik sexinə Elektrotexniki laboratoriyanın“Yüksək gərginliklərin sınaq və profilaktikası qrupu”nda aparıcı mühəndis (Əmr-191/ş nömrəli xx.xx.2005-ci il tarixli) vəzifəsində,xx.xx.2009-cu il tarixindən hal-hazıradək Elektrik sexinin Elektotexniki aboratoriyasının “Yüksək gərginliklərin sınaq və profilaktikası qrupu”nda 1 -ci qrup böyük usta Əmr-212/ş nömrəli xx.xx.2009-cu il tarixli) vəzifəsində işləyir. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək və xx.xx.1991-ci il tarixdən hal hazıradək əmək funksiyalarını ağır və zərərli iş şəraitində yerinə yetirmişdir.Bələ ki, İddiaçı əmək funksiyalarını enerji bloklarının Qazan-turbin sexinin, Kimya sexinin, Yanacaq Nəqliyyat sexinin ərazisində yerləşən elektrik avadanləqlarını, elektrik mühərriklərinin və onları qidalandıran kabellərdə ölçmə-sınaq işlərini, eyni zamanda birbaşa Qazan Turbin sexində yerləşən generatorların stator və rotor dolaqlarında və xüsusi sərfiyyat transformatorlarında ölçmə-sınaq işlərini yerinə yetirmişdir. İddiaçı xidmət dairəsi cox genişdir. O,eyni zamanda əmək funksiyalarının əksəriyyətini stansiyanın ərazisində yerləşən APQ-330/500 KV-luq (X4) yarim stansiyada yerinə yetirir. Belə ki, həmin yarımstansiyada yerləşən bölüşdürücü qurğularda, yüksək gərginlikli eleqaz açarların, ayırıcıların, reaktorların, cərəyan və gərginlik transformatorlarının və avtotransformatorlarda, transformator və turbin yağlarında profilaktik ölçmə-sınaq işlərini yerinə yetirir. APQ-330/500 KV-luq (X5) yarim stansiyada əmək funksiyalarını güclü maqnit və gərginlik sahəsi olan iş şəraitdə yerinə yetirir. Belə ki, İddiaçı işlədiyi müddət ərzində 06.01,1986-cı il tarixdən xx.xx.1986-cu il tarixədək və xx.xx.1991 -ci il tarixdən hal hazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4 sinif təhlükəsizlik sinfi, toz,havanın hərəkət surətinin, iş yerində havanın temperaturun normada yüksək, nisbi rütubətin normadan yuxarı olması, titrəmə, səs-küy, karbon qazı, əməyin ağırlığı, yeknəsəklikyi (monotonluğu) əsəb, emosional və intellektual gərginlik faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı işlədiyi müddət aylıq məvacibinin12 və 8% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. “Azərenerji“ ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan DRES”- Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. “Azərenerji" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət-Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. İddiaçı işlədiyi illər ərzində xx.xx.1986-cü il tarixdən xx.xx.1986-cu il tarixədək elektik monyoru, xx.xx.1991-ci il tarixindən - xx.xx.2005-ci il taxinədək və xx.xx.2009-cu il tarixindən hal hazıradək tutduğu elektrik çilingəri, usta və böyük usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24- cü bilməsinin Elektrik stansiyaları,enerji qatarları,buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndə qazanxana,turbin(buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları,bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin(vəzifə kodu 2140000a- 18455). gərginlik altında olan 330 kv və yüksək gərginlikli bğlüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan) vəzifəsinin (vəzifə kodu 2140000a-19834,), gərginlik altında olan 330 kv və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri(nominal gərginlik altında olan) vəzifəsinin (vəzifə kodu 2140000a-19923,) və b) yarımbəndində avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxarqaz-turbin) yanacaq ötürmə, tozhazırlama (vəzifə kodu 2140000İ-23362) vəzifəsinin xüsusiyyətlərinə uyğundur. Həmin sahədə iş stajı 27 il 05 ay təşkil edir. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək “Azərbaycan DRES”-nin Elektril evində elektrik mantyoru vəzifəsində işləmişdir (Əmr № 29, xx.xx.1986). Müəssisənin fəaliyyət istiqaməti: Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı İstehsalat sahəsi: Elektrik sexi İşlədiyi vəzifə: 3 və 4-cü dərəcəli elektrik montyoru vəzifəsi Həyata keçirdiyi işin xarakteri (yerinə yetirdiyi işlər): enerji bloklarının, Qazan-turbin Kimya, Yanacaq Nəqliyyat sexlərində yerləşən elektrik avadanlıqları, elektrik mühərrikləri və onları qidalandıran kabellərdə ölçmə-sınaq işləri, onların quraşdırılması və təmiri, eyni zamanda birbaşa Qazan-turbin sexində yerləşən generatorların stator və rotor dolaqlannda və xüsusi sərfıyyat transformatorlarında ölçmə-sınaq işləri. Tutduğu vəzifənin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahıya uyğunluğu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlı 24-cü bölməsinin “a” bəndinin 26-cı abzasına - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə uyğundur. xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək həmin sexdə 4, 5 və 6-cı dərəcəli elektrik cilingəri vəzifəsində (Əmr№ 06, xx.xx.1991). Müəssisənin fəaliyyət istiqaməti: Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı İstehsalat sahəsi: Elektrik sexi İşlədiyi vəzifə: 4, 5 və 6-cı dərəcəli elektrik çilingəri vəzifəsi Həyata keçirdiyi işin xarakteri (yerinə yetirdiyi işlər): enerji bloklarının, Qazan-turbin, Kimya, Yanacaq Nəqliyyat sexlərində yerləşən elektrik avadanlıqları, elektrik mühərrikləri və onları qidalandıran kabellərdə ölçmə-sınaq işləri, onların quraşdırılması və təmiri, eyni zamanda birbaşa Qazan-turbin sexində yerləşən generatorların stator və rotor dolaqlarında və xüsusi sərflyyat transformatorlarında ölçmə-sınaq işləri. Tutduğu vəzifənin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahıya uyğunluğu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısi'nın “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlı 24-cü bölməsinin “a” bəndinin 26-cı abzasına - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə uyğundur. xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Azərbaycan DRES”-nin Elektrik və istilik X1 Quraşdırılması və Sazlanması sexində 3-cü və 1-ci qrup usta vəzifəsində (Əmr № 102, xx.xx.1995). Müəssisənin fəaliyyət istiqaməti: Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı İstehsalat sahəsi: Elektrik və İstilik X1 Quraşdırılması və Sazlanması sexi İşlədiyi vəzifə: 3-cü və 1 -ci qrup usta vəzifəsi Həyata keçirdiyi işin xarakteri (yerinə yetirdiyi işlər): enerji bloklarının, Qazan-turbin, Kimya, Yanacaq Nəqliyyat sexlərində yerləşən elektrik avadanlıqları, elektrik mühərrikləri və onları qidalandıran kabellərdə ölçmə-sınaq işləri, onların quraşdırılması və təmiri, eyni zamanda birbaşa Qazan-turbin sexində yerləşən generatorların stator və rotor dolaqlarında və xüsusi sərfıyyat transformatorlarında ölçmə-sınaq işləri. Tutduğu vəzifənin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahıya uyğunluğu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nm “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlı 24-cü bölməsinin “b” bəndinin 4-cü abzasına - avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) vəzifəsinə uyğundur. xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “Azərbaycan DRES”-nin X2 laboratoriyanın “Yüksək gərginliklərin sınaq və profilaktikası qrupunda” aparıcı mühəndis vəzifəsində (Əmr № 191/ş, xx.xx.2005). Müəssisənin fəaliyyət istiqaməti: Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı İstehsalat sahəsi: X2 laboratoriyanın “Yüksək gərginliklərin sınaq və profilaktikası qrupu” İşlədiyi vəzifə: aparıcı mühəndis vəzifəsi Həyata keçirdiyi işin xarakteri (yerinə yetirdiyi işlər): APQ-330/500 KV-luq (X5) yarımstansiyada yerləşən bölüşdürücü qurğularda, yüksək gərginlikli eleqaz açarların, ayırıcıların, reaktorların, cərəyan və gərginlik transformatorlarında və avtotransformatorlarda, transformator və turbin yağlarında profilaktik ölçmə-sınaq işləri. APQ^A 330/500 KV-luq (X5) yarımstansiyada əmək funksiyaları güclü maqnit və gərginlik sahəsi olan iş şəraitində yerinə yetirilir. Tutduğu vəzifənin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahıya uyğunluğu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nm “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlı 24-cü bölməsinin “a” bəndinin 35 və 37-ci abzaslarına - gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan); gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifələrinə uyğundur. xx.xx.2009-cu il tarixdən hal-hazıradək “Azərbaycan DRES”-nin X2 laboratoriyanın “Yüksək gərginliklərin sınaq və profilaktikası qrupunda” 1-ci qrup böyük usta vəzifəsində (Əmr № 212/ş, xx.xx.2009). Müəssisənin fəaliyyət istiqaməti: Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı İstehsalat sahəsi: X2 laboratoriyanın “Yüksək gərginliklərin sınaq və profilaktikası qrupu. İşlədiyi vəzifə: 1-ci qrup böyük usta vəzifəsi Həyata keçirdiyi işin xarakteri (yerinə yetirdiyi işlər): APQ-330/500 KV-luq (X5) yarımstansiyada yerləşən bölüşdürücü qurğularda, yüksək gərginlikli eleqaz açarların, ayırıcıların, reaktorların, cərəyan və gərginlik transformatorlarında və avtotransformatorlarda, transformator və turbin yağlarında profilaktik ölçmə-sınaq işləri. APQ-330/500 KV-luq (X5) yarımstansiyada əmək funksiyaları güclü maqnit və gərginlik sahəsi olan iş şəraitində yerinə yetirilir. Tutduğu vəzifənin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahıya uyğunluğu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlı 24-cü bölməsinin “a” bəndinin 35 və 37-ci abzaslarına - gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan); gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifələrinə uyğundur. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək və xx.xx.1991-cı il tarixdən hal-hazıradək işlədiyi müddət ərzində zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mq/m3 - təhlükəlilik sinfi 3-4, səs-küy, titrəmə, toz, havanın hərəkət surətinin və iş yerində havanın temperaturunun normadan yüksək, nisbi rütubətin normadan yuxarı olması, karbon qazı, əməyin ağırlığı, yeksənəkliyi (monotonluğu), əsəb, emosional və intellektual gərginlik faktorları mövcud olan iş şəraitində işləmişdir. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı işlədiyi müddət ərzində hər ay aylıq məvacibinin 8 və 12% miqdarında əlavə əmək haqqı ödənilmiş və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən əmək məzuniyyətinə 6 təqvim günü ödənişli əlavə məzuniyyət verilmişdir. İddiaçı zərərli iş şəraitində işlədiyi iş stajı 31 il 07 ay 25 gün təşkil edir. Arayış müvafiq peşələr üzrə vəzifə təlimatları, sexlərin əsasnamələri, texniki istismar qaydaları, əmək şəraitinə görə iş yerinin attestasiya xəritəsi və enerji blokunun avadanlıqlarının texniki xarakteristikaları əsasında tərtib edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

15. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

17. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

18. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən, sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2-1(116)-1053/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir

25. İddiaçının xx.xx.2006-cı ilədək ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı tamamlanmadığından, onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır.

26. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı xx.xx.2006-cı ildən sonrakı müddətdə tamamlandığından, iddiaçıya qüvvədə olan, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq pensiya təyin edilməlidir.

27. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:1. iddiaçı 60 yaşına çatmalıdır. 2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3. ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.

28. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuş və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının 25 ildən az olmayan ümumi iş stajı mövcuddur. Eyni zamanda iddiaçı, əmək fəaliyyətinin 31 il 07 ay 25 gün müddətində güzəştli şərtlərələ yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışmışdır və həmin müddət tələb olunan - 12 il 6 ay müddətdən çoxdur.

29. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək elektik montyoru, xx.xx.1991-ci il tarixindən - xx.xx.2005-ci il taxinədək və xx.xx.2009-cu il tarixindən hal-hazıradək tutduğu elektrik çilingəri, usta və böyük usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü bölməsinin Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndə qazanxana,turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları,bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin (vəzifə kodu 2140000a18455) gərginlik altında olan 330 kv və yüksək gərginlikli bğlüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan) vəzifəsinin (vəzifə kodu 2140000a-19834,), gərginlik altında olan 330 kv və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri(nominal gərginlik altında olan) vəzifəsinin (vəzifə kodu 2140000a-19923,) və b) yarımbəndində avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar(qazanxana, turbin (buxar-qaz-turbin) yanacaq ötürmə, tozhazırlama (vəzifə kodu 2140000İ-23362) vəzifəsinin xüsusiyyətlərinə uyğundur. Bundan başqa işdə olan, güzəştli arayışdan da görünür ki, iddiaçının işlədiyi vəzifə üzrə 8 saatlıq iş günü ərzində səs-küy, qaynaq tozu faktorları mövcud olmuş, iddiaçıya süd və süd məhsulları, əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir.

30. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır.

32. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2-1(116)-1053/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar