Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-328/2024 12.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayonu Zarağan bələdiyyəsinin 03 dekabr 2006-cı il tarixli, 14 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçıya Zarağan kəndinin ərazisində bələdiyyənin perspektiv inkişaf fonduna məxsus torpaqlardan verilmiş 0.10 ha həyətyanı topaq sahəsinə dair mülkiyyət hüququ barədə sənədlərin (mülkiyyət hüququna dair) hüquqların dövlət qeydiyytı haqqında çıxarışın, plan ölçünün sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 mart 2024-cü il tarixli 2-1(116)-752/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 5 mart 2024-cü il tarixli 2-1(116)- 752/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən аpеllyаsiyа şikаyəti və аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. Cavabdeh ərizəsində qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsi 15 may 2024-cü il tarixli 2-1(107)-328/2024 nömrəli qərardadında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-752/2024 nömrəli qərarını xx.xx.2024-ci il tarixdə əldə etdiyini qeyd etmişdir. Bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə ölkə ərazisində qeyri-iş günü olduğu üçün 9 saylı Qəbələ Ərazi İdarəsində də iş günü olmamışdır. Sözügedən qərarın xx.xx.2024-ci il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilməsi də qeyri-mümkündür və qərar Ərazi İdarəsi tərəfindən xx.xx.2024-ci il tarixdə əldə edilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 5 mart 2024-cü il tarixli 2-1(116)- 752/2024 nömrəli qərarından apellyasiya şikayəti vermək üçün üzrlü səbəbdən buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması 12 iyun 2024-cü il tarixə, saat 12:30-a təyin edilmiş, cavabdehə bu barədə rəsmi məlumat verilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 5 mart 2024-cü il tarixli 2- 1(116)-752/2024 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə imzalanaraq xx.xx.2024-cü il tarixdə verilmiş və bununla da apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət 7 gün ötürülmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak cavabdehin nümayəndəsi X2 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsini xahiş etdi. Göründüyü kimi, cavabdeh Şəki İnzibati Məhkəməsinin 5 mart 2024-cü il tarixli 2- 1(116)-752/2024 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirildikdən sonra xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 5 mart 2024-cü il tarixli 2-1(116)- 752/2024 nömrəli qərarından şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti 7 gün ötürmüşdür. Bu da onu göstərir ki, birinci instansiya məhkəməsinin qərarı cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilsə də, inzibati orqan tərəfindən buna diqqət yetirilməmiş, bununla da şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 9-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 9-1.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 9-1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. - 24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş Şəki İnzibati Məhkəməsinin 5 mart 2024-cü il tarixli 2-1(116)-752/2024 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin Şəki İnzibati Məhkəməsinin 5 mart 2024-cü il tarixli 2-1(116)- 752/2024 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-328/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-328/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver