Məhkəmə qərarları › İş №2-1(107)-329/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-329/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-329/2021 28.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək pensiyaları haqqında Qanunun 27.1-ci maddəsinin sonuncu 3-cü cümləsi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının 01.01.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)-140/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əmək pensiyaları haqqında Qanunun 27.1-ci maddəsinin sonuncu 3-cü cümləsi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının 01.01.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1- ci maddəsində qeyd olunur: Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onlarn fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır (sonuncu cümlə 2017-ci il iyulun 1dən qüvvəyə minir). 2017-ci il iyulun 1-dən sonra pensiya hüququ yaranan şəxslərə pensiya hesablanarkən Qanunun 27.1-ci maddəsinin sonuncu 3-cü cümləsinin qaydası nəzərə alınmaqla pensiyanın məbləği müəyyən olunmalıdır. İddiaçıya 2018-ci il 1 yanvar tarixdən yaşa görə əmək pensiyası təyin edilərkən sığortaolunan olduğu halda Qanunun 27.1-ci maddəsinin sonuncu cümləsi nəzərə alınmadan pensiya təyin edilmiş və hesablanmışdır. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının məhkəməyə ünvanladığı 21.01.2021-ci il tarixli, **********9 nömrəli etiraz məkrubunda qeyd edilir ki, Qullar kənd sakini İddiaçı məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinin 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş sonuncu 3-cü cümləsi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının 01.01.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsini iddia etmişdir. Hesab edirlər ki, filialın imtinası əsaslıdır və iddiaçıya təyin olunmuş pensiyanın yenidən hesablanması həyata keçirilməməlidir. Şəki İnzibati Məhkəməsinin (hаkim İlqar Cabbarov) 25 may 2021-ci il tarixli, 2-1(116)- 140/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək pensiyaları haqqında Qanunun 27.1-ci maddəsinin sonuncu 3-cü cümləsi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının 01.01.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)-140/2021 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən arayış və məktublarda 2006-cı ildən pensiya təyin edilən 01.01.2018-ci il tarixə fərdi hesabında toplanan pensiya kapitalı müxtəlifik təşkil edir. Beləki məktublarda pensiya kapitalının 8295 man. 7582 man. 6158 man. 6320 man və s.qeyd edilib. Bu günədək cavabdeh tərəfindən 2006-cı ildən pensiyaya çıxdığı 01.01.2018-ci il tarixə fərdi hesabının sığort hissəsində toplanan pensiya kapitalı haqda dəqiq rəqəm müəyyən edilməyib. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli 2-1 (116)-140/2021 nömrəli qərarını ləğv edilməsini, Qanunun 27.1- ci maddəsinin sonuncu 3cü cümləsi də nəzərə alınmaqla yaşa görə əmək pensiyasının 01.01.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqda qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İcraat materialları Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına təqdim olunmuş və məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin materiallara AZE seriyalı 09065859 nömrəli Ş/V-nin surəti, Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin 17.06.2020-ci il tarixli **********5 nömrəli imtina məktubu, Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin 20.07.2020-ci il tarixli **********7 nömrəli etirazı daxildir. Həmin sənədlərin məzmununa istinad olunur. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı pensiya təyin edilməsi ilə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu onun iş illərini sığorta stajına daxil etmədiyini bildirdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, həmin Məcəllənin 85.1ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. İddia həmçinin əsassızdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.02.2019-cu il tarixli, 2-1(102)-670/2019 nömrəli qərarının surətindən müəyyən edilir ki, iddiaçı cavabdeh DSMF-nin Balakən rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1972-1976-cı illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunda ali təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsini xahiş etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim K.H.Vəliyev) 02.10.2018-ci il tarixli, 2-1(84)-1330/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh orqan tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2018-ci il tarixli, 2-1(107)-692/2018 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02.10.2018-ci il tarixli, 2-1(84)-1330/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh orqan tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.02.2019-cu il tarixli, 2- 1(102)-670/2019 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2018-ci il tarixli, 2-1(107)-692/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin məhkəməyə ünvanladığı 07.10.2020-ci il tarixli, **********4 nömrəli arayışda qeyd edilir ki, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajlarının hər ili üçün 306 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajları aylarının sayına mütənasib olunmaqla hesablanaraq) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 01.01.2006-cı il tarixə qeydə alınır. (01.07.2017-ci ilədək 170 manat * 80%= 306 manat) 01.07.2017-ci ildən sonra nəzərə alınmaqla, sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 01.01.2006-cı ildən 01.07.2017-ci il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla 01.07.2017-ci il tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bildirilir ki, İddiaçı pensiya hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 27.1-ci maddəsi 01.07.2017-ci il tarixdən qüvvəyə mindikdən sonrakı məbləği tam nəzərə alınmışdır. Belə ki, PAS-da (X6) bu artımlar həyata keçirilərək hər bir sığorta olunanların istifadə olunmamış kapitalı müvafiq olaraq 01.07.2017-ci il tarixə 80% artırılmışdır. İddiaçı həmin kapitalın əsassız olaraq 12555 manata çatdırılmasını tələb edir. Bildirilir ki, İddiaçı hesablanmış pensiya yaşa görə əmək pensiyası onun fərdi hesabında toplanmış kapitalın 01.07.2017-ci il tarixdən sonrakı dövrə aid olduğu üçün 80% artırılmaqla nəzərə alınmışdır. Belə ki onun pensiyası 01.01.2006-cı il tarixədək 25 il 6 ay sığorta stajına, ayda topladığı 8295,182 manat pensiya kapitala əsasən elektron qaydada 2019-cu ildən təyin edilmişdir. Lakin şöbə tərəfindən ona yaşa görə əmək pensiyası hüququ yarandığı 01.01.2018-ci il tarixdən pensiya hesablanaraq 01.01.2018-ci ildən 01.01.2019-cu il tarixədək olan dövrün alınmamış məbləği tam olaraq ödənilmişdir. İddiaçı 01.01.2018-ci ildə pensiya hüququ yaranmasına baxmayaraq filiala sənəd təqdim etməkdən imtina etmiş, ona görədə ona həmin tarixdən pensiya təyin edilməmişdir. Lakin sonradan 01.01.2018-ci ildən 01.01.2019-cu ilədək olan dövr üzrə alınmamış pensiyasını bərpa etmək üçün filiala əyani təhsil müddətini də əlavə etməklə iş stajları barədə sənədləri təqdim etmişdir. Ondan sonra ona həmin dövr üçün ödəniləcək məbləğ tam ödənilmişdir. 01.01.2018-ci ildə ona pensiya təyin edilərkən 01.01.2006-cı il tarixədək 29 il 4 ay sığorta stajından və 01.01.2006-cı il tarixdək 01.01.2018-ci il tarixədək olan dövrdə topladığı 7583,22 manat kapitaldan istifadə edilmişdir. Bildirilir ki, İddiaçı pensiya hüququ 01.07.2017-ci ildən sonra yarandığından 27.1-ci maddədə göstərilən artımlar tam nəzərə alınaraq ona 233,20 manat qanunauyğun olmaqla pensiyası ödənilir. DSMF publik hüquqi şəxsin 16 saylı ərazi filialının məhkəməyə ünvanladığı 17.12.2020-ci il tarixli, **********4 nömrəli məktubda qeyd edilir ki, İddiaçı təqdim etdiyi staj məlumatlarına əsasən onun 01.01.2006-cı il tarixədək 29 il 4 ay sığorta stajı olmuşdur. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinə əsasən “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır”. Həmin maddənin şərtlərini nəzərə alaraq İddiaçı 01.01.2006-cı ilədək qazandığı sığorta stajını 01.01.2018-ci il tarixinə artıraraq 20576.45 manat təşkil etmişdir. 01.01.2006-cı ildən sonra İddiaçı fərdi hesabın sığorta hissəsində isə 7 il 3 ay üçün 6158,44 manat olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Beləliklə, vətəndaş İddiaçı 01.01.2018-ci il tarixinə 01.01.2006-cı il tarixinə kimi qazandığı 29 il 4 ay və 01.01.2006-cı ildən sonrakı müddətdə fərdi hesabın sığorta hissəsində topladığı 6158,44 manat olmaqla 185,66 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra 01.01.2019-cu il tarixə həmin qanunun 29-cu maddəsinə əsasən İddiaçı aldığı yaşa görə əmək pensiyası indeksləşdirilərək 191,11 manata çatdırılmışdır. Həmin qanunun 6-1-ci maddəsinə əsasən İddiaçı pensiyası 200 manatdan az olduğu üçün 2019-cu ilin 1 oktyabr tarixində 200 manata çatdırılmışdır. 01.01.2020-ci il tarixinə İddiaçı pensiyası həmin qanunun 29-cu maddəsinə əsasən 233,2 manata çatdırılmaqla ödənişi davam etdirilir. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialına ünvanladığı 29.03.2021-ci il tarixli, **********7 nömrəli xidməti məktubda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 27.1-ci bəndinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 1.0.8-ci yarımbəndində qeyd edilir ki, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildirilir ki, Qanunun 37.3.1-ci yarımbəndinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı hesabında 01.01.2006-cı ilədək 28 il 9 gün sığorta stajı (01.01.2018-ci il tarixinə uyğun olaraq pensiya kapitalına çevrildikdən sonra 19657,44 manat) və 01.01.2006-cı il tarixindən hüququnun yarandığı 01.01.2018-ci il tarixədək 6320,16 (90%-lə) manat pensiya kapitalı mövcud olmuşdur. İddiaçı 28.08.2019-cu il tarixindən işdən çıxdıqdan sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ona 01.01.2018-ci il tarixdən 01.07.2019-cu il tarixədək 1382,06 (90%-lə) manat pensiya kapitalı hesablanmışdır. Bildirilir ki, X1 Sisteminin X6 İddiaçı 01.01.2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilən zaman qeyd olunan pensiya kapitalı və təhsil aldığı müddət sığorta stajına əlavə edilmişdir. İddiaçının pensiya işində olan arayışın təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, iddiaçı 01.01.2006-cı il tarixədək 3 il 10 ay 7 gün sosial sığorta haqqı ödəmişdir. İddiaçının pensiya işinə əlavə edilən 112940 nömrəli diplomun təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı 1972-1976-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda tarix ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçının pensiya işinə əlavə edilən Balakən Rayon Dövlət Arxivinin 19.02.2018-ci il tarixli, 05 nömrəli arxiv arayışından görünür ki, iddiaçı 1970-1971-ci illərdə 104 və 182 adam günü olmaqla “Oktyabr” adına kolxozda dispetçer işləmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10-ci maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinəqeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 27-ci maddənin adında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış” sözləri “Qazanılmış” sözü ilə əvəz edilmişdir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. Birinci nstansiya məhkəməsi öz hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya pensiya təyin edilənədək yığdığı pensiya kapitalı nəzərə alınmaqla 2018- ci ildə ona pensiya təyin edilmiş, təqdim etdiyi staj məlumatlarına əsasən onun 01.01.2006-cı il tarixədək 29 il 4 ay, 01.01.2006-ci il tarixindən sonra isə 7 il 3 ay sığorta stajı qeydə alınmış və pensiya hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 27.1-ci maddəsi qüvvəyə mindiyi 01.07.2017-ci il tarixdən sonrakı məbləğ tam nəzərə alınaraq pensiya təyin edilmişdir. Belə ki, PAS-da (X6) bu artımlar həyata keçirilərək hər bir sığorta olunanların istifadə olunmamış kapitalı müvafiq olaraq 01.07.2017-ci il tarixə 80% artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsi pensiya təyin edilənə qədər toplanmış və pensiya təyin edilən zaman istifadə edilmiş pensiya kapitalının fərdi hesabın sığorta hissəsində 80 faiz artırılmasını nəzərdə tutmamışdır. İddiaçı hesabında 01.01.2006-cı ilədək 28 il 9 gün sığorta stajı (01.01.2018-ci il tarixinə uyğun olaraq pensiya kapitalına çevrildikdən sonra 19657,44 manat) və 01.01.2006-cı il tarixindən hüququnun yarandığı 01.01.2018-ci il tarixədək 6320,16 (90%-lə) manat pensiya kapitalı mövcud olmuşdur. İddiaçı 28.08.2019cu il tarixindən işdən çıxdıqdan sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ona 01.01.2018- ci il tarixdən 01.07.2019-cu il tarixədək 1382,06 (90%-lə) manat pensiya kapitalı hesablanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqei ilə razılaşır və hesab edir ki, iddia tələbini təmin etməməklə dözgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı hesab edir ki, fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılıb 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla pensiyası yenidən hesablanmalıdır. Hazırkı mübahisə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilənə qədər toplamış olduğu pensiya kapitalının yenidən nəzərə alınmalı olması ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin 1 iyul 2007-ci ildən qüvvədə olan üçüncü cümləsinə görə sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Yuxarıda qeyd olunduğu kimi bu cümlə əvvəllər “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsində olmamış, 1 iyul 2017-ci ildən qüvvəyə minməklə sonradan əlavə edilmişdir. yəni qeyd edilən hüququ əvvəllər qüvvədə olmuş Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmamışdır. Göründüyü kimi Qanunun tələbinə görə bu norma sığortaolunanlara və işləyən əmək pensiyaçılarına şamil oluna bilər. Yəni mümkündür ki, 1 yanvar 2006-cı ildən 1 iyul 2017-ci ilə qədər (təbii ki, həm də 1 iyul 2017-ci ildən sonra) olan dövr ərzində şəxsin pensiya hüququ yaranmış olsun, lakin şəxsə ya pensiya təyin edilməsin, ya da pensiya təyin edilsin, lakin şəxs həm də işləməyə davam etsin. Bu iki vəziyyətdə olan vətəndaşlara pensiya təyin edilən zaman 27.1-ci maddənin üçüncü cümləsi tətbiq oluna bilər. Çünki bu kateqoriyaya aid şəxslər işlərini davam etdirmiş şəxslər olurlar və onların əmək haqlarından məcburi dövlət sosial sığorta yığımı davam edir, onların fərdi hesabında toplanır və istifadə olunmur. Bu halda 1 yanvar 2006-cı ildən 1 iyul 2017-ci ilədək olan dövr ərzində hər iki kateqoriyaya aid şəxslərin fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış, bu müddətdə pensiya təyin edilən və işləməyə davam edən şəxslərin isə pensiya təyin olunduqdan sonra 1 iyul 2017-ci ilə qədər işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 80 faiz artırılmaqla 1 iyul 2017-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınacaqdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)-140/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar