Məhkəmə qərarları › İş №2-1(107)-329/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-329/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-329/2024 11.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “X4 adına nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-179/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “mərhum oğlu-X4 adına nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum övladı Nəbiyev Gündüz 16 iyun 1974-cü ildə anadan olmuşdur. Silahlı Qüvvələrdə 23 iyun 1992-ci ildən 06 dekabr 1995-ci ilədək həqiqi hərbi xidmətdə olarkən xx.xx.1995-ci ildə xəstəlikdən vəfat etmişdir. Lakin, bu günə qədər iddiaçı, mərhum X6 üçün nəzərdə tutulan 11000 manat məbləğində sığorta ödənişini ala bilməmişdir. Sığorta ödənişinin iddiaçıya verilməsi üçün nəzərdə tutulmuş ümumi siyahıya X2 adının əlavə edilməsi xahişi ilə bir çox tarixlərdə cavabdehə ərizə ilə müraciət etmişdir. Tələb icra olunmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin ünvanına daxil olmuş ərizəsinə baxılmışdır. Belə ki, Xidmətin Ucar rayon şöbəsinin arxiv uçot sənədlərinə, xx.xx.1996-cı il tarixli ölüm haqqında şəhadətnaməyə və Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindən Xidmətin Aparatına təqdim edilmiş “1997-ci il avqustun 2dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısına əsasən, mərhum X6 N saylı hərbi hissədə səhhəti ilə əlaqədar ("Kəskin nekrotik apensitdən sonra irinli pentonif' nəticəsində) xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Bildiririk ki “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 №-li Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11 000 (on bır min) manat məbləğində birdəfəlik ödəmə verilir. Qeyd olunanları nəzərə alaraq, mərhum X5 “şəhid” statusunun verilməsi (bərpa edilməsi), habelə adının bu Fərmanla nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumı siyahıya əlavə edilməsi mümkün deyil.

4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X6 xx.xx.1995-ci il tarixdə hərbi xidmət zamanı “Kəskin nekrotik appendisitdən sonra yayılmış irinli-nəcis peritoliti Toksiki şok terminal mərhələ” dioqnozu ilə həlak olmuşdur.

5. İş materiallarında olan İV-ЖГ seriyalı 426318 nömrəli ölüm haqqında Şəhadətnamədən görünür ki, X6 xx.xx.1995-ci ildə “Kəskin nekrotik appendisitdən sonra irinli peritolit” xəstəliyi səbəbindən vəfat etmişdir.

6. 801 nömrəli Ölüm haqqında Həkim Şəhadətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.1995-ci ildə “Kəskin nekrotik appendisitdən sonra yayılmış irinli-nəcis peritoliti Toksiki şok terminal mərhələ” dioqnozu ilə vəfat etmişdir.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 430 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-4 sıra-18) xx.xx.1992-ci il tarixdə Ucar RHK-dan çağırılmış, X4 hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 30 №-li əmrilə “sıravi” hərbi rütbəsi verilərək hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərildiyindən komandirin xx.xx.1995-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 30 №-li əmrində (əsas: §-2, səh-25) xx.xx.1992-ci il tarixdə Respublika Hərbi Komissarlığından həqiqi hərbi xidmətə göndərilmiş çağırışçıların hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq “sıravi” hərbi rütbəsi verilməsi barədə məlumat qeyd edilmişdir. N №-li hərbi hissənin xx.xx.1992-xx.xx.1992-ci il tarixli “Adlı siyahılar" qovluğunda (əsas: səh-20, sıra-10) Ucar RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, 1973-cü il təvəllüdlü X4 adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 199 №-li əmrilə (əsas: §-1, səh-33) xx.xx.1994-cü il tarixdən 1-ci QADN hərbi qulluqçusu, sıravi X1 müalicə olunmaq üçün Sabirabad Dəri-zöhrəvi xəstəxanasına göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №-li əmrində (əsas: §-8, səh-40, sıra-78) hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən 1-ci QADN hərbi qulluqçularının siyahısında, sıravi X4 adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 32 №-li əmrində (əsas: §-1, səh-29, sıra-75) N №-li hərbi hissədən xidmətlərini davam etdirmək üçün göndərilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq Haubitsalı Artilleriya divizionuna təyin olunmuş hərbi qulluqçuların siyahısında, 2-ci batareyanın 1-ci tağımında hesab nömrəsi vəzifəsində, sıravi X4 adı qeyd olunmuşdur. Artilleriya Divizionunun 2-ci batareyasının 3-cü tağımında hesab nömrəsi vəzifəsində xidmət edən, sıravi X6 xidməti yerini özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 169 №-li əmrilə (əsas: §-8, səh-13, sıra-205) xx.xx.1995-ci il tarixdən ştatdan kənar saxlanılmışdır. Əvvəl xidməti yerini özbaşına tərk etmiş, ştatdan kənar saxlanılmış, sıravi X6 hərbi hissəyə qayıtdığına görə, N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 208 №-li əmrilə (əsas: §-1, səh- 11, sıra-1) xx.xx.1995-ci il tarixdən qazan təminatına salınaraq Artilleriya Divizionunun 1-ci batareyasının 2-ci tağımında hesab nömrəsi vəzifəsinə təyin olunmuşdur.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 41 nömrəli 10 fevral 1996-cı il tarixli arayışından görünür ki, X6 xx.xx.1995-ci il tarixdə toksik şokdan əmələ gələn kəskin ürək-damar əzələ çatmamazlığından vəfat etmiş, xx.xx.1996-cı ildən hissənin şəxsi heyət tərkibindən xaric edilmiş və bütün növ təminatdan məhrum edilmişdir. Ölüm hərbi xidmət öhdəliklərinin icrası ilə əlaqəli deyil.

9. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş mərhum övladı X4 adının birdəfəlik ödəmənin verilməsinə dair müvafiq siyahıya daxil edilməsi barədə müraciətinə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 №-li Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11 000 (on bır min) manat məbləğində birdəfəlik ödəmə verilir. Belə ki, N saylı hərbi hissənin xx.xx.1996-cı il tarixli 2504 nömrəli məktubuna, ölüm haqqında həkim şəhadətnaməsinə və Xidmətin aparatına Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindən göndərilmiş “1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”na əsasən, 1974-cü il təvəllüdlü G.İddiaçı xx.xx.1995-ci il tarixdə xəstəlikdən (“Kəskin nekrotik appendisitdən sonra yayılmış irinli-nəcis peritoliti Toksiki şok terminal mərhələ”) vəfat etmişdir. Odur ki, səhhəti ilə əlaqədar xəstəlikdən vəfat etmiş G.İddiaçı adının yuxarıda göstərilən Fərmanla nəzərdə tutulmuş müvafiq siyahıya əlavə edilməsi mümkün deyil.

10. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) xx.xx.2024-cü il tarixli, 2- 1(116)-179/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2-1(116)-179/2024 nömrəli qərarının ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsini və mərhum oğlu-X4 adına nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. a) Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz ərizəsi verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında“ Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli, 1 nömrəli Fərmanına əsasən, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. b) Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. c) Həmin Fərmanın 5-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etməli və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. ç) Sözügedən məhkəmə qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X6 xx.xx.1995-ci il tarixdə hərbi xidmət zamanı “Kəskin nekrotik appendisitdən sonra yayılmış irinli-nəcis peritoliti toksiki şok terminal mərhələ” dioqnozu ilə vəfat etmişdir. d) Həmçinin bildirilir ki, 801 nömrəli “Ölüm haqqında Həkim Şəhadətnaməsinin surətindən görünür ki, X6 xx.xx.1995-ci ildə “Kəskin nekrotik appendisitdən sonra yayılmış irinli-nəcis peritoliti toksiki şok terminal mərhələ” dioqnozu ilə vəfat etmişdir. e) Hərbi xidmət dövrü müxtəlif səbəblərdən həlak olmuş şəxslərin adının bu Fərmanla nəzərdə tutulmuş ümumi siyahıya əlavə edilməsi nəzərdə tutulmadığı üçün, X2 adının müvafiq siyahıya əlavə edilməsi mümkün olmamışdır. ə) Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)- 546/2020 nömrəli və xx.xx.2024-cü il tarixli 2-1(102)-737/2024 nömrəli məhkəmə qərarlarına istinadən bildirirlər ki, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş, ölmüş, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş şəxslərin siyahıya daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməsi öhdəliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir. Sözügedən Fərman şəxslərin ölməsi, həlak olması və xəbərsiz itkin düşməsi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. f) Sözügedən Fərmanın müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur.

Tərəflərin izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2-1(116)-179/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, oğlunun şəhidlik statusu yoxdur. Şəhidlik statusunun verilməsi ilə bağlı hər hansı müraciət etməmiş, hazırda da onun məqsədi 11000 manat birdəfəlik ödəmənin verilməsi üçün mərhum oğlunun adının siyahı salınmasıdır. Hazırda şəhidlik statusunun verilməsini istəmir.

15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

18. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

19. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; Maddə 29. Hərbi andiçmə Maddə 29.3. Hərbi qulluqçular ancaq hərbi and içdikdən sonra döyüş növbətçiliyinə (döyüş xidmətinə) təyin edilə və ya döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilə bilərlər və onlara silah və hərbi texnika təhkim oluna bilər.

20. “Hərbi qulluqçuların icbari tibbi sığortası haqqında” Qanun : Maddə 5. Sığorta hadisələri və ödənişləri Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; Maddə 6. Sığortanın aparılması qaydası Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır. Sığortalılar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər. Sığortaçı hər bir müvafiq icra hakimiyyəti orqanlarına əvvəlki rübün icrasına dair hesabat təqdim edir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir. Sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə əvvəl ödənilmiş məbləğ nəzərə alınır. Maddə 7. Sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlər Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: a) həlak olması (ölüm) halında; b) sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının notariat qaydasında təsdiq olunmuş şəhadətnaməsinin surəti; c) vərəsəlik hüququnu təsdiq edən sənəd; d) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi;

21. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanı:

1. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilsin.

2. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

3. Birdəfəlik ödəmə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir: 1.1. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölümü haqqında şəhadətnamə; 1.2. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölmüş elan edilməsi haqqında məhkəmə qərarı; 1.3. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd; 1.4. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış. ...

4. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.https://e-qanun.az/framework/38532

5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. 5-1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının siyahısını 2019-cu il fevralın 15-dək müəyyən edib Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.

22. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli 6-8 nömrəli qərarı ilə təsdiq edilmiş 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydaları 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının (bundan sonra - Fərman) 2-ci, 3-cü, 5-ci, 5-1-ci, 6-cı, 9-cu və 10-cu hissələrinin icrasının təmin edilməsi məqsədilə hazırlanmışdır və 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçular) və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının ərazisində yaşayan vərəsələrinin müəyyən edilməsi, onlara birdəfəlik ödəmənin təyin edilməsi və ödənilməsi ilə bağlı məsələləri tənzimləyir.https://e-qanun.az/framework/40227 1.2. Birdəfəlik ödəməyə hüququ yaranan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan - Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən müəyyən edilmiş vərəsələrinə birdəfəlik ödəmənin təyin edilməsi və ödənilməsi ilə bağlı məsələlərə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının tələblərinə uyğun olaraq baxılır. 2.1. Fərmanın 5-ci, 5-1-ci, 9-cu və 10-cu hissələrində göstərilən dövlət qurumları tərəfindən təqdim edilmiş məlumatlar əsasında aşağıdakı adlı siyahılar müəyyən edilir: 2.1.1. hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahıları; 2.1.2. sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahıları;https://eqanun.az/framework/40227 2.1.3. 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahıları; 2.1.4. birdəfəlik ödəməyə hüququ yaranan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahıları.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 1.1. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.

24. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu 1-ci maddəsinə əsasən, Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinə dair” 30 dekabr 2008-ci il tarixli Qərarı "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1 -ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

Apellyasiya şikayətinin mümkünlüyü

26. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

27. İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-179/2024 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.

28. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.

29. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, mərhum X6 xx.xx.1995-ci il tarixdə hərbi xidmət zamanı vəfat etmişdir. Lakin, mərhum G.Nəbiyevin hərbi xidmət zamanı vəfat etməsi faktı özlüyündə onun adının birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya əlavə üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir.

30. X2 06 dekabr 1995-ci il tarixdə vəfat edərkən hərbi hissənin tərkibində olması,hərbi hissədə xəstəlikdən vəfat etməsi işin mübahisəsiz halıdır. Qeyd olunan fakt mərhumun hərbi xidmət zamanı vəfat etməsi kimi qiymətləndirilsə də, onun vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə müəyyən edilmir. Odur ki, iddiaçının tələbi yuxarıda qeyd olunan normativ aktların təsir dairəsinə daxil olmadığından cavabdehin imtinası əsaslı olmuşdur.

31. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 23-24-cü bəndlərində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər.

33. Hazırkı qərarın 25-ci bəndində qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən görünür ki, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

34. İş materiallarından da göründüyü kimi, iddiaçının mərhum övladı Gündüz Nəbiyev 16 iyun 1974-cü ildə anadan olmuş, Silahlı Qüvvələrdə 23 iyun 1992-ci ildən 06 dekabr 1995-ci ilədək həqiqi hərbi xidmətdə olarkən xx.xx.1995-ci ildə xəstəlikdən vəfat etmişdir. Lakin, bu günə qədər iddiaçı mərhum X6 üçün nəzərdə tutulan 11000 manat məbləğində sığorta ödənişini ala bilməmişdir. Belə olan halda isə, iddiaçının mübahisələndirdiyi iddia tələbi o halda mümkün hesab edilə bilər ki, şəxs ilk öncə mərhum oğluna şəhidlik statusunun verilməsi ilə bağlı müraciət etməli, cavabdeh orqan tərəfindən həmin müraciətə rəsmi münasibət bildirilməli, ondan sonra hazırkı tələb ilə bağlı iddiasını mübahisələndirməlidir. Lakin, iş materialları ilə, o cümlədən iddiaçının izahatı ilə müəyyən edilir ki, iddiaçı mərhum oğluna şəhidlik statusu verilməsini mübahisələndirməmişdir. Belə olduğu təqdirdə iddiaçının cavabdehə qarşı “X4 adına nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qaldırdığı iddia İPM-in 35.1-ci maddəsi baxımından mümkünlük şərtlərinə cavab vermir. Odur ki, iddiaçının qeyd edilən iddia tələbi mümkün sayılmamalıdır.

35. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh orqan iddiaçıya mərhum X5 “şəhid” statusunun verilməsi (bərpa edilməsi), habelə adının bu Fərmanla nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumı siyahıya əlavə edilməsinin mümkün olmaması barədə imtina məktubu versə də, iddiaçı ancaq mərhum oğlunun adının birdəfəlik ödəmənin verilməsinə dair ümumı siyahıya əlavə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mərhum X5 “şəhid” statusunun verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməmiş, həmçinin apelyasiya icraatı zamanı da belə bir iddia verməyəcəyini bildirmişdir.

36. Məhkəmə kollegiyasının qənaətinə görə iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə kollegiyası mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı deyildir və bu cür halda iddia mümkün sayılmamalıdır. Bu isə iddiaçıya münasibətdə yenidən mümkünlük şərtlərinə əməl etməklə (şəhidlik statusunun verilməsi barədə iddia ilə müraciət edərək uğurlu nəticə əldə etdikdən sonra) eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

37. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanı ilə müəyyən edilmişdir ki, bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.

38. Göründüyü kimi, birdəfəlik ödəmə verilməsi üçün şəxs ilk öncə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçu və daxili işlər orqanlarının əməkdaşı olmalıdır.

39. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə isə müəyyən edilir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.

40. Bundan əlavə, iddiaçının “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2.1.2-ci bəndinə əsasən şəhid ailəsinin üzvü olması öz təsdiqini tapmır. Qanunvericiliyə əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti istisna olmaqla, digər hərbi qulluqçulara münasibətdə onların hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələrinin verdiyi arayışlarla təsdiq olunur. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının “şəhid ailəsi” statusunda olması ilə bağlı sənəd iş materiallarında yoxdur.

41. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının mərhum oğluna şəhid statusu verilməmiş, iddiaçının isə "şəhid ailəsi” statusuna malik olması təsdiqlənmir, o, ümumiyyətlə bu məqsədlə cavabdeh orqana ərizə (iş materiallarında belə bir ərizə yoxdur) ilə müraciət etməmişdir. Bundan başqa, iddiaçıya sözügedən birdəfəlik ödəmənin verilə bilməsi üçün onun mərhum oğlunun şəhidlik statusu olmalı idi. Lakin iddiaçı tərəfin belə bir statusu hazırda yoxdur. Odur ki, şəhidlik statusu olmayan şəxsin adının birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya əlavə edilməsi öhdəliyi cavabdehin üzərinə qoyula bilməz. Hər bir halda əgər iddiaçıya gələcəkdə şəhidlik statusundan imtina verilərsə və iddiaçı həmin imtinanı qanunsuz sayarsa, o halda həmin hərəkəti (hərəkətsizliyi) prosessual qənaət prinsipi baxımından və əldə etmək istədiyi hüquqi nəticəyə daha rahat çatmaq üçün müstəqil inzibati iddia qaldırmaqla mübahisələndirə bilər. Odur ki, iddiaçıya şəhidlik statusunun verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi tövsiyə olunur.

42. Beləliklə, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə prosessual qanunvericiliyin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.

43. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-179/2024 nömrəli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.

44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

qərara aldı

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-179/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “X4 adına nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar