Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-33/2021 15.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı “xx.xx.1992-ci il tarixdən, xx.xx.1993-cü il tarixədək Mingəçevir “Zəhmət” kiçik müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Mingəçevir Samux fərdi kiçik müəssisəsində və xx.xx.1996-cı il tarixdən, xx.xx.1999-cu il tarixədək X3 müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-153/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Beyləqan rayonun Kəbirli kəndində xx.xx.1955-ci ildə anadan olmuşdur. 1971ci ildən Mingəçevir şəhərində yaşayır. Belə ki, əmək kitabçasında qeyd edilən xx.xx.1992ci il tarixdən, xx.xx.1993-cü il tarixədək Mingəçevir “Zəhmət” kiçik müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Mingəçevir “Samux” fərdi kiçik müəssisəsində və xx.xx.1996- ci il tarixdən, xx.xx.1999-cu il tarixədək X3 müəssisəsində işləmişdir. Bu barədə onun adına əmək kitabçasında qeydlər aparılmışdır. Hazırda yaşı ilə əlaqədar əmək pensiyasına çıxmaq istəyir. Buna görə DSMF-nin Mingəçevir şəhər şöbəsinə müraciət etmişdir. Lakin tələbi təmin edilməmişdir. Belə ki, əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci il tarixdən,xx.xx.1993-cü il tarixədək Mingəçevir “Zəhmət” kiçik müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Mingəçevir Samux fərdi kiçik müəssisəsində və xx.xx.1996-cı il tarixdən, xx.xx.1999-cu il tarixədək X3 müəssisəsində işləmişdir. Bunu əmək kitabçası və şahidlərdə təsdiq edə bilər. DSMF-nin Mingəçevir və Yevlax şəhər şöbəsinə xx.xx.2016-ci il tarixdə NY46/1467 nömrəli məktubda X3 müəssisəsinin 1999-cu ili birinci rübündən sonra işləmədiyi halda məktubla müraciət etmişdir. Həmin məktubda işə əlavə Həmin məktubda işə əlavə olunmuşdur. Ona görədə əmək kitabçasında qeyd edilən xx.xx.1992- ci il tarixdən, xx.xx.1993-cü il tarixədək Mingəçevir “Zəhmət” kiçik müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Mingəçevir Samux fərdi kiçik müəssisəsində və xx.xx.1996- ci il tarixdən, xx.xx.1999-cu il tarixədək X3 müəssisəsində işlədiyi illərin DSMF-nin Mingəçevir şəhər şöbəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkməsinə müraciət etməli olmuşdur. Cavabdeh etirazında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21-ci maddəsinə əsasən Qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin fəaliyyət müddətləri sığorta stajlarına daxil edilir. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Mingəçevir “Zəhmət” kiçik müəssisəsinin, xx.xx.1993- cü il tarixdən xx.xx.1993cü il tarixədək Mingəçevir “Samux” fərdi kiçik müəssisəsinin və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “X3” müəssisəsinin həmin dövrlərdə fəaliyyəti barədə Fonda hesabat təqdim etməmiş, məcburi dövlət sosial sığorta haqqı ödəməmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-153/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı “xx.xx.1992-ci il tarixdən, xx.xx.1993-cü il tarixədək Mingəçevir “Zəhmət” kiçik müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Mingəçevir Samux fərdi kiçik müəssisəsində və xx.xx.1996-cı il tarixdən, xx.xx.1999-cu il tarixədək X3 müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsi tərəfindən onun xx.xx.1992-ci il tarixdən, xx.xx.1993-cü il tarixədək Mingəçevir “Zəhmət” kiçik müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Mingəçevir Samux fərdi kiçik müəssisəsində və xx.xx.1996-cı il tarixdən, xx.xx.1999-cu il tarixədək X3 müəssisəsində işlədiyi müddət əmək və əhalinin sosial müdafiəsi yanında sosial sığorta stajına daxil edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, X2 müəssisəsi 1997-ci il tarixə qədər işləmişdir. 1997-ci ildən müəssisəsə Yevlax Nəqliyyat birliyinə verilmişdir.(47 N-li 24/10 1997-ci il tarixli arayış əlavə olunur bundan başqa Yevlax Sosial Müdafiə Fondu onun iş yoldaşına məktub verib, məktub işə əlavə olunub və o, birinci instansiya məhkəməsində iştirak etməməyinin səbəbini teleqramla məhkəməyə göndərmişdir). Onun məhkəmə iclasında iştirakının təmin edilməməsi, həqiqətin ortaya çıxmasına, qanuni və əsaslı qətnamənin qəbul edilməsinə əngəl törətmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-153/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-153/2020 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.1975-ci il tarixli əmək kitabçasının sürəti, DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli **********5 nömrəli imtina məktubu, Yevlax şəhər Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 32/11 nömrəli məktubu, Mingəçevir şəhər Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli T-04 nömrəli məktubu, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********030700 nömrəli məktubu, Mingəçevir ŞİH başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 45 nömrəli məktubu, DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubu, Mingəçevir ŞİH başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2020-ci il tarixli 83 nömrəli məktubu aiddir. Əsaslandırma hissəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-153/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı “xx.xx.1992-ci il tarixdən, xx.xx.1993-cü il tarixədək Mingəçevir “Zəhmət” kiçik müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Mingəçevir Samux fərdi kiçik müəssisəsində və xx.xx.1996-cı il tarixdən, xx.xx.1999-cu il tarixədək X3 müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən edir ki, xx.xx.1975-ci il tarixli Əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən, xx.xx.1993-cü il tarixədək Mingəçevir “Zəhmət” kiçik müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Mingəçevir “Samux” fərdi kiçik müəssisəsində və xx.xx.1996-cı il tarixdən, xx.xx.1999-cu il tarixədək X3 müəssisəsində işləməsinə dair qeydlər aparılmışdır. İş materiallarında olan DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli **********5 nömrəli imtina məktubundan görünür ki, əmək kitabçasında qeyd edilən xx.xx.1992-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Mingəçevir “Zəhmət” kiçik müəssisəsinin, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Mingəçevir “Samux" fərdi kiçik müəssisəsinin və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X3” müəssisəsinin həmin dövrlərdə fəaliyyəti olmadığı üçün, eyni zamanda “X3” müəssisəsinin sənədlərinin saxlandığı yerin hüquqi ünvanı məlum olmadığı üçün sosial sığorta stajına daxil edilməmişdir. İş materiallarında olan Dövlət Arxivinin Yevlax filialının xx.xx.2019-cu il tarixli 32/11 nömrəli məktubundan görünür ki, X4 Müəssisəsinin 1996-cı illərə dair əmək haqqı sənədləri izlənmiş, İddiaçı həmin müəssisədə əmək haqqı alması barədə heç bir məlumat tapılmamışdır. İş materiallarında olan Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2019-cu il tarixli T- 04 nömrəli məktubundan görünür ki, Mingəçevir “Zəhmət” kiçik, “Samux” fərdi kiçik və Nəqliyyat Ekspedisiya müəssisələrinin arxiv sənədləri filiala mühafizə edilmək üçün təhvil verilməmişdir. İş materiallarında olan 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********030700 nömrəli məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən “X3” adlı müəssisə vergi orqanında uçotda deyil. İş materiallarında olan Mingəçevir ŞİH başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 45 nömrəli məktubundan görünür ki, “Azəravtonəqliyyat” Dövlət Konserni “Aznəqlmagistral” Respublika İstehsalat Birliyi, X3 müəssisəsinin ünvanı dəqiq göstərilmədiyi üçün, məktubun ünvan sahibinə çatdırılması mümkün olmamışdır. İş materiallarında olan DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, X3 Müəssisəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehndə 1997-ci il tarixədək qeydiyyatda olmuşdur. Qeydiyyatda olduğu müddət ərzində fəaliyyəti, məcburi sosial sığorta haqqları və ödənişlər barədə hesabat, haqq-hesab cədvəli təqdim etməmişdir. İş materiallarında olan Mingəçevir ŞİH başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2020-ci il tarixli 83 nömrəli məktubu ilə bildirmişdir ki, X3 Müəssisəsinə ünvanladığınız xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktubl arın həmin ünvan sahibinə çatdırılması mümkün olmamışdır. Çünki hal-hazırda şəhərimizdə o adda müəssisə mövcud deyil və fəaliyyət ünvanı ilə bağlı heç bir məlumatımız yoxdur. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh orqanın xx.xx.2019-ci il tarixli məktubundan göründüyü kimi iddiaçının təqdim etdiyi sənədlərə əsasən stajı 23 il 4 ay təşkil edir. İddiaçının əmək kitabçasında onun xx.xx.1992-ci il tarixdən, xx.xx.1993-cü il tarixədək Mingəçevir “Zəhmət” kiçik müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1993- cü il tarixədək Mingəçevir Samux fərdi kiçik müəssisəsində və xx.xx.1996-cı il tarixdən, xx.xx.1999-cu il tarixədək X3 müəssisəsində işlədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası araşdırması zamanı qeyd olunan müəssisələrə dair heç bir məlumat əldə edilməsi mümkün olmamışdır. Həmçinin cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan “X1” adlı müəssisənin 1997ci il tarixdən sonra qeydiyyatda olmadığı və hesabat vermədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-153/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, İddiaçı vermiş olduğu apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-153/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-33/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-33/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver