Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-33/2024 22.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “Mingəçevir şəhər, Nizami ünvan 1 ünvanında hər biri 0,1494 hektar olan (çıxarış seriya RX №1226915 və çıxarış seriya RX №1226916) torpaq sahələrində ticarət obyektlərinin tikintisi üçün icazə verilməsi barədə qərar qəbul etmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 avqust 2023-ci il tarixli, 2-1(116)-1348/2023 nömrəli qərarından İddiaçı MMC tərəfindən verilmiş şikаyətə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər, Nizami ünvan 1 ünvanında hər biri 0,1494 hektar olan (çıxarış seriya RX №1226915 və çıxarış seriya RX №1226916) torpaq sahələrində ticarət obyektlərinin tikintisi üçün icazə verilməsi barədə qərar qəbul etmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 29 avqust 2023-ci il tarixli, 2- 1(116)-1348/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 29 avqust 2023-ci il tarixli, 2-1(116)-1348/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. X4 Məhkəməsində mahiyyəti üzrə baxılan zaman iddiaçı tərəfindən məhkəmə kollegiyasına ərizə daxil olmuş və iddiaçı iddiadan imtina etdiyini qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası işdə olаn sənədləri tədqiq edərək, iş üzrə iddiaçının xahişini nəzərə alaraq belə qənаətə gəlir ki, İddiaçı MMC-nin iddia tələbindən imtinaya dair ərizəsi qəbul olunmаlı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessal Məcəlləsinin 55 və 87.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası. qərara aldı: İddiaçı MMC-nin iddia tələbindən imtinaya dаir ərizəsi qəbul edilsin. İddiaçı MMC-nin Cavabdehnə qarşı “Mingəçevir şəhər, Nizami ünvan 1 ünvanında hər biri 0,1494 hektar olan (çıxarış seriya RX №1226915 və çıxarış seriya RX №1226916) torpaq sahələrində ticarət obyektlərinin tikintisi üçün icazə verilməsi barədə qərar qəbul etmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərаrdаddаn şikаyət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-33/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-33/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver