Məhkəmə qərarları › İş №2-1(107)-33/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-33/2025

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-33/2025 08.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında qərarın ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında ## ###### 2024-cü il tarixli **************** nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Tik-tok” sosial platformasında qeydiyyatdan keçmiş şəxslər öz hesablarına jeton yüklənməsini arzuladıqda, həmin jetonun dəyərini və xidmətə görə əlavə haqqı iddiaçının bank hesabına ödəyir, iddiaçı isə vasitəçi kimi “Tik-tok” şəbəkəsinin internet səhifəsinə sifarişçinin adı ilə daxil olur və sifariş edilən sayda jetonu xüsusi elektron ödəmə sistemi vasitəsilə onun şəxsi hesabına yükləyir. Ödənişlər iddiaçının öz biznes kartı vasitəsilə aparıldığından və jetonlar sifarişçinin vətəndaş kimi sosial platformada qeydiyyatdan keçdiyi hesab üzərindən yükləndiyindən, həmin ödənişlər sahibkarlıq fəaliyyəti məqsədləri üzrə ödəmə qismində qiymətləndirilə bilməz. Jetonların alışı hər hansı mülki xarakterli əqd əsasında deyil, onlayn ödəniş sistemi vasitəsilə istifadəçinin qeydiyyatdan keçdiyi hesaba yüklənməsi qaydasında həyata keçirilir. İddiaçının jeton alarkən apardığı ödənişlərdən ödəmə mənbəyində vergi tutmaq hüququ da olmamışdır. Bundan başqa, iddiaçı “Tik-tok” şəbəkəsinin rəsmi internet səhifəsindən hansı ölkədə və ya ərazidə qeydiyyatdan keçmiş subyektə ödəmə aparılmasından məlumatlı olmamışdır. Bu əməliyyatlarda o, jeton alqısatqısı ilə məşğul olmamış, aldığı ödəniş müqabilində jetonun sifarişçinin hesabına yüklənməsini təmin etmişdir. Qeyd olunanlardan başqa, müvafiq dövr üzrə hər hansı bəyannamə verilmədiyi halda, cavabdeh Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərini pozaraq, kameral vergi yoxlaması ilə ## ###### 2024-cü il tarixli qərarı qəbul etmişdir.

4. Cavabdeh orqan iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bank hesabı məlumatlarının araşdırılması zamanı iddiaçı İddiaçı tərəfindən güzəştli vergi tutulan ölkədə qeydiyyatda olan şəxslərə 2023-cü ilin 1-ci rübü üzrə ümumilikdə 151.787,10 manat məbləğində vəsait köçürülməsi müəyyən edilmiş, lakin o, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim etməmişdir. Bu səbəbdən iddiaçıya kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında ## ###### 2024-cü il tarixli məktub göndərilərək, müvafiq dövr üzrə cari (dəqiqləşdirilmiş) bəyannamə və ətraflı izahat tələb edilmişdir. İddiaçı tərəfindən müvafiq bəyannamə, zəruri sənədlər və izahat təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələri rəhbər tutularaq, ona münasibətdə 2023-cü ilin 1-ci rübü üzrə ## ###### 2024-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərar qəbul olunmuşdur. Qərarla iddiaçıya 15.178,71 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Hesablamanın maddi əsası ondan ibarətdir ki, iddiaçı müvafiq pul vəsaitlərini “X1 Kong Limited” şirkətinə köçürmüşdür. Beynəlxalq məlumat bazasına əsasən “xxxx” (Orbis İD:346914338) şirkəti Kayman adalarında qeydiyyatdadır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2019-cu il tarixli *** nömrəli Fərmanı ilə Honq-Konq (ÇXR) və Kayman adaları güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısına daxildir. “Tik-tok” sosial şəbəkəsinin güzəştli vergi tutulan ölkədə və ya ərazidə (Honq-Konqda) olan bank hesablarına vergi ödəyicisi tərəfindən aparılmış ödəmələrdən Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. İddianın təmin edilməməsi xahiş olunur.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) ##.##.2024-cü il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” ## ###### 2024-cü il tarixli **************** nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdehin ## ###### 2024-cü il tarixli **************** nömrəli qərarı qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. - Məhkəmə cavabdeh tərəfin kameral vergi yoxlamasının müvafiq bəyannamə təqdim edilmədiyi halda, hər hansı məhdudiyyət olmadan Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulan 3 il müddət ərzində keçirilməsinin mümkünlüyü mövqeyi ilə razılaşmır və hesab edir ki, kameral vergi yoxlamasına həmin kriteriyanın aid edilməsi yolverilən deyil. - Belə ki, vergi qanunvericiliyi ödəmə mənbəyində tutulan vergiyə münasibətdə kameral vergi yoxlamasının müvafiq sənədlərin, o cümlədən vergi bəyannaməsinin vergi ödəyicisi tərəfindən təqdim olunduğu vaxtdan 30 iş günü müddətində keçirilməsini nəzərdə tutur. Vergi Məcəlləsinə görə vergi ödəyicisi tərəfindən ödəmə mənbəyində tutulan vergi üzrə bəyannamə hər rüb üçün zəruri olmaqla, rübdən sonrakı növbəti ayın 20-dək təqdim edilir. - Hazırkı işin hallarında 2023-cü ilin İ rübü üçün ödəmə mənbəyində tutulan vergi üzrə bəyannamənin ## ##### 2023-cü il tarixdən sonrakı vaxtda, yəni müəyyən olunmuş tarixdən gec təqdim edilməsi ilə bağlı hər hansı xüsusat müəyyən edilmir. İddiaçı İddiaçı həmin dövr üçün ödəmə mənbəyində tutulan vergi üzrə bəyannamə təqdim etməməsi işin mübahisəsiz halına aiddir. - Belə olan halda, məhkəmənin qənaətinə görə 2023-cü ilin 1-ci rübü üçün ödəmə mənbəyində tutulan vergi üzrə kameral vergi yoxlaması ən geci ## ##### 2023-cü il tarixdən 30 iş günü keçənədək keçirilə bilərdi. Halbuki, inzibati orqanın kameral vergi yoxlaması ## ###### 2024-cü il tarixdə uyğunsuzluq (kənarlaşma) məktubu göndərilməklə və 8 gün sonra (bu xüsusat da praktik hal deyil) qərar qəbul olunmaqla keçirilmişdir. Bununla da, mübahisələndirilən qərar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, «İnzibati icraat haqqında» Qanunun 11 və 48.1-ci maddələrinin tələbləri pozulmuşdur. - Eləcə də inzibati orqanın ## ###### 2024-cü il tarixli **************** nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) və 62-ci maddələrinə və İPM-in 38.1-ci maddəsinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və iddiaçıya ünvanlanmış uyğunsuzluq məktubundan bir hissəni əhatə edən məzmunda mətn verilməklə kifayətlənilmişdir. Bundan başqa, qərarda inzibati icraatda – kameral vergi yoxlaması üzrə əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktın özündə yazılı şəkildə əsaslandırılması yetərli qiymətləndirilmir. - Cavabdeh tərəfindən aparılan inzibati icraatda hazırda mübahisələndirilən ## ###### 2024-cü il tarixli qərar inzibati icraat haqqında hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən, məhkəmə həmin qərarın qəbulunda iddiaçının dəlilləri üzrə maddi hüquq normalarının tətbiqi məsələsinə qiymət verilməsini zəruri bilmir. - Məhkəmə həm də hesab etmişdir ki, mübahisələndirilən inzibati akt (## ###### 2024cü il tarixli qərar) qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu (əlavə faizlərlə) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.

7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *- *(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh orqanın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd etdiyi dəlillərə əsaslanmaqla qəbul etdiyi qərarı tam şəkildə qanunsuz və əsassız hesab edirlər və aşağıda qeyd olunanlara əsasən məhkəmə qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. - Məhkəmənin “İddiaçı İddiaçı həmin dövr üçün ödəmə mənbəyində tutulan vergi üzrə bəyannamə təqdim etməməsi işin mübahisəsiz halıdır” dəlilinə münasibətdə qeyd edirik ki, iddiaçı İddiaçı ÖMV üzrə 1-ci rüb 2023-cü il üçün ##.##.2023-cü il tarixdə saat 11:33:07-də (Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən çıxarışlar əlavə olunur) vergi orqanına elektron qaydada Dəqiqləşmiş bəyannamə (sıfır bəyannamə - göstəricisiz) təqdim etmişdir. Bank hesabı məlumatlarının araşdırılması zamanı vergi ödəyicisinin 2023-ci ilin 1 rübü ərzində güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) (Honq- Konq (ÇXR)) səxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına ümumilikdə 2023cü ilin 1-ci rübü fevral ayı üzrə 46 247,2 manat, mart ayı üzrə 105 539,9 manat, ümumilikdə 2023-cü ilin 1-ci rübü üzrə 151 787,10 manat məbləğində ödəniş edilməsinə baxmayaraq, 2023cü ilin 1-ci rübü üzrə Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin vergi orqanına boş (göstəricisiz) təqdim edildiyi müəyyən olunduğundan vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli məktub (iddia ərizəsinə əlavə edilir) göndərilərək, müvafiq dövr üzrə cari (dəqiqləşdirilmiş) bəyannamə və ətraflı izahat məktubu tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən 2023-cü ilin 1-ci rübü üçün “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli **************** nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən kameral vergi yoxlaması vergi ödəyicisinin təqdim etdiyi dəqiqləşmiş ÖMV bəyannaməsi əsasında aparılmış, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə uyğun olaraq 30 iş günü daxilində yoxlama başa çatdırılaraq müvafiq qərar qəbul edilmiş, müddətlərin pozulmasına yol verilməmişdir. - Məhkəmənin mövqeyinə görə vergi ödəyicisi tərəfindən vergi orqanına müvafiq bəyannamə təqdim edilmədiyi halda (hansı ki, hazırkı iş üzrə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən vergi orqanına 2023-cü ilin İ rübü üzrə ÖMV bəyannaməsinin təqdim edilməməsi işin mübahisəsiz halıdır), yaxud bəyannamənin təqdim olunması üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra vergi orqanının kameral vergi yoxlaması keçirib müvafiq dövr üzrə hesablanmalı olan vergini hesablamağa hüququ yoxdur. Bu zaman məhkəmə Vergi Məcəlləsinin 37.2-ci maddəsinə istinad etmişdir, halbuki Vergi Məcələsinin elə həmin maddəsində (37.4-cü maddə) vergi ödəyicisi bəyannamə təqdim etmədikdə vergi orqanının Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydada vergini hesablamaq hüququ vardır. Həmçinin “Kameral vergi yoxlamalarının aparılmasına dair” Qaydaların 1.3.6-cı bəndində qeyd olunur ki, vergi orqanı vergi ödəyicisi tərəfindən bəyannamə təqdim edilmədikdə nəinki vergiləri, hətta məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını belə hesablamaq hüququ vardır. Göründüyü kimi, Məhkəmə Vergi Məcəlləsinin 37-ci maddəsini düzgün təfsir etməyərək hazırkı işə səhv tətbiq etmişdir. - Yuxarıda ətraflı qeyd olunduğu kimi, iddiaçı İddiaçı ÖMV üzrə 1-ci rüb 2023-cü il üçün ##.##.2023-cü il tarixdə vergi orqanına elektron qaydada dəqiqləşmiş cari bəyannamə təqdim edib və 30 iş günü daxilində, daha dəqiq desək 19 iş gününə (##.##.2023 -##.##.2024) yoxlama başa çatdırılaraq müvafiq qərar qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir. - Məhkəmənin dəlilinə münasibətdə bildirirlər ki, vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli məktub (iddia ərizəsinə əlavə edilir) göndərilərək, müvafiq dövr üzrə cari (dəqiqləşdirilmiş) bəyannamə və ətraflı izahat məktubu tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün yoxlama başa çatdırılaraq yekun qərar qəbul edilmişdir. - Bu zaman vergi orqanı ağlabatan müddətdə vergi ödəyicisinin əlavə sənədlər təqdim etməsini gözləmişdir, lakin vergi ödəyicisi tələb olunan sənədləri və ya izahat məktubu təqdim etmədiyindən vergi orqanı yoxlamanı başa çatdırmışdır. Məhkəmənin özü də qərarında vurğulayır ki, Kameral vergi yoxlaması ÖMV bəyannaməsi üzrə 30 iş günü müddətindən artıq davam edə bilməz. Göründüyü kimi, vergi orqanı bu yoxlamanı başa çatdırmaq üçün vergi ödəyicisindən tələb etdiyi əlavə sənədlərin təqdim edilməsini uzun müddət gözləyə bilməz (burada 5 iş günü müddətin gözlənilməsi ağlabatan müddətdir), əks halda bu yoxlama üçün nəzərdə tutulmuş 30 iş günü müddəti əhəmiyyətsiz olardı. Məhkəmə bu halın praktiki olmamasının nədən ibarət olmasını öz qərarında əsaslandırmamışdır. Beləliklə məhkəmənin bu dəlili də əsassızdır. - Bundan başqa, hazırki iş üzrə vergi orqanı öz qərarını tələb olunan formada əsaslandırmış və təsadüfi deyildir ki, iddiaçı iddia ərizəsində qərarı mübahisələndirən zaman mübahisənin predmetini dəqiq müəyyən edib hüquqi müdafiə fəaliyyətini düzgün həyata keçirmişdir. Bu ona dəlalət edir ki, vergi orqanı qərarını lazımı formada əsaslandırmışdır. Bu səbəbdən də, məhkəmənin “Cavabdeh inzibati orqanın ## ###### 2024-cü il tarixli **************** nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır” dəlili formal mülahizələrə əsaslanır və işin faktik hallarını əks etdirmir. - Hazırki işdə birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan öz qərarının əsası kimi istinad etdiyi dəlillərinin heç birini məhkəmə iclasında tərəflərlə müzakirə etməmiş, bu dəlillərə münasibət bildirmək üçün vergi orqanına şərait yaradılmamış, ümumiyyətlə bu faktların üzərindən məhkəmə proseslərində sükutla keçmiş və bu dəlillər yalnız qərar göndəriləndən sonra onlara məlum olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi İbrahimli Sirac Şükür oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) vəkil2 və iddiaçının vəkili Qurbanov İbrahim Nizami oğlu izahatlar verərək, apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)- ****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

12. Məhkəmə kollegiyası iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin iddiaçının vəkili Qurbanov İbrahim Nizami oğlu və cavabdehin nümayəndəsi elektron kabinet vasitəsi ilə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 13.2.16.14-1. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank və digər ödəniş hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 83.4. Bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsində, yaxud əvvəllər verginin hesablanmasında səhv olunduğunu müəyyən edildiyi hallarda, vergi orqanı qanunvericiliyə uyğun vergiləri hesablayır və sonra bu Məcəllənin 84-cü maddəsinə uyğun olaraq verginin hesablanmasına dair bildirişi 5 iş günü müddətində vergi ödəyicisinə göndərir. Vergi orqanı bu Məcəllənin 85-ci maddəsində göstərilən müddət başa çatanadək vergi məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada hesablaya və ya əvvəllər hesablanmış vergi məbləğinə düzəliş edə bilər. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: ... 125.1.5. bu Məcəllənin 125.1.1-ci – 125.1.4-cü, 125.1.6-cı – 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri – 10 faiz; 125-1. bu Məcəllənin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14- 1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. 128.3. Güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

58. İnzibati akta dair ümumi tələblər 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativhüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

Apellyasiya şikayətinin mümkünlüyü

16. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

18. İş materiallarından görünür ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında ## ###### 2024-cü il tarixli **************** nömrəli qərarın ləğv edilməsindən ibarətdir.

19. Belə ki, iş materiallarından görünür ki, iddiaçı İddiaçı ## ###### 2023-cü il tarixdə əsas fəaliyyəti “kütləvi informasiya vasitələri saytları kimi portal funksiyalı sair web saytlarından istifadə” olmaqla vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçmişdir. Vergi orqanında onun hər hansı təsərrüfat subyekti uçota alınmamışdır. İddiaçı fəaliyyəti ilə bağlı uçotda olduğu vergi orqanına – cavabdehə 2023-cü ilin 1-ci rübü üzrə “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim etməmişdir. Cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi tərəfindən bank hesabı məlumatlarının araşdırılması zamanı iddiaçının güzəştli vergi tutulan ölkədə qeydiyyatda olan şəxslərə 2023-cü ilin 1-ci rübü üzrə ümumilikdə 151.787,10 manat məbləğində vəsait köçürməsinə baxmayaraq, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim etməməsi əsas götürülməklə kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında ona ## ###### 2024- cü il tarixli məktub ünvanlanmışdır. İddiaçı vergi ödəyicisi kimi ## ###### 2024-cü il tarixli məktubda nəzərdə tutulan dövr üzrə müvafiq bəyannamə, zəruri sənədlər və ətraflı izahat təqdim etmədiyindən, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37, 67, 83, 125-1-ci maddələri rəhbər tutularaq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” ## ###### 2024-cü il tarixli **************** nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçıya 2023-cü ilin 1-ci rübü üzrə 15.178,71 manat (ödəniş məbləğinin 10% həcmində) ödəmə mənbəyində tutulan vergi hesablanmışdır.

20. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ondan ibarətdir ki, cavabdeh tərəfin kameral vergi yoxlamasının müvafiq bəyannamə təqdim edilmədiyi halda, hər hansı məhdudiyyət olmadan Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulan 3 il müddət ərzində keçirilməsinin mümkünlüyü mövqeyi ilə razılaşmır və hesab edir ki, kameral vergi yoxlamasına həmin kriteriyanın aid edilməsi yolverilən deyil.

21. Məhkəmənin qənaətinə görə 2023-cü ilin 1-ci rübü üçün ödəmə mənbəyində tutulan vergi üzrə kameral vergi yoxlaması ən geci ## ##### 2023-cü il tarixdən 30 iş günü keçənədək keçirilə bilərdi. Halbuki, inzibati orqanın kameral vergi yoxlaması ## ###### 2024-cü il tarixdə uyğunsuzluq (kənarlaşma) məktubu göndərilməklə və 8 gün sonra (bu xüsusat da praktik hal deyil) qərar qəbul olunmaqla keçirilmişdir. Bununla da, mübahisələndirilən qərar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, «İnzibati icraat haqqında» Qanunun 11 və 48.1-ci maddələrinin tələbləri pozulmuşdur.

22. Eləcə də inzibati orqanın ## ###### 2024-cü il tarixli **************** nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) və 62-ci maddələrinə və İPM-in 38.1-ci maddəsinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və iddiaçıya ünvanlanmış uyğunsuzluq məktubundan bir hissəni əhatə edən məzmunda mətn verilməklə kifayətlənilmişdir. Bundan başqa, qərarda inzibati icraatda – kameral vergi yoxlaması üzrə əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktın özündə yazılı şəkildə əsaslandırılması yetərli qiymətləndirilmir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq hesab edir ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş ## ###### 2024-cü il tarixli **************** saylı qərar əsaslıdır.

24. Məhkəmə kollegiyası tərəfindən iddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər sorğular əsasında əldə olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

25. Belə ki, Kollegiya tərəfindən ## ######## 2024-cü il tarixdə iddiaçı İddiaçı 2023-cü ilin fevral, mart ayları üzrə cari və ssuda hesablarından çıxarışlar barədə məlumatların əldə edilməsi məqsədilə “X3” ASC-yə və “xxxx” ASC-yə sorğu göndərilmişdir.

26. Həmin sorğuya cavab olaraq, “X3” ASC ##.##.2024-cü il tarixli, HTİD-OUT-06841- 2024 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı məxsus bank hesabları barədə məlumatların sizə təqdim edilməsi üçün həmin şəxsi eyniləşdirməyə imkan verən identifikasiya məlumatlarını (anadan olduğu tarix, şəxsiyyət vəsiqəsinin FİN kodu, seriya və s.) “xxxx”xxxx” Açıq Səhmdar Cəmiyyətinə təqdim etməyiniz xahiş olunur.

27. Daha sonra kollegiya tərəfindən iddiaçı İddiaçı identifikasiya məlumatları (anadan olduğu tarix, şəxsiyyət vəsiqəsinin FİN kodu, seriya və s.) qeyd edilərək X3” ASC-yə və “xxxx” ASC-yə ## ######## 2024-cü il tarixdə təkrar sorğu göndərilmişdir.

28. Həmin sorğuya cavab olaraq, ““xxxx” ASC-nin ##.##.2024-cü il tarixli 6-2-41/2- 40637/2024 sorğuya cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası MM-nin 967.1-ci maddəsinə əsasən bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. Həmin Məcəllənin 967.2-ci maddəsinə əsasən isə “bank sirri təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və ya nümayəndələrinə verilə bilər. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər”. Buna müvafiq olaraq, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2.12-ci bəndinə əsasən müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatlar bank tərəfindən məhkəmənin icraatında olan işlərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında məhkəmələrə verilir. - Qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə almağınızı xahiş edir və diqqətinizə çatdırırıq ki, bank sirri təşkil edən məlumatların verilməsi üçün banka məhkəmənin icraatında olan işlərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının təqdim edilməsi zəruridir.

29. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *- *(***)-***/**** saylı qərardadı ilə, iddiaçı İddiaçı 2023-cü ilin fevral, mart ayları ərzində “X3” ASC və “xxxx” ASC-də olan bank hesabları vasitəsi ilə “Tik-Tok” sosial şəbəkəsində istifadə edilən jetonların əldə edilməsi məqsədi ilə “X1 Kong Limited” şirkətinə pul köçürdüyü üçün onun həmin müddət üzrə hesablarından çıxarışlar barədə məlumatların Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi, tələb edilən sənədlərin təsdiq edilmiş surətlərinin “X3” ASC və “xxxx” ASC tərəfindən Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi və qərardadın icrasının “X3” ASC və “xxxx” ASC-yə həvalə edilməsi qərara alınmışdır.

30. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-**/**** saylı qərardadı ilə, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi ##.##.2024-cü il tarixdə məhkəmənin elektron poçt ünvanına ekspert vəsatəti göndərmiş, vəsatətində İddiaçı barəsində qəbul edilmiş qərarlar üzrə hesablanmış vergilər üzrə mühasibat sənədləri təqdim edilməsi xahiş edilmişdir.

32. Bununla bağlı kollegiya tərəfindən ## ###### 2025-ci il tarixdə vəsatətdə qeyd edilmiş sənədlərin təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinə müraciət ünvanlanmışdır.

33. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi müraciətə cavab məktubunda bildirmişdir ki, vergi ödəyicisi İddiaçı (VÖEN:**********) tərəfindən heç bir mühasibatlıq sənədləri vergi orqanına təqdim edilməmişdir.

34. Daha sonra, “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli *-*-**/*-*****/**** saylı Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarının icrası ilə əlaqədar məktubunda bildirilmişdir ki, İddiaçı (FİN*******) “xxxx” ASC-də 33825019442920732199, 33881019442920732212, 41040019442920732212, 41040029442920732212, 41050018402920732212, 41050019782920732212 və ******************** nömrəli bank hesabları mövcuddur. Qeyd olunan bank hesablarından 2023cü ilin fevral və mart ayları üzrə çıxarışları disk daşıyıcıda təqdim edirlər.

35. Həmçinin kolegiya tərəfindən ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2026-ci il tarixlərdə inzibati işin vəziyyəti barədə məlumat verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciətlər göndərilmişdir.

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli *-**-**/*-*/***/**** saylı məktubuna əsasən məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından imtina edilmişdir.

37. Daha sonra, ##.##.2026-cı il tarixli məhkəmə iclasında tərəflər, iddia tələbi ilə əlaqədar əlavə sübutlar təqdim edəcəklərini bildirdiyindən iddiaçı və cavabdehə əlavə sübutların təqdim edilməsi ilə əlaqədar ##.##.2026-cı il tarixdə kollegiya tərəfindən müraciət ünvanlanmışdır.

38. Həmin müraciətə cavab olaraq, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi ##.##.2026-cı il tarixli *-**-*-**/*-****/**** saylı məktubunda bildirmişdir ki, aparılmış araşdırılma zamanı vergi ödəyicisi İddiaçı (VÖEN: **********) tərəfindən 2023-cü ilin 1-ci və 2-ci rübləri ərzində güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) (Honq-Konq (ÇXR) səxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına ümumilikdə 2023-cü ilin 1-ci rübünün fevral ayı üzrə 46 247,2 manat, mart ayı üzrə 105 539,9 manat və 2023-cü ilin 2ci rübünün aprel ayı üzrə 37 470,72 manat məbləğində ödəniş edilməsinə baxmayaraq müvafiq dövrlər üzrə ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin vergi orqanına təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. - Məlumdur ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank və digər ödəniş hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlir hesab olunur. - Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən həmin Məcəllənin digər müddəalarından asılı olmayaraq, vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. - Azərbaycan Respublikası Prezidentinin “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında ##.##.2021-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 16-cı bəndinə əsasən Çin Xalq Respublikasının Honq-Konq şəhəri güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısına aiddir. - Əlavə olaraq bildirirlər ki, Vergi Məcəlləsinin 150.1-ci və 150.1.6-cı maddələrinə əsasən Vergi Məcəllənin 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. - Vergi ödəyicisi İddiaçı (VÖEN: **********) "X3" ASC-də və "xxxx" ASC-də olan bank hesabları vasitəsilə 2023-cü ilin 1-ci rübünün fevral ayı üzrə 46 247,2 manat, mart ayı üzrə 105 539,9 manat (ümumilikdə: 151 787,1 manat) pul vəsaitini “Tik-tok” sosial şəbəkəsində istifadə edilən jetonların əldə edilməsi məqsədilə “X1 Kong Limited” şirkətinə köçürdüyü müəyyən olmuşdur. Nə iddiaçı İddiaçı tərəfindən, nə də onun vəkilləri tərəfindən bu hal məhkəmədə mübahisələndirilməmişdir. - Həmçinin ödəmə mənbəyində tutulan vergi hüquqi təbiətinə görə mənfəət və gəlir vergisindən fərqlənir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən mənfəət və gəlir vergisi hesablanarkən vergi ödəyicisinin gəlir əldə etmək üçün çəkdiyi xərcləri nəzərə alınır. Lakin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 125-1-ci maddəsinin məzmunundan ödəmə mənbəyində tutulan vergilərdə vergi ödəyicisinin çəkdiyi xərclər nəzərə alınmadığı birbaşa ödəmələrdən 10 faiz dərəcə ilə vergi tutulması müəyyən olunur. - Hazırki vəziyyətdə İddiaçı (VÖEN: **********) 2023-cü ilin 1-ci rübünün fevral ayı üzrə 46 247,2 manat, mart ayı üzrə 105 539,9 manat (ümumilikdə: 151 787,1 manat) köçürdüyü pul vəsaiti ödəmə mənbəyində tutulan verginin vergitutma obyekti hesab olunur. Qeyd olunan səbəbdən vergi ödəyicisinə həmin pul vəsaitlərinin 3-cü şəxslərdən daxil olması, ödəyicinin göstərdiyi xidmət qarşılığında xidmət haqqı alması, gəlir əldə edərkən çəkdiyi xərclər ödəmə mənbəyində tutulan vergi hesablanarkən nəzərə alınmır. - Məhkəmənin sorğusunda qeyd olunan vergi ödəyicisi İddiaçı (VÖEN **********) fəaliyyətinin analoji vergi ödəyiciləri ilə müqayisə edilməklə ödəmə mənbəyindən verginin hesablanmasının mümkünlüyü ilə bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; fəaliyyət göstərilən ərazi. - Lakin İddiaçı (VÖEN **********) fəaliyyət göstərdiyi ərazidə, onunla eyni fəaliyyət göstərən, eyni işləri görən, xidmətlər göstərən ödəyici müəyyən olunmamışdır. Bu səbəbdən İddiaçı (VÖEN **********) barəsində ödəmə mənbəyində vergi hesablanarkən Vergi Məcəlləsinin 67.2-ci maddəsi nəzərə alınmamışdır. - Bütün bunları nəzərə alaraq, yuxarıda qeyd edilmiş kənarlaşma barədə vergi ödəyicisi İddiaçı (VÖEN: **********) vergi orqanı tərəfindən ##.##.2024-cü il tarixli, **************** nömrəli və ##.##.2024-cü il tarixli, **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. - Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması zamanı 2023-cü ilin 1ci və 2-ci rüblərinin ödəmə mənbəyində tutulan vergi bəyannamələri üzrə 15178,71 manat və 3747,07 manat vergi məbləğləri hesablanmış və bu barədə müvafiq olaraq ##.##.2024-cü il tarixli, **************** nömrəli və ##.##.2024-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar vergi ödəyicisi İddiaçı (VÖEN: **********) göndərilmişdir.

39. Həmçinin iddiaçının vəkili ##.##.2026-cı il tarixdə Şəki Apellyasiya Məhkəməsinə etiraz göndərərək bildirmişdir ki, həmin iş üzrə məhkəmə tərəfindən ##.##.2025-ci il tarixli *- *(***)-**/**** nömrəli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Orxan İsgəndərov ##.##.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, mühasibat sənədlərinin olmaması səbəbindən ekspertizanın keçirilməsi mümkün deyil və bununla da ekspertizanın keçirilməsindən imtina olunmuşdur. - Azərbaycan Respublikası Prezidentinin “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında ##.##.2021-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 16-cı bəndinə əsasən Çin Xalq Respublikasının Honq-Konq şəhəri güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısına aiddir. - Xüsusilə qeyd olunmalıdır ki, iş materiallarından da göründüyü kimi, qeyri-rezidentə (Honq-Konq) həyata keçirilmiş ödənişlərlə bağlı konkret olaraq vəsaitin köçürüldüyü bank hesabı, hesabın rekvizitləri, hesab sahibinin kimliyi və təyinatı müəyyən etmək mümkün deyildir. Mövcud məlumatlarda yalnız vəsaitin göndərildiyi ölkə (Honq Konq) qeyd olunmuşdur. - Bundan əlavə, ödənişlərin İOS (Apple application) əməliyyat sistemi üzərindən həyata keçirilməsi səbəbindən, vəsaitin faktiki hərəkət istiqaməti və təyinatı müəyyən etmək mümkün deyil. Bu isə öz növbəsində vergi orqanı tərəfindən vergi öhdəliklərinin müəyyən edilməsi üçün zəruri olan halların sübuta yetirilmədiyini göstərir. - Digər tərəfdən, vergi orqanı tərəfindən iddia edilir ki, guya Ali Məhkəmənin formalaşmış təcrübəsinə əsasən, kameral vergi yoxlamasının başlama tarixi vergi ödəyicisi tərəfindən vergi bəyannaməsinin təqdim olunduğu tarixlə əlaqələndirilir. Lakin qeyd edilməlidir ki, bu məzmunu təsdiq edən hər hansı konkret Ali Məhkəmənin qərarı və ya vahid məhkəmə təcrübəsi mövcud deyildir. Vergi orqanı tərəfindən istinad edilən bu yanaşma məhkəmə presedentinə deyil, subyektiv fikrə əsaslanır. Halbuki inzibati icraat zamanı tətbiq edilən hüquqi mövqelər konkret normativ əsaslara və ya rəsmi məhkəmə qərarlarına söykənməlidir. Belə bir hüquqi əsas təqdim edilmədiyindən, qeyd edilən fikirlər əsassızdır. - Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən,ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. - Bildirmək istəyir ki, İddiaçı xidmətin faktiki alıcısı hesab edilmir. Belə ki, o, TikTok platformasından "xidmət" almır, vətəndaşın sifarişi ilə onun üçün "aktiv" (jeton) alır. Jeton İddiaçı mülkiyyətində qalmır, dərhal üçüncü şəxsə ötürülür. - Vergi orqanı iddia edir ki, pulu xaricə İddiaçı göndərdiyi üçün 10% vergi ondan tutulmalı idi. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Vergi Məcəlləsinin rəqəmsal ödənişlərlə bağlı xüsusi qaydaları var. Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqi barədə Dövlət Vergi Xidmətinin şərhinə əsasən, plastik kartlar vasitəsilə nağdsız qaydada aparılan ödənişlər üzrə vətəndaşın hesabından 18 faiz ƏDV yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur, yəni əgər ödəniş kart vasitəsilə birbaşa xarici platformaya (TikTok) edilirsə, "Ödəmə mənbəyində vergi"nin tutulması öhdəliyi əməliyyatı həyata keçirən bankın üzərinə düşür. - Qanunvericiliyə görə informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət elektron ticarət qaydasında aparılan əməliyyat hesab edilir. - Qanunverici orqan bu vəzifəni banklara həvalə edib. Madam ki, hazırda bu işi banklar görür, deməli dövlət bu mexanizmin daha ədalətli olduğunu qəbul edib. Bütün bunları nəzərə alaraq hesab edir ki, vergilərin İddiaçı tutulması qanunvericiliyin tələblərinə ziddir. - Nümunə olaraq, məsələn, vətəndaşa ayrı-ayrı şəxslər fərqli fərqli miqdarlarda bank kartına pul göndəriblər. Bank çıxarışlarından görünür ki, göndərilmiş məbləğlər müxtəliflik təşkil edir. 1000 manat göndərən adam 980 manatlıq Tiktok platforması üzərindən jeton alır, 20 manat məbləğində qazanc əldə edir. Həmin jetonlar Tiktok coins adlanan saytdan əldə edilirdi. Bəzi hallarda isə ödənişlər bank çıxarışlarından görünür ki, X2 bank hesabına ödənilib. Lakin, vətəndaş bunu Azərbaycan serverində alır və pulun hara getdiyini bilmir. Vergi Orqanı əsassız olaraq vergi borcu hesablayıb ki, 18% (ədv) və 10% guya İddiaçı pulu Tiktokun xarici hesabına köçürmüşdür. - Əslində kart hesabından pul çıxanda İddiaçı məbləğin hara getdiyini bilməmişdir. Onun, tiktok platforması ilə, yəni xarici rezidentlə müqaviləsi yoxdur. O, Tiktokun agenti və ya ajansı deyildir, onun işi tiktokdan jeton ala bilməyənlərə kömək etməkdir. - Deyək ki, biri vətəndaşa min manat göndərir ki, Bravo marketdən 980 manatlıq ərzaq alsın, bildirilir ki, 20 manat da onun xidmət haqqı olacaq. Vətəndaş marketdə ödəniş edəndə kassada ödəniş edir, Bravo marketin hesabı Honk Konqdadırsa bu vətəndaşın problemi deyil və o, heç bir halda bunu bilə bilməz. Ona görə də vətəndaş yox, Bravo market vergi ödəyicisi kimi çıxış etməlidir. Çünki vətəndaş bravo marketə yox, digər şəxsə xidmət etmiş olur. - Vergi Məcəlləsinin 13-cü maddəsinə görə, gəlir - iqtisadi mənfəətdir. Bu əməliyyatdan iqtisadi mənfəət 980 manat deyil, 20 manatdır. Bank hesablarına daxil olan dövriyyənin 18% ƏDV-sini və 10% ödəmə mənbəyini vətəndaşın üzərinə qoymaq, real gəlirindən qat-qat artıq vergi tələb etməkdir ki, bu da vergitutmanın ədalətlilik prinsipinə (Maddə 3) ziddir. - Vergi orqanı tərəfindən ümumi dövriyyə məbləği gəlir kimi qəbul edilərək vergiyə cəlb edilməsi şəxsin real iqtisadi vəziyyətinə uyğun gəlməyərək onun vergi yükünü artırır. - Habelə qeyd olunmalıdır ki, İddiaçı xidmətin faktiki alıcısı hesab edilmir. Belə ki, o, TikTok platformasından "xidmət" almır, vətəndaşın sifarişi ilə onun üçün "aktiv" (jeton) alır. Jeton İddiaçı mülkiyyətində qalmır, dərhal üçüncü şəxsə ötürülür. Əslində kart hesabından pul çıxanda İddiaçı məbləğin hara getdiyini bilməmişdir. Onun, tiktok platforması ilə, yəni xarici rezidentlə müqaviləsi yoxdur. O, Tiktokun agenti və ya ajansı deyildir, onun işi tiktokdan jeton ala bilməyənlərə kömək etməkdir. - Əlavə olaraq, Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim edilən sorğunun cavablandırılması haqqında məktubdan görünür ki, vergi xidməti qanunun normalarını düzgün şərh etməmiş, sadəcə formal olaraq İddiaçı məxsus rüblər üzrə ödəmə mənbəyindən tutulan vergi haqqında məlumatı məhkəməyə təqdim etmişdir. - Birinci instansiya Məhkəməsi hesab etmişdir ki, 2023-cü ilin 1-ci rübü üçün ödəmə mənbəyində tutulan vergi üzrə kameral vergi yoxlaması ən geci ## ##### 2023-cü il tarixdən 30 iş günü keçənədək keçirilə bilərdi. Halbuki, inzibati orqanın kameral vergi yoxlaması ## ###### 2024-cü il tarixdə uyğunsuzluq (kənarlaşma) məktubu göndərilməklə və 8 gün sonra (bu xüsusat da praktik hal deyil) qərar qəbul olunmaqla keçirilmişdir. Bununla da, mübahisələndirilən qərar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, «İnzibati icraat haqqında» Qanunun 11 və 48.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmənin bununla bağlı gəldiyi nəticə əsaslı və qanunauyğundur. - Habelə xüsusi ilə qeyd olunmalıdır ki, İddiaçı TikTok ilə hər hansı müqaviləsi olmamışdır. İddiaçı Jeton alışını birbaşa vətəndaşların hesabına alışında dair köməklik (xidmət) göstərilmişdir ki, buna dair bütün vergiləri də ödəmişdir. Vergi orqanın istinad etdiyi xarici hüquqi şəxsin rezident olması bu və ya digər şəkildə təsdiq edilmir. Nə qədər ki, vergi orqanı inzibati qərar qəbul etmişdir, bu halların sübut etmə vəzifəsi də Vergi orqanın üzərinə düşür. - Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” ## ###### 2024-cü il tarixli **************** nömrəli qərarının ləğv edilməsi barədə Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, e- *-*(***)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Bundan başqa iddiaçının vəkili Qurbanov İbrahim Nizami oğlunun ##.##.2026-cı il tarixdə Şəki Apellyasiya Məhkəməsinə göndərdiyi Azərbaycan Respublikasının Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin ##.##.2025-ci il tarixli *-**-***/*-***/**** saylı müraciətə baxılması barədə məktubunda bildirilmişdir ki, hal-hazırda Azərbaycan Respublikasının qanunvericiliyində sosial şəbəkə inzibatçılarının fəaliyyətini tənzimləyən müddəalar mövcud edilməmişdir. Qeyd olunan səbəbdən həmin inzibatçıların fəaliyyətinin tənzimlənməsi məqsədilə həmin inzibatçıların qeydiyyatı aparılmır. Bununla əlaqədar olaraq bildirilir ki, "TikTok" sosial şəbəkəsinin Azərbaycan Respublikasında fəaliyyəti qadağan edilməmişdir.

41. Məhkəmə kollegiyası ilk öncə birinci instansiya məhkəməsinin kameral vergi yoxlamasının yalnız vergi ödəyicisinin təqdim etdiyi bəyannamə əsasında aparıla bilməsi, iddiaçının isə 2023-cü il üzrə bəyannamə təqdim etməməsi, bununla da, mübahisələndirilən qərar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, «İnzibati icraat haqqında» Qanunun 11 və 48.1-ci maddələrinin tələblərinin pozulmasına istinad etməsi ilə razılaşmır və qeyd edir ki, kameral vergi yoxlamaları üzrə hesablamaların spesifik tərəfi ondan ibarədir ki, vergi ödəyicisi 3 il ərzində hesablama aparılan dövrə münasibətdə yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim etməklə, əvvəlki inzibati aktın ləğvinə və yeni inzibati aktın qəbul edilməsinə nail ola bilər. Belə vəziyyətlərdə iddiaçının dəqiqləşdirilmiş bəyannamənin təqdim olunması imkanından yararlandığı təqdirdə, cavabdehin həmin bəyannaməyə 30 iş günü (mənfəət və gəlir vergisinə münasibətdə 60 iş günü) ərzində münasibət bildirmək öhdəliyi yaranır (Vergi Məcəlləsinin 37.2-ci maddəsi). Nəticədə, ya iddiaçının təqdim etdiyi bəyannamə qəbul olunur və mübahisə aradan qalxır, ya da həmin dövr üzrə yeni inzibati akt qəbul edilir. Nəzərə alınmalıdır ki, 30 iş günü müddəti vergi ödəyicisi bəyannamə təqdim etdiyi halda keçərlidir. Yoxlanılan dövr üzrə bəyannamə təqdim edilməyibsə, vergi orqanı əlavə izahat, məlumat tələb etməklə analoji qaydada hesablama aparmaq hüququna malikdir.

42. Vergi Məcələsinin 37.4-cü maddəsində göstərilir ki, kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmçinin “Kameral vergi yoxlamalarının aparılmasına dair” Qaydaların 1.3.5-ci bəndində qeyd olunur ki, vergi orqanı vergi ödəyicisi tərəfindən bəyannamə təqdim edilmədikdə nəinki vergiləri, hətta məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını belə hesablamaq hüququ vardır.

43. İş materiallarından da görünür ki, iddiaçı fəaliyyəti ilə bağlı uçotda olduğu vergi orqanına – cavabdehə 2023-cü ilin 1-ci rübü üzrə “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim etməmişdir. Cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi tərəfindən bank hesabı məlumatlarının araşdırılması zamanı iddiaçının güzəştli vergi tutulan ölkədə qeydiyyatda olan şəxslərə 2023-cü ilin 1-ci rübü üzrə ümumilikdə 151.787,10 manat məbləğində vəsait köçürməsinə baxmayaraq, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim etməməsi əsas götürülməklə kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında ona ## ###### 2024-cü il tarixli məktub ünvanlanmışdır. İddiaçı vergi ödəyicisi kimi ## ###### 2024-cü il tarixli məktubda nəzərdə tutulan dövr üzrə müvafiq bəyannamə, zəruri sənədlər və ətraflı izahat təqdim etmədiyindən, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37, 67, 83, 125-1-ci maddələri rəhbər tutularaq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” ## ###### 2024-cü il tarixli **************** nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçıya 2023cü ilin 1-ci rübü üzrə 15.178,71 manat (ödəniş məbləğinin 10% həcmində) ödəmə mənbəyində tutulan vergi hesablanmışdır.

44. Həmçinin, iddiaçı İddiaçı ÖMV üzrə 1-ci rüb 2023-cü il üçün ##.##.2023-cü il tarixdə vergi orqanına elektron qaydada dəqiqləşmiş cari bəyannamə təqdim edib və 30 iş günü daxilində, yəni 19 iş gününə (##.##.2023 -##.##.2024) yoxlama başa çatdırılaraq müvafiq qərar qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir.

45. Göründüyü kimi, vergi orqanı tərəfindən kameral vergi yoxlaması vergi ödəyicisinin təqdim etdiyi dəqiqləşmiş ÖMV bəyannaməsi əsasında aparılmış, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə uyğun olaraq 30 iş günü daxilində yoxlama başa çatdırılaraq müvafiq qərar qəbul edilmiş, müddətlərin pozulmasına yol verilməmişdir.

46. Məhkəmə kollegiyası daha sonra birinci instansiya məhkəməsinin inzibati orqanın ## ###### 2024-cü il tarixli **************** nömrəli qərarının – əlverişsiz inzibati aktın yazılı şəkildə tam olaraq əsaslandırmaması ilə bağlı mövqeyi ilə də razılaşmır və qeyd edir ki, Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə görə isə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.

47. Qeyd edilən normalar inzibati aktlara münasibətdə qanunvericilikdə təsbit olunmuş ən mühüm tələblərdən birini əks etdirir. Əsaslandırma tələbi hüquqi dövlət prinsipindən irəli gəlir, xüsusən hakimiyyət səlahiyyətləri həyata keçirən orqanların fəaliyyətində qanunçuluğa riayət olunmanı təmin etməyə yönəlir. Maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə qoyan əlverişsiz (yükləyici) inzibati aktlara münasibətdə isə əsaslandırma tələbinə riayət olunması daha çox gözlənilən və tələb olunandır. Əsaslandırılmış inzibati akt mövcud olduqda inzibati orqanın işin faktiki hallarını hansı qaydada müəyyən etdiyini, eləcə də həmin hallara hüququ hansı qaydada tətbiq etdiyini müəyyən etmək mümkün olur. Bununla, həm inzibati orqanların hüquqi dövlətin ümumi prinsiplərinə və qanunçuluğa uyğun davranmalarına nail olunur, həm də şəxslərin hüquqi vəziyyətlərində aydınlığı, proqnozlaşdırmanı, xüsusən də hüquqi müdafiənin düzgün və səmərəli həyata keçirilməsini təmin etmək mümkün olur.

48. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 37-ci maddəsində və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının # ######## 2016-cı il tarixli **************** nömrəli qərarı ilə təsdiq edilmiş bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda kameral vergi yoxlamasının aparılması və hansı hallarla bağlı keçiriləcəyi dəqiq göstərilmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilmiş ## ###### 2024cü il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında qərarda yoxlamanın Vergi Məcəlləsinin kameral vergi yoxlaması nəticəsində (Maddə 37) və bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən (maddə 67) keçirildiyi aydın şəkildə ifadə olunmuşdur. Bu halda, inzibati aktın əsaslandırılmasına münasibətdə ilkin tələb olan Vergi Məcəlləsinin 37-ci maddəsinin “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin müddəalarına riayət olunduğu təsdiq olunur.

50. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi mübahisələndirilən qərarın əsaslandırılmadığına, həmin yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğunun təsdiq olunmadığına və bunların üzərindən mübahisələndirilən qərarın ləğvinə dair nəticə düzgün olmamışdır.

51. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə həm də İPM-in 70.1-ci maddəsinə də uyğun olmamışdır. Həmin normaya görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

52. İşin hallarından müəyyən olunur ki, məhkəmə, cavabdehin qərarının əsaslandırılmadığına istinadla mübahisələndirilən vergi məsuliyyətinə cəlb etmə haqqında qərarı ləğv edərkən, icraatla bağlı qanunvericiliyin tələblərinin pozulduğunu əsas götürmüşdür. Lakin nəzərə alınmalıdır ki, belə pozuntular yalnız inzibati orqanın qərarına təsir edən vəziyyətlər yaratdıqda inzibati aktın ləğvinə əsas verə bilər. Məhkəmə isə inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu halını müəyyən etmədən qərarı ləğv etmişdir.

53. Məhkəmə kollegiyası işin hallarına qanunvericilik normalarını tətbiq edərək hesab edir ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125-1-ci maddələrinin tələbi nəzərə alındıqda iddiaçının güzəştli vergi tutulan ölkədəki (ərazidəki) qeyri-rezidentə ödədiyi ödəniş həmin qeyrirezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliridir və ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr isə 125-1-ci maddədə təsbit edilmişdir.

54. Maddənin məzmununa görə isə Bu Məcəllənin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

55. İşin hallarından da görünür ki, iddiaçının etdiyi əməliyyatlar üzrə cavabdeh vergi orqanının Vergi Məcəlləsinin 125-1-ci maddəsinə istinad etməklə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə və güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərə görə tələb etdiyi verginin də həmçinin ödəmə mənbəyindən tutulan vergi növünə aid olması işin mübahisəsiz halıdır.

56. Göründüyü kimi, Uçot-baza məlumatına əsasən fərdi sahibkarın ##.##.2023-cü il tarixdən vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün “kütləvi informasiya vasitələri saytları kimi portal funksiyalı sair web saytlarından istifadə”dən ibarət olduğu, vergi orqanında uçota alınmış təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir.

57. İşin halları ilə fərdi sahibkar tərəfindən "X3" ASC-də və "xxxx" ASC-də olan bank hesabları vasitəsilə 2023-cü ilin fevral, mart və aprel ayları ərzində “Tik-tok” sosial şəbəkəsində istifadə edilən jetonların əldə edilməsi məqsədilə X1 Kong Limited şirkətinə pul köçürüldüyü müəyyən edilir. Belə ki, köçürülən vəsaitlərin təyinatı hissələrində “HONG KONG TIKTOK” qeydi aparılmışdır.

58. Beynəlxalq məlumat bazasına əsasən “xxxx” (Orbis İD:346914388) şirkətinin Kayman adalarına qeydiyyatda olduğu görsənir.

59. Eyni zamanda, fərdi sahibkar tərəfindən 2023-cü il ərzində “Tik-tok” sosial şəbəkəsinin digər ölkələrdə olan bank hesablarına “Tik-tok" sosial şəbəkəsində istifadə edilən jetonların əldə edilməsi məqsədilə pul köçürüldüyü müəyyən edilmişdir.

60. “Tik-tok” sosial şəbəkəsinin güzəştli vergi tutulan ölkədə və ya ərazidə (Honqkonqda) olan bank hesablarına vergi ödəyicisi tərəfindən aparılmış ödəmələrdən Vergi Məcəlləsinin 125- 1- ci maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

61. Vergi Məcəlləsinin 128.3-cü maddəsinə əsasən hər il üçün güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən təsdiq edilir.

62. Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il ## #### tarixli **** nömrəli Fərmanı ilə “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin Siyahısı” təsdiq edilmişdir.

63. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il ## ###### tarixli ***-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidentinin ## #### 2017-ci il tarixli **** nömrəli Fərmanı ilə “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı” təsdiq edilmiş, həmin fərman “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## #### tarixli **** nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## #### 2019-cu il tarixli *** nömrəli Fərmanına əsasən Kayman adaları və Honq-Konq (ÇXR) güzəştli vergi tutulan ölkələrin (ərazilərin) siyahısına daxil edilmişdirlər.

64. Vergi Məcəlləsinin ##.##.2022-ci ildən etibarən qüvvəyə minən 13.2.16.14-1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlir hesab olunur. Bu maddənin məqsədləri üçün alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə aid edilmir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir.

65. Vergi Məcəlləsinin ##.##.2022-ci ildən etibarən qüvvəyə minən 125-1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur.

66. Qeyd olunanlardan göründüyü kimi, yalnız rezident banklar tərəfindən güzəştli vergi tutulan ölkələrdə açılan müxbir hesablara edilən ödənişlər və alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) istisna edilmiş, digər bütün hallarda güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlər tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərin 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmuşdur.

67. Eyni zamanda, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi işlərin və ya xidmətlərin alıcısının olduğu yerdə həyata keçirilmiş sayılır.

68. Vergi Məcəlləsinin 169.1-ci maddəsinin müddəalarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq ƏDV-yə cəlb olunur.

69. Həmçinin bank tərəfindən vergi orqanına göndərilmiş bank hesablarının araşdırılması zamanı fərdi sahibkarın bank əməliyyatları üzrə ödənişin təyinatı bölməsində geri qaytarma əməliyyatlarının olması aşkar edilməmişdir.

70. Beləliklə, uçot-baza məlumatlarına və bank hesablarından çıxarışlara əsasən fərdi sahibkar tərəfindən “Tik-tok" sosial şəbəkəsində istifadə edilən jetonların əldə edilməsi məqsədilə X1 Kong Limited şirkətinə 2023-cü ilin fevral, mart və aprel ayları ərzində pul vəsaitinin köçürüldüyü, Azərbaycan Respublikası Prezidentinin ## #### 2019-cu il tarixli *** nömrəli Fərmanı ilə Honq-Konqun (ÇXR) güzəştli vergi tutulan ölkələrin (ərazilərin) siyahısına aid edildiyi, köçürülmüş vəsaitin geri qaytarılmadığı, fərdi sahibkarın (səlahiyyətli nümayəndəsi və ya vəkilinin) inzibati orqanda araşdırmada iştirak etmədiyi, kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləği ilə əlaqədar məsələnin onun iştirakı ilə birgə araşdırılmasının mümkün olmadığı, əməliyyatın xarakteri və işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərin, tərəflər arasında bağlanılmış müqavilələrin, ödəniş sənədləri və digər zəruri sənədlərin inzibati araşdırmaya təqdim edilmədiyi, “Tik-tok’’ sosial şəbəkəsi vasitəsi ilə xarici ölkələrdən alınmış jetonların əldə edilməsi üzrə elektron ticarət qaydasında həyata keçirilən iş və xidmətlərə görə qeyri-rezidentə ödənilməli olan məbləğ üzrə ƏDV öhdəliyinin olduğu, həmçinin, “Tik-tok" sosial şəbəkəsinin güzəştli vergi tutulan ölkədə və ya ərazidə (Honqkonqda) olan bank hesablarına vergi ödəyicisi tərəfindən aparılmış ödəmələrdən Vergi Məcəlləsinin 125- 1-ci maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalı olduğu, həmçinin bank tərəfindən vergi orqanına göndərilmiş bank hesablarının araşdırılması zamanı fərdi sahibkarın bank əməliyyatları üzrə ödənişin təyinatı bölməsində geri qaytarma əməliyyatlarının olmasının aşkar edilmədiyi nəzərə alınmalıdır.

71. Nəticədə, iddiaçının hazırki tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin ## ###### 2024-cü il tarixli **************** nömrəli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən qəbul edilmiş qərarın (hazırki iş üzrə araşdırma həddində) əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdeh tərəfindən ## ###### 2024cü il tarixli **************** nömrəli qərarın qəbul edilməsi qanunvericiliyə zidd olmamışdır. İddiaçının tələbi, ona münasibətdə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında ## ###### 2024-cü il tarixli **************** saylı qərarın ləğv edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə tam cavab vermir. Cavabdehin qərarı iddiaçının hazırki tələbinə münasibətdə əsaslıdır.

72. Bundan başqa, iddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvinə dair sübutlar təqdim edilməmiş, belə sübutlar müəyyən olunmamışdır. İşdə olan mötəbər sübutları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qanunvericiliyin tələblərinə əməl edilməklə qəbul edilmişdir, qərarın əsassızlığı sübuta yetirilmir. Əksinə, iddia ərizəsi əsassızdır və məsuliyyətdən yayınmaq məqsədi daşıyır.

73. Belə olan halda məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, cavabdeh inzibati orqanın müvafiq inzibati icraat çərçivəsində iddiaçı barəsində qəbul etdiyi “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında ## ###### 2024-cü il tarixli **************** saylı qərarı” qanunsuz hərəkət sayıla bilməz və cavabdeh inzibati orqan iddiaçını vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etməkdə haqlı olmuşdur.

74. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

75. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında qərarın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar