Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-330/2023 31.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Balakən rayon Tülü kənd İcra nümayəndəliyində 07 noyabr 1939-cu il tarixdə tərtib olunmuş mərhum atası X14 məxsus 64 nömrəli doğum haqqında akt qeydində qeydlərin düzgün olmamasının müəyyən edilməsi, həmin doğum haqqında akt qeydində atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının adının “Məhəməd”dən “Məhəmməd”ə və ata adının Məhəmmədoviçə, atasının atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının atasının adının “Soltanməhəmmət”dən “Məhəmməd”ə, atasının anasının soyadının “Paltarışlar”dan “Süleymanova”ya düzəliş edilərək dəyişdirilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2-1(116)-273/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon Tülü kənd İcra nümayəndəliyində 07 noyabr 1939-cu il tarixdə tərtib olunmuş mərhum atası X14 məxsus 64 nömrəli doğum haqqında akt qeydində qeydlərin düzgün olmamasının müəyyən edilməsi, həmin doğum haqqında akt qeydində atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının adının “Məhəməd”dən “Məhəmməd”ə və ata adının Məhəmmədoviçə, atasının atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının atasının adının “Soltanməhəmmət”dən “Məhəmməd”ə, atasının anasının soyadının “Paltarışlar”dan “Süleymanova”ya düzəliş edilərək dəyişdirilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddianın əsaslarına görə, iddiaçının atası X17 ilə anası X34 19 aprel 1979-cu il tarixdə Cavabdehndə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. 9 yanvar 1979-cu ildə iddiaçı anadan olmuşdur. xx.xx.1983-cü ildə valideynlərinin qarşılıqlı razılığı əsasında nikahları pozulmuşdur. Həmin vaxtdan iddiaçının atası X17 Özbəkistan Respublikasına getmiş və orada yaşamışdır. İddiaçının atası 26 iyun 2021-ci il tarixdə Özbəkistan Respublikası Nəvai vilayətinin Nəvai şəhərində 81 yaşında ölmüşdür. O, ölməmişdən əvvəl 12 mart 2015-ci il tarixdə vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnaməyə əsasən mərhum atası özünə məxsus Özbəkistan Respublikası Nəvai vilayəti, Nəvai şəhəri, Yujnaya küçəsi, ev 1-də yerləşən 19 nömrəli mənzili və ev 1-də yerləşən 20 nömrəli mənzilin 5/8 hissəsini vəsiyyət etmişdir. İddiaçı Özbəkistan Respublikası X37 Notariat Kontoruna ərizə ilə müraciət edərək atasından qalmış miras əmlakla bağlı Özbəkistanda vərəsəlik işi açılması üçün tələb olunan sənədlərin siyahısının göndərilməsini xahiş etmişdir. Özbəkistan Respublikası Ədliyyə Nazirliyi Nəvai Vilayət Ədliyyə İdarəsinin cavab məktubu ilə vərəsəlik işi açılması üçün tələb olunan sənədlərin siyahısı göndərilmişdir. Həmin siyahıda vərəsəlik işi açılması üçün tələb olunan sənədlərdən biri də miras verənin doğum haqqında şəhadətnaməsi olması göstərilmişdir. Lakin iddiaçı həmin sənədi əldə etməkdə çətinlik çəkir. Belə ki, Balakən rayon Tülü kənd İcra nümayəndəliyində 07 noyabr 1939-cu il tarixdə tərtib edilmiş 64 nömrəli akt qeydi ziddiyyətli tərtib edilmişdir. Həmin akt qeydi atası X12 adına deyil, X2 adına tərtib edilmişdir. Atası X1, ana isə X21 qeyd edilmişdir.
3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/76-362/15 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Balakən rayon Tülü kənd İcra nümayəndəliyində 07 noyabr 1939-cu il tarixdə tərtib edilmiş 64 nömrəli akt qeydində iddiaçının atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının adının “Məhəməd”dən “Məhəmməd”ə və ata adının Məhəmmədoviçə, atasının atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının atasının adının “Soltanməhəməd”dən “Məhəmmədə”, atasının anasının soyadının “Paltarışlar”dan “Süleymanova”ya düzəliş edilərək şəhadətnamə verilməsi mümkün deyildir. Belə ki, Balakən rayon Tülü kənd İcra nümayəndəliyində 07 noyabr 1939-cu il tarixdə tərtib edilmiş 64 nömrəli doğum akt qeydi ziddiyyətli tərtib edilmişdir. Həmin akt qeydi X12 adına deyil, X4 adına tərtib edilmişdir. X5, ana isə X21 qeyd edilmişdir.
4. Cavabdeh imtina məktubunda iddiaçıya məhkəməyə müraciət etməsini tövsiyə etmişdir.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli, xx/xx-1086/13 nömrəli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları"nın əsas müddəalarının 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsas olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda, kifayət qədər əsas olmadıqda qeydiyyata düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 6 Cavabdeh məktubunda işə mahiyyəti üzrə baxılaraq qərar qəbul olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 14 mart 2023-cü il tarixli 2- 1(116)-273/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2-1(116)-273/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə kollegiyasına məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Cavabdehin xx.xx.2022-ci il tarixli, xx/xx-1086/13 nömrəli məktubuna əlavə olunmuş: - xx.xx.1939-cu il tarixli, 64 nömrəli doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, Paltarışlar Məhəməd xx.xx.1939-cu ildə anadan olmuşdur. Sənəddə uşaq haqqında məlumatlar bölməsinin soyad qrafasında “Paltarışlar” soyadının üzərindən xətt çəkilərək “Süleymənof” olaraq düzəliş edilmişdir. Akt qeydinin ata və ana haqqında məlumat qrafasında ata “X8”, ana “X21” olaraq qeyd edilmişdir. - Nikahın bağlanması haqqında xx.xx.1979-cu il tarixli, 15 nömrəli akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X34 arasında nikah bağlanmışdır. - Boşanma haqqında xx.xx.1983-cü il tarixli, 39 nömrəli akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X34 arasında bağlanmış nikah pozulmuşdur. - Ölüm haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X34 xx.xx.2017ci ildə vəfat etmişdir. - Doğum haqqında xx.xx.1979-cu il tarixli, 43 nömrəli akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə anadan olmuşdur. X7, anası X28r. - Doğum haqqında xx.xx.1942-ci il tarixli, 27 nömrəli akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, Şirinova Zülfida xx.xx.1942-ci ildə anadan olmuşdur. X23, anası X19r. - Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e2(019)-780/2022 nömrəli qərardadından görünür ki, ərizəçi İddiaçı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Tülü kənd İcra nümayəndəliyində 07 noyabr 1939-cu il tarixdə tərtib edilmiş 64 nömrəli doğum aktında qeyd edilmiş X3 atası X17, X6 atasının atası X22 və X11 atasının anası X20 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddianın yolverilməzliyinə görə icraata qəbul edilməmişdir. Qərardad belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305-ci maddəsinə edilən dəyişikliklərə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmənin xüsusi icraat qaydasında baxmasına dair maddə Mülki Prosessual Məcəllədən çıxarılmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 9.1-ci bəndində göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayon icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 16.3-cü bəndinə əsasən ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda həmin məsələyə xüsusi icraat qaydasında baxıla bilməz.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
15. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.10-cu bəndinə əsasən uşağa adın, ata adının və soyadın verilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının: 4.1-ci bəndinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2-ci bəndinə görə uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3-cü dəndinə əsasən valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 5.1-ci bəndinə görə Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
18. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2-1(116)-273/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddia tələbi iddiaçının atasının doğum akt qeydində müvafiq düzəlişlər edilərək atasının adının, soyadının və ata adının X17, atasının ata adının və soyadının Süleymanov Məhəmməd, anasının soyadının isə Süleymanova kimi düzəldilməsindən ibarətdir. Yəni, iddiaçı faktiki olaraq doğum akt qeydində atasının ad, soyad və ata adının, babasının adı və soyadının, nənəsinin isə soyadının dəyişdirilməsini tələb edir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan qanunvericilik normalarından da göründüyü kimi, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir.
24. Belə ki, doğum akt qeydində uşağın valideynləri barədə məlumatlar “atası-anası haqqında məlumat” qrafasında göstərilir. Odur ki, iddiaçının tələbinə uyğun olaraq atasının ata adının əlavə olaraq Məhəmmədoviç kimi göstərilməsi, ata haqqında məlumatlar qrafasında isə əlavə olaraq ata adının Məhəmmədova düzəldilməsi yolverilməzdir. Həmçinin, məhkəmə araşdırması nəticəsində doğum akt qeydləri üzərində düzəliş edildiyi aşkar edilsə də, həmin qeydlərin aparılmasının hüquqi əsasları müəyyən edilməmişdir.
25. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi inzibati iş üzrə tam araşdıraraq haqlı olaraq hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
26. Belə olan halda Balakən rayon Tülü kənd İcra nümayəndəliyində 07 noyabr 1939-cu il tarixdə tərtib olunmuş mərhum atası X14 məxsus 64 nömrəli doğum haqqında akt qeydində qeydlərin düzgün olmamasının müəyyən edilməsi, həmin doğum haqqında akt qeydində atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının adının “Məhəməd”dən “Məhəmməd”ə və ata adının Məhəmmədoviçə, atasının atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının atasının adının “Soltanməhəmmət”dən “Məhəmməd”ə, atasının anasının soyadının “Paltarışlar”dan “Süleymanova”ya düzəliş edilərək dəyişdirilməsi və doğum haqqında şəhadətnamənin verilməsindən imtina barədə Cavabdeh hərəkəti qanunauyğun olmuşdur.
27. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının cavabdehə qarşı “Balakən rayon Tülü kənd İcra nümayəndəliyində 07 noyabr 1939-cu il tarixdə tərtib olunmuş mərhum atası X14 məxsus 64 nömrəli doğum haqqında akt qeydində qeydlərin düzgün olmamasının müəyyən edilməsi, həmin doğum haqqında akt qeydində atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının adının “Məhəməd”dən “Məhəmməd”ə və ata adının Məhəmmədoviçə, atasının atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının atasının adının “Soltanməhəmmət”dən “Məhəmməd”ə, atasının anasının soyadının “Paltarışlar”dan “Süleymanova”ya düzəliş edilərək dəyişdirilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
29. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2-1(116)-273/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.