Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-330/2025 03.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı «əlavə olaraq 2 otaqlı evin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2-1(116)- 1658/2025 nömrəli qərarından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlavə olaraq 2 otaqlı evin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildə zəlzələ nəticəsində həyat yoldaşı tərəfindən inşa olunmuş 2 (iki) mərtəbəli evlərində fəsadlar əmələ gəlmişdir. Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən evlərinə baxış keçirilmiş və evin qəzalı olmasına dair rəy verilmişdir. Evləri 2 mərtəbəli və 300 kv.m olduğuna görə FHN tərəfindən evin sökülərək yerində 5 otaqlı, 2 mərtəbəli evin tikiləcəyi bildirilmişdir. Həmin vaxt Zaqatala rayonunda evlərin tikintisinə başlanılsa da onların evi tikilməmişdir. 2021-ci ildə FHN-nin nümayəndələri tərəfindən bildirilmişdir ki, “bundan sonra ancaq 2 otaqlı evlər tikiləcək, razı olmadıqları halda isə imtina ərizəsi təqdim etməlidirlər”. Təzyiq altında 2 otaqlı evin tikintisinə razılıq vermişlər. Onlara 2 otaqlı, 80 kv.m yeni ev tikilib təhvil verilmişdir. Hal-hazırda yeni tikilmiş 2 otaqlı evdə iki oğlu, iki qızı, onların ailələri ilə birlikdə yaşayır. Ailə vəziyyəti ilə əlaqədar olaraq yeni 2 otaqlı evlə təmin olunmaq üçün cavabdeh orqana müraciət etsə də, müraciətinə baxan olmamışdır. 2 ildir ki, rayon ərazisində 3 və 4 otaqlı yeni evlərin tikintisi gedir.
3. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Eyni zamanda, “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası icbaridir. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Yuxarıda göstərilənlərə əsasən mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Bununla yanaşı, o öz evini icbari qaydada sığortamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. - Bunlara baxmayaraq, Azərbaycan Respublikasının dövləti zəlzələdən zərər çəkmiş vətəndaşlara mənzil hüququnu gerçəkləşdirmək üçün ailə üzvlərinin sayına uyğun olaraq birtipli layihələr əsasında evlər tikmiş və təhvil vermişdir. Belə ki, 2012-ci ildə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən tabeliyində olan inzibati ərazilərdə ziyan dəymiş yaşayış və sosial obyektlərlə bağlı tərtib etdiyi siyahılar əsasında Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən və yerli icra hakimiyyətlərin nümayəndələrindən ibarət komissiyalar ziyan dəymiş yaşayış evlərinə baxışlar keçirmiş və müvafiq aktlar tərtib etmişlər. Həmin baxışların nəticəsində bütün ziyan dəymiş evlər, zəlzələdən sonra düşdüyü vəziyyətə və orada yaşayanların sayına uyğun olaraq 3 kateqoriyaya bölünmüşdür: qəzalı, bərpaya və ya təmirə ehtiyacı olan evlərə. - Bu istiqamətdə dövlət büdcəsindən hissə-hissə ayrılmış məqsədli vəsaitlər hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə hər bir kateqoriyaya uyğun olan müvafiq tədbirlər yerinə yetirilmişdir. 25 mart 2013-cü il tarixdə Zaqatala rayonu, Göyəm kəndində İddiaçı Məhəmməd qızının evinə keçirilmiş baxış nəticəsində onun həyat yoldaşı X5 və oğlu X6 adına baxış aktı tərtib edilmişdir. Həmin baxış aktına əsasən sözügedən ev sökülərək əvəzinə birtipli layihə üzrə yeni evin tikilməsi üçün qəzalı evlər siyahısına (qəzalı kateqoriyaya) daxil olunmuşdur. Bildirirlər ki, X8 yazılı şəkildə razılığına əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 otaqlı ev 2021-ci il tarixində tikilmiş və icra hakimiyyətinin balansına verilmişdir. Həmin müddət ərzində vətəndaş tərəfindən tikilmiş evə və görülmüş tədbirlər barədə hər hansı şəkildə etirazı olmamışdır. Vətəndaşın 2-ci evin tikilməsi ilə bağlı ərizəsi Agentlikdə baxılmış və ona 2-ci evin tikilməsinin mümkün olmaması barədə 18 sentyabr 2024-cü il tarixli, 3-18-2/2- 9886/2024 nömrəli məktubla bildirilmişdir.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2024-cü il tarixli imtina məktubu. - Zaqatala Rayon İcra Hakimiyyətinin 27 dekabr 2024-cü il tarixli məktubu və ona əlavə edilən sənədlər. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin etiraz məktubu və ona əlavə edilmiş sənədlər.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Günel Şirinova-Əsədova) 04 mart 2025-ci il tarixli 2-1(116)-1658/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı «əlavə olaraq 2 otaqlı evin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində Zaqatala rayonu, Göyəm kəndində yerləşən, iddiaçıya məxsus fərdi yaşayış evi cavabdeh orqan tərəfindən qəzalı olaraq qiymətləndirilmiş və 25 mart 2013-cü il tarixdə Zaqatala rayonu, Göyəm kəndində İddiaçı Məhəmməd qızının evinə keçirilmiş baxış nəticəsində onun həyat yoldaşı X5 və oğlu X6 adına baxış aktı tərtib edilmişdir. Həmin baxış aktına əsasən sözügedən ev sökülərək əvəzinə birtipli layihə üzrə yeni evin tikilməsi üçün qəzalı evlər siyahısına (qəzalı kateqoriyaya) daxil olunmuşdur. 2021-ci ildə iddiaçının oğlu X6 yazılı şəkildə razılığına əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 otaqlı ev tikilmiş və təhvil verilmişdir. Hazırda da iddiaçı və ailəsi həmin fərdi yaşayış evində yaşayırlar. İddiaçı, ailə tərkibinin geniş olduğunu bildirərək, cavabdeh orqandan ona əlavə 2 otaqlı fərdi yaşayış evinin tikilib verilməsini tələb edir. - Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan Nazirlər Kabinetinin qeyd olunan sərəncamı əsasında üzərinə qoyulan məsuliyyəti yerinə yetirmiş, iddiaçının ailəsi üçün 2 otaqlı fərdi yaşayış evi inşa edilərək təhvil verilmişdir. İddiaçı və ailə üzvləri tərəfindən tikilmiş evə və görülmüş tədbirlər barədə hər hansı şəkildə etiraz olunmamışdır. - Eyni zamanda məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20000000 (iyirmi milyon) manat məbləğində vəsaitin ayrılması, dövlət büdcəsindən hissə-hissə ayrılmış məqsədli vəsaitlər hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında məqsəd zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya (ailəsinə) zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evinin yerinə iki otaqlı yeni mənzil inşa edilərək təhvil verməklə cavabdeh orqan Nazirlər Kabinetinin yuxarıda qeyd edilən sərəncamından irəli gələn vəzifələrini yerinə yetirmişdir. Nəticə etibarı ilə cavabdehin iddiaçı və ailə üzvlərinə yenidən mənzil tikməklə bağlı hər hansı öhdəliyi olmadığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
7. İddiaçının nümayəndəsi Nümayəndə həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2-1(116)-1658/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçının nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2-1(116)-1658/2025 iş nömrəli qərarını qanunsuz və əsassız hesab edirlər. Belə ki, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində 2 (iki) mərtəbəli 300 kv.m sahəsi olan evləri qəzalı vəziyyətə düşmüş, FHN-in komissiyaları tərəfindən evə baxış keçirilərək qəzalı evin sökülərək yerində 5 (beş) otaqlı 2 (iki) mərtəbəli evin tikiləcəyi bildirilmişdir. Lakin həmin vaxt naməlum səbəbdən evləri tikilməmiş qalmışdır. 9 ildən sonra onları aldadaraq 5 (beş) otaqlı 2 (iki) mərtəbəli evin əvəzinə 2 (iki) otaqlı 80 kv.m sahəsi olan ev tikilərək təhvil verilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2-1(116)1658/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
12. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
13. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Maddə 28. Qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması. 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.
14. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə: Bənd 7.2. Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. Bənd 8.9. Təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək. Bənd 8.41. Fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək Agentliyin vəzifəsidir.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
16. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
18. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
19. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
20. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
21. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının hazırkı tələbi Zaqatala rayonunda baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evinin yerinə əlavə olaraq ikinci dəfə 2 otaqlı evin tikilməsi ilə bağlıdır.
22. İddiaçının apellyasiya şikayətinin dəlili isə ondan ibarətdir ki, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində 2 (iki) mərtəbəli 300 kv.m sahəsi olan evləri qəzalı vəziyyətə düşmüş, FHN-in komissiyaları tərəfindən evə baxış keçirilərək qəzalı evin sökülərək yerində 5 (beş) otaqlı 2 (iki) mərtəbəli evin tikiləcəyi bildirilmişdir. Lakin həmin vaxt naməlum səbəbdən evləri tikilməmiş qalmışdır. 9 ildən sonra onları aldadaraq 5 (beş) otaqlı 2 (iki) mərtəbəli evin əvəzinə 2 (iki) otaqlı 80 kv.m sahəsi olan ev tikilərək təhvil verilmişdir.
23. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli, 117s nömrəli sərəncamında qeyd edilmişdir ki, 2012-ci il mayın 7-də episentri Zaqatala rayonunun ərazisində olan zəlzələ nəticəsində Şəki şəhərində, Zaqatala, Balakən, Qax və digər rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20000000 (iyirmi milyon) manat məbləğində vəsait ayrılması qərara alınmışdır.
24. Həmçinin İqtisadiyyat Nazirliyinin rəsmi dövlət saytında yerləşdirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 2012-ci il üzrə icra vəziyyətinə dair arayışda əksini tapmış məlumata görə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli 117s nömrəli sərəncamı ilə 2012-ci il may ayının 7-də Şəki-Zaqatala regionunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 20000000 milyon manat və sonradan 2012-ci ilin dövlət büdcəsində edilmiş dürüstləşməyə əsasən, 300 milyon manat vəsait ayrılmışdır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu istiqamətdə zəlzələ zonasında təbii fəlakətin nəticələri aradan qaldırılır və ziyan dəymiş əhaliyə hər cür köməkliyin göstərilməsi davam etdirilir.
25. İşin faktiki hallarından müəyyən olunur ki, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində Zaqatala rayonu, Göyəm kəndində yerləşən, iddiaçıya məxsus fərdi yaşayış evi cavabdeh orqan tərəfindən qəzalı olaraq qiymətləndirilmiş və 25 mart 2013-cü il tarixdə Zaqatala rayonu, Göyəm kəndində İddiaçı Məhəmməd qızının evinə keçirilmiş baxış nəticəsində onun həyat yoldaşı X5 və oğlu X6 adına baxış aktı tərtib edilmişdir. Həmin baxış aktına əsasən sözügedən ev sökülərək əvəzinə birtipli layihə üzrə yeni evin tikilməsi üçün qəzalı evlər siyahısına (qəzalı kateqoriyaya) daxil olunmuşdur. 2021-ci ildə iddiaçının oğlu X6 yazılı şəkildə razılığına əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 otaqlı ev tikilmiş və təhvil verilmişdir. Hazırda da iddiaçı və ailəsi həmin fərdi yaşayış evində yaşayırlar.
26. Məhkəmə kollegiyasının iclasında da iddiaçının qızı və nümayəndəsi izahatında bildirdi ki, o da valideyni ilə birgə yaşadığından həmin tikilmiş evdə yaşamaları mümkün deyil, odur ki, ailə tərkibinin geniş olduğunu nəzərə alaraq cavabdeh orqandan onlara əlavə 2 otaqlı fərdi yaşayış evinin tikilib verilməsini tələb edirlər.
27. Göründüyü kimi cavabdeh inzibati orqan Nazirlər Kabinetinin qeyd olunan sərəncamı əsasında üzərinə qoyulan məsuliyyəti yerinə yetirmiş, iddiaçının ailəsi üçün 2 otaqlı fərdi yaşayış evi inşa edilərək təhvil verilmişdir. İddiaçı və ailə üzvləri tərəfindən tikilmiş evə və görülmüş tədbirlər barədə hər hansı şəkildə etiraz olunmamışdır.
28. Həmçinin işdə olan ərizədən görünür ki, iddiaçının oğlu X8 ərizə ilə Fövqəladə Hallar Nazirliyinə müraciət edərək göstərmişdir ki, 2012-ci ildə zəlzələ nəticəsində yaşayış evi qəzalı vəziyyətə düşmüşdür. Qəzalı evinin əvəzinə FHN tərəfindən 2 (iki) otaqlı yeni fərdi yaşayış evinin tikilməsinə etirazı yoxdur, gələcəkdə də olmayacaqdır.
29. Eyni zamanda, “cavabdeh orqan tərəfindən onlara qəzalı evin sökülərək yerində 5 (beş) otaqlı 2 (iki) mərtəbəli evin tikiləcəyi” barədə iddiaçı tərəfindən hər hansı sənədsübut təqdim edilməmiş, məhkəmə tərəfindən də bu halları təsdiq edəcək mötəbər sübutlar aşkar edilməmişdir.
30. Bundan başqa, kollegiya birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, qanunvericiliyə əsasən mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır.
31. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20000000 (iyirmi milyon) manat məbləğində vəsaitin ayrılması, dövlət büdcəsindən hissə-hissə ayrılmış məqsədli vəsaitlər hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında məqsəd zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsidir.
32. İddiaçıya (ailəsinə) zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evinin yerinə iki otaqlı yeni mənzil inşa edilərək təhvil verməklə cavabdeh orqan Nazirlər Kabinetinin yuxarıda qeyd edilən sərəncamından irəli gələn vəzifələrini yerinə yetirmişdir. Nəticə etibarı ilə cavabdehin iddiaçı və ailə üzvlərinə yenidən mənzil tikməklə bağlı hər hansı öhdəliyi olmadığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
34. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2-1(116)-1658/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.