Məhkəmə qərarları › İş №2-1(107)-332/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-332/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-332/2023 16.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli 2-1(116)-43/2023 nömrəli qərardadından birinci instansiya məhkəməsində iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 1 mart 2023-cü il tarixli 2-1(116)- 43/2023 nömrəli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 46 saylı qərarı ilə verilmiş 24 kv.m torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun X2, X3, X4 və X1 ilə birgə qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan birinci instansiya məhkəməsində iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən аpеllyаsiyа şikаyəti verilmişdir. Müəyyən edilmişdir ki, аpellyаsiyа şikаyəti səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı 16 may 2023-cü il tarixə məhkəmə iclası təyin edilmiş, iddiaçıya bu barədə rəsmi məlumat verilmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, birinci instansiya məhkəməsində iş üzrə iddiaçının nümayəndəsi və vəkili ərizə göndərərək, məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində iş üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfindən iclasda iştirak edə bilməməsinin üzrlü səbəbdən olması ilə bağlı sübut təqdim edilmədiyindən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi) Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə Vəkil1 apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 86.1. Şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: 86.1.1. şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını; 86.1.2. apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; 86.1.3. barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; 86.1.5. şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; 86.1.6. şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi və vəkili qismində birinci instansiya məhkəməsində iştirak edən Vəkil1 İddiaçı tərəfindən verilmiş etibarnaməsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Bundan başqa Vəkil1 vəkil orderi iddiaçıya Şəki İnzibati Məhkəməsində hüquqi yardım göstərilməsi məqsədilə verilmişdir. Göründüyü kimi, Vəkil1 iddiaçının adından apellyasiya şikayəti vermək səlahiyyəti olmamışdır. Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli 2-1(116)-43/2023 nömrəli qərardadından birinci instansiya məhkəməsində iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı birinci instansiya məhkəməsində iş üzrə nümayəndəsi və vəkili Vəkil1 Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli 2-1(116)-43/2023 nömrəli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar