Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-333/2021 14.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı “hüququnun yarandığı 05.05.2018-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli 2-1(116)-993/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı 1975-ci-ci ildə Ağdaş kənd təsərrüfatı texnikumuna daxil olaraq, 1978-ci ildə hidromeliorasiya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 29 aprel 1978-ci il tarixli qərarı ilə iddiaçıya texnik-hidrotexnik ixtisası verilmişdir. Əyani təhsil aldığı müddətin iş stajı kimi hesablanması barədə DSMF-nin Mincəçevir şəhər şöbəsinə ərizə ilə müraciət etsə də, məktubla bildirilmişdir ki, “X6” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə istinadən əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. İddiaçı imtinanı əsassız hesab etmiş və məhkəməyə müraciət etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin 24.09.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “hüququnun yarandığı 05.05.2018ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin iddiaya münasibəti: İddiaçı 25 il sosial sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. Onun əmək kitabçası və hərbi xidmətdə olduğu dövr ilə birlikdə 22 il 02 ay 13 gün sosial sığorta stajı vardır. Əyani təhsil illəri 01.09.1975-ci ildən 01.01.1978-ci il tarixədək ( 02 il 04 ay ) Əmək və Əhalinin Sosial Müdafisi Nazirinin 06.02.2020-ci tarixli **********2 nömrəli məktubuna əsasən əyani təhsil illərinin Sosial sığorta stajına hesablanması məqsədə uyğun hesab edilməmişdir. İddiaçı (22 il 02 ay 13 gün + 02 il 04 ay əyani təhsil illəri = 24 il 06 ay 13 gün). X12 İdarəsində işlədiyi son illərdə 01.10.1997-ci ildən 15.12.1998-ci ilədək olan dövrdə şəhərdə qaz olmadığına görə ona heç bir əmək haqqı hesablanmamışdır. Ona görədə onun ümumi iş stajından 01 il 03 ay çıxılır (24 il 06 ay 13 gündən- 01 il 03 ay = 23 il 03 ay 13 gün cəmi sosial sığorta stajı vardır). Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan DSMF-nin Mingəçevir şəhər şöbəsinin 28.02.2020-ci il tarixli **********6 nömrəli iddiaçıya göndərilən imtina məktubundan görünür ki, “X6” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmadığından 01.09.1975-ci ildən 29.04.1978-ci il tarixədək Ağdaş kənd təsərrüfatı texnikumunda əyani təhsil aldığınız dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. (24.01.1978-ci ildən 17.04.1978-ci ilədək işləmişdir). İş materiallarında olan DSMF-nin Mingəçevir şəhər şöbəsinin 11.08.2020-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ 05.05.2018-ci il tarixdə yaranmışdır. 25 il Sosial sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edən komissiyasının 10.05.2018-ci il tarixli 654 saylı qərarı ilə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Onun əmək kitabçası, diplomu və hərbi xidmətdə olduğu dövr ilə birlikdə 24 il 06 ay 13 gün sosial sığorta stajı vardır. X5 işlədiyi son illərdə 01.10.1997-ci ildən 15.12.1998-ci ilədək olan dövrdə ona heç bir əmək haqqı hesablanmamışdır və öz hesabına məzuniyyətdə olmuşdur. Ona görədə onun ümumi iş stajından 01 il 03.ay çıxılır (24 il 06 ay 13 gündən -01 il 03 ay = 23 il 03 ay 13 gün cəmi sosial sığorta stajı vardır) Mübahisəsiz Sosial sığorta stajı 23 il 03 ay 13 gün, kapitala çevirdikdə 16309.35 manat pensiya kapitalı, mübahisəli Sosial sığorta staj 01 il 03 ay, kapitala çevirdikdə 876.84 manat pensiya kapitalı. İddiaçı pensiya hüqüqu 05.05.2018ci il tarixdə yaranmışdır və həmin vaxtı minimum pensiya 116.27 manat təşkil etmişdir və 16742.88 manat pensiya kapitalı tələb olunur. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Cavabdeh 03.08.2018-ci il tarixli 57/2334 nömrəli və 28.02.2020-ci il tarixli **********6 imtina məktubu, AT seriyalı 003474 diplomun təsdiqlənmiş surəti, ИТİ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Cavabdeh 10.06.2020-ci il tarixli ********** nömrəli və 11.08.2020-ci il tarixli **********3 nömrəli məktubları aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli 2-1(116)-993/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialının üzərinə İddiaçı hüququ yarandığı 05.05.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli 2-1(116)- 993/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 mart tarixli, 2- 1(107)-36/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2021-ci il tarixli, 2-1(102)-880/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 mart tarixli, 2-1(107)-36/2021 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-993/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı “05.05.2018-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia tələbi təmin edilmiş, 01.10.1997-ci ildən 15.12.1998-ci ilədək əmək haqqı almadığı illər nəzərə alınaraq iddiaçıya əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Mingəçevir şəhər filialının üzərinə qoyulması ilə bağlı qərar qəbul edilmişdir. Hesab edirik ki, Şəki İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar äjebul etmişdir və məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi illərin sığorta stajına daxil edilməsi və yaşa görə pensiyanın təyin edilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. İddiaçı “05.05.2018-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1954- ci ildə doğulmuşdur, pensiya yaşına çatdığı üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Mingəçevir şəhər filialına pensiya təyin edilməsi üçün ərizə ilə müraciət etmişdir. Lakin şöbə tərəfindən verilən məktubda qeyd olunmuşdur ki, İddiaçı “X6” Azərbaycan Respublikası qanununa əsasən tələb olunan pensiya kapitalı və ya 25 il sosial sığorta stajının olmadığına görə pensiya təyinatından imtina edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən cəmi 23 il 3 ay 13 gün mübahisələndirilməyən sosail sığorta stajı müəyyənləşdirilmişdir. İddiaçının sığorta stajına daxil edilməyən müddətlər yəni, 01.10.1997-ci il tarixindən 15.12.1998-ci tarixinədək olan dövrlər cavabdeh tərəfindən mübahisələndirilmişdir. Səbəb isə həmin müddətdə şəxsin öz hesabına ödənişsiz məzuniyyətdə olmasıdır. Nəticədə, iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəmədiyi illər nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmaqla yuxarıda göstərilən qərar qəbul olunmuşdur. Şəki İnzibati Məhkəməsinin əsas dəlili ondan ibarətdir ki, Əmək məcəlləsinin 111-ci maddəsində işçinin məzuniyyətdə olduğu müddət əmək stajına daxil edilir. Ali Məhkəmənin 2-1(102)-853/2020 saylı qərarından da göründüyü kimi, məhkəmənin istinad etdiyi normalarda təsbit olunanlar həmin qanunların məqsədlərinə cavab versə də, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “X6” Qanunla müəyyən edilir. Göründüyü kimi, İddiaçı 01.10.2020-ci il tarixdən 15.12.1998-ci il tarixinədək müddətin sosial sığorta stajı kimi müəyyən olunması üçün həmin müddətlərdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi mütləqdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli 2-1(116)-993/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli 2-1(116)-993/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli 2-1(116)- 993/2020 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyildir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli 2-1(116)-993/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialının üzərinə İddiaçı hüququ yarandığı 05.05.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyini qoymuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2021-ci il tarixli, 2-1(102)-880/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 mart tarixli, 2-1(107)-36/2021 nömrəli qərarını ləğv edib işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərərəkən işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı iddia ərizəsində 1975-ci-ci ildə Ağdaş kənd təsərrüfatı texnikumuna daxil olaraq, 1978-ci ildə hidromeliorasiya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 29 aprel 1978-ci il tarixli qərarı ilə iddiaçıya texnik-hidrotexnik ixtisası verilmişdir. Əyani təhsil aldığı müddətin iş stajı kimi hesablanması barədə DSMF-nin Mincəçevir şəhər şöbəsinə ərizə ilə müraciət etsə də, məktubla bildirilmişdir ki, “X6” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə istinadən əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. İddiaçı imtinanı əsassız hesab etmiş və məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmənin 24.09.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “hüququnun yarandığı 05.05.2018-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyi qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi 1992-ci ildə qəbul edilmiş və 01.01.2006cı il tarixə kimi qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunun Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə istinad etmişdir. Həmin normalara görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Sözügedən normaların mübahisəyə tətbiqi ilə bağlı olaraq kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İşdə olan X10 Filialının 28.09.2016-cı il tarixli, 230 nömrəli arxiv arayışından göründüyü kimi X1 rayonu Baş Küngüt kənd K.Marks adına kolxozda 1971-ci ildə 8, 1982ci ildə 113, 1983-cü ildə 303, 1984-cu ildə 128, 1985-ci ildə 39 və 1988-ci ildə 10 adam günü işləmişdir. Birinci instansiya məhkəməsi qeyd edir ki, iş materiallarında olan DSMF-nin Mingəçevir şəhər şöbəsinin 11.08.2020-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ 05.05.2018-ci il tarixdə yaranmışdır. Onun əmək kitabçası, diplomu və hərbi xidmətdə olduğu dövr ilə birlikdə 24 il 06 ay 13 gün sosial sığorta stajı vardır. Birinci instansiya məhkəməsi iddia tələbini belə əsaslandırmışdır ki, mübahisəli müddət isə iddiaçının sosial sığorta stajına daxil edilsə, onun qanunvericiliklə nəzərdə tutulmuş minimum kapitalı tamamlanır. Mübahisəsiz Sosial sığorta stajı 23 il 03 ay 13 gün, kapitala çevirdikdə 16309.35 manat pensiya kapitalı, mübahisəli sosial sığorta staj 01 il 03 ay, kapitala çevirdikdə 876.84 manat pensiya kapitalı. İddiaçının pensiya hüqüqu 05.05.2018-ci il tarixdə yaranmışdır və həmin vaxtı minimum pensiya 116.27 manat təşkil etmişdir və 16742.88 manat pensiya kapitalı tələb olunur. (16309.35+876.84=17186.19) Cavabdeh iddiaçının 23 il 03 ay 13 gün mübahisələndirilməyən iş stajının olduğunu qəbul edir. Lakin iddiaçının Mingəçevir Qaz İdarəsində işlədiyi son illərdə 01.10.1997-ci ildən 15.12.1998-ci ilədək olan dövrdə ona heç bir əmək haqqı hesablanmadığı və öz hesabına məzuniyyətdə olduğu üçün cavabdeh həmin 01 il 03 ay müddəti qəbul etmir. 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş X6 Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının mübahisələndirilən sosial sığorta stajı ilə bağlı məhkəmə qeyd edir ki, 1 yanvar 2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “X6” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 01.10.1997-ci il tarixindən 15.12.1998 ci il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi ilə bağlı cavabdehin dəlilləri əsassızdır. Belə ki, hazırda qüvvədə olan “X6” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X13) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "X6" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinəəsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Sadalanmış bu normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Sosial sığorta haqqının ödənilməsinə münasibətdə qeyd edilməlidir ki, 01 iyul 1999cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin: -252-ci maddəsinəəsasən, bütün işçilər hökmən dövlət sosial sığortası ilə əhatə olunmalıdırlar.; -253-cü maddəsinəəsasən, işçilərin dövlət ictimai sığortası dövlət hesabına həyata keçirilir. Sosial sığorta haqqı işçilərin əmək haqqından heç bir məbləğ tutulmadan müəssisələr, idarələr, təşkilatlar tərəfindən ödənilir. Müəssisə, idarə, təşkilat tərəfindən sığorta haqqının ödənilməsi işçiləri dövlət ictimai sığortası üzrə təmin olunmaq hüququndan məhrum etmir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2021-ci il tarixli, 2-1(102)-880/2021 nömrəli qərarında qeyd edilən göstərişləri nəzərə alaraq və iş materiallarını hərtərəfli araşdıraraq qeyd edir ki, iddiaçıya onun təqsiri olmadan əmək haqqı hesablanmadığına baxmayaraq, onun iş yerinin (vəzifəsinin) saxlandığı mübahisə doğurmalı deyil. Əmək pensiyası hüququnun yaranmasının əsası kimi məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin nəzərə alınması şərtinin hazırkı halda təmin olunub-olunmadığına gəldikdə, iddiaçının əmək kitabçasının məlumatlarına görə onun əmək fəaliyyətinin 1998-ci ilədək davam etmiş müddətinə həmin şərtin tətbiqi, ilk növbədə həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 8-ci hissəsinə görə istisna edilir. Həmin normaya görə, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. ona görə də birinci instansiya məhkəməsi iddi tələbini təmin etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinə təqdim edilmiş 11 avqust 2020-ci il tarixli arayışından görünür ki, iddiaçı 01.10.1997-ci il tarixdən 15.12.1997-ci il tarixə kimi öz hesabına məzuniyyətdə olduğu üçün ona əmək haqqı hesablanmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli sosial sığorta staj 01 il 03 ay, kapitala çevirdikdə 876.84 manat pensiya kapitalı yaranır ki, həmin məbləği mübahisəli sığorta stajına böldükdə aylıq kapital yığımı 58,40 manat təşkil edir. İddiaçının pensiya hüqüqu 05.05.2018-ci il tarixdə yaranmışdır və həmin vaxtı minimum pensiya 116.27 manat təşkil etmişdir və 16742.88 manat pensiya kapitalı tələb olunur ki, mübahisəli sosial sığorta staj kapitala çevrildikdə iddiaçının 443,31 manat artıq kapitalı toplanmış olur. Birinci instansiya məhkəməsinə təqdim edilmiş 11 avqust 2020-ci il tarixli arayış nəzərə alındıqda belə iddiaçının pensiya hüququnun yarnması üçün nəzərdə tutulan kapitalı topladığı məlum olur. (443,31-58,40=384,91). Birinci instansiya məhkəməsinə təqdim edilmiş 11 avqust 2020-ci il tarixli arayışından görünür ki, iddiaçı 01.10.1997-ci il tarixdən 15.12.1997-ci il tarixə kimi öz hesabına məzuniyyətdə olduğu üçün ona əmək haqqı hesablanmaması nəzərə alınsa belə bu işin faktiki halları üçün heç bir əhəmiyyət daşımayacaqdır. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki,birinçi instansiya haqlı olaraq hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialının üzərinə İddiaçı hüququ yarandığı 05.05.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialının İddiaçı hüququ yarandığı 05.05.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də İPM-in 87.6-cı maddəsinə əsasən Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli 2-1(116)-993/2020 nömrəli dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli 2-1(116)-993/2020 nömrəli dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-1(107)-333/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-333/2021
14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver