Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-333/2023 16.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Qax Rayon İcra Hakimiyyətinə qarşı “Qax rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixindən rayon kəndində yerləşən 0,99 kv.m torpaq sahəsinə X1 adına verilmiş Dövlət Aktının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2-1(116)-1128/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 15 mart 2023-cü il tarixli 2- 1(116)-1128/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan аpеllyаsiyа şikаyəti və аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Məhkəmə kollegiyası tərəfindən аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması 16 may 2023-cü il tarixə, saat 10:45-ə təyin edilmiş, iddiaçıya bu barədə rəsmi məlumat verilmişdir. xx.xx.2023-cü ildə İddiaçı məhkəmə kollegiyasına ərizə göndərərək, Şəki İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2-1(116)-1128/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati icraata xitam verilməsi və məhkəməyə təqdim olunmuş sənədlərin, yəni vəkilin orderinin əslinin, şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətinin, arxiv arayışı, təsərrüfatbaşına kitabının surətinin və yaşayış yerindən arayışın qaytarılıb ona verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinnə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Şəki İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2-1(116)-1128/2023 nömrəli qərardadından apellyasiya şikayəti üzrə inzibati icraata xitam verilməsini xahiş etdilər. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının iddia tələbinin nəticəsi ilə bağlı hazırda hüquqi marağı olmadığından onun Şəki İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2-1(116)-1128/2023 nömrəli qərardadından apellyasiya şikayəti üzrə inzibati icraata xitam verilməsi barədə ərizəsi qəbul edilməli, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpası barədə ərizə mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 85, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şəki İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2-1(116)-1128/2023 nömrəli qərardadından apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpası barədə ərizəsi mümkün sayılmasın. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-333/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-333/2023
16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver