Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-333/2024 06.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X5 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Üçüncü şəxs X23 nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2854336Nümayəndə3, üçüncü şəxslər X1, X2 və X3 iştirakları ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "A091656 №li plan-ölçü sənədinin koordinatlarının cari dəyişiklik edilənədək mövcud olmuş ilkin vəziyyətə (X-622015,35; 622126,12; 622135,70; 622112,54; 622112,28; 622053,39; 622019,59; Y-4609349,73; 4609322,79; 4609155,01; 4609165,98; 4609206,87; 4609189,95) qaytarılması və sözügedən plan-ölçü sənədinin ilkin koordinatları ilə üst-üstə düşən hissədə X13 və ailə üzvlərinə aid **********96 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin, həmçinin X38 və ailə üzvlərinə aid **********34 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-61/2024 nömrəli qərarından iş üzrə üçüncü şəxslər X13, X24, X20, X14, X8, X6 və X38 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən 1,5862 ha torpaq sahəsinə dair A-091656 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə, X2 və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xx.xx.2019-cu ildə qeydiyyata alınmış 0,6011 ha torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü"ndə xx.xx.2022-ci ildə A-785523 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə, X23 və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xx.xx.2019-cu ildə qeydiyyata alınmış 0,8975 ha torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü"ndə xx.xx.2022-ci ildə A785524 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə cavabdeh tərəfindən əsassız edilmiş cari dəyişikliklərin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-61/2024 nömrəli qərardadı ilə X8, X38, X6, X13, X24, X20 və X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
3. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2024-cü il tarixdə iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə göndərərək, “A091656 №li plan-ölçü sənədinin koordinatlarının cari dəyişiklik edilənədək mövcud olmuş ilkin vəziyyətə (X-622015,35; 622126,12; 622135,70; 622112,54; 622112,28; 622053,39; 622019,59; Y-4609349,73; 4609322,79; 4609155,01; 4609165,98; 4609206,87; 4609189,95) qaytarılması və sözügedən plan-ölçü sənədinin ilkin koordinatları ilə üst-üstə düşən hissədə X13 və ailə üzvlərinə aid **********96 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin, həmçinin X38 və ailə üzvlərinə aid **********34 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Püştətala kəndində yaşayır. Balakən rayon Notariat Kontorunun xx.xx.2016-cı il tarixli 4Ə-448 saylı alqı-satqı müqaviləsi əsasında 1.5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almışdır. 1,5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 05 oktyabr 2016-cı ildə reyestr nömrəsi **********85 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda həmin tarixdə 1,5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdeh orqan tərəfindən sözügedən torpaq sahəsinin kadastr göstəricilərini və əsas döngə nöqtələrinin koordinatlarını əks etdirən A 091656 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. X13 və X31 mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan 1,5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müvafiq olaraq 0,53 ha və 0,29 ha hissəni qanunsuz istifadə etdiklərinə görə həmin hissələrdən çıxarılmaları ilə bağlı Balakən rayon məhkəməsinə müraciət etmişdir. Həmin mülki işlə bağlı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Balakən rayonunun Püştətala kəndində 1.5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. 1,5862 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********85 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. İddiaçı verilən 1.5862 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0.53 ha hissəsi X13 tərəfindən, 0.29 ha hissəsi isə X31 tərəfindən zəbt olunaraq istifadə olunur. Nəticədə iddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir, onun mülkiyyət hüququ pozulur. Balakən rayon məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(019)-26/2019 saylı qətnaməsi ilə İddiaçı mülkiyyətində olan Balakən rayonunun Püştətala kəndində yerləşən 1,5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,53 ha hissəsi X2, 0,29 ha hissəsindən isə X17 çıxarılması, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüququnun bərpa olunması qət edilmişdir. Balakən rayon məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(019)-26/2019 saylı qətnaməsindən X13 və X31 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)- 1393/2019 saylı qətnaməsi ilə X13 və X31 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən rayon məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(019)-26/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Balakən rayon məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(019)-26/2019 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icraya yönəldilmiş, 2019-cu ildə X13 və X31 qanunsuz istifadə etdikləri torpaq sahələrindən çıxarılmış, torpaq sahələri iddiaçının sahibliyinə verilmişdir. 2022-ci ilin avqust ayında X13 iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinə girərək, məhkəmə qətnaməsi ilə çıxarıldığı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən 13 may 2019-cu il tarixdə aldıqları daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,6011 ha torpaq sahəsinin planı və ölçüsündə cari dəyişiklik edildiyini və hazırda həmin torpaq sahəsinin sənədlərinin onun adına işləndiyini bildirərək torpaq sahəsini tutmuşdur. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
6. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X9 iddiaçıya məxsus olan, 1,5862 ha torpaq sahəsinə dair A 091656 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində cari dəyişikliklərin edilibedilməməsinə dair məlumatın verilməsi və edildiyi təqdirdə həmin dəyişikliklərin ləğv edilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Uçot xəritələrinə əsasən edilmiş dəyişikliklərin ləğv edilməsi ərazi idarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən onun ərizəsinin icrası mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2022-ci il tarixli, **********95 nömrəli məktub ünvanlanmışdır. Sərəncamın 6-cı hissəsinin icrası ilə bağlı İddiaçı, X2, X23 və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahələri ilə bağlı tərtib edilmiş bütün sənədlərin surətləri təqdim olunur. İddia ərizə ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı mülkiyyətində olan, Balakən rayonu, Püştətala kəndi ərazisində yerləşən 1,5862 ha torpaq sahəsinə dair AN° 091656 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən JN-0214 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədində qeyd olunan koordinatlara əsasən tərtib edilmişdir. Həmin torpaq sahəsi yerləşən ərazi üzrə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən vətəndaşların adlarına tərtib edilmiş sənədlərdə bir sıra uyğunsuzluqlar mövcud olduğundan Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı Fərmanının icrası ilə bağlı həmin ərazidə dürüstləşmə işləri aparılaraq yeni uçot xəritələri hazırlanmışdır. Fərmanın icrası olaraq uçot xəritələrinə əsasən elektron baza xəritələrində İddiaçı mülkiyyətində olan 1,5862 ha torpaq sahəsinə dair məlumatlarda cari dəyişikliklər edilmişdir. Uçot xəritələrinə əsasən İddiaçı mülkiyyətində olan 1,5862 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədində cari dəyişikliklərin edilməsi üçün ərazi idarəsinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir.
7. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-26/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən 1,5862 hektar torpaq sahəsinin 0,53 ha hissəsindən X2 və 0,29 ha hissəsindən X17 çıxarılması, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüququnun bərpa olunması qərara alınmışdır. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)- 1393/2019 nömrəli qətnaməsindən görünür ki, iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdehlər X13 və X21 münasibətdə dəyişdirilmədən, onların apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. - JN-0214 kod 40111018 nömrəli Dövlət Aktından görünür ki, Balakən RAİK-nın xx.xx.2002-ci il tarixli 06 nömrəli qərarı ilə X25, X15, X16 və X10 Balakən rayonu Püştətala kəndində 1,59 ha torpaq sahəsi ayrılmışdır. - AN-İ ******* saylı, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X25 və digərləri Balakən rayonu Püştətala kəndində yerləşən 1,5862 ha torpaq sahəsini iddiaçıya satmışlar. - RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli) çıxarışdan görünür ki, Balakən rayonu Püştətala kəndində yerləşən 1,5862 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - JN-0215 kod 40111018 nömrəli Dövlət Aktından görünür ki, Balakən RAİK-nın xx.xx.2002-ci il tarixli 06 nömrəli qərarı ilə X13, X4, X24, X20 və X7 Balakən rayonu Püştətala kəndində 2,13 ha torpaq sahəsi ayrılmışdır (215 planşetində 6011,20 kv.m torpaq sahəsinin cizgisi əks olunub). - ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Balakən rayonu Püştətala kəndində yerləşən yerləşən 0,6011 ha torpaq sahəsi üzərində X13, X4, X24, X20 və X3 ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - JN-0216 kod 40111018 nömrəli Dövlət Aktından görünür ki, Balakən RAİK-nın xx.xx.2002-ci il tarixli 06 nömrəli qərarı ilə X11, X12, X8 və X26 Balakən rayonu Püştətala kəndində 1,63 ha torpaq sahəsi ayrılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Balakən rayonu Püştətala kəndində yerləşən yerləşən 0,8975 ha torpaq sahəsi üzərində X12 və X23 ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində İddiaçı mülkiyyətində olan 1,5862 ha torpaq sahəsinə dair məlumatlarda cari dəyişikliklərin mahiyyəti barədə bildirilmişdir ki, Balakən rayonu, Püştətala kəndində yerləşən 1,5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ona bitişik olan digər vətəndaşların mülkiyyətində olan torpaq sahələri hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərə uyğun olmayan ölçülərlə istifadə olunurdu. Məlumat üçün bildiririk ki, mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Torpaqların X43 İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında aparılan uçot işləri ilə bağlı həmin ərazidə dürüstləşmə işləri aparılaraq yeni uçot xəritələri hazırlanmış və vətəndaşların torpaq sahələri pay normalarına uyğun olaraq elektron baza məlumatlarında öz əksini tapmışdır. Həmin ərazidə yerləşən vətəndaşların torpaq sahələrinə X43 yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalar əsasında aparılan uçot işləri ilə bağlı dürüstləşmə işləri aparılaraq yeni hazırlanmış uçot xəritələrinə uyğun hüquqmüəyyənedici sənədlər hazırlanmışdır. - cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubuna A 091656 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin həmin sənəddə cari dəyişiklik edilənədək mövcud olmuş döngə nöqtələrinin koordinatlarına dair yerquruluşu planı, Balakən rayon Məhkəməsinin icraatında olmuş 2(019)-26/2019 nömrəli mülki iş üzrə mübahisəli torpaq sahəsinin faktiki istifadə vəziyyəti və plan ölçü sənədlərinin koordinatlarının əks olunduğu xx.xx.2018-ci il tarixli sxem, A 091656 nömrəli plan-ölçü sənədinə cari dəyişiklik edilənədək və bundan sonrakı vəziyyətə dair yerləşmə vəziyyətinə dair yerquruluşu planı əlavə edilmişdir. Həmçinin qeyd edilmişdir ki, A 091656 nömrəli plan-ölçü sənədinin ilkin koordinatlara əsasən Kənd təsərrüfatı təyinatlı əkin sahəsi olmaqla mülkiyyətçisi İddiaçı olmuşdur. A 091656 nömrəli plan-ölçü sənədinin ilkin koordinatları daxilində hazırkı elektron baza məlumatlarına əsasən X13, X23 xüsusi mülkiyyətinə işlənilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir.
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 22 fevral 2024-cü il tarixli 2- 1(116)-61/2024 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə A091656 №li plan-ölçü sənədinin koordinatlarının cari dəyişiklik edilənədək mövcud olmuş ilkin vəziyyətə (X-622015,35; 622126,12; 622135,70; 622112,54; 622112,28; 622053,39; 622019,59; Y-4609349,73; 4609322,79; 4609155,01; 4609165,98; 4609206,87; 4609189,95) qaytarılması və sözügedən plan-ölçü sənədinin ilkin koordinatları ilə üst-üstə düşən hissədə X13 və ailə üzvlərinə aid **********96 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin, həmçinin X38 və ailə üzvlərinə aid **********34 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, Balakən RAİK-nın xx.xx.2002-ci il tarixli 06 nömrəli qərarı ilə X18 3 nəfər ailə üzvü ilə birlikdə Balakən rayonu Püştətala kəndində 1,59 ha torpaq sahəsi ayrılmış, X25 və digərləri sözügedən torpaq sahəsini xx.xx.2016-cı il tarixdə iddiaçıya satmışlar. Bundan sonra RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli) çıxarış əsasında Balakən rayonu Püştətala kəndində yerləşən 1,5862 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçı, mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən 1,5862 hektar torpaq sahəsinin 0,53 ha hissəsindən X2 və 0,29 ha hissəsindən X17 çıxarılması və mülkiyyət hüququnun bərpa olunması məqsədilə Balakən Rayon Məhkəməsində iddia qaldırmış, Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(019)-26/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-1393/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Beləliklə, RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli) çıxarışda qeyd edilmiş 1,5862 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ məhkəmə qətnaməsi əsasında bərpa edilərək adları qeyd edilən şəxslər həmin torpaq sahəsindən çıxarılmışlar. Bundan sonra cavabdeh orqan iddiaçının iradəsinə uyğun olmadan mübahisəli torpaq sahəsində mövcud xəritə materialları ilə natura arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədilə həmin ərazidə dürüstləşmə işləri aparmış və yeni uçot xəritələrinə uyğun hüquqmüəyyənedici sənədlər hazırlamışdır. Cavabdeh orqan iddiaçıya məxsus sənədlərdə yol verdiyi cari dəyişiklikləri Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Torpaqların X43 İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"nın icrası ilə əsaslandırmışdır. İşdə olan sənədlərlə müəyyən edilir ki, cavabdeh orqan mövcud xəritə materialları ilə natura arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədilə iddiaçıya məxsus sənədlərə cari dəyişiklik edərkən müvafiq dəyişkiliklə bağlı iddiaçının razılığını almamış, sözügedən dəyişikliyin edilməsi ilə bağlı məhkəmə qərarı mövcud olmamışdır. Əksinə cavabdeh orqanın cari dəyişikliyə məruz qoyduğu sənədlərdə qeyd edilmiş torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bərpa edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələbləri baxımından ərazi vahidləri üzrə layihələr həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırıldığı, ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarını pozmadığı hallarda torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə müvafiq sənədlərin tərtib edilməsinə yol verilir (2.3.5). Yəni faktiki istifadə vəziyyətinə uyğun konfiqurasiya fərqlərini aradan qaldırmazdan əvvəl cavabdeh orqan sadalanan halları nəzərə almalı idi. İstinad olunan Fərmanın 2.3.4-cü bəndinin tələbinə görə ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması cavabdeh orqanın vəzifəsi olduğu halda, cavabdeh orqan məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı olmadan, iddiaçının hüquqlarına aşkar müdaxilə edərək məhkəmə qətnaməsindən sonrakı faktiki istifadə vəziyyətini əsas götürməklə mübahisəli torpaq sahəsinin ərazi hüdudlarını müəyyən etmiş, tərəflər arasında həmin torpaq sahəsindən istifadə ilə bağlı məhkəmə çəkişməsinin mövcudluğunu və qəbul edilmiş yekun məhkəmə aktının məzmununu aşkar bildiyi halda əsassız olaraq iddiaçıya məxsus A091656 №li plan-ölçü sənədinin koordinatlarında dəyişiklik etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı A091656 №li plan-ölçü sənədinin koordinatlarının cari dəyişiklik edilənədək mövcud olmuş ilkin vəziyyətə qaytarılmasını və sözügedən plan-ölçü sənədinin ilkin koordinatları ilə üst-üstə düşən hissədə X13 və ailə üzvlərinə aid **********96 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin, həmçinin X38 və ailə üzvlərinə aid **********34 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.
10. Üçüncü şəxslər həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2-1(116)-61/2024 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişlər.
Apellyasiya şikayətinin dəlilləri
11. Üçüncü şəxslər apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarından narazıdırlar. Qərar maddi hüquq və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, həmçinin məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, onlara-üçüncü şəxslər X13 və onun ailə üzvlərinə Hüquqların Dövlət Qeydiyyatından çıxarış verilərkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssisləri Fərid Əhmədov və Tural Qədimov gəlib, ölçüb vermiş, koordinatları da onlar özləri TEKUİS xəritələrinə uyğun vermişlər. İddiaçı yerinin bir hissəsi ona göstərilmiş, qalan yerdə isə balıq gölü qazıldığından həmin gölün doldurulması və ondan istifadə onun nəzərinə çatdırılmışdır. Həmin sahədən iddiaçının özü yox, onun atası Kortala Bələdiyyəsinin sədri Nəcməddin Bayramov istifadə edir. Ona düşən torpaq sahəsində Bələdiyyənin sədri orada lazımı qazıntı işləri aparmış, balıq gölü yaratmışdır. Şəki İnzibati Məhkəməsi qərar qəbul edərkən çəkişmə prinsipini pozaraq, onları məhkəməyə dəvət etmədən, onları dinləmədən qanunsuz və əsassız qərar qəbul etmişdir. Onlara və ailə üzvlərinə verilən torpaq sahəsinə yerində baxış keçirilməklə təkrar ekspertiza təyin edilməli və Tekuis Xəritələrinə uyğun onlara verilmiş torpaq sahəsinin koordinatları düzgün müəyyən edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X23 nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2854336Nümayəndə3, üçüncü şəxslər X6, X13 və X14 apellyasiya şikayətinin təmin edilərək Şəki İnzibati Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2-1(116)-61/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdilər.
14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2- 1(116)-61/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, ilkin olaraq dövlət aktı sənədi əsasında çıxarış hazırlanmışdır. Daha sonra isə TEKUİS məlumat bazana əsasən çıxarışda düzəliş edilmiş və tərəflərə təqdim edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı düzgün deyil və faktiki vəziyyəti əks etdirmir. Həmin qərar DWC xəritələrinə əsasən qüvvədə qaldığı təqdirdə ərazilərdə uyğunsuzluq baş verəcəkdir. Məhkəmənin qərarı onların mənafeyinə toxunan məsələ olmadığından apellyasiya şikayəti verməmişlər. Kim hansı torpağı faktiki olaraq istifadə edirsə həmin əraziyə də sənəd vermişlər.
16. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, onun nümayəndəsi və vəkili, digər üçüncü şəxslər və cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
17. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi məhkəməyə məktub göndərərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .......... Maddə 140. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
22. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
23. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı: Maddə 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3 torpaqların X43 informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4 ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5 ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi;
24. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların X43 informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır.
Apellyasiya şikayətinin mümkünlüyü
25. Üçüncü şəxslərin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
33. Belə ki, apellyasiya şikayətinin başlıca dəlili kimi üçüncü şəxslər qeyd etmişlər ki, onlara və ailə üzvlərinə verilən torpaq sahəsinə yerində baxış keçirilməklə təkrar ekspertiza təyin edilməli və Tekuis Xəritələrinə uyğun onlara verilmiş torpaq sahəsinin koordinatları düzgün müəyyən edilməlidir.
34. Apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində İddiaçı mülkiyyətində olan 1,5862 ha torpaq sahəsinə dair məlumatlarda cari dəyişikliklərin mahiyyəti barədə bildirilmişdir ki, Balakən rayonu, Püştətala kəndində yerləşən 1,5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ona bitişik olan digər vətəndaşların mülkiyyətində olan torpaq sahələri hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərə uyğun olmayan ölçülərlə istifadə olunurdu. Məlumat üçün bildiririk ki, mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Torpaqların X43 İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında aparılan uçot işləri ilə bağlı həmin ərazidə dürüstləşmə işləri aparılaraq yeni uçot xəritələri hazırlanmış və vətəndaşların torpaq sahələri pay normalarına uyğun olaraq elektron baza məlumatlarında öz əksini tapmışdır. Həmin ərazidə yerləşən vətəndaşların torpaq sahələrinə X43 yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalar əsasında aparılan uçot işləri ilə bağlı dürüstləşmə işləri aparılaraq yeni hazırlanmış uçot xəritələrinə uyğun hüquqmüəyyənedici sənədlər hazırlanmışdır.
35. Daha sonra, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubuna A 091656 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin həmin sənəddə cari dəyişiklik edilənədək mövcud olmuş döngə nöqtələrinin koordinatlarına dair yerquruluşu planı, Balakən rayon Məhkəməsinin icraatında olmuş 2(019)-26/2019 nömrəli mülki iş üzrə mübahisəli torpaq sahəsinin faktiki istifadə vəziyyəti və plan ölçü sənədlərinin koordinatlarının əks olunduğu xx.xx.2018-ci il tarixli sxem, A 091656 nömrəli plan-ölçü sənədinə cari dəyişiklik edilənədək və bundan sonrakı vəziyyətə dair yerləşmə vəziyyətinə dair yerquruluşu planı əlavə edilmişdir.
36. Həmçinin qeyd edilmişdir ki, A 091656 nömrəli plan-ölçü sənədinin ilkin koordinatlara əsasən Kənd təsərrüfatı təyinatlı əkin sahəsi olmaqla mülkiyyətçisi İddiaçı olmuşdur. A 091656 nömrəli plan-ölçü sənədinin ilkin koordinatları daxilində hazırkı elektron baza məlumatlarına əsasən X13 və X23 xüsusi mülkiyyətinə işlənilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir.
37. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı A091656 №li plan-ölçü sənədinin koordinatlarının cari dəyişiklik edilənədək mövcud olmuş ilkin vəziyyətə qaytarılması və sözügedən plan-ölçü sənədinin ilkin koordinatları ilə üst-üstə düşən hissədə X13 və ailə üzvlərinə aid **********96 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin, həmçinin X38 və ailə üzvlərinə aid **********34 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin ləğv edilməsindən ibarətdir.
38. Göründüyü kimi, hazırda yaranmış mübahisəyə səbəb cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzrə müvafiq göstəriciləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələbləri baxımından ərazi vahidləri üzrə layihələr həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırıldığı, ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarını pozmadığı hallarda torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə müvafiq sənədlərin tərtib edilməsinə yol verildiyi halda iddiaçının razılığı olmadan dəyişikliklər etməsidir.
39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, A091656 №li plan-ölçü sənədinin koordinatlarının cari dəyişiklik edilənədək mövcud olmuş ilkin vəziyyətə qaytarılmasını və sözügedən plan-ölçü sənədinin ilkin koordinatları ilə üst-üstə düşən hissədə X13 və ailə üzvlərinə aid **********96 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin, həmçinin X38 və ailə üzvlərinə aid **********34 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin ləğv edilməsini tələb etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi də iş üzrə ədalətli və obyektiv məhkəmə araşdırması apararaq iddia tələbini haqlı olaraq təmin etmişdir.
40. Məhkəmə kollegiyası üçüncü şəxslərin təkrar ekspertiza keçirilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırda iddiaçıya məxsus torpaq sahəsinə dair verilmiş çıxarış qüvvədədir, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 yanvar 2019-cu il tarixli 26284 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, Balakən rayonu Püştətala kəndində yerləşən İddiaçı DƏDRX-nin tərtib etdiyi **********85 nömrəli plan və ölçü sənədinə əsasən cavabdehlər X13 həmin çıxarışda göstərilən 1.5863 ha torpaq sahəsinin 0.53 ha hissəsini, X38 isə həmin çıxarışda göstərilən 1.5863 ha torpaq sahəsinin 0.29 ha hissəsini istifadə edirlər. Göründüyü kimi, çıxarışda qeyd olunan torpaq sahəsinin cari dəyişiklik olanadək müəyyən hissəsi üçüncü şəxslərin istifadə etdiyi ərazi olmuşdur. Ona görə də, hazırkı işdə təkrar ekspertiza keçirilməsinə də lüzüm yoxdur. Bundan əlavə, torpaq sahəsi iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla verilib. Nə qədər ki, həmin çıxarış qüvvədədir, üçüncü şəxslər iddiaçıya verilmiş torpaq sahəsini də mübahisələndirə bilməz. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz.
41. Bundan əlavə olaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın cari dəyişikliyə məruz qoyduğu sənədlərdə qeyd edilmiş torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bərpa edilmişdir. Həmçinin cavabdeh orqan mövcud xəritə materialları ilə natura arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədilə iddiaçıya məxsus sənədlərə cari dəyişiklik edərkən müvafiq dəyişkiliklə bağlı iddiaçının razılığını almamış, sözügedən dəyişikliyin edilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olmamışdır.
42. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.
43. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
44. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).
45. Həmçinin məhkəmə kollegiyası üçüncü şəxslərin məhkəmə tərəfindən qərar qəbul edərkən çəkişmə prinsipini pozaraq, onları məhkəməyə dəvət etmədən, onları dinləmədən qanunsuz və əsassız qərar qəbul etməsi dəlilinə münasibət bildirərək qeyd edir ki, məhkəmə kollegiyasının iclasında qeyd edilən suala üçüncü şəxslər cavab verərək onlara məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş gəldiyini qeyd etmişlər, lakin məhkəmə iclasında onların xeyrinə qərar qəbul olunacağını düşündüklərindən məhkəmə iclasına gəlməmişlər. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
46. Bundan əlavə üçüncü şəxslər apelyasiya şikayətində işin yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş edirlər.
47. Bununla bağlı isə qeyd olunmalıdır ki, işin yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması hazırda mübahisələndirilən qərarın ləğvindən (İPM-nin 87.7ci maddəsi tətbiq edilməklə) sonra törəmə tələb olduğundan, həmin qərar isə ləğv olunmadığından apelyatorun qeyd edilən tələbi də təmin edilə bilməz.
48. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bu halı cavabdeh orqanın məhkəmə qərarı ilə razılaşaraq apellyasiya şikayəti verməməsi də bir daha təsdiq edir. Ona görə də, üçüncü şəxslərin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
49. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
50. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, "A091656 №li plan-ölçü sənədinin koordinatlarının cari dəyişiklik edilənədək mövcud olmuş ilkin vəziyyətə (X-622015,35; 622126,12; 622135,70; 622112,54; 622112,28; 622053,39; 622019,59; Y-4609349,73; 4609322,79; 4609155,01; 4609165,98; 4609206,87; 4609189,95) qaytarılması və sözügedən plan-ölçü sənədinin ilkin koordinatları ilə üst-üstə düşən hissədə X13 və ailə üzvlərinə aid **********96 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin, həmçinin X38 və ailə üzvlərinə aid **********34 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin ləğv edilməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, üçüncü şəxslərin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
51. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Üçüncü şəxslər X13, X24, X20, X14, X8, X6 və X38 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2-1(116)-61/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.