Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-334/2020 27.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu, Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X14rşı “cavabdehin xx.xx.2019-cu il tarixli **********93 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh Səmədova Firuzə Natiq qızının adına Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-447/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Azərbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” əsasında Şəki bazarı 1997-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. 2001-ci ildə həmin bazar açıq tipli səhmdar cəmiyyətə çevrilmişdir. O, 2001-ci ilin aprel ayının 10-da “xxxxxxxxxxx” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə seçilmiş və həmin vəzifədə 2010-cu ilin may ayının 7-sinə kimi işləmişdir. 2001ci ilin iyun ayının 4-də isə Şəki bazarını “Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutmaqla müstəqil surətdə özəlləşdirmişdir. İdarə heyətinin sədri seçilən zaman onunla birlikdə səhmdarların sayı 69 olmuşdur. Bazar, ümumiyyətlə, istifadəyə yararsız olmuşdur. Ətrafında 1500 m2 -lik sahə istifadə olunmamış, həmin ərazilərdə 67 ədəd mağaza olsa da, heç biri bazarın balansında olmamışdır. Bazara müdir təyin olunduqdan sonra 80 mağaza tikdirib bazarın balansına daxil etmişdir. Həmçinin, bazarın balansında olan mağazalarda işləyən hər sahibkarla fərdi qaydada icarə müqaviləsi bağlanmışdır. Sahibkarlar hər biri icarə pullarını bazarın kassasına ödəmişlər. Bazara müdir təyin edildikdən sonra bazarda tikinti, quruculuq işləri aparmış və 194 yeni iş yeri açaraq Şəki camaatını işlə təmin etmişdir. Sonradan bazarın səhmlərinin hamısını almışdır. Şəki bazarına məxsus torpaq da ona aid olmuşdur. Yəni bazarın faktiki sahibi o, olmuşdur. Şəki şəhər İcra Hakimiyyəti başçısının xx xxx 2006-cı il tarixli sərəncamı ilə yaxın dostu və qohumu X5 Səmədovanın adına Şəki şəhər, S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət ehtiyat fondu torpağından 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 ha torpaq sahəsini icarəyə götürmüşdür. Həmin vaxt Firuzənin 22 yaşı olmuşdur. İcra başçısının xx xxxxxxx 2007-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsində ticarət cərgəsi tikilməsinə icazə verilmişdir. O, əvvəllər öz şəxsi vəsaiti hesabına orada tikinti işləri aparmışdır. 2008- ci ilin sonlarında artıq bazarın yeni tikintisinin 70%-i hazır olmuşdur. Həmin vaxtdan vəsait çatışmazlığı yaranmışdır. Şəki rayonunda yeni ticarət mərkəzinin tikilməsi barədə xəbərlər yayıldığına görə müxtəlif vətəndaşlar ticarət mərkəzinə baxıb orada tikinti işlərinin həyata keçirilməsini görərək özlərinə ticarət cərgəsindən yerlər və mağaza icarəyə götürməkdən ötrü ona müraciət etmişlər. Ticarət mərkəzinin tikintisinin tez bir zamanda tamamlanmasına kömək məqsədilə, həmçinin gələcəkdə həmin pul verən şəxslərin bazarda fəaliyyət göstərəcəkləri dövrdə onların icarə haqqından azad olunması şərti ilə onlardan qəbzlə pul qəbul edilmişdir. Bundan başqa vətəndaşların yeni açılacaq bazarın tikilməsi üçün ödədikləri pulların elə hamısı bazarın tikintisinə xərclənmişdir. Beləliklə də vətəndaşların verdikləri pullar ilə tikinti işləri yenidən 2009-cu ilin yay aylarında bərpa edilmişdir. 1800 nəfərlik iş yeri və bütün sənədlər hazır olmuşdur. Lakin bazarın açılmasına icazə verilməmişdir. O, sözügedən torpaq sahəsində dəyəri 300 min manata qədər olan ticarət cərgələri, qurğu və avadanlıqlar öz vəsaiti hesabına tikdirmişdir. Eyni zamanda bu obyektin sənədləşdirilməsi sünişəkildə problemə çevrilmişdir. Sözügedən torpaq sahəsində mövcud olan bütün əmlaklar ona məxsusdur. Yaxın dostu olan Natiq Səmədov vəfat etdikdən sonra qızı Firuzə kimlərinsə təsiri ilə həmin obyektlərin onun adına rəsmiləşdirməsinə razılıq vermir. X1 adına olan 2 ha torpaq sahəsində toplam 182 ticarət obyektləri inşa etdirmişdir. Qeyd etdiyi kimi Firuzənin həmin zaman 22 yaşı olmuş, həmin 2 ha torpaq sahəsinin harada yerləşməsindən, orada hansı inşaat işlərinin aparılmasından onun xəbəri olmamışdır. 2010-cu il tarixdə həmin yeni bazarın açılışını etmək istəmiş, lakin müəyyən səbəblərdən onun açılışını edə bilməmişdir. 2010-cu ildə həmin yeni bazarın açılışını edə bilmədikdə vətəndaşlar ona verdikləri (hansı ki, həmin pulları bazarda ticarət cərgələrinin inşasına xərcləmişdir) pulları tələb etdikdə onları qaytara bilməmiş və buna görə də ondan şikayət etmişlər. Nəticədə onun barəsində CM-nin 178.3.2, 179.3.2, 193-1.3.2 və 213.1-ci maddələri ilə cinayət işi başlanılmış və o, X20 Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə təqsirli bilinərək cəzalandırılmışdır. Cəzasını çəkib qurtardıqdan sonra yenidən bazarın açılmasına çalışmış və nəhayət 2016-cı il tarixdə onun açılışını edə bilmişdir. Ümumiyyətlə 2007-ci ildən qeyd edilən yeni bazarın saxlanılması xərci onun tərəfindən qarşılanmışdır. Qeyd edilən hökm həmin torpaq sahəsində inşa edilən tikili və qurğuların onun tərəfindən tikilməsini bir daha sübut edir. Bundan başqa qeyd edilən 2 ha torpaq sahəsində tikinti işləri aparılması üçün Səmədova Firuzə Natiq qızı ilə aralarında xx xxxx 2006-cı il tarixli Razılaşma protokolu, xx xxxx 2006-cı il tarixli razılaşma müqaviləsi bağlamış və bu barədə xx xxxx 2006-cı il tarixli aktı təsdiq etdirmişlər. Həmçinin xx xxxxxx 2015-ci il tarixdə Səmədova Firuzə Natiq qızı ilə aralarında yuxarıda qeyd edilən razılaşma protokolunu, müqaviləni və aktı özündə cəmləyən müqavilə də bağlamışlar. Həmin müqavilədə cavabdeh X21 şəhər İcra Hakimiyyətinin başçısının xx xxx 2006-cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhərinin S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondunda 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxx 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsində mövcud olan bütün əmlakın (tikililərin və avadanlıqların) ona aid olmadığını həmçinin, həmin əmlakların ona aid olduğunu qəbul edərək, sözügedən torpaq üzərində olan bütün əmlakın (tikililərin və avadanlıqların) həqiqi mülkiyyətçisinin, yəni onun adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətlərin edilməsini öz öhdəsinə götürmüşdür. Bütün bu sənədlər Şəki şəhər İcra Hakimiyyəti başçısının xx xxx 2006-cı il tarixli sərəncamı ilə Firuzə Səmədovanın adına Şəki şəhər, S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət ehtiyat fondu torpağından 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə götürdüyü 2 ha torpaq sahəsində inşa edilmiş tikililərin, qurğuların və avadanlıqların onun tərəfindən inşa edilməsini sübut edir. Sözügedən torpaq sahəsində mövcud olan bütün əmlaklar ona məxsusdur. Buna görə də həmin əmlakların onun tərəfindən tikdirilməsi hüquqi faktı müəyyən edilməsi məqsədi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)-4127/2018 qətnaməsi ilə iddia təmin edilmiş, Şəki şəhər İcra Hakimiyyətinin xx xxx 2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh Səmədova Firuzə Natiq qızının adına Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin xx xxxxxxx 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmiş ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların onun tərəfindən tikilməsi hüquqi faktı müəyyən edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin xx.xx.2019-cu il tarixli **********93 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh Səmədova Firuzə Natiq qızının adına Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə xx.xx.2020-ci il tarixli 2-1(116)- 447/2020 nömrəli qərardad ilə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Səmədova Firuzə Natiq qızı və Şəki şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdehin etirazı: Təqdim edilən sənədlərin ekspertizası zamanı torpaq sahəsinə və tikiliyə dair hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər Səmədova Firuzə Natiq qızının adına olduğundan və məhkəmə tərəfindən yalnız Şəki şəhəri, Salman Mümtaz küçəsinin qərb hissəsində inşa edilmiş qeyri-yaşayış binasının (ticarət cərgisinin) X3 tərəfindən inşa edilməsi faktı müəyyən edildiyindən, həmçinin Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 2.0 ha torpaq sahəsinə Səmədova Firuzə Natiq qızının adına verilmiş xx xxx 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli yüklülük çıxarışı ləğv edilərək, icarə müqaviləsinin İddiaçı ilə bağlanılması öhdəliyinin Şəki Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması və tikiliyə mülkiyyət hüququnun İddiaçı adına tanınaraq hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməsi öhdəliyinin 12 saylı X17 üzərinə qoyulması məhkəmə tərəfindən tanınmadığından, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır.. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-447/2020 nömrəli qərarı ilə (hakim İlqar Cabbarov) iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyаsiyа şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə bilərəkdən öz qərarını elə sözlərlə ifadə etmişdir ki, guya o, Şəki RİH tərəfindən 2006-cı il tarixdə Firuzə Səmədovaya 20 illik icarəyə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının ilkin qeydiyyatını istəyir. Lakin, bu belə deyil, əslində iddianın əsasında Şəki RİH tərəfindən 2006-cı il tarixdə Firuzə Səmədovaya 20 illik icarəyə verilmiş torpaq sahəsi üzərində iddiaçı tərəfindən inşa edilən ticarət cərgələri, qurğular və digər tikililər üzərində ilkin qeydiyyatının aparılması və dövlət reyestrindən çıxarışın verilməsi təşkil edir. Hətta işdə olan xx.xx.2007-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən 2.0 ha torpaq sahəsi 20 il müddətinə Səmədova Firuzə Natiq qızma icarəyə verilmişdir. Həmin torpaq sahəsi ayrıldıqdan sonra, yəni 2006-cı ilin may ayında Firuzə Səmədova ilə iddiaçı öz aralarında rəsmi, notarial qaydada təsdiq olunmuş razılaşmaya əsasən, icarəyə verilən torpaq sahəsində bütün tikililər, qurğular və s. Vəsait tələb edən işlər iddiaçı tərəfindən aparılması qərarlaşdırılmışdır. X7 xahişinə görə maddi vəsaitinin olmadığını nəzərə alıb 20 illik icarəyə verilmiş torpaq sahəsinin icarə haqqı da iddiaçı tərəfindən ödənilmişdir. Bundan əlavə iş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(075)-4127/2018 nömrəli qətnaməsi ilə, iddiaçının Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh Səmədova Firuzə Natiq qızının adına Şəki şəhəri S.Sümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların İddiaçı tərəfindən tikilməsi hüququ faktı müəyyən edilmişdir. Həmin qətnamədən Firuzə Səmədova tərəfindən apellyasiya şikayəti verilsə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-684/2019 nömrəli qətnaməsi ilə Səmədova Firuzə Natiq qızı tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-4127/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Firuzə Səmədova tərəfindən kassasiya şikayəti verilmiş, lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-4942/2019 saylı qərarı ilə Səmədova Firuzə Natiq qızının kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-684/2019 nömrəli iş üzrə xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi artıq üç məhkəmə instansiyasının qanuni qüvvəsini alan məhkəmə qətnamə və qərarı ilə iddiaçının tikilən obyektin sahibi olduğu və ticarət cərgələrinin məhz iddiaçı tərəfindən tikildiyi tam olaraq öz təsdiqini tapmışdır. Ümumiyyətlə hazırki mübahisənin sırf mülki hüquq münasibətlərinin realizəsi ilə əlaqəli olduğunu nəzərə alaraq, düşünürük ki, mübahisənin həlli üçün inzibatihüquq normaları ilə yanaşı, mülki hüquq normalarına da istinad zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Məcəllənin) 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 139-1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; qanuni qüvvəyə minmiş məhkəmə qərarları və s.Məcəllənin 146.5-ci maddəsinə əsasən, daşınmaz əmlakı və ya ona dair hüquqları əldə edən şəxs məhkəmə qərarına və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərara istinad edirsə, bu halda ərizəyə həmin qərarın notariat qaydasında təsdiqlənmiş surəti və daşınmaz əmlakın texniki göstəricilərini əks etdirən sənədlər qoşulur. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da görünür ki, məhkəmə qərarının özü əmlak üzərində iddiaçının hüquqlarının qeydə alınması üçün əsaslardan biridir. İPMnin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPMnin) 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-447/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələblərinin tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə uyğun izahat verərək qeyd etdi ki, iddianın əsasında Şəki RİH tərəfindən 2006-cı il tarixdə Firuzə Səmədovaya 20 illik icarəyə verilmiş torpaq sahəsi üzərində iddiaçı tərəfindən inşa edilən ticarət cərgələri, qurğular və digər tikililər üzərində ilkin qeydiyyatının aparılması və dövlət reyestrindən çıxarışın verilməsi təşkil edir. Hətta işdə olan xx.xx.2007-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən 2.0 ha torpaq sahəsi 20 il müddətinə Səmədova Firuzə Natiq qızma icarəyə verilmişdir. Həmin torpaq sahəsi ayrıldıqdan sonra, yəni 2006-cı ilin may ayında Firuzə Səmədova ilə iddiaçı öz aralarında rəsmi, notarial qaydada təsdiq olunmuş razılaşmaya əsasən, icarəyə verilən torpaq sahəsində bütün tikililər, qurğular və s. vəsait tələb edən işlər iddiaçı tərəfindən aparılması qərarlaşdırılmışdır. X7 xahişinə görə maddi vəsaitinin olmadığını nəzərə alıb 20 illik icarəyə verilmiş torpaq sahəsinin icarə haqqı da iddiaçı tərəfindən ödənilmişdir. Ona görə də iddia tələbi təmin edilərək onun adına çıxarış verilməlidi. Bununla yanaşı məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, mübahisə predmeti olan əmlakın torpaq vergisi onun tərəfindən həm onun adı ilə, həm də Firuzə Səmədovanın adı ilə onun vəsaiti hesabına ödənilmişdir. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X17 nümayəndəsi X10 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyası iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsas tutaraq digər tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara AZE seriyalı, 04245044 nömrəli ş/v surəti, DƏDRX-nin 12 saylı X17 12 saylı X17 xx.xx.2019-cu il tarixli **********93 nömrəli imtina məktubu, xx.xx.2020-ci il tarixli **********208 nömrəli etirazı, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(075)- 4127/2018 nömrəli Qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-684/2019 nömrəli Qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)- 4942/2019 nömrəli Qərarı, DƏDRX-nin MH seriyalı ******* nömrəli çıxarışı, X8 Verilməsi Haqqında xx.xx.2006-ci il tarixli müqavilə, Şəki Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2006-cı il tarixli sərəncamı, xx.xx.2007-ci il tarixli 1/240 saylı və xx.xx.2010-cu il tarixli 1/12 saylı sərəncamlardan çıxarışları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon 1 saylı dövlət notariat konturunun xx.xx.2015-ci il tarixli 67 nömrəli məktubu, xx.xx.2006-cı il tarixli Razılaşma Protokolu, xx.xx.2006-cı il tarixli Şəki Şəhər Razılışma Müqaviləsi, xx.xx.2006-cı il tarixli akt, Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2018-ci il tarixli 2/1-21/2030/2 nömrəli və xx.xx.2006-cı il tarixli 13/919 nömrəli məktubları, X12 xx.xx.2016-ci il tarixli 01 nömrəli məktubu, xx.xx.2012-ci il tarixli müqavilə, xx.xx.2012-ci il tarixli akt, xx.xx.2015-ci il tarixli 370828 nömrəli etibarnamə, DİN-nin xx.xx.2019-cu il tarixli J-5085 nömrəli arayışı, xx.xx.2009-cu il tarixli 1/347 nömrəli akt, xx.xx.2015-ci il tarixli müqavilə aiddir. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apelyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə sorğular əsasında toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, İnzibat orqanın imtinasının əsası ondan ibarət olmuşdur ki, təqdim edilən sənədlərin torpaq sahəsinə və tikiliyə dair hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər Səmədova Firuzə Natiq qızının adına olduğundan və məhkəmə tərəfindən yalnız Şəki şəhəri, Salman Mümtaz küçəsinin qərb hissəsində inşa edilmiş qeyri-yaşayış binasının (ticarət cərgisinin) X3 tərəfindən inşa edilməsi faktı müəyyən edildiyindən, həmçinin Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 2.0 ha torpaq sahəsinə Səmədova Firuzə Natiq qızının adına verilmiş xx xxx 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli yüklülük çıxarışı ləğv edilərək, icarə müqaviləsinin İddiaçı ilə bağlanılması öhdəliyinin Şəki Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması və tikiliyə mülkiyyət hüququnun İddiaçı adına tanınaraq hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməsi öhdəliyinin 12 saylı X17 üzərinə qoyulması məhkəmə tərəfindən tanınmadığından, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı qeyri-yaşayış sahəsinin ona aid olmasına dair heç bir sənəd yoxdur. Məhkəmə qərarları ilə Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların İddiaçı tərəfindən tikilməsi hüququ faktı müəyyən edilməsi barədə Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(075)- 4127/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi olsada belə iddiaçının adına qeydiyyata alınması üçün qanunvericiliyin normalarına əsasən tələb olunan sənədləri əvəz etmir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və belə qənaətə gəlir ki, cavabdeh orqan mübahisə predmeti olan Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh Səmədova Firuzə Natiq qızının adına Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların üzərində iddiaçının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi olduğu halda bunu etməmiş, nəticədə imtina etməkdə haqlı olmamışdır. Belə ki, işdə olan Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(075)- 4127/2018 nömrəli qətnaməsi ilə, iddiaçının Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh Səmədova Firuzə Natiq qızının adına Şəki şəhəri S.Sümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların İddiaçı tərəfindən tikilməsi hüququ faktı müəyyən edilmişdir. Həmin qətnamənin təsviri hissəsində məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, İddiaçı 31 ildir ki, tanıyır. 1987-1998-ci illər ərzində raypoda satış bazasının müdiri işləmişdir. Təxminən 2005-2007-ci illərdə onun Şəki şəhərinin S.Mümtaz küçəsinin qərb hissəsində tikinti işləri apardığını görmüşdür. Həmin ərazidəki tikililərin hamısını İddiaçı tikdirmişdir. X18 İbrahimov yaxın dost olmuşlar. Firuzə Səmədova həmin dövrdə cavan qız olardı. Onun elə bir obyekt tikdirməyə nə təcrübəsi, nə də imkanı çatardı. Bazarın tikintisi İddiaçı gətirdiyi usta və fəhlələr tərəfindən həyata keçirilmişdir. Bazarın icarə haqqını da müntəzəm olaraq İddiaçı ona vermiş, o da öz növbəsində həmin icarə haqqını ödəmişdir. Natiq Səmədovun ölümündən sonra bilmişdir ki, İddiaçı həmin bazarın yerləşdiyi torpaq sahəsini Natiqin qızı Firuzə Səmədovanı adına icarəyə götürmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)- 684/2019 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Səmədova Firuzə Natiq qızı tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmiş. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-4127/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-4942/2019 saylı qərarından görünür ki, cavabdeh Səmədova Firuzə Natiq qızının kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-684/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.- Bundan başqa, iddiaçı ilə üçüncü şəxs arasında xx xxxx 2006-cı il tarixli Razılaşma protokolu və xx xxxx 2006-cı il tarixli razılaşma müqaviləsi mövcud olmuş və həmin sənədlərin məzmunundan görünür ki, Səmədova Firuzə Natiq qızı sahibkarlıq fəaliyyətində təcrübəsi və maddi imkanı olmadığından ona Şəki şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 2 ha torpaq sahəsində bütün pul vəsaiti və tələb olunan tikinti işlərinin aparılmasının İddiaçı həvalə edilməsi barədə razılıq vermişdir. Tərəflər arasında xx xxxx 2006-cı il tarixli akt bağlanmış və həmin aktda qeyd edilmişdir ki, Səmədova Firuzə Natiq qızı sahibkarlıq fəaliyyətində təcrübəsi və maddi imkanı olmadığından ona Şəki şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 2 ha torpaq sahəsində bütün pul vəsaitinin, tələb olunan tikinti işlərinin aparılmasının, bütün işlərin görülməsi üçün tələb olunan vəsaitin, illik icarə haqqı ödənişlərinin İddiaçı öz vəsaiti hesabına aparılması barədə razılıq verir. Bundan başqa, Hüseynova (Səmədova) Firuzə Natiq qızı ilə İddiaçı arasında 2 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 11100,50 kvadrat metr ümumi, o cümlədən 10816,5 kvadrat metr əsas və 284,00 kvadrat metr köməkçi sahədən ibarət tikili ilə bağlı razılaşma haqqında xx xxxxxx 2015-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə Şəki rayon 2 saylı notariat kontorunda təsdiq edilmişdir.Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə "birinci tərəf” adlandırılan, Şəki şəhəri, H.Çələbixan küçəsi, məhəllə 4-də yaşayan X6 müqavilə imzalandığı andan Şəki Şəhər İcra Hakimiyyətinin başçısının xx xxx 2006-cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhərinin S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icariyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxx 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsinin fəaliyyətə başlaması üçün ondan asılı olan bütün hərəkətlərin ardıcıllıqla, tam və vaxtında edilməsini o cümlədən, ikinci tərəfə verilmiş etibarnamənin fasiləsizliyinin təmin edilməsini öz öhdəsinə götürmüş, həmçinin Şəki Şəhər İcra Hakimiyyətinin başçısının xx xxx 2006-cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhərinin S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icariyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxx 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsində mövcud olan bütün əmlakın (tikililərin və avadanlıqların) ona aid olmadığını, həmçinin ikinci tərəfə aid olduğunu qəbul edərək, sözügedən torpaq üzərində olan bütün əmlakın (tikililərin və avadanlıqların) həqiqi mülkiyyətçisinin adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətlərin edilməsini öz öhdəsinə götürmüşdür. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 240.1-ci madəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. -243.1-ci madəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. - 243.2-ci madəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. - 243.3-cü madəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. Göstərilən qanunveriçiliyin normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, başqa şəxsin torpaq sahəsində digər şəxsə mənsub daşınmaz əmlak torpaq sahəsinin mülkiyyətçinin icazəsi ilə onun istifadəsində verilmiş hissəsində şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər. İşdə olan Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(075)- 4127/2018 nömrəli qətnaməsinin təsviri hissəsində məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, İddiaçı 31 ildir ki, tanıyır. 1987-1998-ci illər ərzində raypoda satış bazasının müdiri işləmişdir. Təxminən 2005-2007-ci illərdə onun Şəki şəhərinin S.Mümtaz küçəsinin qərb hissəsində tikinti işləri apardığını görmüşdür. Həmin ərazidəki tikililərin hamısını İddiaçı tikdirmişdir. X18 İbrahimov yaxın dost olmuşlar. Firuzə Səmədova həmin dövrdə cavan qız olardı. Onun elə bir obyekt tikdirməyə nə təcrübəsi, nə də imkanı çatardı. Bazarın tikintisi İddiaçı gətirdiyi usta və fəhlələr tərəfindən həyata keçirilmişdir. Bazarın icarə haqqını da müntəzəm olaraq İddiaçı ona vermiş, o da öz növbəsində həmin icarə haqqını ödəmişdir. Natiq Səmədovun ölümündən sonra bilmişdir ki, İddiaçı həmin bazarın yerləşdiyi torpaq sahəsini Natiqin qızı Firuzə Səmədovanı adına icarəyə götürmüşdür. İş materiallarında olan və Şəki Apellyasiya Məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X19 sorğu edilərək alınmış daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, tikililərin hüquq müəyyən edici sənəd üzrə sahəsi 11100,5 kv.m, faktiki sahəsi isə 10483,6 kv.m-dir. İşdə olan İddiaçı tərəfindən təqdim edilmiş torpaq vergisi üzrə qəbzlərdən görünür ki, torpaq vergisinin müəyyən hissəsi iddiaçı və ya onun tapşırıgı ilə X4 tərəfindən ödənilmişdir. Bundan başqa işə əlavə edilmiş “Region xəbərləri” qazetində dərc edilmiş məqalədən və həmin məqalədə olan fotoşəkildən görünür ki, ticarət mərkəzinin açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və İddiaçı iştirak etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi göstərilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. - 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. - 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmə kollegiyası belə hesab edir ki, fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Məhkəmə kollegiyası tərəfindən iş materialları tədqiq edilərkən aydın oldu ki, Şəki şəhər İcra Hakimiyyətinin xx xxx 2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə Səmədova Firuzə Natiq qızının adına Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində inzibati iş üzrə olan 3-çü şəxs Səmədova Firuzə Natiq qızı ilə iddiaçı Urfat İbrahimov arasında xx xxxx 2006-cı il tarixli Razılaşma protokolu və xx xxxx 2006-cı il tarixli razılaşma müqaviləsinə əsasən Səmədova Firuzə Natiq qızı sahibkarlıq fəaliyyətində təcrübəsi və maddi imkanı olmadığından ona Şəki şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 2 ha torpaq sahəsində bütün pul vəsaiti və tələb olunan tikinti işlərinin aparılmasının İddiaçı həvalə edilməsi barədə razılıq vermişdir. Bundan sonra,xx xxxx 2006-cı il tarixli bağlanmış akta əsasən Firuzə Səmədovanın sahibkarlıq fəaliyyətində təcrübəsi və maddi imkanı olmadığından ona Şəki şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 2 ha torpaq sahəsində bütün pul vəsaitinin, tələb olunan tikinti işlərinin aparılmasının, bütün işlərin görülməsi üçün tələb olunan vəsaitin, illik icarə haqqı ödənişlərinin İddiaçı öz vəsaiti hesabına aparılması barədə razılıq verilmişdir.Bundan başqa, Hüseynova (Səmədova) Firuzə Natiq qızı ilə İddiaçı arasında 2 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 11100,50 kvadrat metr ümumi, o cümlədən 10816,5 kvadrat metr əsas və 284,00 kvadrat metr köməkçi sahədən ibarət tikili ilə bağlı razılaşma haqqında xx xxxxxx 2015-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə Şəki rayon 2 saylı notariat kontorunda təsdiq edilmişdir.3-cü şəxs Səmədova X15 şəhər İcra Hakimiyyətinin xx xxx 2006-cı il tarixli 1/110 saylı sərəncamı əsasında icarəsində olan 2 ha torpaq sahəsində İddiaçı ticarət obyektləri inşa etdirməsinə icazə vermiş, iddiaçı tərəfindən Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin xx xxxxxxx 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqlar inşa etdirilmişdir.Həmçinin müqaviləyə əsasən 3cü şəxs Səmədova Firuzə Natiq qızı tərəfinən Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxx 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsində mövcud olan bütün əmlakın (tikililərin və avadanlıqların) ona aid olmadığını, həmçinin İddiaçı aid olduğunu qəbul edərək, sözügedən torpaq üzərində olan bütün əmlakın (tikililərin və avadanlıqların) həqiqi mülkiyyətçisinin adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətlərin edilməsini öz öhdəsinə götürmüşdür. İcarəyə götürülmüş torpağ sahəsinin icarə haqqı İddiaçı tərəfindən ödənilir. Bununla yanaşı Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-4127/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh Səmədova Firuzə Natiq qızının adına Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların İddiaçı tərəfindən tikilməsi hüquqi faktı müəyyən edilmişdir.. Göründüyü kimi, Şəki şəhər İcra Hakimiyyətinin xx xxx 2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə Səmədova Firuzə Natiq qızının adına Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsi ayrılsa da belə, həmin torpaq sahəsini 3-çü şəxs Səmədova Firuzə Natiq qızı tərəfindən sahibkarlıq fəaliyyətində təcrübəsi və maddi imkanı olmadığından istifadə etməmiş, torpaq sahəsinin icarəsində olması formal xarakter daşımış, müqaviləyə əsasən 2006-ci il tarixdən İddiaçı torpaq sahəsi ilə bağlı illik icarə haqqı ödənişlərinin o, öz vəsaiti hesabına aparılmış, icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların İddiaçı tərəfindən tikilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58.1 -ci maddəsinə görə torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır.[51] Həmin Məcəllənin 99. 1-ci maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir Həmin Məcəllənin 81 maddəsində göstərilmişdir ki, torpaq ... icarəçilərinin hüquqları aşağıdakılardır ... torpaqdan təyinatı üzrə istifadə etmək; torpağın verilməsi şərtlərinə müvafiq surətdə istesal təyinatlı müvəqqəti yardımçı tikililər və qurğular ucaltmaq; bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəsinə) vermək; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 712.1.1-ci maddəsinə görə icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki, torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin; Həmin Məcəllənin 712.2-ci maddəsinə görə əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsə ikinci əldən icarəyə verirsə, həmin üçüncü şəxsin istifadə zamanı baş vermiş təqsiri üçün, hətta icarəyə verənin ikinci əldən icarəyə razılıq verdiyi halda da məsuliyyət daşıyır. Torpaq və Mülki Məcələnin göstərilən maddələrinin məzmunundan məlum olur ki, torpaq sahəsinin icarəçisi normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəsinə) vermək hüququna malikdir, icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki, əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı ikinci əldən icarəyə verirsə, həmin üçüncü şəxsin istifadə zamanı baş vermiş təqsiri üçün, hətta icarəyə verənin ikinci əldən icarəyə razılıq verdiyi halda da məsuliyyət daşıyır. Belə olan halda, hal-hazırkı baxılan inzibati iş üzrə 3-çü şəxs Səmədova Firuzə Natiq qızı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ixcarəsində 2 hektar torpaq sahəsini İddiaçı torpaq sahəsi üzərində tərəflər arasında baglanmış müqaviləyə əsasən iddiaçı öz vəsaiti hesabına əmlak-tikili, qurğu və avadanlıqları tikilməsinə icazə vermişdir.. Məhkəmə kollegiyasının qənaətinə görə, inzibati orqan qanuni tərəflər arasında baglanmış müqaviə üzrə icarəyə götürülmüş torpaq sahəsi üzərində iddiaçı tərəfindən tikililərin aparılmasıvə və başa catdırılması,qüvvəyə minmiş məhkəmənin qətnaməsi ilə Şəki şəhəri, Salman Mümtaz küçəsinin qərb hissəsində inşa edilmiş qeyri-yaşayış binasının (ticarət cərgisinin) X3 tərəfindən inşa edilməsi faktı müəyyən edilməsini əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmadan qeyd olunan əmlakların dövlət qeydiyyatın alınmasından imtina etmişdir. İnzibati İcraat haqqında Qanunun: -19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bir daha cavabdeh inzibati orqanın diqqətinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyаsı yuxarıda sadalanan maddi hüquq normalarını müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası, iddiaçıya münasibətdə onun mülkiyyət hüququnun pozuntusudur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Həmin əsaslardan biri də 8.0.5-ci maddədə qeyd edilən “2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri”dir. Belə ki, cavabdeh inzibati orqanın fəaliyyətini tənzimləyən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərində inzibati orqanların fəaliyyətində əsasən tutulan prinsiplər mövcuddur ki, inzibati orqanlar həmin prinsiplərə riayət etməlidir: -inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (Qanunçuluq prinsipi-maddə 11). -hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur (Bərabərlik prinsipi maddə 12). -inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (Etimad hüququnun qorunması prinsipi- maddə 13) və sair. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, apelyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçıların müraciətinin təmin edilməsindən imtina edən orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X17 xx.xx.2019-cu il tarixli **********93 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh Səmədova Firuzə Natiq qızının adına Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina etməklə düzgün nəticəyə gəlinməmişdir. Məhkəmə kollegiyаsı hesаb edir ki, Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-447/2020 nömrəli qərаrı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh Səmədova Firuzə Natiq qızının adına Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqlarına İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq və adına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-334/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-334/2020
27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver