Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-335/2020 25.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7rşı "JN-033C nömrəli xx.xx.2006-cı il tarixli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi və 850 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-471/2020 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Oğuz Rayon AİK-in xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, ünvan 1ində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi X5 və X3 ümumi mülkiyyətinə verilmişdir. Oğuz Rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, X1 rayon Baş Daşağıl kəndində 1673,2 kv.m torpaq sahəsində yerləşən yaşayış evini İddiaçı satmışdır. Həmin müqaviləyə əsasən, göstərilən yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ əsasında xx.xx.2004-cü ildə qeydə alınmış və ona bu barədə 9-16 nömrəli "Qeydiyyat vəsiqəsi" verilmişdir. Oğuz Rayon AİK-in xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı ilə X5 və X3 ümumi mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi ilə bağlı xx.xx.2006-cı ildə onların adına JN-033C kod 40500018 nömrəli xx.xx.2006-cı il tarixli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10 ərizə ilə müraciət edərək, həmin JN-033C kod 40500018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunmasını və 0,085 ha torpaq sahəsinin adına qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunması və torpaq sahəsinin iddiaçının adına qeydə alınması İdarənin səlahiyyətinə aid deyil, bundan başqa, torpaq sahəsinin iddiaçının adına qeydə alınması üçün JN-033C kod 40500018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında alğı-satqı aparılmalıdır. İddiaçı bununla razılaşmayaraq hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, evi satın aldığına görə həm ev, həm də evin yerləşdiyi həyətyanı torpaq sahəsi artıq onun mülkiyyətindədir. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli etirazında bildirmişdir ki, evin yerləşdiyi torpaq sahəsi alğı-satqının predmeti olmadığına görə torpaq sahəsi iddiaçının mülkiyyətində deyil. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxx 2020-ci il tarixli, 2- 1(116)-471/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Birinci instansiya Məhkəməsinin qeyd edilən qərardadı maddi - hüquq normalarını düzgün tətbiq etməməklə, prosessualhüquq normalarının tələblərini pozmaqla həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan, birtərəfli araşdırma aparılmaqla qəbul edildiyindən həmin qərardad qanunsuz və əsassızdır və ona görə də ləğv olunmalıdır.Hazırki mülki işin materiallarından da aydın görünür ki, mənim şikayətimin, iş üzrə verdiyim izahatların və irəli sürdüyüm dəlillərin, o cümlədən şikayətimin müəyyən edilməsi ilə əlaqədar təqdim etdiyim əlavə sübutların əsasını mülkiyyətimdə olan evin həyətyanı torpaq sahəsinə evin əvvəlki mülkiyyətçisinin adma hazırlanmış Şəhadətnamənin ləğv edilməsi və evə həyətyanı torpaq sahəsi lə birlikdə vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq çıxarış verilməsi təşkil edir. Şəki İnzibati Məhkəməsi isə nəinki Şəhadətnamədə göstərilən həyətyanı torpaq sahəsinin ölçüsü, mənim mülkiyyətimdə olan evin altında yerləşməsi barədə təqdim edilmiş dəlil və sübutlara müna'sibət bildirməmiş, əksinə qərardadın qəbul olunması üçün əsas kimi qeyd edilmiş dəlilləri səhv izah edərək, uzun müddət davam edən araşdırmadan sonra sözügedən qanunsuz və əsassız qərardadı qəbul etmişdir. Hazırki işə məhkəmə baxışı zamanı ilk növbədə mənim hüquqlarıma və qanuni mənafelərimə zərəz vurulduğunu sübut etmək üçün kifayət qədər dəlillər təqdim etməyimə baxmayaraq Şəki İnzibati Məhkəməsi şikayət etdiyim qərardadında bu dəlilləri nəzərə almamışdır. Belə ki, məhkəmə qərardadda islahat komissiyasının qərarının ləğv edilməli olduğunu yazmaqla səhv nəticəyə gəlmişdir. Qərardadın surətini aldıqdan sonra məndə belə təəssürat yaranmışdır ki, məhkəmə iddia ərizəsi və toplanmış sübutlarla tanış olmadan, özünün xx.xx.2020-ci il tarixli 2-l(116]-471/2020 nömrəli qərardadını nəzərə almadan qeyd edilən qərardadı qəbil etmişdir. O, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10 müraciət edərək mərhum qardaşı X5 və arvadı X3 adma hazırlanmış xx.xx.2006-cı il tarixli JN-033C saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin ləğv edilməsini və mülkiyyətimdə olan, ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 850 kv.metr həyətyanı torpaq sahəsinə mülkiyyət hüququmun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. İdarədən verilmiş cavab məktubunda şəhadətnamənin ləğv edilməsinin onların səlahiyyətində olmadığı bildirilmişdir. Göründüyü kimi, onun həmin evə və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ 2004-cü ildə yaranmışdır. Məhkəmə isə onun guya Oğuz Rayon X4 xx xxx 1998-ci il tarixli 65 nömrəli qərarının ləğv edilməsi barədə iddia qaldırmağsının zəruri olduğunu qeyd edərək iddianı mümkün saymamışdır. Əvvəla xx xxx 1998-ci il tarixli 65 nömrəli qərar Oğuz rayonunun Baş Daşağıl kənd Yerli X4 xx xxx 1998ci il tarixli 17 saylı Qərarının təsdiq olunması barədə olan bir qərardır. Mənafeyinə toxunduğuna görə islahat komissiyasının qərarını ləğvi barədə iddia qaldırmalı olsaydı, Oğuz Rayon X4 xx xxx 1998-ci il tarixli 65 nömrəli qərarının deyil, Oğuz rayonunun Baş Daşağıl kənd Yerli X4 xx xxx 1998-ci il tarixli 17 saylı Qərarının ləğvini tələb etməli idi. Lakin həmin qərarların heç biri nə onun, nə də torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin hüquqlarını pozmur, əksinə tamamilə qanuni, əsaslı, ədalətli və ümumi qərarlardır. Həmin qərarların heç birində onun, yaxudda əvvəlki mülkiyyətçinin adı qeyd edilmir və hüquqları pozulmur. Həmin qərarlarda məhkəmənin istinad etməli olduğu yeganə sübut Oğuz ayonunun Baş Daşağıl kənd Yerli X4 xx xxx 1998-ci il arixli 17 saylı Qərarının 8-ci bəndidir. Həmin bənddə qeyd edilir: "Ailə başçısının qaytanlanmış torpaq kitabında olan həyətyanı torpaq sahələri mülkiyyətlərinə erilməklə ona bitişik torpaq sahələri xüsusi mülkiyyətlərinə verilsin və onlara üşən pay torpağa daxil edilsin.” Qeyd edilən qərarın məzmunundan da göründüyü kimi, artıq xx xxx 1998-ci il tarixdən mübahisələndirilən həyətyanı torpaq sahəsi mərhum qardaşı X5 mülkiyyətinə verilmişdir. Mərhum qardaşı X5 arvadı Əliyeva Məryəm lüslüm qızı isə xx xxxxxx 2004-cü il tarixli 230619 nömrəli notariat qaydada asdiq olunmuş alqı-satqı müqaviləsi ilə evin həyətyanı torpaq sahəsi ilə birlikdə atılması barədə öz iradəsini ifadə etmişdir. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-471/2020 nömrəli qərardadının ləğv edilməsi və işə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-471/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmiş, cavabdeh DƏDRX-in 9 saylı Qəbələ ərazi idarəsi nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İddiaçı apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Bununla baglı,Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının: -2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; - 2.2-ci bəndinə əsasən, işin araşdırılması prinsipi bu hallara da şamil olunur.İPMin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçının ləğv olunmasını tələb etdiyi JN-033C kod 40500018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" Oğuz Rayon AİK-in xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı əsasında verilsə də, iddiaçı AİK-in qərarını mübahisələndirmədən birbaşa şəhadətnaməni mübahisələndirmişdir. Məhkəmənin fikrincə, nə qədər ki, şəhadətnamənin verilməsinə əsas olan qərar qüvvədədir, şəhadətnamənin ləğvi barədə iddia mümkün sayıla bilməz. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçının tələbi mümkün sayıldığı üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci insransiya məhkəməsi iddiaçının Oğuz Rayon X4 xx xxx 1998-ci il tarixli 65 nömrəli qərarının ləğv edilməsi barədə iddia qaldırmasının zəruri olduğunu qeyd edərək iddianı mümkün saymamışdır. Lakin iş materiallarında olan səhifə 10-da olan alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı xx xxxxxx 2004-cü il tarixli 230619 nömrəli notariat qaydada təsdiq olunmuş müqavilə əsasında X2 almışdır. Məhkəmə kollegiyası qeyd edir ki,üçüncü şəxs X6 tərəfindən yazılmış ərizədən görünür ki, o, xx xxxxxx 2004-cü il tarixli 230619 nömrəli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan, ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi 1673.2 kv.metr həyətyanı torpaq sahəsini qayını İddiaçı satmışdır.Evi və həyətyanı torpaq sahəsini satdıqdan iki il sonra həmin torpaq həsinin 0.06 ha hissəsinə onun adına JN- 033C nömrəli, xx xxxxx 2006-cı il tarixli torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanmışdır.JN-033C nömrəli, xx xxxxx 2006-cı il tarixli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin ləğv edilməsinə və həmin torpağın İddiaçı adına sənədləşməsinə etiraz etmir və gələcəkdə iddiaçı deyildir. Bundan başqa iş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, digər mülkiyyətçi X8 xx xxxx 2003-cü ildə ölmüşdür. Göründüyü kimi, X6 və İddiaçı tərəfindən fərdi yaşayış ev və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi İddiaçı satdıqdan iki il sonra həmin torpaq sahəsinin X4 xx xxxxx 2006-ci il tarixli qərarı əsasında 0.06 ha hissəsinə onun və həyat yoldaşı X5 adına JN- 033C nömrəli, xx xxxxx 2006-cı il tarixli torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanmışdır. Halbuki, iş materiallarında səhifə 5-də olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu İddiaçı adına qeydiyyat alınmışdır. Həmin sənədin ikinci səhifəsində tikilinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 1624.4 kv.metr göstərilmişdir. Bundan başqa iş materiallarında səhifə 8-də olan qeydiyyat vərəqəsindən görünür ki, 40.6 kv.metr yaşayış sahəsi İddiaçı adına mülkiyyət hüququ əsasında xx xxxxxx 2004-cü ildə qeydə alınmışdır. Qeyd edilən tikili mübahisəli torpaq sahəsinin üzərində yerləşir. İnzibati İcraat haqqında qanunun: - 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -48.1.-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinçi instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, habelə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozmaqla qərardad qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə zəruri olan halları tam araşdırmamış, ona görə də düzgün hüquqi nəticəyə gəlməyərək iddia tələbini mümkünsüz saymışdır. Qeyd olunan qanunvericiliyin normalarında göstərilən tələblərinə əsasən kollegiya belə qənayətə gəlir ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda hаqlı оlmаmışdır. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir. İPM-in 87.7-ci maddəsinə görə, inzibati və iqtisadi işlər mübahisələrə dair işlər üzrə məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apelyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibatiiqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.7.1-ci maddəsinə əsasən, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-471/2020 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-335/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-335/2020
25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver