Məhkəmə qərarları › İş №2-1(107)-34/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-34/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-34/2023 18.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “X3 adına qeydiyyata alınmış Qəbələ rayonu Hacıalılı kəndindəki 0,0148 ha torpaq sahəsinə dair **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın və A №248986, **********75 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2-1(116)-1386/2022 nömrəli qərarından iş üzrə üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, X3 adına qeydiyyata alınmış Qəbələ rayonu Hacıalılı kəndindəki 0,0148 ha torpaq sahəsinə dair **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın və A №248986, **********75 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, Qəbələ rayonu Hacıalılı kəndində iddiaçının mülkiyyətində 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı, 55,5 kv.metr yaşayış sahəsi, 15,6 kv.metr yardımçı sahədən ibarət 71,1 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və 1 mərtəbəli, 45.15 kv.metr sahədən ibarət tövlə, 1 mərtəbəli, 42 kv.metr sahədən ibarət quraqlıq, 2,4 kv.metr sahədən ibarət ayaqyolu, 20,45 kv.metr sahədən ibarət hasar tikililəri olub. Həmin 0,16 ha torpaq sahəsi və üzərində yerləşən tikililər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən xx.xx.2012-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Həmçinin Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən istifadəsində olan torpaq sahəsi ümumi olaraq 0,219 ha olmuşdur ki, 0,16 ha qeydiyyata alınmış torpaq sahəsi, 0,219 0,16=0,059 ha torpaq sahəsi isə zəbt torpaq olmuşdur. 2012-ci il tarixdə X7 Limanı tikilən zaman QəbələAğdaş avtomobil yolunun tikintisi ilə əlaqədar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən tikililər tikinti altına düşdüyündən 55400 (əlli beş min dörd yüz) manat kompensasiya ödənilməklə həmin torpaq sahəsi avtomobil yolunun tikintisi altına verilmişdir. Çıxarışla iddiaçıya məxsus torpaq sahəsinin hamısı iddiaçıdan alınmamış, təxminən 0,03 ha yaxın hissəsi mülkiyyətində qalmışdır. Bir müddət sonra iddiaçıda qalmış torpaq sahəsinə dair çıxarış almaqdan ötrü cavabdehə müraciət etdikdə, MA seriyalı, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,16 ha torpaq sahəsindən yol çəkilişi ilə bağlı layihəyə düşən torpaq sahəsi çıxıldıqdan sonra iddiaçının mülkiyyətində 0,01116 ha qaldığını və eyni zamanda Ərazi İdarəsində mövcud olan elektron DWJ baza məlumatlarına əsasən iddiaçının istifadəsində 0,007839 ha torpaq sahəsinin qaldığını, həmin torpaq sahəsinin də bələdiyyə mülkiyyətinə aid olduğu bildirilmişdir. Daha sonra iddiaçıya məlum olmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinin 0,0148 ha torpaq sahəsi Hacıalılı bələdiyyəsi tərəfindən X1.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli **********19 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi məsələ “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Təqdim edilmiş məhkəmə qərarlarının nəticə hissəsindən göründüyü kimi Qəbələ rayonu Hacıalılı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı üçüncü şəxs X3 adına qeydə alınmış çıxarışda göstərilmiş 0,0148 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. Eyni zamanda qeyd etmək istəyirik ki, X6 tərəfindən qeyd olunan çıxarış əsasında həmin torpaq sahəsi başqa bir vətəndaşa notarial qaydada satılmış və həmin vətəndaşa dövlət reyestrindan çıxarış və plan-ölçü sənədi verilmiş, həmin vətandaş da yenidən notarial qaydada başqa bir vətəndaşla alqı-satqı etmiş və dövlət reyestrindan çıxarış və plan-ölçü sənədi verilmişdir. Qeyd olunan alqı-satqı müqavilələri və mülkiyyət sənədləri ləğv edilməmiş və hal-hazırda qüvvədədir. İmtina məktubunda iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli **********21 nömrəli etiraz məktubunda imtina məktubunda göstərilənləri qeyd etmiş və iddianın təmin olunmamasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli 2- 1(116)-1386/2022 nömrəli qərardadları ilə X5 və X9 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşlar.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxslər iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 28 sentyabr 2022-ci il tarixli 2-1(116)-1386/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.

10. Üçüncü şəxs X9 həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0.0148 ha torpaq sahəsini Tofiq adlı şəxsdən qanuni yollarla, notarial orqanında alqı-satqı müqaviləsinin təsdiq olunması yolu ilə əldə etməklə sahiblik və istifadə hüququ yaranmışdır. Həmin torpaq sahəsinin alqı-satqısından sonra daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq 0.0148 ha torpaq sahəsi üzərində sərəncam vermək hüququ əldə etmişdir. Mülkiyyətində olan 0.0148 ha torpaq sahəsinə münasibətdə möhkəm konstitusion hüququ kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsinin qərarı prosessual hüquq normalarının pozulması, 0.0148 ha torpağın hüquqi statusunu dəqiq müəyyən etmədən ardıcıl mülkiyyət sənədlərinin verilmə səbəbləri araşdırılmadan qəbul edildiyinə görə tam və obyektiv qərar deyildir. Bundan əlavə birinci instansiya məhkəməsi iddiaçıya 0.0148 ha torpaq sahəsinin hansı qaydada və hansı əsasla keçdiyini dəqiqləşdirməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2-1(116)-1386/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iştirak edən üçüncü şəxs X9 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2-1(116)- 1386/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2- 1(116)-1386/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

15. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

16. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - **********63-10301 reyestr nömrəli xx.xx.2012-ci il tarixdə cavabdeh tərəfindən tərtib olunmuş “Daşınmaz əmlakın texniki pasportu”nun notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Hacıalılı kəndində, sənəd üzrə 0,16 ha, faktiki 0,219 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Hacallı kəndində 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - Cavabdehin etiraz məktubuna əlavə olunmuş RX seriyalı ******* nömrəli xx.xx.2018ci il qeydiyyat tarixli **********75 reyestr nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,0148 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. - Cavabdehin etiraz məktubuna əlavə olunmuş A seriyalı 248986 nömrəli **********75 reyestr nömrəli xx.xx.2018-ci il tarixli plan-ölçü sənədinin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,0148 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. Sənəddə qeyd olunur ki, planölçü Qəbələ rayonu Hacallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarı əsasında tərtib olunmuşdur. - Cavabdehin etiraz məktubuna əlavə olunmuş Qəbələ rayonu Hacıalılı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, həmin qərarla 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədilə X1. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-108/2021 nömrəli qərarından görünür ki, həmin qərarla İddiaçı cavabdeh Qəbələ rayon Hacıalılı bələdiyyəsinə qarşı “mülkiyyətində olan 0,0148 ha torpaq sahəsinin X2 barədə Qəbələ rayon Hacıalılı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarının ləğv olunması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Qəbələ rayon Hacıalılı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarı X3 adına olan RX seriyalı ******* nömrəli çıxarışda göstərilmiş 0,0148 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-108/2021 nömrəli qərarından cavabdeh Qəbələ rayonu Hacıalılı bələdiyyəsi və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-394/2021 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-108/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(107)-394/2021 nömrəli qərarından X5 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 242/2022 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-394/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətindəinzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iş üzrə üçüncü şəxs X4 bələdiyyə tərəfindən satılmış torpaq sahəsinə dair bələdiyyə qərarı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında qismən, yəni X3 adına olan RX seriyalı ******* nömrəli çıxarışda göstərilmiş 0,0148 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. Odur ki, həmin qərar əsasında tərtib olunmuş Qəbələ rayonu Hacıalılı kəndindəki 0,0148 ha torpaq sahəsinə dair **********75 reyestr, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış və A №248986, **********75 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri də ləğv edilməlidir.

27. Məhkəmə kollegiyası istinad edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-108/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə qarşı “mülkiyyətində olan 0,0148 ha torpaq sahəsinin X2 barədə Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarının ləğv olunması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarı X3 adına olan RX seriyalı ******* nömrəli çıxarışda göstərilmiş 0,0148 ha torpaq sahəsinə aid hissədə ləğv edilmiş və həmin qərar qanuni qüvvəsini almışdır.

28. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onun həyata keçirilməsini ehtiva edir.

29. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

30. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2-1(116)-1386/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar