Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-344/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “6 sot torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: reyestrdən çıxarış, öhdəliyinin cavabdehin üzərinə qoyulması) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X5 İcraiyyə Komitəsinin 1986-cı il tarixli 134 saylı qərarı ilə Mingəçevir Şəhər Mənzil Təsərrüfatı İdarəsinə 7 saylı çörək zavodunun ətrafından ayrılmış və 1986-cı ildən istifadəsində və sahibliyində olan 6 sot torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(116)-707/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 İcraiyyə Komitəsinin 1986-cı il tarixli 134 saylı qərarı ilə Mingəçevir Şəhər Mənzil Təsərrüfatı İdarəsinə 7 saylı çörək zavodunun ətrafından ayrılmış və 1986-cı ildən istifadəsində və sahibliyində olan 6 sot torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, X5 İcraiyyə Komitəsinin 1986-cı il tarixli 134 saylı qərarı ilə Mingəçevir şəhəri Mənzil Təsərrüfatı İdarəsinin işçilərinə kollektiv bağçılıqla məşğul olmaqdan ötrü 7 saylı çörək zavodunun ətrafında, Mənzil Təsərrüfatı İdarəsinə torpaq sahələri ayrılmışdır. Eyni zamanda da həmin ərazidən iddiaçıya torpaq sahəsi ayrılmışdır. Bununla bağlı 12 fevral 2004-cü ildə Mingəçevir şəhər Mənzil Təsərrüfatı İdarəsinin Həmkarlar İttifaqı iclasının 2 nömrəli protokolu tərtib olunmuşdur. Bundan sonra iddiaçı qeyd olunan torpaq sahəsindən hazırkı vaxtadək istifadə etmişdir. Qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsində iddiaçı fərdi yaşayış evi tikərək ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı sözügedən torpaq sahəsini özəlləşdirmək üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanladığı 12.07.2019- cu il tarixli, **********32 nömrəli imtina məktubunda qeyd edilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Birinci instansiya məhkəməsində icraat Şəki İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(116)-707/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X5 İcraiyyə Komitəsinin 1986-cı il tarixli 134 saylı qərarı ilə Mingəçevir Şəhər Mənzil Təsərrüfatı İdarəsinə 7 saylı çörək zavodunun ətrafından ayrılmış və 1986-cı ildən istifadəsində və sahibliyində olan 6 sot torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Mingəçevir şəhər sakini İddiaçı ona ayrılmış torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətə baxılmış, Ərazi İdarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsasən araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin üzərindən gücü 10 kv və şimal tərəfdən 14 metr yaxınlıqdan gücü 110 kv olan yüksək gərginlikli elektrik xətləri keçir. Ərizəçi İddiaçı bildirildi ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.06.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən tornan sahəsi ilə 10 kv-luq elektrik xətti arasında olan mühafizə zolağı 10 metr, 110 kv-luq elektrik xətti arasında olan mühafizə zolağı 20 metr təşkil edir. Bununla da torpaq sahəsinin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. İddiaçı 03.07.2019- cu il tarixdə həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. 12.07.2019-cu il tarixdə iddiaçıya torpaq sahəsinin hüquqların dövlət reyestrində qeydiyyata alınmasının mümkün olmaması barədə rəsmi olaraq bildiriş ünvanlanmışdır. Üzərindən 17 ay keçdikdən sonra iddiaçı mövcud tələblə aidiyyəti üzrə məhkəməyə ərizə ilə müraciət etmişdir. Halbu ki, verilmiş imtina bildiriş məktubunun mübahisələndirmə müddəti 30 gün olmasına baxmayaraq iddiaçı bu müddəti kifayət qədər ötürmüşdür İddia ərizəsinə iddiaçı tərəfindən əlavə edilən X1 filialının 27.06.2019-cu il tarixli, 30-Asan nömrəli məktubunda filialda mühafizə olunan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən 15 may 1986-cı il tarixli, 134 saylı qərarla MTİ-yə bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir. İddia ərizəsinə iddiaçı tərəfindən əlavə edilən Mingəçevir Şəhər Mənzil Təsərrüfatı İdarəsinin Həmkarlar İttifaqının 12.02.2004-cü il tarixli, 2 nömrəli iclas protokolunda qeyd edilir ki, X5 İcraiyyə Komitəsinin 1986-cı il 134 Saylı qərarı ilə kollektiv bağçılıqla məşğul olmaqdan ötrü Mənzil Təsərrüfatı İdarəsinə ayrılmış torpaq sahəsindən X9 onun adına ayrılmış torpaq sahəsindən istifadə etməkdən imtina etdiyi üçün həmin torpaq sahəsi bağçılıqla məşğul olmaq üçün İddiaçı adına verilmişdir Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı tərəfindən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən ona ayrılmış bağ sahəsinə dair verilən icarə müqaviləsi, sərəncam və order, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası məhkəməyə təqdim olunmamış, məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. Həmçinin Mingəçevir Şəhər Mənzil Təsərrüfatı İdarəsinin Həmkarlar İttifaqının 12.02.2004-cü il tarixli, 2 nömrəli iclas protokolunda qeyd edilir ki, X5 İcraiyyə Komitəsinin 1986-cı il 134 Saylı qərarı ilə kollektiv bağçılıqla məşğul olmaqdan ötrü Mənzil Təsərrüfatı İdarəsinə ayrılmış torpaq sahəsindən X9 onun adına ayrılmış torpaq sahəsindən istifadə etməkdən imtina etdiyi üçün həmin torpaq sahəsi bağçılıqla məşğul olmaq üçün İddiaçı adına verilmişdir. Göründüyü kimi qeyd olunan torpaq sahəsi X6 verilmişdir və “X4” Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələrinin tələbi baxımından onun mülkiyyətində olmuşdur. Qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun həmin şəxs tərəfindən iddiaçıya özgəninkiləşdirilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası “Torpaq Məcəlləsi” nin 9-cu, 62-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 1.0.4cü, 2.12.1-ci, 8.0-cı, 11.1-ci, 8.0.5-ci, 8.0.7-ci, 8.0.3-cü, 15.1.1-ci, 15.1.5-ci, 23.1-ci, 23.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə əhəmiyyətli olan bütün faktiki halları araşdırılmadığından məhkəmənin həmin qərarını qanuni və əsaslı hesab etmir. Belə ki, məhkəmə iş üzrə heç bir araşdırma aparmadan üzvlük kitabçası təqdim edilmədiyini əsas gətirmiş, “və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur”, cümləsini nəzərə almamışdır. Bundan əlavə məhkəmə tərəfindən qəbul edilmiş qərarın 4 və 5-ci səhifələrində qeyd edilir ki: “Həmçinin Mingəçevir Şəhər Mənzil Təsərrüfat İdarəsinin Həmkarlar İttifaqının 12.02.2004-cii il tarixli, 2 nömrəli iclas protokolunda qeyd edilir ki, X5 İcraiyyə Komitəsinin 1986-cı il 134 saylı qərarı ilə kollektiv bağçılıqla məşğul olmaqdan ötrü Mənzil Təsərrüfatı İdarəsinə ayrılmış torpaq sahəsindən istifadə etməkdən imtina etdiyi üçün həmin torpaq sahəsi bağçılıqla məşğul olmaq üçün İddiaçı adına verilmişdir. Göründüyü kimi qeyd olunan torpaq sahəsi X7 verilmişdir və “X4” Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələrinin tələbi baxımından onun mülkiyyətində olmuşdur. Qeyd edilən torpaq sahəsi həmin şəxs tərəfindən iddiaçıya özgəninkiləşdirilməmişdir.Bəli torpaq sahəsi əvvəl X7 verilsə də (üzvülük vəsiqəsi əlavə edilir), o da bu torpağı özgəninkiləsdirmədən istifadə etməkdən imtina etmişdir. Onda həmin torpaq sahəsinin məhkəmənin qeyd etdiyi kimi iddiaçıya özgəninkiləşdirilməməsini əsas götürərək belə bir qənaətə gəlinir ki, o torpaq iddiaçıya məxsus deyil və istifadə edilmədiyindən adı yuxarıda qeyd edilən protokol qərarı ilə onun istifadəsinə verilmişdir. Ora heç kimin iddiası yoxdur. Nəticədə torpaq sahəsi 2007-ci il mayın 22-dək onun istifadəsinə və sahibliyinə verildiyindən (Mingəçevir Səhər Mənzil Təsərrüfat İdarəsinin Həmkarlar İttifaqının 12.02.2004-cü il tarixli, 2 nömrəli iclas protokolu) həmçinin üzərində fərdi yaşayış evi inşa edilərək yaşadığından onun adına daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmalıdır. Mübahisə predmeti olan torpaq sahəsi X2 zorla alınmamışdır, onun həmin torpaq sahəsindən imtina etməsindən sonra müvafıq icra hakimiyyəti orqanının protokol qərarı ilə ona verilmiş və həmin vaxtdan onun istifadəsində və sahibliyində olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(116)-707/2021 saylı qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən etiraz daxil olmuşdır. Prosessual baxımdan iddia tələbi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun deyil. Belə ki, İddiaçı 03.07.2019-cu il tarixdə həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. 12.07.2019-cu il tarixdə iddiaçıya torpaq sahəsinin hüquqların dövlət reyestrində qeydiyyata alınmasının mümkün olmaması barədə rəsmi olaraq bildiriş ünvanlanmışdır. Üzərindən 17 ay keçdikdən sonra iddiaçı mövcud tələblə aidiyyatı üzrə məhkəməyə ərizə ilə müraciət etmişdir. Halbuki, verilmiş imtina bildiriş məktubunun mübahisələndirmə müddəti 30 gün olmasına baxmayaraq iddiaçı bu müddəti kifayət qədər ötürmüşdür. Belə olan halda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci və 38.2-ci maddələrində qeyd olunduğu kimi mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində və məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş edirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “X4” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X3rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qərarının əsaslığını tam həcmdə mübahisələndirir. Şəki İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(116)-707/2021 saylı qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.Tələb qərarın ləğvinə yönəldiyindən kollegiya qərarı apelyasiya şikayətinin həcmində tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən etmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2-1(116)-707/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, iddiaçı tərəfindən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən ona ayrılmış bağ sahəsinə dair verilən icarə müqaviləsi, sərəncam və order, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası məhkəməyə təqdim olunmamış, məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. Həmçinin Mingəçevir Şəhər Mənzil Təsərrüfatı İdarəsinin Həmkarlar İttifaqının 12.02.2004-cü il tarixli, 2 nömrəli iclas protokolunda qeyd edilir ki, X5 İcraiyyə Komitəsinin 1986-cı il 134 Saylı qərarı ilə kollektiv bağçılıqla məşğul olmaqdan ötrü Mənzil Təsərrüfatı İdarəsinə ayrılmış torpaq sahəsindən X9 onun adına ayrılmış torpaq sahəsindən istifadə etməkdən imtina etdiyi üçün həmin torpaq sahəsi bağçılıqla məşğul olmaq üçün İddiaçı adına verilmişdir. Göründüyü kimi qeyd olunan torpaq sahəsi X6 verilmişdir və “X4” Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələrinin tələbi baxımından onun mülkiyyətində olmuşdur. Qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun həmin şəxs tərəfindən iddiaçıya özgəninkiləşdirilməmişdir. Eyni zamanda iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini rədd etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən etmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(116)-707/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(116)-707/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-1(107)-344/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-344/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver