Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-346/2021 29.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kоllegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(116)-89/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Oğuz rayon AİK-nın 05.11.1998-ci il tarixli, 75 nömrəli qərarının ləğv edilməsi və həmin qərarın hüquqi nəticələri olan həmin torpaq sahəsinə mülkiyyət hüququ JN-955A, KOD-40501004 nömrəli şəhadətnamənin, Oğuz rayon notariat kontorundan 26.04.2019-cu il tarixli 2V-133 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ********** qeydiyyat nömrəsi üzrə verilmiş 30 aprel 2019-cu il tarixli əmlaka dövlət reyestrindən çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu 10 mart 2020-ci il tarixdən icraata qəbul edilmiş sayılmışdır. İddiaçıya 18 avqust 2020-ci il tarixdə yardım məktubu ünvanlanmış və nəzərinə çatdırılmışdır ki, Cavabdeh Oğuz rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyil və torpaq payı alacaq subyektlərin siyahısına kimisə daxil etmək səlahiyyəti yoxdur. İddiaçı yardım məktubunu aldıqdan sonra 03.09.2020-ci il tarixdə məhkəməyə dəqiqləşdirmə barədə ərizə ünvanlayaraq, cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsini qeyd etmiş və JN-966A KOD- ********* nömrəli şəhadətnamənin və onun hüquqi nəticələrinin ləğv edilməsini” xahiş etmişdir. İddiaçıya yenidən 07.09.2020-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, qeyd olunan iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. Ərizəsinə onun həmin tələblə cavabdeh orqana müraciət etməsi və müraciətindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Belə ki, inzibati orqan olan DƏDRX-nin 9 saylı Ərazi İdarəsini iş üzrə icraatda cavabdeh qismində müəyyən etsə də, sonuncu tərəfindən hüquq və qanunla qorunan maraqlarının pozulması hallarını əsaslandırmamış və cavabdehin səlahiyyətinə aid olan nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbi ilə DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etməyini təsdiq edən sübutları ərizəyə əlavə etməmişdir. Həmçinin tələbdə JN- 966A kod-405001004 nömrəli şəhadətnamənin ləğvin istəmiş. Halbuki ilk ərizəsində JN- 955A kod-405001004 nömrəli şəhadətnamənin ləğvini istəmişdir. Mübahisələndirdiyi şəhadətnamə ləğv olunduqdan sonra o, şəhadətnamə üzrə aparılmış hərəkətlərin (əqd və s.) ləğvini tələb edə bilər. Odur ki, ilk növbədə JN-955A kod-405001004 şəhadətnamənin ləğvi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmək, imtina olunduğu təqdirdə məhkəməyə həmin şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə müraciət etmək iddiaçıya təklif olunmuşdur. Cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsini, üçüncü şəxs qismində X4 qeyd etmiş və “AN seriyalı 379357 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin ərizəsinə cavabdehin 16.09.2020-ci il tarixli, **********26 nömrəli imtinasını əlavə etmişdir. Cavabdeh orqan imtina məktubunda iddiaçıya bildirmişdir ki, X2 adına verilmiş A-379357 nömrəli plan-ölçü sənədinin ləğv edilməsi İdarənin səlahiyyətləri daxilində deyildir. İddiaçının dəqiqləşdirmə barədə 21.09.2020-ci il tarixli ərizəsi məhkəmənin 12.10.2020-ci il tarixli, 2- 1(116)-856/2020 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edildikdən sonra 12.10.2020-ci il tarixli sərəncam tərəflərə ünvanlanmışdır. Sərəncama əsasən cavabdeh 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəməyə 22.10.2020-ci il tarixli,**********82 nömrəli iddia tələbinə dair etiraz ünvanlamışdır. Etirazda qeyd edilmişdir ki, İddiaçı iddia etdiyi X2 adına verilmiş AN seriyalı 379357 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Şəki İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(116)-89/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X7) “AN seriyalı 379357 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamış, mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilmiş, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 311 manatın İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X16 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə “Alternativ” ekspertiza mərkəzinin ekspert rəyini Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin ekspert rəyinə uyğun olmadığından həmçinin “Alternativ” ekspertiza mərkəzinin ekspert rəyində ətraflı məlumat olmadığından əsaslı qəbul etmir. Məhkəmənin təşəbbüsü ilə təyin edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi qarşısında qoyduğu suallar mübahisənin düzgün həlli üçün əsas təşkil edə bilməz. Tam tərsinə “Alternativ” ekspertiza mərkəzinin ekspertləri qarşısında qoyulan suallar və onlara verilən cavablar hazırkı mübahisənin nədən ibarət olmasını və onun hüquqlarının nə dərəcədə pozulmasını aydın şəkildə göstərir. O, məhkəməyə 03.02.2020-ci ildə birinci vəsatət, 23.06.2021-ci ildə təkrar vəsatət verərək (eyni torpaq sahəsi ilə bağlı fərqli-fərqli rəylər mövcud olduğu üçün) iş üzrə məsələnin daha ətraflı şəkildə araşdırılması məqsədilə mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ünvan 3 ünvana baxış keçirilməsini və mübahisənin ədalətli həlli üçün üçüncü şəxsin adına olan torpaq sahəsinin və onun evinin yerləşdiyi torpaq sahəsinin vəziyyətini yerində dəqiqləşdirilməsini istəsə də, məhkəmə buna əhəmiyyət verməmiş, iş üzrə fərqli rəylərin olduğunu bildiyi halda əlavə tədbirlər görməyərək üçüncü şəxsin tərəfindən çıxış etməklə onun xeyrinə qərardad çıxarmışdır. Əgər məhkəmə öz təşəbbüsü ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən ekspert rəyi tələb edərkən ekspertlər qarşısında mübahisəyə uyğun şəkildə suallar qoysaydı (fərqli rəyləri əlavə etməklə), həmçinin iş üzrə daha əvvəlki məhkəmə mübahisələrində eyni mübahisə üzrə alınan fərqli ekspert rəylərinə qiymət verilməsini tələb etsəydi, əlbəttə ki, ləğvini tələb etdiyi üçünçü şəxsin adına işlənmiş plan-ölçü sənədinin koordinatlarının onun adına olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərinə düşdüyünü müəyyən edər və iddianı mümkünsüz hesab etməyərək mahiyyəti üzrə baxılmasını təmin edərdi. Əlbəttə ki, mübahisələndirilən plan-ölçü sənədi şəhadətmnamə ilə eynilik təşkil edə bilər, lakin həmin şəhadətnamənin və onun əsasında verilən plan -ölçü sənədinin onun evinin yerləşdiyi torpaq sahəsinin üzərinə düşüb-düşməməsini məhkəmə sual olaraq mütəxəssis qarşısında qoysaydı mübahisənin düzgün həllinə nail olardı.Bundan əlavə o, üçüncü şəxsə torpaq sahəsi verilməsinin əleyhinə deyildir, lakin ona verilən torpaq sahəsinin planölçüsünün koordinatlarının düzgün işlənməsinin və ona məxsus evin altında yerləşən torpaqla üst-üstə düşməməsinin tərəfdarıdır, iddia tələbini də mübahisə üzrə Oğuz Rayon Məhkəməsində işə baxılarkən alınan ekspert rəylərinə əsaslanaraq hüquqları pozulduğu üçün qaldırmışdır. Bu səbəbdən iddia tələbinin mümkün sayılmaması qanunsuz və əsasssızdır.Məhkəmənin əsaslandığı mütəxəssis rəyində bələdiyyə torpağı kimi göstərilən torpaq sahəsi onun sahibliyində və istifadəsindədir, həmin torpaq onun evinin hasarının daxilindədir və ora onun gözlənilən mülkiyyət hüququ vardır. Məhkəmə bunu bildiyi halda hüquqlarının pozulmadığını qeyd edərək səhvə yol vermişdir. Bundan başqa məhkəmənin mübahisələndirdiyi qərardadında ondan mütəxəssis rəyinin verilməsi üçün çəkilən xərcə görə 311 manat pul tələb edilir. Lakin, mütəxəssis rəyinin verilməsini o istəməmişdir, məhkəmdən yerində baxış keçirilməsini istəmişdir, mütəəxəssis rəyi məhkəmənin təşəbbüsü ilə istənilmişdir. Bu səbəbdən də həmin rəy üçün çəkilən xərc dövlət büdcəsinə aid edilməlidir və ya tərəflər arasında bərabər bölüşdürülməlidir. Bundan başqa o, aqrar islahat vaxtı ailəsinin istifadəsində isalahatdan əvvəl torpaq sahəsinin olduğunu məhkəməyə bildirərək sorğu edilməsini xahiş etmişdir. Lakin məhkəmə buna da əhəmiyyət verməmişdir. Onun şəxsi təşəbbüsü ilə Oğuz Rayon Dövlət Arxivindən aldığı 30.06.2021ci il tarixli 50 nömrəli Arxiv Arayışında qeyd edilir ki, anası Anastasiya Vasilyevnanın adına 0.31 ha torpaq sahəsi var, həmin torpaq sahəsinə mərhum anası tərəfindən verilən vəsiyyətnamədə üçüncü şəxs Jenya Ağababayevanın əri -qardaşı Serqey Ağababayevə heç bir pay verilməmişdir. (Arxiv arayışı və vəsiyyətnamənin əslini məhkəməyə təqdim edəcəyəcəkdir) Lakin məhkəmə işə baxarkən işi tam və hərtərəfli araşdırmamış iddiamı mümkünsüz hesab etməklə səhv qərardad çıxarmışdır. Əgər iş tam və hərtərəfli araşdırılsaydı, məhkəmə 0,06 ha torpaq sahəsinə X6 verilmiş AN 379357 nömrəli torpaq sahəsinin plan və ölçüsü ailəmizin istifadəsində və sahibliyində olan hazırda fərdi yaşayış evinin yerləşdiyi torpaqla üst-üstə düşdüyü müəyyən edilərdi.b Yuxarıda qeyd edilənləri və Qanunvericiliyin tələblərini nəzərə alaraq Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasından xahiş edir ki, Şəki İnzibati Məhkəməsinin 23.06.2021-ci il tarixli 2-1(116)- 89/2021 saylı qərardadının ləğv edilərək işin mahityyəti üzrə tam və hərtərəfli araşdırılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilsin. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək Şəki İnzibati Məhkəməsinin 23.06.2021- ci il tarixli 2-1(116)-89/2021 saylı qərardadının ləğv edilərək işin mahityyəti üzrə tam və hərtərəfli araşdırılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Оna görə də Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(116)-89/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadla razılaşaraq qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, Oğuz rayon AİKnın 05.11.1998-ci il tarixli, 75 nömrəli qərarına əsasən 0.06 ha həyətyanı torpaq sahəsi X12 və X3 mülkiyyətinə verilmişdir. Bununla bağlı JN-955A KOD-40501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmiş və 6376 nömrə ilə kitabda qeydə alınmışdır. Sergey Ağababayevin vəfatından sonra 26.04.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən mərhumun vərəsəsi həyat yoldaşı X7 (JN-955A KOD-40501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ad “Lenya” olaraq qeyd edilmişdir) müəyyən edilmiş və mərhumdan miras qalmış 0.06 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Bununla bağlı X2 adına reyestr nömrəsi **********56 olan 30.04.2019-cu il tarixli çıxarış və A seriyalı 379357 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İş materiallarında olan “Cavabdeh başçısının Oğuz şəhəri üzrə nümayəndəliyinin Oğuz şəhərində pay almaq hüququ olan vətəndaşların Siyahısı”nın surətində 439-cu sırada X12 və X2 adları və mülkiyyətlərinə 0.06 ha torpaq sahəsinin verildiyi, 562-ci sırada isə iddiaçı X13, X14 və X10 adları və mülkiyyətlərinə 0.06 ha torpaq sahəsinin verildiyi qeyd edilmişdir. İş materiallarında olan “Oğuz rayon “28 May” kooperativi ərazisində torpaq payı alacaq ailələrin püşk ardıcıllığı Siyahısı”nın surətində 955-ci sırada X11 adı cəmi 2 nəfər olmaqla, 1011-ci sırada isə X9 adı cəm 3 nəfər olmaqla və mülkiyyətlərinə 0.06 ha torpaq sahəsinin verildiyi qeyd edilmişdir. İş materiallarında olan X8 19.08.2020-ci il tarixli, 294 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı tikinti-texniki ekspertizasının keçirilməsi üçün müraciət etmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Torpağın mülkiyyətə verilməsinə dair JN-955A Kod 40501004 nömrəli Şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsinin cizgilərinin hazırda X5 verilən plan-ölçü sənədində göstərilən torpaq sahəsinin cizgiləri ilə üst-üstə düşmədiyi müəyyən edilir. X5 məxsus Torpağın mülkiyyətə verilməsinə dair JN-955A seriyalı kod 40501004 nömrəli Şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsinin, hazırda həmin şəxsə məxsus A seriyalı 379357 nömrəli plan-ölçü sənədində göstərilən torpaq sahəsi ilə yerləşmə mövqeyinə görə eynilik təşkil etmədiyi müəyyən edilir. Qeyd: JN-955A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilən 0,06 ha torpaq sahəsi, həmçinin həmin Şəhadətnaməyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hazırlanmış qeydiyyat nömrəsi ********** olan X5 məxsus 0,06 ha torpaq sahəsinin AN 379357 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 0,06 ha torpaq sahəsi naturaya uyğun hazırlanmamış, həmin 0,06 ha torpaq sahəsi təqdim edilmiş Texniki Pasportlara əsasən və faktiki olaraq bütövlükdə uzun illər ərizəçi İddiaçı ailə üzvlərinin mülkiyyətində və istifadəsində olan tikililərin və torpaq sahəsinin üzərinə işlənmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26.04.2021-ci il tarixli **********53 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, təsərrüfatın DWG faylına (mülkiyyətə verilmiş torpaqların kompleks yerquruluşu layihəsinə) əsasən AN 379357 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən torpaq sahəsi JN-955A seriyalı KOD 40501004 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi ilə qismən üst-üstə düşür. Üst-üstə düşən hissə Sxem 1-də ştrixlənmişdir. Mübahisələndirilən torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun döngə nöqtələrinin koordinatları tərtib edilmiş Sxem 2-də göstərilmişdir. Qeyd olunan torpaq sahələri DWG faylına (mülkiyyətə verilmiş torpaqların kompleks yerquruluşu layihəsinə) əsasən uqodiyası əkin olmaqla yaşayış məntəqələri torpaqlarına aiddir. AN 379357 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən 600 kv.m torpaq sahəsinin 375 kv.m hissəsi Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-955A seriyalı KOD 40501004 nömrəli şəhadətmədə göstərilən torpaq sahəsi üzərində 225 kv.m hissəsi isə 3636 B nömrəli kontura aid bələdiyyə mülkiyyəti kimi göstərilən ərazidə yerləşir. İddiaçının ləğvini tələb etdiyi A seriyalı 379357 nömrəli plan-ölçü sənədində göstərilən sənədində göstərilən 600 kv.m torpaq sahəsinin 375 kv.m hissəsi Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN- 955A seriyalı KOD 40501004 nömrəli şəhadətmədə göstərilən torpaq sahəsi üzərində 225 kv.m hissəsi isə 3636 B nömrəli kontura aid bələdiyyə mülkiyyəti kimi göstərilən ərazidə yerləşir. Göründüyü kimi ləğvi tələb olunan sənədin iddiaçının hər-hansı hüququnu pozması müəyyən olunmur. Ümumiyyətlə A seriyalı 379357 nömrəli plan-ölçü sənədində göstərilən 600 kv.m torpaq sahəsinin 375 kv.m hissəsi Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-955A seriyalı KOD 40501004 nömrəli şəhadətmədə göstərilən torpaq sahəsi üzərində yerləşdiyindən və JN-955A seriyalı KOD 40501004 nömrəli şəhadətmə qüvvədə olduğundan, iddiaçı tərəfindən isə həmin şəhadətnamənin ləğvi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmədiyindən həmin hissədə iddia ilkin sənədin qüvvədə olması səbəbindən mümkün sayıla bilməz. A seriyalı 379357 nömrəli plan-ölçü sənədində göstərilən sənədində göstərilən 600 kv.m torpaq sahəsinin 225 kv.m hissəsi isə 3636 B nömrəli kontura aid bələdiyyə mülkiyyəti kimi göstərilən ərazidə yerləşdiyindən həmin hissədə iddiaçının hər-hansı hüququna müdaxilə olunması müəyyən olunmur. İş materiallarında olan X8 19.08.2020-ci il tarixli, 294 nömrəli ekspert rəyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26.04.2021-ci il tarixli **********53 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə uyğun olmadığı üçün, həmçinin həmin rəydə ətraflı məlumat verilmədiyi üçün əsaslı qəbul oluna bilməz. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırkı iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Beləliklə inziati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inziati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inziati orqana qarşı yönəlməsi, iddiaının olması ehtimal olunan subyektiv hüquqnun mövcudluğunun X1, ümumi lik hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inziati orqanın hərəkəti və hərəkətsizliyi nətiəsində şəxsin hüqqlarının pozlmasının əsaslandırdığı hallarda mümkün hesa edilir, hazırkı iddia isə X15 rosesal Məəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. Ekspert rəyinin əsassız olması barədə şikayətin dəlilinə münasibət bildirən kollegiya hesab edir ki, apelyator ekspert rəyinin əsassızlığının nədə ifadə olunduğu barədə şikayətini əsaslandırmamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən yerli baxış keçirilməməsinə münasibət bildirən kollegiya hesab edir ki, şikayətin dəlili həmin hissədə də əsassızdır. Belə ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Hazırkı mübahisə ilə bağlı ekspert rəyi zəruri olduğundan və yerili baxış ekspert rəyini əvəz edə bilmədiyindən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ekspertiza təyin etməkdə haqlı olmuşdur. Çəkilən xərclərlə bağlı şikayətin dəlilinə münasibət bildirən kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Belə ki, iddiaçının iddiası qeyri mümkün hesab edilmişdir. Formalaşmış məhkəmə təcrübəsinə görə iddia təmin edilmədiyi, eyni zamanda iddia mümkün sayılmadığı hallarda məhkəmə xərci iddiaçı tərəfindən tutulur. Hazırkı halda da iddia mümkün sayılmadığından birinci instansiya məhkəməsi haqlı olaraq ekspert xərcini iddiaçıya aid etmişdir. İPM-nin 87.6-cı mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya hesab edir ki, birnci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(116)- 89/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(116)-89/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-1(107)-346/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-346/2021
29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver