Məhkəmə qərarları › İş №2-1(107)-346/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-346/2025

08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-346/2025 08.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X11 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı, eyni zamanda üçüncü şəxs Kazımova (Kərimova) Günel Xəqani qızının nümayəndəsi İddiaçı, cavabdehin nümayəndəsi X14, üçüncü şəxslər X1 və X7 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN seriyalı (kod ********) Torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən, Yevlax rayon AİK-nın 20 iyun 1998-ci il tarixli 32 №-li qərarı ilə iddiaçıya və ailə üzvlərinə Yevlax rayonu Qaramanlı kəndinin ərazisindən verilmiş 3,02 ha torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2-1(116)-57/2025 nömrəli qərarından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “JN seriyalı (kod ********) Torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən, Yevlax rayon AİK-nın 20 iyun 1998-ci il tarixli 32 №-li qərarı ilə iddiaçıya və ailə üzvlərinə Yevlax rayonu Qaramanlı kəndinin ərazisindən verilmiş 3,02 ha torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-355/2024 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-57/2025 nömrəli qərardadı ilə Yevlax rayonu Qaraməmmədli bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-57/2025 nömrəli qərardadı ilə üçüncü şəxs qismində inzibati məhkəmə icraatında cəlb edilmiş X8 hüquqi varisi- X16 ilə əvəz edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, JN-0245 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 32 nömrəli qərarı ilə ona 4 nəfər ailə üzvü ilə birlikdə Yevlax rayonu Qaramanlı kəndi ərazisində yerləşən 3,02 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir.

6. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, sözügedən Dövlət Aktında göstərilən 0245 nömrəli torpaq sahəsi Yevlax rayonu Qaramanlı kəndi üzrə elektron xəritə bazasında və elektron adlı siyahıda öz əksini tapmamış, arxiv materiallarında Dövlət Aktının 2-ci nüsxəsi aşkarlanmamış, Yevlax rayonu üzrə dövlət aktlarının və torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında iddiaçının adına JN-0245 nömrəli Dövlət Aktının olması barədə məlumat qeyd olunmamışdır.

7. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, - JN-0245 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Yevlax rayon AİKnın xx.xx.1998-ci il tarixli 32 nömrəli qərarı və həmin qərar əsasında pay torpaq sahəsi ayrılmış subyektlər siyahısından iddiaçı və ailə üzvlərinə aid hissədən çıxarışın təsdiq edilmiş surəti, - X3 adına olan JN-244 №-li Dövlət Aktının arxiv nüsxəsinin mövcud olmaması barədə cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubu, - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planı, - əsli iddiaçı tərəfindən təqdim edilmiş JN-0245 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının mötəbərliyinin müqayisəli yoxlanılması məqsədilə cavabdeh orqandan götürülmüş, eyni dövrdə tərtib edilmiş digər Dövlət Aktlarının təsdiq edilmiş surətləri, - AZ 044398 №-li “ölüm haqqında” şəhadətnamənin surəti.

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 fevral 2025-ci il tarixli 2- 1(116)-57/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax rayon AİK-nın 20 iyun 1998-ci il tarixli 32 №-li qərarı ilə Yevlax rayonu Qaramanlı kəndi ərazisindən verilmiş, JN-0245 saylı (kod ********) “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 3,02 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın İddiaçı verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı JN-0245 saylı (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, Yevlax rayonu Qaramanlı kəndinin ərazisində yerləşən 3,02 ha torpaq sahəsinə dair yeni nümunəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əldə edilməsinə nail olmaqdır. İddiaçı tərəfindən təqdim edilən JN-0245 saylı Dövlət Aktının əsli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1 və 8.0.5-ci maddələrinin tələbləri baxımından müvafiq çıxarışın verilməsi üçün birbaşa hüquqi əsas yaradır. - Cavabdeh orqanın imtina dəlili sözügedən Dövlət Aktında göstərilən 0245 nömrəli torpaq sahəsinin Yevlax rayonu Qaramanlı kəndi üzrə elektron xəritə bazasında və elektron adlı siyahıda öz əksini tapmaması, Dövlət Aktının 2-ci nüsxəsinin aşkarlanmaması, Yevlax rayonu üzrə dövlət aktlarının və torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında iddiaçının adına JN-0245 nömrəli Dövlət Aktının olması barədə məlumatın qeyd olunmaması ilə bağlıdır. Məhkəmə, caabdeh orqanın dəlillərini əsassız hesab etmişdir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 32 nömrəli qərarı əsasında pay torpaq sahəsi ayrılmış subyektlər siyahısından görünür ki, iddiaçı və ailə üzvləri torpaq islahatı aparılan zaman Yevlax rayonu Qaramanlı kəndi ərazisində yaşamaqla sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər hesab edilirlər. - Cavabdeh orqan təqdim etdiyi mütəxəssis rəyində sözügedən torpaq sahəsinin mülkiyyətçisinin DWJ və TEKUİS məlumatlarına əsasən JN-0244 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının sahibi olduğunu qeyd etsə də, məhkəmənin sorğusuna cavab olaraq həmin Dövlət Aktının arxiv nüsxəsinin mövcud olmamasını bildirmişdir. Odur ki, dövlət aktlarının qeydiyyatı kitabında 244 sıra sayının qarşısında Balakişiyeva Zeynəbin adı qeyd edilsə də, iddia olunan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyil. Cavabdeh orqan tərəfindən JN-0245 saylı Dövlət Aktının mötəbərliyini şübhə altına alacaq hər hansı sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da, həmin Dövlət Aktının - tərtib olunduğu dövrə xas olan digər Dövlət Aktları ilə eyni xüsusiyyətlər daşıması müəyyən edilmişdir. - Belə ki, iddiaçı tərəfindən təqdim edilən JN-0245 saylı Dövlət Aktına Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitunun Bərdə Rayonlararası Yerquruluşu Layihə İdarəsinin möhürü vurulmuş, eyni zamanda Yevlax rayon Torpaq şöbəsinin möhür əksi və səlahiyyətli şəxsinin imzası ilə təsdiq edilmişdir (1998-ci ildən sonrakı dövrdə tərtib edilmiş X20 rayon Torpaq şöbəsinin möhür əksi və səlahiyyətli şəxsin imzası ümumiyyətlə yoxdur, bir sıra dövlət aktlarında qeydiyyat kitabında hansı nömrə ilə qeydə alınması barədə qrafa doldurulmamışdır). 1998-ci ildə verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının rəsmi olaraq iki fərqli idarənin (Bərdə Rayonlararası Yerquruluşu Layihə İdarəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu) möhürü istifadə edilməklə təsdiq edilməsi hallarının mövcud olub-olmamasının aydınlaşdırılması və inzibati praktikanın yoxlanılması üçün zəruri sənədlər cavabdeh orqandan götürülərək tədqiq edilmişdir. Təqdim edilmiş məlumatlarla və sənədlərlə müəyyən edilir ki, Ərazi İdarəsinin arxiv məlumatlarında 1998-ci ilə aid Bərdə Rayonlararası Yerquruluşu Layihə İdarəsinin möhürü ilə təsdiq edilmiş, həmçinin həmin dövrə aid Yevlax rayon Torpaq şöbəsinin möhür əksi və səlahiyyətli şəxsinin imzası əks olunmuş Dövlət Aktları mövcuddur. Göründüyü kimi JN-0245 saylı Dövlət Aktının mötəbərliyinin şübhə altına alınması üçün heç bir hüquqi əsas olmamış, eyni zamanda elektron baza məlumatlarında JN-0244 nömrə ilə Zeynəb Balakişiyevanın adına aparılmış qeydiyyata münasibətdə də, hər hansı hüquq müəyyənedici sənəd mövcud olmamışdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

10. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2-1(116)-57/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının hüquqi marağı Yevlax rayon AİK-nın 20 iyun 1998-ci il tarixli 32 №-li qərarı ilə iddiaçıya və ailə üzvlərinə Yevlax rayonu Qaramanlı kəndinin ərazisindən verilmiş 3,02 ha torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi olsa da, məsələnin həllindən imtina edilmişdir. Belə ki, imtina Dövlət Aktında göstərilən 0245 nömrəli torpaq sahəsinin Yevlax rayonu Qaramanlı kəndi üzrə elektron xəritə bazasında və elektron adlı siyahıda öz əksini tapmaması, arxiv materiallarında Dövlət Aktının 2-ci nüsxəsinin aşkarlanmaması, Yevlax rayonu üzrə dövlət aktlarının və torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında iddiaçının adına JN- 0245 nömrəli Dövlət Aktının olması barədə məlumatın qeyd olunmaması ilə əsaslandırılmışdır. İlk olaraq qeyd etmək istərdik ki, JN-0245 nömrəli dövlət aktının arxivinin mövcudluğu ilə bağlı hər-hansı bir mötəbər dəlilə rastlanmamışdır. "xxxx" MMCnin məlumatına əsasən iddiaçının pay torpaq sahəsi almaq hüququ olması barədə məlumat əldə edilsə də, məhz JN0245 nömrəli dövlət aktının hazırlanmış olması və iddiaçı tərəfindən naturada tanıdılan yer üzrə işlənməsi sübut edilməmiş qalmışdır. - Digər bir tərəfdən iddiaçının naturada tanıdılan əraziyə baxış keçirilmiş, nəticələrinə dair müətəxəssis rəyi tərtib edilmişdir. Bu zaman həm DWJ (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi), həm də "TEKUİS" (“X10 X19”) əsasən həmin torpaq sahəsi digər dövlət aktının mülkiyyətçisinə verilmişdir. Həmin dövlət aktının da (JN244) nüsxəsi Ərazi İdarəsinin arxiv materiallarında mövcud olmasa da, DWJ və "TEKUİS" elektron kadastr məlumat bazasında öz əksini tapmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X22 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2-1(116)-57/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, eyni zamanda üçüncü şəxs Kazımova (Kərimova) Günel Xəqani qızının nümayəndəsi İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və iddiasının təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X5 və X15 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və iddianın təmin edilməsini xahiş etdilər.

16. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər üçüncü şəxslər Yevlax rayon Qaraməmmədli bələdiyyəsinin nümayəndəsi və X3 hüquqi varisi X16 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. “Torpaq islahatı haqqında” Qanun: Maddə 12.1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Maddə 12.2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır.

21. Torpaq islahatı aparılan zamanı qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında Əsasnamə: Bu Əsasnamə "Torpaq islahatı haqqında", "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına uyğun olaraq sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) qaydalarını və şərtlərini müəyyən edir.

3. Yerli aqrar islahatı komissiyası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin orqanları ilə birlikdə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən edir.

4. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir.

5. Bu Əsasnamənin 2-ci və 3-cü bəndlərində göstərilən işlər başa çatdırıldıqdan sonra qanunvericiliyə müvafiq təsdiq edilmiş kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrini ayırır, püşkatma yolu ilə vətəndaşlar arasında müəyyənləşdirir və torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlayır və vətəndaşlara verir. Bu sənədlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirilir və vətəndaşlara təqdim olunur.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 13.11. Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Maddə 15. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

23. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;

2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır;

24. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;

25. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.

Apellyasiya şikayətinin mümkünlüyü

26. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia təmin edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

31. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə qismən razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

32. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə qismən razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

33. Belə ki, apellyasiya şikayətinin dəlili olaraq cavabdeh orqan qeyd etmişdir ki, JN-0245 nömrəli dövlət aktının arxivinin mövcudluğu ilə bağlı hər-hansı bir mötəbər dəlilə rastlanmamışdır. "xxxx" MMC-nin məlumatına əsasən iddiaçının pay torpaq sahəsi almaq hüququ olması barədə məlumat əldə edilsə də, məhz JN0245 nömrəli dövlət aktının hazırlanmış olması və iddiaçı tərəfindən naturada tanıdılan yer üzrə işlənməsi sübut edilməmiş qalmışdır.

34. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 32 nömrəli qərarı əsasında pay torpaq sahəsi ayrılmış subyektlər siyahısından görünür ki, iddiaçı və ailə üzvləri torpaq islahatı aparılan zaman Yevlax rayonu Qaramanlı kəndi ərazisində yaşamaqla sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər hesab edilirlər. İddiaçı tərəfindən təqdim edilən JN-0245 saylı Dövlət Aktının əsli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1 və 8.0.5-ci maddələrinin tələbləri baxımından müvafiq çıxarışın verilməsi üçün birbaşa hüquqi əsas yaradır.

35. Həmçinin, cavabdeh orqan tərəfindən JN-0245 saylı Dövlət Aktının mötəbərliyini şübhə altına alacaq hər hansı sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da həmin Dövlət Aktının - tərtib olunduğu dövrə xas olan digər Dövlət Aktları ilə eyni xüsusiyyətlər daşıması müəyyən edilmişdir.

36. Bundan başqa, apellyasiya şikayətinin dəlili olaraq cavabdeh orqan qeyd etmişdir ki, iddiaçının naturada tanıdılan əraziyə baxış keçirilmiş, nəticələrinə dair müətəxəssis rəyi tərtib edilmişdir. Bu zaman həm DWJ (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi), həm də "TEKUİS"-ə (“X10 X19”) əsasən həmin torpaq sahəsi digər dövlət aktının mülkiyyətçisinə verilmişdir. Həmin dövlət aktının da (JN244) nüsxəsi Ərazi İdarəsinin arxiv materiallarında mövcud olmasa da, DWJ və "TEKUİS" elektron kadastr məlumat bazasında öz əksini tapmışdır.

37. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan təqdim etdiyi mütəxəssis rəyində sözügedən torpaq sahəsinin mülkiyyətçisinin DWJ və TEKUİS məlumatlarına əsasən JN-0244 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının sahibi olduğunu qeyd etsə də, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq həmin Dövlət Aktının arxiv nüsxəsinin mövcud olmamasını bildirmişdir. Odur ki, dövlət aktlarının qeydiyyatı kitabında 244 sıra sayının qarşısında Balakişiyeva Zeynəbin adı qeyd edilsə də, iddia olunan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Həmin dövlət aktının da (JN244) nüsxəsi Ərazi İdarəsinin arxiv materiallarında, həmçinin üçüncü şəxsdə mövcud olmadığı halda, DWJ və "TEKUİS" elektron kadastr məlumat bazasında öz əksini tapması iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz.

38. Göründüyü kimi, cavabdeh orqanın qeyd etdiyi dəlillər mötəbər sübutlarla öz təsdiqini tapmır, eyni zamanda məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri də öz təsdiqini tapmamış, əksinə işdə olan sübutlarla cavabdehin göstərdiyi dəlillər təkzib olunur. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının və ailə üzvlərinin adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etməsi qanunsuz olmuş, onların hüquqlarını pozmuşdur.

39. Göründüyü kimi JN-0245 saylı Dövlət Aktının mötəbərliyinin şübhə altına alınması üçün heç bir hüquqi əsas olmamış, eyni zamanda elektron baza məlumatlarında JN-0244 nömrə ilə Zeynəb Balakişiyevanın adına aparılmış qeydiyyata münasibətdə də, hər hansı hüquq müəyyənedici sənəd mövcud olmamışdır.

40. Məhkəmə kollegiyasının qənaətinə görə aşağıda göstərilənlər birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsasdır. Bu qiymətləndirmə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilən hallarına görə iddiaçının tələbi JN seriyalı (kod ********) Torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən, Yevlax rayon AİK-nın 20 iyun 1998-ci il tarixli 32 №-li qərarı ilə iddiaçıya və ailə üzvlərinə Yevlax rayonu Qaramanlı kəndinin ərazisindən verilmiş 3,02 ha torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən ibarət olmuşdur.

42. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək cavabdehin üzərinə “JN seriyalı (kod ********) Torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən Yevlax rayon AİK-nın 20 iyun 1998-ci il tarixli 32 №-li qərarı ilə verilmiş 3,02 ha torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın yalnız iddiaçıya verilməsi öhdəliyinin qoyulması barədə” nəticəyə gəlmişdir.

43. Lakin iş materiallarında olan JN-0245 KOD 90107018 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 32 saylı qərarı ilə 3,02 ha torpaq sahəsi İddiaçı, X6, X17 və X7 mülkiyyətinə verilmişdir.

44. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, X5, X17 və X15 üçüncü şəxs qismində inzibаti məhkəmə icrааtınа zəruri cəlb edilməli idi. Hazırkı işdə isə bu, baş verməmişdir.

45. İşə apellyasiya məhkəməsində baxılan zaman məhkəmənin 2-1(107)-346/2025 nömrəli 12 iyun 2025-ci il tarixli qərardadı ilə X5, X17 və X15 iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

46. Məhkəmə kollegiyası hesab edir ki, Yevlax rayon AİK-nın 20 iyun 1998-ci il tarixli 32 №-li qərarı ilə Yevlax rayonu Qaramanlı kəndi ərazisindən verilmiş, JN-0245 saylı (kod ********) “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 3,02 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın İddiaçı və ailə üzvləri (üçüncü şəxslər) X5, Kazımova (Kərimova) Günel Xəqani qızı və X9 verilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.

47. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.

49. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.

50. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada, hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.

51. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.

52. Qeyd edilən hallara istinadən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Yevlax rayon AİK-nın 20 iyun 1998-ci il tarixli 32 №-li qərarının, eyni zamanda həmin qərarın əsasında verilmiş JN seriyalı (kod ********) Torpağın mülkiyyət hüququna dair dövlət aktının hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni həmin qərar və onun verilməsinə əsas olmuş Torpağın mülkiyyət hüququna dair dövlət aktı öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Eyni zamanda, cavabdeh tərəfindən də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

53. Məhkəmə kollegiyasının qənaətinə görə Yevlax rayon AİK-nın torpaq sahəsinin iddiaçıya və ailə üzvlərinə verilməsi haqqında qanuni qüvvədə olan 20 iyun 1998-ci il tarixli 32 №-li qərarı ilə verilmiş JN seriyalı (kod ********) Torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən həmin torpaq sahəsi üzərində iddiaçının və ailə üzvlərinin adına çıxarışın verilməsini istisna edən hallar müəyyən edilmədiyindən, həmin dövlət aktı mülkiyyətlərinə verilən torpaq sahəsi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə əsasən iddiaçının və ailə üzvlərinin adına çıxarışın verilməsi üçün yetərli əsas sayılmalıdır.

54. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.

55. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

56. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

57. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Yevlax rayon AİK-nın 20 iyun 1998-ci il tarixli 32 №-li qərarı ilə Yevlax rayonu Qaramanlı kəndi ərazisindən verilmiş, JN-0245 saylı (kod ********) “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 3,02 ha torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinaya dair cavabdehin hərəkətləri qanunauyğun olmamışdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Ona görə də, İPM-in 87.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərarı, Yevlax rayon AİK-nın 20 iyun 1998-ci il tarixli 32 №-li qərarı ilə Yevlax rayonu Qaramanlı kəndi ərazisindən verilmiş, JN-0245 saylı (kod ********) “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 3,02 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın İddiaçı ilə yanaşı ailə üzvləri (üçüncü şəxslər) X2, Kazımova (Kərimova) Günel Xəqani qızına və X9 verilməsi cümləsi əlavə edilməklə dəyişdirilməli, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbi təmin edilməlidir.

58. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2-1(116)-57/2025 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax rayon AİK-nın 20 iyun 1998-ci il tarixli 32 №-li qərarı ilə Yevlax rayonu Qaramanlı kəndi ərazisindən verilmiş, JN-0245 saylı (kod ********) “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 3,02 ha torpaq sahəsinə dair İddiaçı və ailə üzvləri (üçüncü şəxslər) X2, Kazımova (Kərimova) Günel Xəqani qızına və X9 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar