Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-347/2020 09.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyinin tabeleyində Dövlət X12 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək X6 Nazirliyinin Qəbələ rayonu ərazisində yerləşmiş N nömrəli hərbi hissəsində işlədiyi, habelə N72-ci il tarixdə daxil olduğu və N78-ci il tarixdə bitirdiyi X8 Texnikumunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-53/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.N92-ci il tarixdən xx.xx.2012-ci ilə tarixədək Azərbaycan Respublikasının Qəbələ rayonu ərazisində yerləşən Rusiya Federasiyasına aid N nömrəli hərbi hissədə işləyib. İşlədiyi dövrün xx.xx.N92-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan illəri Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(084)-832/2018 nömrəli qərarı ilə sosial sığorta stajına daxil edilib. İddiaçı cavabdeh orqandan xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək işlədiyi illərin, həmçinin N72-ci ildə daxil olduğu və N78ci ildə bitirdiyi X8 Texnikumunda təhsil aldığı illərin həmin dövrün qanunvericiliyə istinad edərək sosial sığorta stajına daxil edilməsini xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçının təhsil illərinin sosial sığorta stajına daxil edilməsi ilə bağlı müraciətinə cavabdeh orqan tərəfindən xx.xx.20N-cu il tarixli **********1 saylı rəsmi imtina məktubu gəlmişdir. Odur ki, iddiaçı cavabdeh qarşısında qaldırdığı tələbə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Vətəndaş İddiaçı Rusiya Federasiyasına məxsus hərbi hissədə işlədiyi müvafiq illərin və əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi üçün ərizə ilə şöbəyə müraciət etmişdir. X2 məxsus hərbi hissədə qeyd olunan iş dövrü iş stajı kimi qəbul edilsə belə, həmin dövrdə aldığı əməkhaqqı məbləğindən məcburi dövlət sosial sığorta haqqları ödənilmədiyindən pensiya kapitalı formalaşmadığı üçün pensiya məbləğinə təsir göstərə bilməz. Həmçinin,vətəndaşın “Əmək pensiyaları haqqıda” Azərbaycan Respublikası qanununda nəzərdə tutulan yaş həddi xx.xx.2018-ci il tarixdə tamam olduğundan hüquq münasibətləri eyni tarixdə yaranmışdır ki, bu səbəbdən də N72-N78-ci illərdə qüvvədə olmuş qanunvericilik yeni yaranmış hüquq münasibətlərinə şamil edilə bilməz. Bu səbəbdən vətəndaşın iddiasını əsassız hesab edir və məhkəmədən təmin edilməməsini xahiş edirlər. Məlumat üçün bildirirlər ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının əyani təhsil illəri sosial sığorta stajına daxil ediləcəyi təqdirdə əmək pensiyasının məbləğində artım olacaqdır. İddiaçının əmək kitabçasına əsasən xx.xx.2006cı il tarixədək 28 il 1 ay, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün pensiya kapitalı 7342.90 manat (xx.xx.20N-cu il vəziyyətinə indeksləşmiş) müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, Cavabdeh xx.xx.20N-cu il tarixli **********1 nömrəli imtina məktubu və xx.xx.20N-cu il tarixli **********6 nömrəli məktubu, AT seriyalı 000153 nömrəli diplomun təsdiqlənmiş surəti, xx.xx.N78-ci il tarixli əmək kitabçasının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında “Qəbələ radiolokasiya stansiyasının (RLS “Daryal”) statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanunu,” Azərbaycan Respublikası Höküməti ilə Rusiya Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanunu, N nömrəli hərbi hissə tərəfindən göndərilmiş təsdiq olunmuş arayışın surəti, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti, “xxxxxxxx” MMC-yə məxsus GJƏ/7 seriyalı, 676893 nömrəli ödəniş qəbzi və xx.xx.20N-cu il tarixli 02-11-2-20/4765 nömrəli arayış, X6 Nazirliyi Mərkəzi Arxivi tərəfindən göndərilmiş xx.xx.20N-cu il tarixli, 2/6-10142 nömrəli arayışın tərcümə və təsdiq edilmiş surətləri aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2- 1(116)-53/2020 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, Əmək və X10 Nazirliyi yanında Dövlət X12 Qəbələ şəhər şöbəsinin üzərinə İddiaçı xx.xx.N72-ci il tarixindən xx.xx.N73-cü il tarixədək, həmçinin xx.xx.N75-ci il tarixdən xx.xx.N78-ci il tarixədək X8 Texnikumunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulması, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır. İddiaçı apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-53/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, O, xx.xx.N92-ci il tarixdən xx.xx.2012-ci ilətarixədək Azərbaycan Respublikasının Qəbələ rayonu ərazisində yerləşən Rusiya Federasiyasına aid N nömrəli hərbi hissədə işləyib. İşlədiyi dövrün xx.xx.N92-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan illəri Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(084)-832/2018 nömrəli qərarı ilə sosial sığorta stajına daxil edilib. O, cavabdeh orqandan xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək işlədiyi illərin, həmçinin N72-ci ildə daxil olduğu və N78-ci ildə bitirdiyi X8 Texnikumunda təhsil aldığı illərin həmin dövrün qanunvericiliyə istinad edərək sosial sığorta stajına daxil edilməsini xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçının təhsil illərinin sosial sığorta stajına daxil edilməsi ilə bağlı müraciətinə cavabdeh orqan tərəfindən xx.xx.20Ncu il tarixli **********1 saylı rəsmi imtina məktubu gəlmişdir. Odur ki, iddiaçı cavabdeh qarşısında qaldırdığı tələbə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsi iddia tələbi üzrə işə açıq məhkəmə iclasında baxaraq xx xxxx 2020-ci il tarixdə 2-1(116)-53/2020 nömrəli qərar qəbul etmişdir. Həmin qərarda iddia tələbi qismən təmin edilmiş, cavabdeh Əmək və X10 Nazirliyi yanında Dövlət X12 Qəbələ şəhər şöbəsinin üzərinə İddiaçı xx.xx.N72-ci il tarixindən xx.xx.N73-cü il tarixədək, həmçinin xx.xx.N75-ci il tarixdən xx.xx.N78-ci il tarixədək X8 Texnikumunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuş və iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə iddia tələbini qismən təmin edib, iddianın qalan hissədə təmin etməyərək belə qənaətə gəlmişdir ki, pensiya təyin edilməsi ilə bağlı qanunvericiliyin müddəalarına görə x xxxxxx 2006-cı ildən sonrakı iş dövrü o halda sığorta stajına daxil edilə bilər ki, həmin dövrdə işçinin əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulmuş olsun. Lakin işdə olan sənədlərdə iddiaçının adından pensiya fonduna sığorta ödəmələri haqqında 2006- 2012-ci illərə aid məlumatlar (iddiaçının fərdi şəxsi hesabının vəziyyəti haqqında bildiriş) mövcud deyildir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab edirik ki, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı qanunsuz və əsasızdır. Yaranmış hüquqi mübahisənin əsasını xx xxxxxx 2002-ci il tarixli Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Qəbələ radiolokasiya stansiyasının (RLS “DARYAL”) statusu, istifadəsinin və prinsipinin şərtləri haqqında Sazişdən doğan münasibətlər təşkil edir. Belə ki, o, xx xxxx N78-ci il tarixdə məhz Azərbaycan Respublikası Qəbələ rayonu ərazisində yerləşən Rusiya Federasiyasına aid N nömrəli hərbi hissəyə işə qəbul edilmiş, xx.xx.2012-ci il tarixədək həmin hərbi hissədə işləmiş və onun həmin hərbi hissədə işləməsi (iş stajına malik olması) halı əmək kitabçası ilə öz təsdiqini tapmışdır. Habelə iddia tərəfinin təqdim etdiyi arayışlardan iddiçının əmək haqqı barədə məlumatlar öz əksini tam tapmışdır. Qeyd edilən sazişə əsasən: 11 -ci maddəsinin birinci bəndinə əsasən informasiya-analitiq mərkəzinin heyətinin sayı 1500 (bir min beş yüz) nəfərdən artıq olmayacaqdır. İnformasiya -analitik mərkəzin heyətinin kompleksləşdirilməsini Rusiya tərəfi həyata keçirir. İstismar heyətinin, daxili mühafizə bölmələrinin heyətinin, təminat heyətinin, texniki heyətin və müvəqqəti heyətin infomasiyaanalitiq mərkəzə göndərilməsini Rusiya tərəfi Azərbaycan tərəfini məlumatlandırmaqla həyata keçirəcəkdir. Həmin maddənin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Rusiya Federasiyasının vətəndaşları informasiya-analitiq mərkəzə işə qəbul oluna bilərlər. Onların informatiq-analitiq mərkəzlə əmək münasibətləri müvafiq olaraq Azərbaycan Respublikasının və X7 qanunvericilikləri ilə tənzimlənir. Həmin sazişin 13-cü maddəsinə əsasən informasiya -analitiq mərkəzin heyyətinə daxil olan şəxslərə və onların ailə üzvlərnə beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərinə uyğun olaraq hüquq və azadlıqların verilməsinə təminat verilir. Beləliklə sazişdən görünür ki, informasiya -analitiq mərkəzin heyətinin say tərkibi 1500 nəfərdən çox ola bilməz, informasiya-analitiq mərkəzin heyyətinə istismar, daxili mühafizə təminat texniki və.s heyətlər daxil olmaqla mərkəzin heyətinin komplektləşdirilməsi Rusiya tərəfinin üzərinə düşür, heyət komplektləşdirilərkən Rusiya vətəndaşları və Azərbaycan vətəndaşları işə götürülə bilər və mərkəzin heyətinə daxil olan şəxslərə və onların ailə üzvlərnə beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərinə uyğun olaraq hüquq və azadlıqların verilməsinə təminat verilir. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 1(116)-53/2020 nömrəli qərarının iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunması və xx xxxxxx 2006-cı il tarixdən xx xxxx 2012-ci il tarixədək X6 Nazirliyinin Qəbələ rayonu ərazisində yerləşmiş N nömrəli hərbi hissəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehinin üzərinə qoyulması barədə qərar qəbul edəsiniz. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-53/2020nömrəli iş üzrə qərarının iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunması və xx xxxxxx 2006-cı il tarixdən xx xxxx 2012-ci il tarixədək X6 Nazirliyinin Qəbələ rayonu ərazisində yerləşmiş N nömrəli hərbi hissəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyinin tabeleyində Dövlət X12 nümayəndəsi X4 apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-53/2020nömrəli iş üzrə qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-53/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia həmçinin qismən əsaslıdır. İşdə olan AT seriyalı 000153 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.N72-ci il tarixindən xx.xx.N78-ci il tarixinədək X8 Texnikumunda təhsil almışdır. Təhsil müddəti ərzində, yəni xx.xx.N73-cü il tarixdən xx.xx.N75-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan Cavabdeh xx.xx.20N-cu il tarixli **********6 nömrəli məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Təhsil illəri stajına daxil edilsə pensiyasında artım olacaq. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı təhsil müddətinin və xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək X6 Nazirliyinin Qəbələ rayonu ərazisində yerləşmiş N nömrəli hərbi hissəsində işlədiyi sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, pensiyasının artmasından ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək X6 Nazirliyinin Qəbələ rayonu ərazisində yerləşmiş N nömrəli hərbi hissəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddiası rədd etməkdə haqlı olmuşdur. Apelyasiya şikayətindən görünür ki, İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020ci il tarixli 2-1(116)-53/2020nömrəli iş üzrə qərarının iddia tələbinin təmin edilməmiş hissəsinin-yəni xx xxxxxx 2006-cı il tarixdən xx.xx.2012-ci il tarixə kimi X6 Nazirliyinin Qəbələ rayonu ərazisində yerləşmiş N nömrəli hərbi hissəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyin öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin rədd edilmiş hissəsinin ləğv edilməsini xahiş edir. Odur ki, məhkəmə kollegiyası apelyasiya şikayətinə uyğun olaraq qərarını həmin hissədə araşdırmalıdır. İşin həqiqi halları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.N92-ci ildən xx.xx.2012-ci ilədək Azərbaycan Respublikasının ərazisində (Qəbələ rayonunda) yerləşmiş Rusiya Federasiyasına məxsus N nömrəli hərbi hissədə işləmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının 2006-cı ilin yanvarın 1-dən 2012ci ilin iyul ayı da daxil olmaqla işlədiyi dövrdə əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının tutulması barədə məlumat olmadığından bu illərin iddiaçının sosial sığorta stajına daxil edilməsi qanuni sayıla bilməz. xx xxxxxx 2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 23.1ci maddəsində isə göstərilir ki, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsi vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrünün müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildiyi halda sığorta stajına daxil edilməsini Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa halın nəzərdə tutulmaması ilə şərtləndirmişdir. Azərbaycan Respublikasının xx xxxxx 2001-ci il tarixli 114-İİQ nömrəli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Saziş təsdiq edilmişdir. Sazişə görə bundan sonra Tərəflər adlanan Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti pensiya təminatı sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyərək aşağıdakılar barədə razılığa gəldilər: Bu Sazişin məqsədləri üçün aşağıdakı terminlər bu mənaları ifadə edir: “vətəndaşlar”-Azərbaycan Respublikasının və ya Rusiya Federasiyasının ərazisində yaşayan və bu dövlətlərin pensiya təminatı sahəsində qanunvericiliyinin şamil olunduğu şəxslər; “daimi yaşayış yeri”-vətəndaşın müvafiq dövlətin qanunvericiliyi ilə müəyyən olunan və ya bu qəbildə tanınan daimi yaşadığı yer; “əmək (sığorta) stajı”Tərəflərdən hər birinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq pensiya təminatını həyata keçirmək üçün nəzərə alınan və pensiya təminatı üçün sığorta ödənişləri aparılan əmək və digər fəaliyyət müddəti, həmçinin Tərəflərin hər birinin qanunvericiliyinə uyğun olaraq əmək(sığorta) stajına bərabər tutulan istənilən digər müddətlər; “səlahiyyətli orqanlar”: Azərbaycan Tərəfindən – Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi; Rusiya X1 və Sosial İnkişafNazirliyi. Bu Sazişdə işlədilən bütün digər anlayış və ya ifadələr müvafiq dövlətin qanunvericiliyi ilə onlara verilən mənanı daşıyır (maddə 1). Tərəflər, öz dövlətlərinin ərazilərində daimi yaşayan, o cümlədən digər Tərəfin dövlətinin ərazisindən köçüb gəlmiş (məskunlaşmış) bütün vətəndaşlara pensiya təminatı sahəsində öz dövlətinin vətəndaşları ilə eyni hüquqlar verirlər (maddə 4). Sazişin 1-ci maddəsinin məzmununa görə, “əmək (sığorta) stajı” dedikdə Tərəflərdən hər birinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq pensiya təminatını həyata keçirmək üçün nəzərə alınan və pensiya təminatı üçün sığorta ödənişləri aparılan əmək və digər fəaliyyət müddəti başa düşülür. Beləliklə, pensiya təyin edilməsi ilə bağlı qanunvericiliyin müddəalarına görə x xxxxxx 2006-cı ildən sonrakı iş dövrü o halda sığorta stajına daxil edilə bilər ki, həmin dövrdə işçinin əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulmuş olsun. Lakin işdə olan sənədlərdə iddiaçının adından pensiya fonduna sığorta ödəmələri haqqında 2006- 2012-ci illərə aid məlumatlar (iddiaçının fərdi şəxsi hesabının vəziyyəti haqqında bildiriş) mövcud deyildir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçının əmək haqqından məcburi dövlət sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı məlumatlar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-53/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-347/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-347/2020
09.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver