Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-347/2023 26.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsasında verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın X6 aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2-1(116)-926/2023 nömrəli qərarından iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X10 və İddiaçı8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X10, İddiaçı8 cavabdeh yanında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək "Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində X2nun və X11, o cümlədən İddiaçı7 adına, bundan sonra isə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)- 294/2020 nömrəli qətnaməsi əsas götürülməklə X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüquqları ilə bağlı qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair çıxarışların ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlarda düzəliş edərək, qeyd olunan torpaq sahəsi üzərində onların da hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair qərar qəbul edilməsini xahiş etmişlər.
2. Daha sonra İddiaçı1 2-1(116)-926/2023 nömrəli inzibati iş üzrə tələbini dəqiqləşdirərək “Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsasında verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın X6 aid hissədə ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərarddadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
3. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən, ümumibirgə mülkiyyətlərinə Zaqatala rayonu Yuxarı Tala kəndində 2,7016 ha kənd təsərrüfatı və 0,32 ha həyətyanı torpaq sahəsi verilmişdir.
4. Onların Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 2,7016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Lakin, 0,32 ha həyətyanı torpaq sahəsi üzərində yalnız mərhumlar X12 və X13, o cümlədən X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.
5. X2 və X8 miras qalmış Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 vərəsəlik hüququ müəyyən edilmişdir.
6. Zaqatala Rayon Məhkəməsinin 6 iyul 2020-ci il tarixli, e-2(033)-294/2020 iş nömrəli qətnaməsinə əsasən, Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr və dövlət reyestrindən çıxarışlar ləğv edilmişdir. Həmçinin, qeyd olunan məhkəmə qərarı ilə həmin əmlaklar üzərində X4 da qanun üzrə vərəsəlik hüququ müəyyən edilmişdir.
7. Lakin, buna baxmayaraq iddiaçıda olan məlumata əsasən, qeyd olunan məhkəmə qətnaməsi əsas götürülərək iş üzrə cavabdeh inzibati orqan, X2 və X8 miras qalmış Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində yanlız X4 hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.
8. Zaqatala Rayon Məhkəməsinin 6 iyul 2020-ci il tarixli, e-2(033)- 294/2020 iş nömrəli qətnaməsinə əsasən qardaşı X4 mübahisə predmeti olan torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ müəyyən edilsə də, orada ona çatacaq pay qeyd edilməmişdir. Belə ki, X1 Rayon Məhkəməsinin 6 iyul 2020-ci il tarixli, e-2(033)-294/2020 iş nömrəli qətnaməsinə əsasən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusuna müraciət etməli və bundan sonra o, qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etməli idi. Yalnız bundan sonra X4 X2 və X9 miras qalmış Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyana torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı mümkün idi.
9. Göründüyü kimi, iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Zaqatala Rayon Məhkəməsinin 6 iyul 2020-ci il tarixli, e-2(033)- 294/2020 iş nömrəli qətnaməsinə əsasən X2 və X8 miras qalmış Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində tam pay hüququ ilə X4 hüquqlarını dövlət qeydiyyatına alması qanunsuz və əsassız olmuşdur.
10. Buna görə də hazırkı tələblə bağlı cavabdeh orqana müraciət edilmiş, lakin müraciət təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 13 mart 2023-cü il tarixli 2- 1(116)-926/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
13. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X10 və İddiaçı8 həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
14. İddiaçılar apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2-1(116)-926/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
TƏRƏFLƏRİN İZAHATLARİ
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı1 və sonuncu iclasda iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2-1(116)-926/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər.
17. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
18. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Tala kəndində yerləşən 0,32 ha torpaq sahəsinin İddiaçı1 və İddiaçı7 paylı mülkiyyətində olması ilə bağlı qeydiyyat aparılmışdır. - xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Tala kəndində yerləşən 0,32 ha torpaq sahəsi İddiaçı1, X12, X17 və İddiaçı7 paylı mülkiyyətində olması ilə bağlı qeydiyyat aparılmışdır. - Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsindən görünür ki, Zaqatala rayon AİK 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə verilmiş JN 915B, kod 40216018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş 0.32 ha torpaq sahəsinin mərhumlar X12 və X15 məxsus hissəsi üzərində X4 qanun üzrə vərəsəlik huququ müəyyən edilmiş, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən mərhumlar X12 və X15 məxsus miras əmlaka dair üçüncü şəxs İddiaçı1 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 19 dekabr 2013-cü il tarixli 2V-543 və 2V-544 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, həmçinin İddiaçı7 və İddiaçı1 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 24 iyul 2019-cu il tarixli 2V-855 və 2V-856 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. Şəhadətnamələr əsasında X3, X11, İddiaçı7 və İddiaçı1 adına 27 avqust 2018- ci il tarixdə verilmiş Seriya RX ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və İddiaçı7 və İddiaçı1 adına 26 iyul 2019-cu il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)- 1852/2020 nömrəli qətanməsindən görünür ki, üçüncü şəxslər İddiaçı1 və İddiaçı7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-294/2020 nömrəli qətanməsi dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Tala kəndində yerləşən 0,32 ha torpaq sahəsinin X14 (2/3 hissə) və İddiaçı7 (1/3 hissə) paylı mülkiyyətində olması ilə bağlı qeydiyyat aparılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. İddiaçıların apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iş materiallarından göründüyü kimi ərizəçinin mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e- 2(033)-294/2020 nömrəli qətnaməsi əsasında verilmiş, sözügedən qətnamə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-1852/2020 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır (kassasiya qaydasında mübahisələndirilməmişdir). İddiaçıların hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi maraqları Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsasında verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın X6 aid hissədə ləğv edilməsinə nail olmaqdır. İddiaçı Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində tam pay hüququ ilə X4 hüquqlarını dövlət qeydiyyatına alındığını bildirsə də, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, mübahisələndirilən çıxarışda Zaqatala rayonu Tala kəndində yerləşən 0,32 ha torpaq sahəsində X4 2/3 hissə və İddiaçı7 1/3 hissə paylı mülkiyyət hüquqları Dövlət qeydiyyatına alınmışdır.
28. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X1 Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, e-2(033)-294/2020 iş nömrəli qətnaməsinə əsasən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusuna müraciət etməli və bundan sonra o qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etməli idi. Yalnız bundan sonra X4 X2 və X9 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyana torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı mümkün idi.
29. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.
30. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin 6 iyul 2020-ci il tarixli, e-2(033)-294/2020 iş nömrəli qətnaməsinin əsaslandırıcı hissəsində Zaqatala rayon AİKnın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə X12, X17 və X5 ümumi birgə mülkiyyətinə verilmiş 0.32 ha torpaq sahəsinə münasibətdə qeyd edilmişdir ki, X12 və X17 vəfat etdikdən sonra indiyədək həmin torpaq sahəsindən X14 istifadə etməklə miras qalmış bütün əmlakları faktiki olaraq miras kimi qəbul etmişdir. Məhz həmin qanuni qüvvəyə minmiş qətnamə əsasında cavabdeh orqan hazırda mübahisələndirilən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı tərtib etmişdir. X4 adının çıxarışda qeyd edilməsinə və onun paylı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas Zaqatala Rayon Məhkəməsinin 6 iyul 2020-ci il tarixli, e-2(033)-294/2020 iş nömrəli qətnaməsi olduğundan cavabdeh orqan haqlı olaraq iddiaçıların müraciətinin təmin edilməsindən imtina etmişdir.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıların müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçıların öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
32. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsasında verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın X6 aid hissədə ləğv edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçıların apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X10 və İddiaçı8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2-1(116)-926/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.