Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-347/2025 07.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X6 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında, hərbi biletində və arxiv arayışında qeyd olunan işlədiyi 28 il müddətini sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-834/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əmək kitabçasında, hərbi biletində və arxiv arayışında qeyd olunan işlədiyi 28 il müddətini sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - o, xx.xx.1957-ci il tarixdə doğulmuşdur. X3 Qanuna əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.
3. Cavabdeh orqana müraciət edərək əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tələb olunan 25 il sığorta stajının bitməməsi səbəbi ilə 28 İyun 2024-cü il tarixdə imtina məktubu göndərmişdir.
4. İmtina məktubunu aldığı vaxtdan 30 gün keçməmişdir. Cavabdeh orqan onun sığorta stajını düzgün və qaydalara uygun hesablamamışdır və onun verdiyi imtina qanunsuz və əsassızdır.
5. Belə ki, cavabdehin etiraf etdiyi sığorta stajı 23 il 1 ay 4 gündür. Lakin əmək kitabaçasına və digər sənədlərə əsasən onun ümumi stajı 30 ildən çox təşkil edir.
6. Bundan başqa cavabdeh ona ünvanladığı imtina məktubunda qeyd etmişdir ki, ümumi sığorta stajı 25 ildən az olduğu üçün əmək pensiyası təyin edilmir. O, 1972-2000-ci illərdə kolxozda işləmiş, 1976-1977-ci illərdə hərbi xidmətdə olmuşdur. Bu illər cəmi 30 il təşkil edir. Əgər cavabdeh kolxozda işlədiyi illəri adam günü və ya əmək günü hesabı ilə hesablayırsa, düzgün hesablamır.
7. Belə ki, AR Nazirlər Kabinetinin 21 noyabr 2023-cü il tarixli 424 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi,hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasında dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən 4.1.1 -ci yarımbəndin 5-ci abzasında '‘(kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)” sözləri “(kolxozçunun əmək kitabçası)” sözləri ilə əvəz edilsin.
8. Yəni, 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1.2006-cı il yanvarın 1 -dək olan dövr üzrə:
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən; Bütün işlədiyi illəri hesablasaq : 1) Kolxoz 1972-2000 illər = 28 il 2) Hərbi xidmət 1976-1977 illər = 2 il. Deməli onun cəmi 28 il qanuni sığorta stajı vardır. Bu da ona əmək pensiyası təyin edilməsi üçün qanuni əsasdır.
9. İmtina əsassızdır. Belə ki, oturuşmuş məhkəmə təcrübəsi ilə müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan imtina ilə onun pensiya hüququ pozula bilməz
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş Pensiya təyinatı üçün əmək stajının təsdiq edilinəsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
11. Göründüyü kimi, onun əmək stajını təsdiq edən əmək kitabçası vardır.
12. X3 Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinində göstərilən tələblərə əməl olunub, yəni pensiya yaşına çatmışdır və azı 25 il sığorta stajı vardır.
13. Beləliklə müəyyən olunur ki, onun 25 il dən artıq sığorta stajı vardır. Deməli cavabdeh qanunsuz olaraq onun pensiyasını vermir, buna görə də məhkəməyə müraciət etməli olmuşdur.
14. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı ŞəkiZaqatala regional regional filialına yaşa görə əmək pensiyasının təyin ediiməsi ilə bağlı müraciət etmişdir.
15. Ərizəçinin müraciətinə Mərkəzi Filial tərəfindən baxılaraq xx.xx.2024-cü il tarixli 3- 17 1/2-M-134510/2024 nömrəli məktubla cavablanlandırılmışdır.
16. Sözügedən məktuba əsasən iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən ümumi sığorta stajının (05.11 1975-ci il tarixdən 09.1 1.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 23 il 1 ay 4 gün təşkil etdiyi bildirilmişdir.
17. Həmçinin bildirir ki, 01.01 2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.
18. Məlumat üçün bildirilmişdir ki, iddiaçının təqdim etdiyi kolxozçunun əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsas şübhələr olan 1973-2000-ci illər üzrə "Sovet Dağıstanı" kolxozunda əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır.
19. Fondun 3 saylı Şəki-Zaqatala regional filialının Zaqatala rayon dövlət Arxivi ilə xx.xx.2024-cü il tarixdə birgə tərtib etdiyi akta əsasən xx.xx.1973-cü il tarixdən 01.01,2000ci il tarixədək adına əməkhaqqı hesablanan 21 il 2 ay sığorta stajına daxil edilmişdir.
20. Qeyd olunanları nəzərə alaraq, İddiaçı sığorta stajının qanunla tələb olunan müddətdən (25 il) az olduğundan ona qanunvericiliyin tələbləri baxımından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir.
21. Maddi hüquq normalarından və məhkəmə təcrübəsindən məlum olduğu kimi İddiaçı 1981-1989, 1991, 1994, 1996-1999-cu illərdə minimum əmək iştirakı norması tam yerinə yetirmiş, qalan dövrlər isə minimum əmək iştirakı normasını tam yerinə yetirməmişdir.
22. Göstərilənlərə əsasən iddiaçı sosial sığorta stajına malik olmadığından, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
23. Beləliklə İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur.
24. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
25. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
26. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 14 yanvar 2025-ci il tarixli 2- 1(116)-834/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
27. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
28. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərarı rəsmi qaydada almamışdır, ona görə də şikayət vermə müddətini ötürmüşdür. İddiaçı məhkəmənin qərari ilə razı deyildir. Belə ki, məhkəmə iş üzrə kifayət qədər araşdırma aparmamış, məhkəmə öz qərarını əsaslandırarkən heç bir qanuna istinad etməmiş, yalnız öz mülahizələrindən istifadə edərək qərarı əsaslandırmaq istəmişdir. Belə ki, məhkəmə qərarının əsaslandırma hissəsindən görünür ki, məhkəmə Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli qərarı ilə əmək pensiyalarının təyin edilməsi qaydasına edilmiş dəyişikliyin 4.1.1-ci yarım bəndinin 5-ci abzasında qeyd olunan kolxozçunun əmək kitabçası sözləri nəzərə alınmalıdır dəyişikliyini öz fikri ilə əsaslandırmağa çalışmışdır. Məhkəmə qanunda olan bu dəyişikliyi öz mülahizəsinə əsasən izah etmişdir. Məhkəmənin fikrincə həmin dəyişiklik kolxozçunun əmək kitabçasının sosial sığorta stajı ilə bağlı müəyyən edilmiş əmək iştirakı minimumunu yerinə yetirməsi barədə qeydi olmadığı halda zəruri sənəd kimi qəbul edilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə mənim kolxozda işlədiyim günlərin sayı məlumdur. Məhkəmənin fikrincə şəxsin kolxozda işlədiyi günlər məlum olmadığı halda, lakin əmək kitabçası olduğu halda əmək kitabçasındakı qeydə əsasən şəxs bütöv il boyu kolxozda işlədiyi kimi qəbul olunur, lakin şəxsin kolxozda işlədiyi əmək günlərinin sayı məlum olduğu halda kolxozçunun əmək kitabçası deyil, əmək günlərinin sayına uyğun stajın müddəti müəyyən olunur. Məhkəmənin fikrincə burada şəxslər arasında ayrı seçkilik yaradılır. Əmək günlərinin sayı məlum olan şəxslərə qanunda olan yeni dəyişiklik şamil edilmir, kolxozda işlədiyi əmək günlərinin sayı məlum olmayan şəxslərə isə qanunda olan yeni dəyişiklik şamil edilir. Beləliklə, məhkəmə tərəfindən yürüdülmüş bu fikir şəxslər arasında qanuna edilmiş yeni dəyişikliyin fərqli olaraq tətbiq edilməsinə xidmət göstərir. Bu da bərabərlik prinsipinin pozulması ilə nəticələnir. Bundan başqa iddiaçı məhkəmənin nəzərinə çatdırmışdır ki, məhkəmə onun əmək stajımı hesablayarkən səhvə yol vermişdir. Belə ki, məhkəmənin hesabına əsasən onun cəmi 24 il 8 ay 14 gün stajı var. Azərbaycan Respubilkası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 424 saylı qərarı ilə 175 nömrəli qərarına edilmiş dəyişiklik qüvvəyə mindikdən sonra, yəni həmin qaydaların 4.1.1-ci yarım bəndinin 5-ci abzasında müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərti ilə özləri kolxozçunun əmək kitabçası sözləri ilə əvəz edildiyi tarixdən yarım bəndin əvvəlki redaksiyasında yazılmış sözlər qüvvədən düşmüş hesab olunur və həmin sözlərin bu günkü gündə hər hansı bir hüquqi nəticəsi mövcud deyildir. Qüvvədə olmayan sözlərin əsas qanun kimi hesab edilməsi özü qanunsuz bir hərəkət hesab olunur. Hesab edir ki, şikayətində göstərdiyi faktlar apellyasiya məhkəməsi tərəfindən müzakirə olunaraq düzgün hüquqi qiymət veriləcək, eyni zamanda yaranmış hüquqi mövqedə olan fərqin aradan qaldırılması üçün Konstitusiya Məhkəməsinə sorğu belə göndərilə bilər. Odur ki, iddia həm qanuni, həm də mahiyyət etibari ilə əsaslı olduğu üçün təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsində qeyd olunur ki, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə proses iştirakçılarının izahatları ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.Lakin məhkəmə qeyd olunan prosessual hüquq normasını pozmuşdur. Buradan görünür ki, məhkəmə iddiaçının ərizəsi üzrə işi kifayət qədər araşdırmamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Qeyd olunanlara və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81-87-ci maddələrinə əsasən Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-834/2025 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
29. Cavabdeh orqan apellyasiya şikayətinə etirazın dəlillərini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. 2-1(107)-347/2025 nömrəli iş üzrə “əmək kitabçasında, hərbi biletində və arxiv arayışında qeyd olunan işlədiyi 28 il müddətini sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi və Şəki İnzibati Məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
30. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam olaraq hərtərəfli şəkildə araşdırıldığını və əsaslı olaraq iddia tələbinin təmin edilməməsi barədə qanunamüfaviq qərar qəbul edildiyini bildirdi.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-834/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
32. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir.
33. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, 140/215 nömrəli Kolxozçunun Əmək kitabçası, Zaqatala Rayon Dövlət Arxivinin 195,3 nömrəli Arayışı, H3 ******* nömrəli hərbi bilet, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi, 0.04.2024-cü il tarixli xidməti məktub və ona əlavə edilmiş yoxlama aktı, Zaqatala Rayon Dövlət Arxivinin məktubu və ona əlavə edilmiş şəxsi hesab kitablarından çıxarışlar, 2759 nömrəli Attestat .
TƏTBİQ EDİLƏN HÜQUQ
34. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir.
35. Əmək Məcəlləsinin: 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.
36. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
37. “X3” Qanun: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaoiunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22-1.1. Əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1- dək sığorta stajı 25 il hesablanır.
38. Azərbaycan Respublikasının analoji iş üzrə xx.xx.2024-cü il tarixli 2-1(102)- 1616/2024 nömrəli qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin hərtərəfli araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı Yevlax rayonu, Varvar kənd S.Vurğun adına kolxozda 1978-1986 və 1988-1996-cı illərdə minimum adam günü normasını (180 gün) yerinə yetirmişdir və həmin müddət 18 ilə bərabərdir. 1975-1977-ci illərdə isə tam adam günü normasını yerinə yetirmədiyindən həmin müddət faktiki işlənmiş günlər nəzərə alınmaqla hesablanır (110+125+155=390/180=2.17. Yəni, 2 il 15 gün). Hər iki müddəti topladıqda iddiaçının kolxozda işlədiyi müddət 20 il 15 günə bərabər olur. Həmin müddətin üzərinə iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.2006- cı ilədək (4 ii 7 ay 25 gün) iş stajı və 2006-2019-cu illər ərzində məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirildiyi müddət üzrə iş stajı - (10 il 1 ay) toplandıqda 34 il 9 ay, 10 gün əmək stajı yaranır ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajından çoxdur. Həmçinin Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)- 1616/2024 nömrəli qərarına əsasən iddiaçının işlədiyi Komsomol” kolxozunda minimum əmək iştirakı norması 240 gün olmuşdur. İddiaçı 1978-1996, 1976-cı illərdə minimum əmək iştirakı normasını tam yerinə yetirdiyindən həmin illər ona tam əmək stajı kimi hesablanmalıdır, iddiaçı 1972- ci və 1973-cü illərdə isə minimum əmək iştirakı normasını tam yerinə yetirməmişdir (1972- ci ildə 24 gün. 1973-cü ildə 90 gün). Ona görə də həmin illər ona tam əmək stajı (24 ay) kimi deyil 1972-ci il (24*365):250=37 gün (01 ay 7 gün); 1973-cü il (90*365):240=137 gün (04 ay 17 gün) 5 ay 24 gün hesablanmalıdır, iddiaçının Ağsu rayon “Komsomol” kolxozunda iş stajı 19 il 5 ay 24 gün təşkil edir.
39. "X3” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2. 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından "X3” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sıqortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyqun deyildir.
40. “X3” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
41. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.
43. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş X3 Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
44. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
45. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilməmişdir. Belə ki, apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı əslində ona təqdim olunmamışdır. Əlavə olaraq göstərdi ki, o, yaşlı adamdır. Hazırki, vəziyyətdə Elektron Məhkəmə İnformasiya Sistemindən istifadə edə bilmir. İş materiallarında olan məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya X4 Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-834/2025 nömrəli qərarının onun elektron kabinetinə yerləşdirilməsi barədə çıxarışa münasibət bildirərək göstərdi ki, iş üzrə ona məxsus şəxsi elektron kabineti Əhməd adında şəxs yaratmışdır. Odur ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin qərarının iddiaçıya təqdim olunmasını göstərən şəxsi elektron kabinet Əhməd adlı şəxsin e-maili vasitəsi ilə yaradıldığından sözügedən qərarın iddiaçı tərəfindən qəbul olunması kimi sübut olunmur. Odur ki, məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət üzrlü hesab edilərək, apellyasiya şikayəti mümkün sayılmışdır.
46. İddiaçının apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-834/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
47. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
48. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
49. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
51. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
52. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “X3” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2022-cü il tarixdə yaranır (iddiaçı xx.xx.1957-cu ildə doğulub).
53. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə (2 il, 4 gün) hərbi xidmətdə olmuş, 1972-1999-cu illərdə kolxozda işləmişdir. Həmçinin xx.xx.1978xx.xx.1979-cu illərdə (10 ay, 19 gün) texniki peşə təhsili almışdır. İddiaçının texniki peşə təhsili aldığı müddət onun kolxozda işlədiyi müddətlə üst-üstə düşsə də, iddiaçının 1978- 1979-cu illər üzrə minimum adam günü normasını yerinə yetirmədiyindən həmin illər tam staj olaraq yox, faktiki yerinə yetirilmiş adam günlərinə münasibətdə hesablanmışdır. Buna görə də texniki peşə təhsili müddətinin üst-üstə düşməsi nəzərə alınmamışdır.
54. İddiaçının kolxozda işlədiyi müddət üzrə 15 il ərzində minimum adam günü normasını tam yerinə yetirmişdir. Minimum adam günü normasının yerinə yetirilmədiyi müddət isə 6 il 9 ay 25 gün olmaqla, bütövlükdə iddiaçının kolxozda işlədiyi müddətin cəmi 21 il 9 ay 29 günə barabərdir. Həmin müddətin üzərində iddiaçının hərbi xidmətdə olduğu 2 il 4 gün və texniki peşə təhsili aldığı 10 ay 19 gün toplandıqda ümumi sosial sığorta stajı 24 il 8 ay 14 günə bərabər olur ki, bu da tələb olunan 25 il sosial sığorta stajından azdır.
55. İddiaçı hesab edir ki, AR Nazirlər Kabinetinin 21 noyabr 2023-cü il tarixli 424 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi,hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasında dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən 4.1.1 -ci yarımbəndin 5-ci abzasında '‘(kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)” sözləri “(kolxozçunun əmək kitabçası)” sözləri ilə əvəz edildiyindən onun kolxozda işlədiyi müddət minimum adam günü norması nəzərə alınmadan hesablanmalıdır (28 il).
56. İstinad olunan dəyişikliyin məzmunundan göründüyü kimi 2006-cı il yanvarın 1dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ilə bağlı kolxozçunun əmək kitabçasını müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olmadığı halda da, zəruri sənəd kimi qəbul edilməsini nəzərdə tutmuşdur.
57. Məhkəmə kollegiyası, iddiaçının dəlilinə hüquqi qiymət verməzdən əvvəl sözügedən dəyişiklik hansı praktiki məqsədlərə xidmət etməsinin aydınlaşdırılmasını zəruri hesab edir.
58. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramının 6-cı bəndində X2 “Sosial təminatın minimum normaları haqqında” 102 saylı Konvensiyasının ratifikasiya edilməsi imkanlarının araşdırılması nəzərdə tutulmuşdur.
59. X2 “Sosial Təminatın Minimum Standartları Haqqında” 102 saylı Konvensiyasının 1-ci maddəsində «Staj» termininə aşağıdakı kimi anlayış verilmişdir: - "Staj» termini ya sosial sığorta haqqının ödənilməsi dövrünü, ya əmək müqaviləsi ilə işləmə dövrünü, ya da müəyyən bir müddət ərzində yaşayış dövrünü və həmçinin bu dövrlərin hər hansı bir kombinasiyasını ifadə edir.
60. Əmək hüququnun və sosial təminat sisteminin əsas prinsiplərindən biri işçilərin öz iştiraklarına (paylarına) uyğun olaraq pensiya hüququ qazanması prinsipidir. Bu prinsipə görə sosial təminat sistemində şəxsin pensiya hüququ qazanması üçün müəyyən bir müddət əmək fəaliyyəti ilə məşğul olmalı və müvafiq ödəmələri (sığorta haqları) həyata keçirməlidir. Yəni, şəxsin pensiya hüququ qazanması üçün nəzərdə tutulan müddət, onun uzunmüddətli əmək fəaliyyətinin nəticəsi olaraq meydana gəlməlidir.
61. Belə ki, iddiaçının istinad etdiyi dəyişiklik əmək iştirakının ümumiyyətlə sübut edilə bilmədiyi halların şəxsin ziyanına şərh edilməməsini nəzərdə tutur. Lakin bu, işlənmiş günlərin bəlli olduğu və minimum normanın aşkar şəkildə yerinə yetirilmədiyi hallarda tətbiq edilmir. Yəni, dəyişiklik əmək iştirakının yoxlanılması tələbini aradan qaldırmamış, sadəcə sübutetmə yükünü dəyişmişdir. Sosial sığorta sisteminin mahiyyətinə zidd olan əks yanaşma (əmək iştirakı nəzərə alınmadan natamam illərin tam staj kimi nəzərə alınması) maliyyə sabitliyi pozulmasına və dəyişiklikdən sui-istifadə edilməsinə səbəb ola bilər
62. Sözügedən dəyişikliyə istinad etməklə stajının hesablanmasını tələb etmək hüququ olan subyektlər - əmək kitabçası olan, amma onun üzərində əmək minimumunun yerinə yetirilməsinə dair qeyd olmayan və arxiv sənədlərinin mövcud olmaması səbəbindən bunun sübut edilməsi mümkün olmayan şəxslərdir. Dəyişikliyin praktiki məqsədi məhz həmin kateqoriyadan olan şəxslərin stajdan məhrum edilməsinin qarşısını almaq və onları təminat altına almaqdır.
63. Məhkəmə təcrübəsindən məlumdur ki, bir sıra hallarda kolxozçunun əmək kitabçası olduğu halda həmin əmək kitabçasında əmək iştirakı minimumu ilə bağlı qeydlər, o cümlədən sözügedən kolxozun arxiv sənədləri mövcud olmur. Odur ki, əmək kitabçasında əmək minimumunun yerinə yetirilməsi barədə qeyd yoxdursa və bunun sübut edilməsi mümkün deyilsə, o zaman şəxsin sosial sığorta stajı həmin əmək kitabçası ilə hesablanmalıdır. Lakin, əmək iştirakının natamam yerinə yetirilməsinin aşkar müəyyən edildiyi hallarda bu dəyişiklik minimum adam günü normasının yerinə yetirilmədiyi dövrlərin tam staj kimi hesablanmasını nəzərdə tutmur.
64. Hazırkı işdə iddiaçının 1972, 1974-1975, 1978-1980, 1990, 1992-1993 və 1995-ci illərdə əmək minimumunu natamam yerinə yetirməsi aşkar görünür. Həmin ilin bütövlükdə staj olaraq nəzərə alınması əmək iştirakı minumumunu tam yerinə yetirən şəxslərə münasibətdə ədalət və bərabərlik prinsiplərinin birbaşa pozulmasına səbəb olacaqdır. Buna görə də, məhkəmə minimum adam günü normasını tam yerinə yetirmiş şəxslərlə iddiaçı arasında fərq qoyulmadan bütövlükdə natamam işlənmiş illərin tam il kimi qəbul edilməsini ədalətli hesab etmir.
65. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
66. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında, hərbi biletində və arxiv arayışında qeyd olunan işlədiyi 28 il müddətini sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
67. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-834/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.