Məhkəmə qərarları › İş №2-1(107)-348/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-348/2020

21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-348/2020 21.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- N(NN6)-748/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.N993-cu il tarixdə keçmiş Balakən rayon Hərbi Komissarlığı tərəfindən Pereküşkül poliqonuna təlim keçməyə göndərilmişdir. Təlimdən sonra onları N saylı hərbi hissəyə göndərmişlər və noyabr ayı N993-cü il tarixdən xx.xx.N994-cü ilə qədər Füzuli istiqamətində gedən döyüşlərdə (Goradiz, Şükürbəyli kəndləri) iştirak etmişdir. xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü ilə qədər N saylı hərbi hissənin tərkibində Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Həmin dövrdə ayaqlarını don vurduğu üçün komandirdən icazə alaraq müalicəyə getmişdir. Aprel ayı N994-cü ildə hərbi hissəyə qayıtmışdır. Ona bildirmişlər ki, hərbi hissə dağılıb. Ondan sonra o, Balakən rayon hərbi komissarlığına müraciət etmiş və onlar onu N saylı hərbi hissəyə xidmət etməyə göndərmişlər. xx.xx.N997-ci il tarixdən hərbi qulluqdan tərxis olmuşdur. 2000-ci il tarixdən o, dəfələrlə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə və onun nəznində olan “Veteranlar adı və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya müraciət etmişdir. Oradan cavab gəlmişdir ki, hərbi hissəni öz başına tərk etdiyi üçün ona müharibə veteran adı və vəsiqə verilməsi məqsədəuyğun deyil. Cavabdehin etirazının dəlilləri: İş materiallarında olan İddiaçı H3 serialı ******* №-li hərbi biletində (kserosurət) xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək N saylı hərbi hissədə, xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilədək N saylı hərbi hissədə və xx.xx.N994cü ildən xx.xx.N997-ci ilədək N saylı hərbi hissədə xidmət etməsi qeyd edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.20N5-ci il tarixli 22Nnömrəli məktubunda İddiaçı xx.xx.N994-cü ildən hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçı tərəfindən xidmət keçdiyi dövrlərdə yaralanma, travma, kontuziya almasına dair müvafiq arayışlar və ya əmrlərdən çıxarışlar təqdim etməmişdir. Bununla bağlı hərbi biletində hər hansı rəsmi qeydlər müəyyən edilmir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi Balakən rayon Poliklinikasının xx.xx.20N5-ci il tarixli N535 nömrəli “Ambulator xəstənin tibbi kartası”nın kserosurətindən görünür ki, qeyd edilən tibbi karta iddiaçının müraciətilə aparılmış müayinələr haqqında və şəxsin özünün deməsinə istinad edilməklə məlumatlar qeyd edilmişdir. Əlavə olaraq Balakən rayon Mərkəzi Xəstəxanasının xx.xx.20N9-cu il tarixli 973 nömrəli tibbi arayışında (kserosurət) İddiaçı N994-cü il mart - aprel ayında “hər iki aşağı ətrafın obliterasiyaedici endoartriti” diaqnozu ilə ambulator müalicədə olduğu qeyd edilmişdir. Tibbi arayış Balakən rayon Poliklinikasının N535 nömrəli “Ambulator xəstənin tibbi kartası”na istinad edilməklə verilmişdir. Sözügedən diaqnozlu xəstəliyi iddiaçının hərbi xidmət keçməsi dövründə alması ilə bağlı arxiv məlumatlar müəyyən edilmir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı N994-cü ildə N saylı hərbi hissəni döyüş əməliyyatları zamanı özbaşına tərk etdiyi üçün ona “Müharibə veteran” adının və vəsiqəsinin verilməsi barədə müsbət qərar qəbul edilməmişdir. Bu barədə iddiaçıya xx.xx.20N5-ci il tarixli N/B-5N27 nömrəli məktub göndərilmişdir. Birinci İnstansiya məhkəməsinin iclasında iddiaçı tələbini müdafiə edib təmin edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2- N(NN6)-748/2020 nömrəli qərarıilə iddiaçi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-N(NN6)-748/2020 nömrəli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan qərarı ləğv edilməli, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi müvafiq qərarı qəbul edərkən ona istinad etmişdir ki, o xidmət etdiyi hərbi hissəni özbaşına tərk etmişdir. Lakin Qərarda göstərilir ki, «...Balakərı rayon Mərkəzi Xəstəxanasının xx.xx.20N9-cu il tarixli 973 nömrəli tibbi arayışında (kserosurət) İddiaçı N994-cü il mart-aprel ayında «hər iki aşağı ətrafın obliterasiyaedici endoartriti» diaqnozu ilə ambulator müalicədə olduğu qeyd edilmişdir. Tibbi arayış Balakən rayon Poliklinikasının N535 nömrəli «Ambulator xəstənin tibbi kartası»na istinad edilməklə verilmişdir. Sözügedən diaqnozla xəstəliyi iddiaçının hərbi xidmət keçməsi dövründə alması ilə bağlı arxiv məlumatlar müəyyən edilmir...» Bununla bağlı bildirmək istəyirə ki, hər hansı təşkilatın, ona daxil olmuş məlumatları arxivləşdirməməsi onun günahı deyildir. Bundan başqa, o, müalicə olunduqdan sonra, daha dəqiq desək, N həftədən sonra hərbi hissəyə qayıtmış, lakin həmin vaxt qulluq etdiyi hərbi hissə dağıldığı üçün o, yenidən Balakən RHK-ya qayıtmış, oradan yenidən Milli Ordunun digər döyüşən hərbi hissəsinə həqiqi hərbi xidmətə göndərilmişdir. Əgər o, hərbi xidmət yerini özbaşına tərk edib fərarilik etsəydi, müharibənin ən qızğın çağında yenidən Milli Ordu sıralarına qayıtmazdı. Hərbi hissənin dağılması da onun gü-nahı üzündən baş verməmişdir. Əgər həmin vaxt onun barəsində təqsirləndirici material var idisə, onda nəyə görə o uzun illər, yəni cəbhəyə qayıtdıqdan sonra daha 03 il müddətində ön cəbhədə hərbi xidmət etmiş, lakin fərariliyə görə cə-zalandırılmamışdır? İşin materiallarında olan sənədlərdən də görünür ki, o, fərari-lik etməmiş, barəsində hərbi cinayət törətdiyinə görə cinayət işi qaldırılmamış və amtinistiya tətbiq edilməklə xitam verilməmişdir. O, qüsursuz hərbi xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən bir çox döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, düşmənə qarşı döyüşmüş, hər hansı hərbi cinayət törətməmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, müvafiq qərar qəbul edərkən bu hallara heç bir qiymət verməmiş, nəticədə yanlış qənaətə gəlmişdir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı işə baxılmasında yol ve-rilmiş, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəti-cələrinin işin hallarına uyğun gəlmədiyindən ləğv edilməlidir. Belə ki. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qərarının apellyasiya qaydasın-da ləğv edilməsi üçün əsasdır. Ona görə də hesab edir ki, cavabdehin imtinası əsassızdır, iddia təmin edilməli, məhkəmə, cavabdehin imtinasının əsassız hesab edilməsi, ona «Mühari-bə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarmalıdır. Qeyd edilənlərin nəzərə alınaraq Şəki İnzibati Məhkəməsinin 2- N(NN6)-748/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun çıxış edərək apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-N(NN6)-748/2020 nömrəli qərarının ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlara AZE seriyalı 0******* nömrəli ş/v-nin təsdiqlənmiş surəti,Balakən Rayon Xəstəxanasının xx.xx.20N9-cu il tarixli 973 nömrəli Tibbi Arayışı, MN Şəxsi Heyət Baş İdarəsininxx.xx.20N5-ci il tarixli N/B-5N27 nömrəli imtina məktubu,SHXÇDX-nin xx.xx.20N5-ci il tarixli 22N nömrəli məktubu,H3 seriyalı ******* nömrəli hərbi biletin surəti, xx.xx.20N5-ci il tarixli N535 nömrəli xəstənin tibbi kartası, Azərbaycan Respublikası Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli N89-6N60-N220 nömrəli məktubu və ona əlavə olunmuş tələbnamə, SHXÇDX-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 330 nömrəli məktubu, MN Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli 26/2-5050 nömrəli, xx.xx.2002-ci il tarixli 26/2-N066 nömrəli, xx.xx.2009-cu il tarixli N0/7624 nömrəli məktubları, N72 nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N nömrəli və xx.xx.N994-cü il tarixli 54 nömrəli əmrləri, N nömrəli hərbi hissə komandirinin xx.xx.N994cü il tarixli 327 nömrəli və xx.xx.N997-ci il tarixli əmri, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli N6/969 nömrəli məktubu, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020ci il tarixli N7/NN22 nömrəli məktubu, AR MN-nin xx.xx.2020- ci il tarixli NN/N660 nömrəli etirazı aiddir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.N-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.N-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in N.N, 2.N, 2.2.3 və 34.N-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.N-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın Ndən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 20N8-ci il tarixli 422 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N997-ci il 20 may tarixli 53 nömrəli qərarı; N998, № 5, maddə 35N; N999, № 9, maddə 558; 200N, № 2, maddə NN6; 2002, № N0, maddə 635; 2003, № 6, maddə 342; 2004, № N0, maddə 87N; 2006, № 7, maddə 64N, №NN, maddə 993; 2007, № 5, maddə 544; 2008, № 6, maddə 584; 20N0, № N2, maddə NNN6; 20N5, № 5, maddə 668; 20N6, № 9, maddə N585, № NN, maddə N926; 20N7, № 4, maddə 620) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözlərivə “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. İşdə olan N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N nömrəli əmrindən görünür ki, İddiaçı hərbi hissəyə qəbul edilib, şəxsi heyətin siyahısına salınmışdır. İşdə olan N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 54 nömrəli əmrindən görünür ki, İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından çıxarılmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onu qeyd etməyi zəruri hesab edir ki, işdə olan N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 54 nömrəli əmrindən görünür ki, İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 54 nömrəli əmri tələbin təmin edilməməsi üçün yetərli sübut hesab edilməlidir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından, iddiaçının belə bir mötəbər sübut kimi istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar rəsmi aktları ilə dəstəklənmədiyindən, iddia sübüta yetirilmiş sayıla bilməz. İddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələbinə görə, Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Normanın məzmunundan da göründüyü kimi müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqe ondan ibarət olmuşdur ki, hərbi qanunvericiliyin tələblərinin yerinə yetirməsini sübut etmədən hərbi qulluqçunun müəyyən dövr ərzində hərbi hissədə qalması və vəzifəsinin icrası zamanı hərbi xidmət keçməsi və hərbi qulluqçu statusu daşıdığı kimi qiymətləndirilməsi mümkün deyildir. Sadalananlardan göründüyü kimi, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi işin faktiki halları ilə təsdiqini tapsa da, işdə olan N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 54 nömrəli əmrindən görünür ki, İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından çıxarılmışdır. Həmin hallar iddiaçının tələbinin təmin edilməməsi üçün əsaslardandır. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina barədəcavabdehin hərəkəti qanunauyğun olmuşdır. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.N və 94.N-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-N(NN6)-748/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən N ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar