Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-348/2022 15.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli **********2978 saylı və **********2984 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2-1(116)-721/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin qəbul etdiyi xx.xx.2021-ci il tarixli **********2978 saylı və **********2984 saylı qərarların ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin Bakı şəhəri X10 üzrə baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********5498 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən vergi orqanının əmkdaşları tərəfindən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Orland” kafesində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxlərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilmişdir. 11 saylı Ərazi vergilər Baş İdarəsinin, iddiaçı barəsində tərtib etdiyi xx.xx.2021-ci il tarixli **********978 saylı qərarı ilə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunma vəziyyətini pozduğuna görə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 1000 manat, həmin tarixli **********2984 saylı qərarı ilə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 4000 manat olmaqla maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hesab edir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı tərtib edilmiş aktlar və həmin aktlar əsasında qəbul edilmiş qərarlar əsassız olmuşdur. Belə ki, onun obyekti bağlı olmuş, fəaliyyətə başlamaq üçün hazırlıq zamanı vergi orqanının işçiləri yoxlama keçirmək üçün obyektə daxil olmuşlar. Vergi orqanının əməkdaşları özləri də etiraf etmişlər ki, obyektə bir neçə dəfə gəlmişlər, lakin obyekt fəaliyyətsiz olduğundan yoxlama apara bilməyiblər. Yoxlama zamanı operativ vergi nəzarətinin həyata keçirilməsinə hüquqi əsas yaratmaqdan ötrü qərəzli aktlar tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktda NKA-dan gündəlik olaraq “Z” hesabatları çıxarılmır və saxlanılmır” sözləri yazılmışdır. Reallıqda isə kafe həmin vaxt işləmirdi və fəaliyyətə başlamaq üçün hazırlıq işləri ilə məşğul olurdu və bu səbəbdən “Z” hesabatları çıxarılmırdı. Operativ vergi nəzarətini həyata keçirən 8 nəfər vergi orqanının işçiləri kafedə olduqları 4-5 saat ərzində heç bir müştərinin olmadığının şahidi olmuşlar. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar xx.xx.2021-ci il tarixli olmasına baxmayaraq, vergi orqanının əməkdaşları vergi nəzarət tədbirini xx.xx.2021-ci il tarixdə keçirmişlər. Əgər obyekt fəaliyyət göstərib müştərilərə xidmət göstərilirdisə, hansı səbəbdən 14 gün gözləmək zəruri idi. Eyni zamanda aktda müştəri tərəfindən verilən 8 manat məbləğin nəzarət kassa aparatının yaddaşına vurulmadığı qeyd olunmuşdur. Əslində isə kafedə müştəri olmadığından vergi əməkdaşları özləri, müştəri qismində sifariş vermiş və ödəniləcək 8 manat pul məbləğini ödəmişlər. Kafe fəaliyyət göstərmədiyi üçün ödəniş olunmadığından NKA-na məbləğ vurulmamış və internet zəif olduğundan gündəlik “Z” hesabataları çıxarmaq mümkün olmamış, bu səbəbdən vergi orqanının əməkdaşları tərəfindən ödənilən 8 manat məbləği NKA-nın yaddaşına vurmaq mümkün olmamışdır. Bu vəziyyətdən istifadə edən vergi işçiləri internet əlaqəsi bərpa edildikdən sonra dünənki tarixə boş “Z” hesabatları çıxarmış, sonra həmin məbləği NKA-nın yaddaşına bərpa etmişlər. Faktiki olaraq işləməyən obyektdə 8 nəfər vergi əməkdaşının operativ vergi nəzarətinin həyata keçirməsi və 4-5 saat vaxt sərf etməsi şübhə doğurur. Belə ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən alıcıya təqdim edilməli olan çekə görə maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur. Yoxlama zamanı vergi orqanının əməkdaşları ödənilmiş pulun alınmasını təsdiq edən çekin istehlakçılara verilibverilməməsini araşdırmalı olduğu halda, aparılan yoxlamada istehlakçı özləri olmuşdur ki, bu halda maraqlar toqquşmuşdur. Yoxlama zamanı müştərilər ilə pul hesablaşmaları zamanı nəzarət kassa aparatından istifadə olunmadığı aşkar edildikdə nəzarət kassa aparatından “X” hesabatı alınsaydı obyektin fəaliyyətinin olmadığı aşkar edilərdi. Eyni zamanda X2 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb olunmuş kimi göstərilməsi həqiqətə uyğun deyildir. Belə ki, Həmin vaxt S.Ağayevanın kafedə olmasının səbəbi iş üçün müraciət etməsi olmuşdur. Operativ vergi əməkdaşları vaksin sertifikatı yoxlamaq adı altında S.Ağayevanın şəxsiyyət vəsiqəsini alıb mobil telefona qeyd edərək aşkar edilmiş qanun pozuntusu kimi yazılması əsassız və qanunsuz olmuşdur. Belə ki, S.Ağayevadan izahat alınmamış, onun hansı tarixdən və kim tərəfindən işə cəlb edilməsi və əmək haqqı məbləği müəyyən edilməmişdir. Bu hal müəyyən edilə də bilməzdi, çünki onunla S.Ağayeva arasında heç bir anlaşma mövcud olmamışdır. Odur ki, cavabdehin qəbul etdiyi xx.xx.2021-ci il tarixli **********2978 saylı və **********2984 saylı qərarların ləğv edilməsi xahiş edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın təmin edilməməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazını aşağıdakı kimi əsaslandırmışdır: uçot-baza məlumatına əsasən fiziki şəxsin xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, fəaliyyət növlərinin restoranlar tərəfindən xidmətlərin göstərilməsi (əsas fəaliyyət) yə “kafelərin fəaliyyəti” olduğu müəyyən edilmişdir. Fərdi sahibkar Nümayəndə tərəfindən icarəyə götürdüyü təsərrüfat subyektinin “ORLAND RESTORAN” adı ilə vergi orqanında xx.xx.2021-ci il tarixdə uçota alınmışdır. xx.xx.2021ci il tarixdə isə həmin təsərrüfat subyektində zavod nömrəsi VS43217S51977 olan SUNMİ V1S markalı nəzarətkassa aparatı quraşdırılmışdır. Fərdi sahibkar Nümayəndə sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********5498 nömrəli qərarı ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il də daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Həmin qərara əsasən xx.xx.2021-ci il tarixdə saat 19:01-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən 3 ədəd qutab, 1ədəd fanta, 1 ədəd kola üçün nağd qaydada ödənilmiş 8 manat müqabilində nəzarət-kassa aparatı çeki vurulmadığı və müştəriyə təqdim olunmadığı aşkar edilmiş, bu hal DVX seriyalı 009300 nömrəli aktla rəsmiləşdirilmiş, fərdi sahibkar Nümayəndə həmin aktı imzalamaqdan və nüsxəsini götürməkdən imtina etmişdir. Bundan başqa operativ vergi nəzarəti tədbiri zamanı təsərrüfat subyektində işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 4 nəfər işçinin olduğu, lakin bunlardan 2 nəfərinin - X6 və X5 əmək müqaviləsi bağlanmadan (əmək müqaviləsi qanuni qüvvəyə minmədən) xidmətlərin göstərilməsinə cəlb edildiyi müəyyən edilmiş, bu hal xx.xx.2021-ci il tarixli 005351 nömrəli aktla rəsmiləşdirilmiş, fərdi sahibkar Nümayəndə həmin aktı imzalamaqdan və nüsxəsini götürməkdən imtina etmişdir. Odur ki, həmin sənədlər vergi ödəyicisinə xx.xx.2021-ci il tarixdə elektron qaydada və poçt vasitəsilə göndərilmişdir. Fərdi sahibkar barəsində qəbul ediləcək qərar üzrə operativ vergi nəzarəti materiallarına baxılmasında iştirak etməsi üçün xx.xx.2021-ci il tarixli **********291900 və **********815600 nömrəli bildirişlər göndərilmiş və həmin bildirişlər vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə oxunmuşdur. Operativ vergi nəzarəti materiallarına baxılması üzrə fərdi sahibkar barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat maliyyə sanksiyası, Vergi Məcəlləsinin 58.7.1 ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi barərə xx.xx.2021-ci il tarixli **********2984 və **********2978 nömrəli qərarlar qəbul edilmişdir. İddiaçı, iddia ərizəsində göstərmişdir ki, operativ vergi nəzarətinin keçirildiyi vaxt obyekt bağlı olmuş, işləməmişdir. Ödənilmiş 8 manat məbləğin nəzarət-kassa aparatına vurulmamasını isə internetin zəif olması ilə əsaslandırmağa çalışmışdır. Bununla bağlı bildiririk ki, operativ vergi nəzarəti tədbiri zamanı tərtib olunmuş DVX seriyalı 009300 nömrəli aktdan da göründüyü kimi 3 ədəd qutabın və içkilərin satılması obyektin işləməməsi barədə iddiaçının arqumentinin əsassız və məsuliyyətdən yayınmaq məqsədi daşıdığını sübut edir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2015-ci il tarixli **********002400 nömrəli əmri ilə təsdiq edilmiş “istismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması” Qaydasının müvafiq maddələrinə əsasən əgər həqiqətən də hər hansı nasazlıq səbəbindən nəzarət-kassa aparatına çekin vurulması mümkün olmamışdırsa onda fərdi sahibkar tərəfindən “Nəzarət- kassa aparatına texniki xidmət kitabı”nda müvafiq qeydlər aparılmalı idi. Nəzarət-kassa aparatının gündəlik “Z” hesabatları çıxarılmadıqda nəzarət-kassa aparatı çekinin vurulması mümkün olmur. Əslində fərdi sahibkar barəsində tərtib edilmiş DVX seriyalı 009300 nömrəli aktdan da göründüyü kimi fərdi sahibkar tərəfindən gündəlik “Z” hesabatı çıxarılmamışdır. Məhz bu səbəbdən “Z” hesabatı çıxarıldıqdan sonra xx.xx.2031 -ci il tarixdə saat 19:01-də ödənilmiş 8 manat məbləğin kassa aparatına daxil edilməsi yoxlayıcılar tərəfindən xx.xx.2021 -ci il saat 19:07-də təmin edilmişdir. Göründüyü kimi internetin zəif olması səbəbindən nəzarət kassa aparatına çek vura bilməməsi barədə iddiaçının iddiası əsassızdır və həqiqətə uyğun deyildir. Daha sonra iddia ərizəsində göstərilmişdir ki, operativ vergi nəzarəti keçirilən zaman əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmiş Səbinə Ağayevanın həmin vaxt kafedə olmasının səbəbi onun iş üçün müraciət etməsi olmuşdur. Bununla bağlı bildiririk ki, operativ vergi nəzarəti keçirilən zaman əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilməsi aşkar edilmiş Səbinə Ağayevanın şəxsiyyət vəsiqəsinin surəti mobil telefon vasitəsilə çəkilərək götürülmüş və bu barədə DVX nömrəli 003550 nömrəli protokol tərtib edilmişdir. Səbinə Ağayeva izahat verməkdən imtina etmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilməsi aşkar edilmiş X8 isə izahatında xx.xx.2021-ci il tarixdən fərdi sahibkar Nümayəndə tərəfindən əmək müqaviləsi bağlanmadan işə götürüldüyünü bildirmişdir. Göstərilənləri nəzərə alınaraq, fərdi sahibkar Nümayəndə iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş emiştdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar birinci instansiya məhkəməsinin araşdırmasının predmetini təşkil etmişlər: - “operativ vergi nəzaərtinin həyata keçirilməsi” haqqında xx.xx.2021-ci il tarixli, **********5498 nömrəli qərarda və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda aşağıda qeyd edilən məlumatlar öz əksini tapmışdır: yoxlayıcı orqan – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı – İddiaçı (Vöen:**********), yoxlamanın müddəti – xx.xx.2021xx.xx.2021, yoxlamanın predmeti - əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxlərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması, yoxlanılan təsərrüfat subyektinin ünvanı və fəaliyyət növü – 1001 Orland restoranı, AZ1134 Bakı şəhəri ünvan 3, m.0. restoranlar tərəfindən xidmətlərin göstərilməsi, yoxlamanın növü – operativ vergi nəzarəti, yoxlamanın tipi – plandankənar, plandankənar yoxlamanın təyin edilməsi üçün əsas - vergi orqanı tərəfindən mənbəyi bəli mənbələrdən əldə edilən məlumatlar. Həmçinin yoxlayıcı şəxslər barəsində məlumatlar qeyd olunmuşdur. - “vergi ödəyicisinin vergi qanunvericiliyinn pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2021-ci il tarixli, **********2984 nömrəli qərardan görünür ki, iddiaçı, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə vəlb edilmişdir. - “vergi ödəyicisinin vergi qanunvericiliyinn pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2021-ci il tarixli, **********2978 nömrəli qərardan görünür ki, iddiaçı, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. - xx.xx.2021-ci il tarixdə X8 tərəfindən yazılmış izahatda qeyd edilmişdir ki, o, iddiaçını tanıyır, xx.xx.2021-ci il tarixdən Nümayəndə tərəfindən ofisiant işinə qəbul olunmuşdur. Nümayəndə ilə aralarında hər hansı əmək və xidməti müqavilə bağlanmamışdır. Həftənin 5 günü 15:00-dan 22:00-a qədər işləyəcəyi və bu işin müqabilində 250 manat alacağı barədə razılıq olmuşdur. - xx.xx.2021-ci il tarixli seriya DVX 005351 №-li aktda və ona əlavədə qeyd edilmişdir ki, həmin tarixdə saat 19:10-da iddiaçıya məxsus, ünvan 3 ünvanda yerləşən “Orland” restoranında elektron əmək müqaviləsi bildirişlərinə, xidmət müqavilələrinə və digər mühasibat sənədlərinə əsasən obyektdə yeməkxanalar tərəfindən işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş 4 nəfər fiziki şəxsdən 2 nəfərin Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Həmin şəxslər X8 və X3r. Onlar vəzifəsinin yerinə yetirilməsinə cəlb olunmuşlar. Bununla bağlı fərdi sahibkar Nümayəndə izahat versə də yazdığı izahatı imzalamamış, Mirzəyev Akif izahat vermiş, digər işçi Səbinə Ağayeva izahat verməkdən imtina etmişdir. - xx.xx.2021-ci il tarixli seriya DVX 009300 №-li aktda qeyd edilmişdir ki, iddiaçıya məxsus, ünvan 3 ünvanda yerləşən “Orland” restoranında xx.xx.2021-ci il tarixdə saat 19:01-də müştəri tərəfindən 3 ədəd qutab, 1 ədəd fanta və 1 ədəd kola üçün iddiaçıya 8.0 AZN ödənildi, lakin ödənilmiş 8.0 AZN müqabilində NKA-na çek vurulmadı və müştəriyə təqdim edilmədi. Dövriyyədən yayındırılmış 8.0 AZN məbləğ vergi orqanının əməkdaşları tərəfindən saat 19:07-də, 8 saylı çeklə NKA-nın fiskal yaddaşına bərpa edildi. “X” hesabatı və bərpa çeki akta əlavə edilir. “Z” hesabatlar gündəlik çıxarılmır və saxlanılmır. Nəzarət kitabçası təqdim edilmədi. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 iyul 2022-ci il tarixli, 2-1(116)- 721/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2021-ci il tarixli, **********2984 nömrəli qərarının 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********2978 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinn pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarının ləğv edilməsi hissəsində iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayətində qeyd etmişdir ki uçotbaza məlumatına əsasən fiziki şəxsin xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, fəaliyyət növlərinin restoranlar tərəfindən xidmətlərin göstərilməsi (əsas fəaliyyət) və "kafelərin fəaliyyəti" olduğu müəyyən edilmişdir. Fərdi sahibkar Nümayəndə tərəfindən icarəyə götürdüyü təsərrüfat subyektinin "ORLAND RESTORAN" adı ilə vergi orqanında xx.xx.2021-ci il tarixdə uçota alınmışdır. xx.xx.2021ci il tarixdə isə həmin təsərrüfat subyektində zavod nömrəsi VS43217S51977 olan SUNMİ V1S markalı nəzarət-kassa aparatı quraşdırılmışdır. Fərdi sahibkar Nümayəndə sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********5498 nömrəli qərarı ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il də daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Operativ vergi nəzarəti tədbiri zamanı təsərrüfat subyektində işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 4 nəfər işçinin olduğu, lakin bunlardan 2 nəfərinin - X6 və X5 əmək müqaviləsi bağlanmadan (əmək müqaviləsi qanuni qüvvəyə minmədən) xidmətlərin göstərilməsinə cəlb edildiyi müəyyən edilmiş, bu hal xx.xx.2021-ci il tarixli 005351 nömrəli aktla rəsmiləşdirilmiş, fərdi sahibkar Nümayəndə həmin aktı imzalamaqdan və nüsxəsini götürməkdən imtina etmişdir. Odur ki, həmin sənədlər vergi ödəyicisinə xx.xx.2021-ci il tarixdə elektron qaydada və poçt vasitəsilə göndərilmişdir. Fərdi sahibkar barəsində qəbul ediləcək qərar üzrə operativ vergi nəzarəti materiallarına baxılmasında iştirak etməsi üçün xx.xx.2021-ci il tarixli **********291900 və **********815600 nömrəli bildirişlər göndərilmiş və həmin bildirişlər vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə oxunmuşdur. Operativ vergi nəzarəti materiallarına baxılması üzrə fərdi sahibkar barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat maliyyə sanksiyası, Vergi Məcəlləsinin 58.7.1 -ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi barərə xx.xx.2021-ci il tarixli **********2984 və **********2978 nömrəli qərarlar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq elməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2-1(116)-721/2022 qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2-1(116)-721/2022 nömrəli qərarının təmin olunan hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Nümayəndə iştirakını etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdırr. Mübahisələndirilən qərarlar xx.xx.2021-ci il tarixlərində qəbul edilmişdir. İddiaçı həmin qərarları xx.xx.2022-ci il tarixdə mübahisələndirmişdir. Odur ki, hazırki iddianın qaldırılması üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmamışdır. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması ilə bağlı qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********2984 nömrəli qərarı mübahisələndirərəkən iddiaçı qeyd edir ki, sözügedən obyekt fəaliyyət göstərmədiyi, fəaliyyətinə hazırlıq getdiyi üçün qərarın qəbul edilməsi əsassız olmuşdur. Lakin, iddiaçı, obyektin fəaliyyət göstərmədiyi halda qutab və digər sərinləşdirici içkilərin operativ vergi nəzarətini həyata keçirən vergi orqanın əməkdaşlarına satılmasını əsaslandıra bilmir. Obyekt fəaliyyət göstərmədiyi halda satış həyata keçirilməməli idi. Digər tərəfdən X8 verdiyi izahatında faktiki olaraq ofisiant kimi həmin restoranda işə başlamasını və bununla bağlı iddiaçı ilə aralarında razılığın yarandığını bildirmişdir. Aktda adı olan digər şəxs Səbinə Ağayevaya münasibətdə isə məhkəmə qeyd edir ki, onun həmin obyektdə yoxlamanın aparıldığı zaman əmək fəaliyyəti ilə məşğul olubolmaması iş materialları ilə müəyyən edilmir. Cavabdeh orqan, Səbinə Ağayevanın həmin obyektdə ofisiant işləməsini, şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə əsaslandırır və bildirir ki, xidməti həyata keçirən şəxs Səbinə Ağayeva olmuş, ondan şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb edilmiş, o da müvafiq sənədi vergi nəzarəti orqanının əməkdaşlarına təqdim etmişdir. Bu isə onu göstərir ki, Səbinə Ağayeva həmin obyektdə ofisiant vəzifəsində çalışmışdır. Lakin, məhkəmə cavabdeh orqanın həmin əsaslanmasını yetərli hesab etmir. Belə ki, cavabdeh orqan, Səbinə Ağayevaya münasibətdə, iddiaçının əmək müqaviləsi olmadan işçinin işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmiş, onun əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsinə istinad etsə də, öz qərarında bu halı əsaslandırmamış, məhkəmə iclaslarında da, iddiaçının həmin şəxsi həqiqətən əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Səbinə Ağayevanın yoxlama aparılan zaman restoranda olması yox, onun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin restoranda əmək fəaliyyəti ilə məşğul olması müvafiq maliyyə sanksiyasının tətbiq edilməsi üçün əsasdır. Odur ki, Səbinə Ağayevanın şəxsiyyət vəsiqəsinin cavabdeh orqana təqdim edilməsi, habelə onun izahat verməkdən imtinası, onun həmin restoranda ofisiant işləməsini sübut edən hal kimi nəzərdən keçirilə bilməz. Cavabdeh orqan operativ vergi yoxlaması apararkən pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüququ olduğu halda bunu etməmişdir. Buna görə də, aktda adı qeyd edilən və izahatı alınmış X8 həmin restoranda ofisiant işləməsini etiraf etdiyindən və iddiaçı özü də, həmin şəxsə münasibətdə iddia ərizəsində hər hansı əsaslanma təqdim etmədyindən məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt yalnız həmin hissədə, yəni X7 aid 2000 manat maliyyə sanksiyasının tətbiqi hissəsində əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı iddia tələbi təmin edilən hissədə ləğv edilməli, iş üzrə həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Cavabdeh orqanın verdiyi apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, operativ vergi nəzarəti tədbiri zamanı təsərrüfat subyektində işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 4 nəfər işçinin olduğu, lakin bunlardan 2 nəfərinin - X6 və X5 əmək müqaviləsi bağlanmadan (əmək müqaviləsi qanuni qüvvəyə minmədən) xidmətlərin göstərilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-ci maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il **********516100 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi" Qaydalarının 1.14-cü bəndinə əsasən nəzarət tədbirləri zamanı zərurət yarandıqda, foto və video çəkilişdən istifadə olunmalıdır. Bu məqsədlə vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsindən iltizam alınmalıdır. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi belə iltizamı verməkdən imtina etdikdə, çəkilişin aparılmaması barədə vergi nəzarətini həyata keçirən vergi orqanının əməkdaşları tərəfindən vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə sərbəst formada akt tərtib edilir. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən keçirilmiş nəzarət tədbiri zamanı aşkar edilmiş qanun pozuntusu barədə müvafiq şəxslərdən (vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsindən və digər şəxslərdən) həmin malların (markaların) əldə edilməsi tarixi, mənbələri, alış-satış qiymətləri barədə və digər zəruri məsələlərlə bağlı izahatlar alınır və vergi nəzarətinin nəticələri aktla rəsmiləşdirilir. Bu zaman aşkar edilmiş aksiz markaları ilə markalanmalı, habelə məcburi nişanlanma ilə nişanlanmalı olan malların, markaların fotoşəkilləri çəkilərək, zəruri hallarda isə video çəkilişi aparılaraq materiallara əlavə edilir. Qaydaların 6.8-ci bəndinə əsasən aşkar edilmiş qanun pozuntusu barədə nəzarət tədbirinin həyata keçirilməsində iştirak etmiş şəxslərdən (vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi və digər şəxslərdən) izahat alınır və vergi nəzarətinin nəticələri bu Qaydalara uyğun olaraq tərtib edilən aktla rəsmiləşdirilir. Bu zaman vergi ödəyicisində aşkar edilmiş aksiz markaları ilə markalanmalı malların fotoşəkilləri çəkilərək, zəruri hallarda isə video çəkilişi aparılacaq materiallara əlavə edilir. Qaydaların 10.4-di bəndinə əsasən vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıbbağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. Qaydaların 10.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) i yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin i soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. Qaydaların 10.8-ci bəndinə əsasən Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Operativ vergi nəzarətinin keçirilməsini tənzimləyən qanunvericilik normalarının məzmunundan göründüyü kimi, əvvəla, foto və videoçəkilişdən istifadə olunması vergi ödəyicisinin razılığı ilə mümkündür. Həmçinin nəzarət tədbiri zamanı foto və videoçəkilişdən istifadə etmək zərurəti yalnız “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi” qaydalarına əməl olunmasına nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı nəzərdə tutulmuşdur. Yəni, digər nəzarət tədbirlərinin xarakteri həmin tədbirlərin həyata keçirilməsi zamanı foto və videoçəkilişin həyata keçirilməsi zəruri və bir sıra hallarda mümkün deyil, belə ki, operativ vergi nəzarəti tədbiri vergi ödəyicisinə qabaqcadan xəbər vermədən həyata keçirilən tədbirdir və foto-videoçəkilişin aparılmasının mümkünlüyü vergi ödəyicisinin müvafiq iltizam verməsindən sonra mümkündür. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən və iş materiallarında olan sənədlərdən də göründüyü kimi, vergi ödəyicisi Nümayəndə sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının rəsmiləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun aparılmış və kifayət qədər sübutlar olduğu üçün hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********2984 nömrəli qərar qəbul edilmişdir. Belə ki, operativ vergi nəzarəti keçirilən zaman əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilməsi aşkar edilmiş Səbinə Ağayevanın şəxsiyyət vəsiqəsinin surəti mobil telefon vasitəsilə çəkilərək götürülmüş və bu barədə DVX nömrəli 003550 nömrəli protokol tərtib edilmişdir. Səbinə Ağayeva izahat verməkdən imtina etmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində göstərilən xüsusatları sübut edən hər hansı dəlil iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablanmalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Səbinə Ağayeva izahatın nədən ibarət olduğunu bildiyi, lakin maraqlarına zidd olduğundan həmin obyektdə işlədiyini təsdiq etməmək üçün ümumiyyətlə izahat verməkdən yayınmışdır. Onun izahat verməməsi dolayısı yolla həmin obyektdə əmək müqaviləsi olmadan işləməsini təsdiq edir. Odur ki, operativ vergi nəzarəti tədbiri zamanı əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilmiş Səbinə Ağayevanın müvafiq izahat verməsindən imtina etməsi, onun ofisiant kimi işləməsini sübut edən başqa sübutların olmamasını əsas gətirərək birinci instansiya tərəfindən iddiaçının 11 saylı Ərazi Vergilər Baş İdarəsinin mübahisələndirilən qərarının Səbinə Ağayevaya münasibətdə tətbiq edilmiş 2000 manat olan hissəsində təmin edilməsi yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinin pozulması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini “cavabdehin qəbul etdiyi xx.xx.2021-ci il tarixli **********2984 saylı qərarın ləğv edilməsi” hissəsində təmin etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən qismən ləğv edilməli və iddia tələbi ləğv edilən hissədə təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2-1(116)-721/2022 nömrəli qərarı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2021-ci il tarixli, **********2984 nömrəli qərarının 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi hissəsində ləğv edilsin. İnzibati iş üzrə həmin hissədə yeni qərar qəbul edilsin. İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli **********2984 saylı qərarının 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-348/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-348/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver