Məhkəmə qərarları › İş №2-1(107)-349/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-349/2020

18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-349/2020 18.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhət Xidmətinə qarşı “cavabdehin üzərinə barəsində verdiyi uyğunsuzluqla buraxılma barədə xx.xx.2018-ci il tarixli əmrinin ləğv edilməsi, barəsində həmin tarixli xidmətdən buraxılma (Azərbaycan Respublikasının 1997-ci il tarixli 03 oktyabr tarixli, 377- İQ nömrəli qanunu ilə təsdiq edilmiş «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 156- cı bəndinin “j” yarımbəndinə uyğun olaraq) bərədə yeni əmrin verilməsi və əvvəlki polkovnik-leytenat hərbi rütbəsinin bərpa edilməsi” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-188/2020nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpelyаsiyаşikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhət Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “cavabdehin üzərinə barəsində verdiyi xidməti uyğunsuzluqla buraxılma barədə xx.xx.2018-ci il tarixli əmrinin ləğv edilməsi, barəsində həmin tarixli öz arzusu ilə xidmətdən buraxılma (Azərbaycan Respublikasının 1997-ci il tarixli 03 oktyabr tarixli, 377İQ nömrəli qanunu ilə təsdiq edilmiş «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 156cı bəndinin “j” yarımbəndinə uyğun olaraq) barədə yeni əmrin verilməsi və əvvəlki polkovnik-leytenat hərbi rütbəsinin bərpa edilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş və xx.xx.2019-cu il tarixində Şəki İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçı mübahisəli əmrlərdən şikayət edilməsi müddətinin ona izah edilmədiyi üçün müddəti ötürmədiyini qeyd edib, iddiasının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 188/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhət Xidmətinə qarşı “cavabdehin üzərinə barəsində verdiyi uyğunsuzluqla buraxılma barədə xx.xx.2018-ci il tarixli əmrinin ləğv edilməsi, barəsində həmin tarixli xidmətdən buraxılma (Azərbaycan Respublikasının 1997-ci il tarixli 03 oktyabr tarixli, 377İQ nömrəli qanunu ilə təsdiq edilmiş «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 156cı bəndinin “j” yarımbəndinə uyğun olaraq) bərədə yeni əmrin verilməsi və əvvəlki polkovnik-leytenat hərbi rütbəsinin bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-188/2020 nömrəli qərardadından apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı kimi mən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə riayət etməmiş, cavabdehin qanunsuz əmrindən 30 gün ərizində şikayət verməmiş, iddia müddətini ötürmüş, (bax. Qərardadın 4-cü səhifəsi, sonuncu abzas). Aşağıdakılara görə hesab edir ki, həmin qərardad əsassız, qanunsuz, qərəzli və nəhayət ədalət mühakiməsi adıma ayıb və qorxaqlıq əlamətidir. Əvvəla hesab edir ki, Bakı l saylı inzibati-iqtisadi məhkəməsinin onun iddia tələbini başından edərək Şəki İnzibati Məhkəməsinə göndərməsi tam qanunsuz olmuşdu. Daha sonra 1 ilə yaxın müddətdə işə baxan Şəki İnzibati Məhkəməsi başqa bəhanəsi olmadı deyə sonda hesab etdi ki, guya ki o, tələbi üzrə iddia müddətini ötürmüşdir. Əslində isə bu məhkəmənin, işə hakimin Sərhəd Xidmətindən, onun rəhbəri Elçin Quliyevdən qorxmasında irəli gələn bir siyasi qərardaddır. Ona görə ki, bu müddət ərzində açıq aydın görürnür ki, hakim işə baxmağa necə “çətinlik çəkir”. O mübahisələndirmə barədə iddia qaldırmamışam. O, AR İPM-nin 2.2.2 və 39-cu maddələrini rəhbər tutaraq “Xidməti uyğunsuzluq barədə əmrin ləğv edilməsi, öz arzusu ilə xidmətdən azad olmabarədə yeni əmrin verilməsi və əvvəlki hərbi rütbənin bərpa edilməsi tələbinə dair məcburetmə haqqında (hərəkətsizliyə qarşı) iddia qaldırmışam. Məhkəmə isə onun iddia tələbini öz başına dəyişdirərək aid olmayan prosesessual normaları tətbiq etmişdir ona görə ki, onun iddia tələbini mümkün saymasın. Hansı ki, o işə bərpa barədə və ya hansısa əmək mübahisəsi barədə iddia qaldırmamış, barəmdə verilmiş əmrin ləğv edilməsi, yeni - inzibati aktın qəbul edilməsi, habelə əvvəlki rütbəmin bərpasını tələb etmişəm. Başqa sözlə mən xx xxxxx 2019-cu il tarixdə cavabdehə rəsmi müraciət edərək barəmdə verdiyi xidməti uyğunsuzluq barədə əmrin ləğv edilməsini, öz arzusu ilə xidmətdən azad olma barədə yeni əmrin verilməsini və əvvəlki hərbi rütbəmin bərpa edilməsini xahiş etmiş, müraciətim xx xxxxx 2019-cu il tarixdə rəsmi qaydada ona təqdim olunmuş, lakin məhkəməyə müraciət edənədək cavabdeh həmin müraciətimə cavab verməyərək hərəkətsizlik etmiş, nəticədə hüquqlarım pozulmuşdur. Bundan başqa nə iddia ərizəmdə istinad edilən qanunvericilk aktlarında, nə da başqa qanunvericilik aktlarında barəmdə edilmiş qanunsuzluğun aradan qaldırılması üçün hər hansı müddət təyin edilməmişdir. Məhkəmənin istinad etdiyi AR İPM-nin 38.1 -ci maddəsi isə mənim iddia tələbimin təsiri altına düşmür. Başqa sözlə məhkəmə lazımı prosessual hüquq normalarını tətbiq etməmiş, nəticədə səhf nəticəyə gəlmişdir. Ona görə ki, mənim iddia ərizəmin hüquqi əsaslarını AR İPMnin 2.2.2, 33, 35.1, 39 və 73-cü maddələri təşkil edib. Və o, sadalalan prosessual hüquq normalarına söykənərək iddia qaldırmış. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-188/2020 nömrəli qərardadın ləğv edilməsini və iş üzrə iddiamın mümkün sayılması barədə qərardad çıxarılmasını xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun tərxis olunması barədə əmrin surətini hal-hazıra kimi almamasını bildirdi və apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-188/2020 saylı qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhət Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər . Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İddiaçı apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apelyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçıya mübahisələndirdiyi xx xxx 2018-ci il tarixli əmr elan edilmiş, o, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xx.xx.2018-ci il tarixdə ehtiyata buraxılmışdır. xx.xx.2019-cu il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməklə (ərizə xx.xx.2019-cu il tarixində məhkəməyə daxil olmuşdur) İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. Bundan başqa iddiaçı ilk dəfə Səbail Rayon Məhkəməsinə qeyd olunan iddia tələbi ilə 2019-cu ilin yanvar ayında müraciət edərkən də müddəti ötürmüş, Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ona qeyd olunan tələblə inzibati-iqtisadi məhkəməsinə müraciət etməli olduğu izah edildikdən sonra da xx.xx.2019-cu il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçının tələbi mümkün sayıldığı üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxx 2018-ci il tarixli əmrin surətin olmamış, o, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xx.xx.2018-ci il tarixdə ehtiyata buraxıldığına görə hazırkı iddia tələbi ilə inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddəti ötürməmişdir. Cavabdeh tərəf iddiaçı tərəfindən əmrin surətini alması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, birinci instansiya məhkəməsi bu hala diqqət yetirmədən, inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkünsüz saymışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozmaqla qərardad qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -48.1.-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 59.1.5-ci maddəsinə əsasən yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. -72.1-ci maddəsinə əsasən, inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. -74.1-ci maddəsinə əsasən, inzibati şikayət yazılı formada tərtib edilir. -74.2-ci maddəsinə əsasən, inzibati şikayətdə aşağıdakı məlumatlar göstərilməlidir: şikayətin verildiyi inzibati orqanın adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı), inzibati icraatda prosessual vəziyyəti; barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik); şikayəti verən şəxsin tələbi və tələbin əsasları; şikayətin tərtib edildiyi tarix; şikayəti verən şəxsin imzası. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 62.3-cü maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. -73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda hаqlı оlmаmışdır. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir. İPM-in 87.7-ci maddəsinə görə, inzibati və iqtisadi işlər mübahisələrə dair işlər üzrə məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apelyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.7.1-ci maddəsinə əsasən, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-188/2020 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar