Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-349/2021 28.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X12 və X5 məxsus müvafiq olaraq JN-049F və JN-048F nömrəli şəhadətnamələrin "Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" hissələrinin 01.06.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri hissəsində ləğv edilməsi və sair iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: reyestrdən çıxarışın verilməsi öhdəliyi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Əmrulla oğlunun, üçüncü şəxslər X13, X6 və onun vəkili X16 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X12 və X5 məxsus müvafiq olaraq JN-049F və JN-048F nömrəli şəhadətnamələrin "Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" hissələrinin 01.06.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri hissəsində ləğv edilməsi və 01.06.1987-ci il tarixli texniki pasporta və 01.08.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Qax rayonu Çınarlı kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq X7 adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(116)- 651/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X12 və X5 məxsus müvafiq olaraq JN-049F və JN-048F nömrəli şəhadətnamələrin "Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" hissələrinin 01.06.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri hissəsində ləğv edilməsi və 01.06.1987-ci il tarixli texniki pasporta və 01.08.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Qax rayonu Çınarlı kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq X7 adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, mərhum anası X7 adına olan iyun 1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri anasının və ailə üzvlərinin adına olan JN-050F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə deyil, səhvən X3 adına olan JN-048F nömrəli, habelə X6 və ailə üzvlərinin adına olan JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərə daxil edilmişdir. İddiaçının tələbinə görə, həmin JN-048F və JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lər müvafiq hissələrdə ləğv edilməli, qeyd olunan texniki pasporta və 01.08.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum X7 adına çıxarış verilməlidir. Birinci instansiya məhkəməsində icraat Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(116)- 171/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X12 və X5 məxsus müvafiq olaraq JN-049F və JN-048F nömrəli şəhadətnamələrin "Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" hissələrinin 01.06.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri hissəsində ləğv edilməsi və 01.06.1987-ci il tarixli texniki pasporta və 01.08.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Qax rayonu Çınarlı kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq X7 adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X7 adına 1987-ci ilin iyun ayında tərtib edilmiş "Fərdi yaşayış fondu yaşayış evinin texniki pasportu"nda Qax rayon Çinarlı kəndində sənəd üzrə 2500 kv.m, faktiki isə 2582,5 kv.m torpaq sahəsində yerləşən evin olması göstərilmişdir. Həmin sənəddə A literi ilə yaşayış evi, B literi ilə tövlə, V literi ilə talvar və sair qeyd olunmuşdur. XDS-in 27.06.1988-ci il tarixli 12 nömrəli qərarına əsasən Qax rayon Çinarlı kəndində 0,24 ha həyətyanı torpaq sahəsində yerləşən 3 otaqlı yaşayış evi X7 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və bu barədə Qeydiyyat vəsiqəsi verilmişdir. Qax Rayon Aqrar İslahat Komissiyasının 28.12.1997-ci il tarixli 20 nömrəli qərarına əsasən, Qum kəndində kompleks yerquruluşu işlərinin aparılmasına dair tərtib olunmuş layihə təsdiq edilmişdir. Qax Rayon Aqrar İslahat Komissiyasının 28.12.1997-ci il tarixli 20 nömrəli qərarına istinadən, Qax rayon Çinarlı kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi X3 mülkiyyətinə verilmiş və 2003-cü ildə onun adına JN-048F kod 40312028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Qax Rayon Aqrar İslahat Komissiyasının 28.12.1997-ci il tarixli 20 nömrəli qərarına istinadən, Qax rayon Çinarlı kəndində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsi X8, X2, X6, X13 ümumi mülkiyyətinə verilmiş və 2003-cü ildə onların adına JN-049F kod 40312028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Qax Rayon Aqrar İslahat Komissiyasının 28.12.1997-ci il tarixli 20 nömrəli qərarına istinadən, Qax rayon Çinarlı kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi X7, İddiaçı, X9, Nümayəndə, X4, X10 ümumi mülkiyyətinə verilmiş və 2003-cü ildə onların adına JN-050F kod 40312028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. İddiaçının anası X17 30.01.2001-ci ildə vəfat etmişdir. - İşdə olan, 01.06.1987-ci il tarixli texniki pasportdan görünür ki, Qax Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən X14 0,25 ha torpaq sahəsi verilmişdir. Həmin texniki pasportda sözügedən torpaq sahəsi üzərində "B" və "V" tikililərinin olması qeyd edilmiş, həmin tikililərin 1960-cı ildə tikildiyi göstərilmişdir. - İşdə olan, 01.08.1988-ci il tarixli "Qeydiyyat vəsiqəsi"ndən görünür ki, Qax rayon Çinarlı kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi və 0,24 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X7 adına qeydə alınmışdır. - İşdə olan, JN-050F kod 40312028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 28.12.1997-ci il tarixli 20 nömrəli qərarına əsasən, 0,11 ha torpaq sahəsi X17 və onun ailə üzvlərinin adına verilmişdir. - İşdə olan, JN-049F kod 40312028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının həmin qərarına istinadən, 0,09 ha torpaq sahəsi X18 və onun ailə üzvlərinin adına verilmişdir. - İşdə olan, cavabdehin 23.02.2021-ci il tarixli **********98 nömrəli imtina məktubundan görünür ki, 01.06.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri JN-050F kod 40312028 nömrəli, JN-049F kod 40312028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərində göstərildiyindən, eyni zamanda texniki pasport və JN-050F kod 40312028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahələrinin ölçüləri fərqli olduğundan fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Bundan başqa, X12 və X5 məxsus şəhadətnamələrin hissəvi ləğv edilməsinin İdarənin səlahiyyətinə aid olmaması qeyd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə hesab etmişdir ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 01.01.2001-ci ilədək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün əsas hesab edilir. İddiaçının mərhum anası X14 münasibətdə belə bir sənəd mövcuddur. Lakin bununla yanaşı, iddiaçının bəhs etdiyi həyətyanı torpaq sahəsinin bir hissəsi X3 adına olan JN-048F nömrəli və X6 və ailə üzvlərinin adına olan JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərə daxil edilmişdir. Qeyd olunan texniki pasport əsasında mərhum X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün göstərilən JN-048F nömrəli və JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin müvafiq hissələri ləğv edilməli, bunun üçün isə həmin şəhadətnamələrin qanunsuz olması müəyyən edilməlidir. İşdə olan JN-048F, JN-049F və JN-050F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin "Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" bölmələrindən görünür ki, hər üç sənəddəki sxemlər bir-birini tamamlayır və qeyd olunan 0,05 ha, 0,09 ha və 0,11 ha torpaq sahələri bir-biri ilə qonşudurlar. Hər üç torpaq sahəsi mülkiyyətçilərə Qax Rayon Aqrar İslahat Komissiyasının 28.12.1997-ci il tarixli 20 nömrəli qərarı əsasında verilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək, Qax rayonu Çinarlı kəndində mülkiyyətinə həyətyanı torpaq sahələri verilən şəxslərin siyahısından X14 və ailə üzvlərinə, X15 və ailə üzvlərinə, X11 və ailə üzvlərinə aid hissədən çıxarış tələb olundu, lakin 23.04.2021-ci il tarixli **********68 nömrəli cavab məktubundan məlum oldu ki, Qax rayonu Çinarlı kəndinin ("Qum" təsərrüfatının) həyətyanı torpaq sahəsinin verilməsinə dair subyektlərin ümumi siyahısı arxivdə aşkar edilməmişdir. Bundan sonra məhkəmə tərəfindən eyni məzmunlu sorğu Qax Rayon Dövlət Arxivinə göndərildi və cavab alındı. Həmin 19.05.2021-ci il tarixli 42 nömrəli cavab məktubundan məlum oldu ki, Qum kənd (XDS icraiyyə komitəsi) İƏD üzrə nümayəndəliyinin 1975-2000-ci illərin təsərrüfatbaşına kitabları arxivə təhvil verilməmişdir. Eyni zamanda, Qax Rayon Dövlət Arxivi tərəfindən Qum kəndi "Oktyabr" kolxozunun "Qaytanlanmış torpaq kitabı" və Qax RİH başçısının Qum kənd İƏD üzrə nümayəndəliyinin (Çinarlı kəndi üzrə) 2001-2005-ci illərin təsərrüfatbaşına kitabından sorğuda adları qeyd olunan şəxslərə məxsus təsərrüfatdan arxiv çıxarışı məhkəməyə göndərilmişdir. Həmin sənədə əsasən, X1 0,25 ha, X8 0,25 ha, X3 0,25 ha torpaq sahəsi qeyd olunmuşdur. Göründüyü kimi, məhkəmənin etdiyi sorğulara baxmayaraq, torpaq islahatı zamanı, iddiaçının və üçüncü şəxslərin ailələrinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin ölçüsünü və həmin ölçülərin JN-048F, JN-049F və JN-050F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərdə göstərilən ölçülərə uyğun olub-olmadığını müəyyən etmək mümkün olmadı. Məhkəmə hesab etmişdir ki, belə olan halda, üçüncü şəxslərin adlarına olan JN-048F və JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin qanunsuz olması iddia oluna və həmin sənədlər ləğv edilə bilməz. Bu səbəbdən də hazırkı iddianın təmin edilməsi mümkün deyil. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu, 10-cu maddələri, Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı"nın 2.4-cü bəndi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə əhəmiyyətli olan bütün faktiki halları araşdırılmadığından məhkəmənin həmin qərarını qanuni və əsaslı hesab etmir. Belə ki, Məhkəmə tərəfindən məhkəməyə təqdim edilmiş ilkin sənədləri nəzərə almamış və cavabdeh orqana və Qax rayon Dövlət arxivinə sorğu ilə müraciət edərək Qax rayonu Çinarlı kəndində mülkiyyətinə həyətyanı torpaq sahələri verilən şəxslərin siyahısından X14 və ailə üzvülərinə həmçinin iş üzrə üçüncü şəxslərin özlərinə və ailə üzvülərinə aid hissədən çıxarışlar tələb edilmişdir. Cavabdeh sorğuya cavab verərək Qax rayonu Çinarlı kəndinin həyətyanı torpaq sahəsinin verilməsinə dair ümumi siyahısı arxivdə aşkar edilmədiyi bildirsə də Qax rayon Dövlət arxivi tərəfindən məhkəməyə iddiaçının və üçüncü şəxslərin 2001-2005-ci illər ərzində təsərrüfatbaşma kitabda hər bir subyektin adına 0.25 ha həyətyanı torpaq sahəsi qeydə alındığını bildirmişdir. Mübahisə edilən torpaq sahəsinin ilkin sənədləri iddiaçı tərəfindən məhkəməyə təqdim edildiyi halda məhkəmə ilkin sənədləri nəzərə almamışdır. Bundan əlavə olaraq məhkəmə JN 048F, 049F, 050F nömrəli şəhadətnamələrin plan və ölçü bölməsindən hər üç sənəddəki sxemlər bir-birini tamamladığını və bir-biri ilə qonşu olduğunu müəyyən etmişdir. Apelyasiya şikayətində iddiaçı işin qanuni, ədalətli və qərəzzsiz həll edilməsi üçün məhkəmənin iş üzrə mütəxəssis dəvət edərək, mütəxəssisin mübahisəli əraziyə baxış keçirməli, subyehtlərin istifadəsində olan torpaq sahəsinin ölçüləri müəyyən edilməli, mübahisə olunan "B" və "V" tikililərinin nə və kim tərəfindən tikildiyi müəyyən edilməli və ilkin hüquqi sənədlərlə təhlil edilərək məhkəməyə əsaslı rəy təqdim etməli olduğunu bildirmişdir. Nümayəndəsi tərəfindən işin qanuni, ədalətli və qərəzzsiz həll edilməsi üçün iş üzrə mütəxəssisin dəvət edilərək mübahisəli əraziyə baxış keçirməsi barədə verilmiş şifahi vəsatəti məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan başqa mübahisə olunan "B" və "V" tikililəri 1960-cı ildə mərhum atası Şahmurad Şahmuradov tərəfindən tikilsə də məhkəmə bu halı da araşdırmamışdır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(116)-651/2021 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Əmrulla oğlu verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021ci il tarixli, 2-1(116)-651/2021 saylı qərarını ləğv edərək, iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X20, X19 və onun vəkili X22 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(116)-651/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər proses iştirakçıları məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü hissəsində deyilir ki, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı"nın 2.4-cü bəndində üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qərarının əsaslığını tam həcmdə mübahisələndirir. Şəki İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(116)-651/2021 qərarının ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb qərarın ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qərarın əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən etmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(116)-651/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 01.01.2001-ci ilədək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün əsas hesab edilir. İddiaçının mərhum anası X14 münasibətdə belə bir sənəd mövcuddur. Lakin bununla yanaşı, iddiaçının bəhs etdiyi həyətyanı torpaq sahəsinin bir hissəsi X3 adına olan N-048F nömrəli və X6 və ailə üzvlərinin adına olan N-049F nömrəli "orpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərə daxil edilmişdir. Qeyd olunan texniki pasport əsasında mərhum X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün göstərilən N-048F nömrəli və N-049F nömrəli "orpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin müvafiq hissələri ləğv edilməli, bunun üçün isə həmin şəhadətnamələrin qanunsuz olması müəyyən edilməlidir. İşdə olan N-048F, N-049F və N- 050F nömrəli "orpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin "torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" bölmələrindən görünür ki, hər üç sənəddəki sxemlər birbirini tamamlayır və qeyd olunan 0,05 ha, 0,09 ha və 0,11 ha torpaq sahələri bir-biri ilə qonşudurlar. Hər üç torpaq sahəsi mülkiyyətçilərə Qax Rayon Aqrar İslahat Komissiyasının 28.12.1997-ci il tarixli 20 nömrəli qərarı əsasında verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək, Qax rayonu Çinarlı kəndində mülkiyyətinə həyətyanı torpaq sahələri verilən şəxslərin siyahısından X14 və ailə üzvlərinə, X15 və ailə üzvlərinə, X11 və ailə üzvlərinə aid hissədən çıxarış tələb olunmuşdur. Lakin 23.04.2021-ci il tarixli **********68 nömrəli cavab məktubundan məlum olmuşdur ki, Qax rayonu Çinarlı kəndinin ("Qum" təsərrüfatının) həyətyanı torpaq sahəsinin verilməsinə dair subyektlərin ümumi siyahısı arxivdə aşkar edilməmişdir. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən eyni məzmunlu sorğu Qax Rayon Dövlət Arxivinə göndərildi və cavab alınmışdır. Həmin 19.05.2021-ci il tarixli 42 nömrəli cavab məktubundan məlum oldu ki, Qum kənd (XDS icraiyyə komitəsi) İƏD üzrə nümayəndəliyinin 1975-2000-ci illərin təsərrüfatbaşına kitabları arxivə təhvil verilməmişdir. Eyni zamanda, Qax Rayon Dövlət Arxivi tərəfindən Qum kəndi "Oktyabr" kolxozunun "Qaytanlanmış torpaq kitabı" və Qax RİH başçısının Qum kənd İƏD üzrə nümayəndəliyinin (Çinarlı kəndi üzrə) 2001-2005-ci illərin təsərrüfatbaşına kitabından sorğuda adları qeyd olunan şəxslərə məxsus təsərrüfatdan arxiv çıxarışı məhkəməyə göndərilmişdir. Həmin sənədə əsasən, X1 0,25 ha, X8 0,25 ha, X3 0,25 ha torpaq sahəsi qeyd olunmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin etdiyi sorğulara baxmayaraq, torpaq islahatı zamanı, iddiaçının və üçüncü şəxslərin ailələrinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin ölçüsünü və həmin ölçülərin N-048F, N- 049F və N-050F nömrəli "orpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərdə göstərilən ölçülərə uyğun olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Ona görə də birinci instansiya məhkəməsi ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, belə olan halda, üçüncü şəxslərin adlarına olan N-048F və N-049F nömrəli "orpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin qanunsuz olması iddia oluna və həmin sənədlər ləğv edilə bilməz. Bu səbəbdən də hazırkı iddianın təmin edilməsi mümkün deyil. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən etmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(116)-651/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(116)-651/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-1(107)-349/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-349/2021
28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver