Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-35/2020 16.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət X2 Komitəsinin 15 nömrəli X1 Məktəbində kiçik baytar feldşeri ixtisası üzrə təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1265/2019nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı xx.xx.1955-ci il tarixdə Qəbələ rayonu Qəmərvan kəndində doğulmuş, xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək (10 ay 15 gün) Kürdəmir 15 nömrəli texniki peşə məktəbində əyani təhsil almış, xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək (1 il 10 ay 25 gün) işləmiş, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək (2 il 10 gün) hərbi xidmətdə olmuş, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək (3 il 6 ay 4 gün), xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək (9 ay 16 gün), xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (9 ay 27 gün), xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (1 il 10 ay), xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (8 ay 19 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (9 ay 24 gün), xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək (10 ay 29 gün), xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (10 il 7 ay 22 gün) müxtəlif işlərdə işləmiş və 2019-cu ilin aprel, may, iyun, iyul və avqust aylarında DSMF-nin Qəbələ rayon şöbəsinin hesabına sosial sığorta haqqı ödəmişdir. İddiaçıya 64 yaşı tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində 23040 manat pensiya kapitalı tələb olunur. xx.xx.2019-cu ildə xx.xx.2006-cı il tarixədək qazanılmış 1 iş ili 722,52 manat pensiya kapitalına bərabərdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubla bildirmişdir ki, təqdim etdiyi əmək kitabçası və hərbi biletinə əsasən 23 il 10 ay 18 gün iş stajı müəyyənləşdirilmiş, təhsil aldığı müddət qanunvericlikdə müəyyən edilmədiyindən iş stajına daxil edilməmişdir. Qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 23040 manat pensiya kapitalı olmadığından pensiya təyin edilməsindən imtina edilmişdir. Bununla razılaşmayan iddiaçı təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi üçün hazırki iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə Qəbələ rayonu Qəmərvan kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayır. xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilədək təhsil müddəti bir il olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət X2 Komitəsinin 15 nömrəli X1 Məktəbində “Kiçik baytar feldşeri” ixtisası üzrə təhsil almış və ona xx.xx.1971 -ci ildə İmtahan Komissiyasının qərarı ilə “kiçik baytar’ ixtisası verilmişdir. Peşə məktəbini bitirdikdən sonra xx.xx.1971-ci ildən əmək fəaliyyətinə başlamışdır. Onun ümumilikdə 25 il iş stajı olduğundan və pensiya yaşı çatdığından DSMF-nin Qəbələ Rayon Şöbəsinə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Lakin oradan tələbindən imtina olunmuşdur. Cavabdeh orqan onun əmək kitabçasına əsasən 23 il 10 ay 18 gün iş stajının olduğunu bildirərək təhsil müddətinin sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. O, bu imtina ilə razı deyildir, onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. O, stajdan əlavə 5 ay fondun hesabına pul köçürmüşdür ki, iş stajına əlavə olunsun, fondun başqa bəhanəsi qalmasın, lakin onlar oxuduğu təhsil müdətini iş stajına daxil etmirlər. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli **********2 nömrəli məktubla iddia tələbinə etiraz etmiş və etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin müraciətinə cavab olaraq xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, iddiaçının əyani təhsil aldığı müddət 10 ay 15 gün olmaqla iş stajına daxil edilərsə, bu halda pensiya kapitalına həmin müddətə görə 631.81 manat vəsait əlavə olunar (1 il staj 722.52 manat pensiya kapitalı formalaşdırır) və pensiya kapitalının ümumi məbləği 17972.34 manat (17340.53+631.81), ümumi iş stajı isə 24 il 10 ay 15 gün təşkil edər ki, həmin məbləğ və sığorta stajı da ona minimum məbləğdə əmək pensiyası təyin olunması hüququ yaratmır (17972.34 :144 = 124.81). iddiaçının 64 yaşının tamam olduğu tarixə minimum məbləğdə əmək pensiyası təminatı əldə etməsi üçün azı 25 il sığorta stajı və ya 23040.00 manat pensiya kapitalının olması tələb olunur (23040 : 144 = 160.00). İddiaçı tərəfindən xx.xx.2019; xx.xx.2019; xx.xx.2019; xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları Dövlət Sosial Müdafiə Fondunun hesabına daxil olmuş, lakin, hal-hazıradək vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmamışdır. İddiaçı tərəfindən ödənilmiş vəsait fərdi hesabının sığorta hissəsində qeydə alındıqdan sonra, fərdi sahibkar kimi fəaliyyətə başladığı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əlavə 5 ay 22 gün sığorta stajı yarana bilər. xx.xx.1970-xx.xx.1971-ci illərdə təhsil müddəti və fərdi sahibkar kimi fəaliyyətə başladığı xx.xx.2019-cu il tarixdən sonrakı dövr sığorta stajına əlavə olunarsa, xx.xx.2019cu il tarixə İddiaçı 25 il sığorta stajı tamamlanar. Qeyd olunan halda, xx.xx.2019-cu il tarixədək tələb olunan yaş həddinə uyğun olaraq, İddiaçı 25 il sığorta stajının tamamlandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ yarana bilər. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqanın nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının müraciətinin təmin edilməsindən imtinanın və etiraz məktubunun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, İddiaçı tərəfindən xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları Dövlət Sosial Müdafiə Fondunun hesabına daxil olmuş, lakin, texniki səbəblərdən hal-hazıradək vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmamışdır. Edilmiş ödənişlər Dövlət Sosial Müdafiə Fondunun hesabına daxil olmuşdur və bu barədə heç bir mübahisə yoxdur. Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1265/2019 saylı qərarı ilə (hаkim Rüfət Məcidov) iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət X2 Komitəsinin 15 nömrəli X1 Məktəbində kiçik baytar feldşeri ixtisası üzrə təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında CavabdehŞəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2- 1(84)-1265/2019 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati-iqtisadi Məhkəməsinin 2019-cu il 21 okttyabr tarixli 2-1 (84)-1265/2019 saylı qərarı ilə ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsinin üzərinə, iddiaçının 01,12.1970-ci il tarixdən xx.xx.1971 -ci il tarixədək 15 saylı Kürdəmir TPM-də əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuşdur.Aşağıdakı səbəblərdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsi Şəki İnzibati-iqtisadi Məhkəməsinin 2019-cu il 21 oktyabr tarixli 2-1 (84)-1265/2019 saylı qərarının ləğv edilməsini zəruri hesab edir.xx.xx.2006-cı il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında" AzərbaycanRespublikası Qanununda əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Hesab edirik ki, İddiaçı əmək pensiyası təyin olunması üçün tələb olunan yaş həddi xx.xx.2019-cu il tarixdə tamam olduğundan, hüquq münasibətləri eyni tarixdə yaranmışdır ki, bu səbəbdən də 1970-1971-ci illərdə qüvvədə olmuş qanunvericilik yeni yaranmış hüquq münasibətlərinə şamil edilə bilməz və vətəndaşın pensiya hüququnun müəyyən olunması üçün ümumi iş stajı hesablanarkən, hazırda mövcud olan qanunvericiliyə istinad olunmalı, əyani təhsil müddəti sosial sığorta stajına daxil edilməlidir. Odur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)- 1265/2019nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati-İqtisadiMəhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)- 1265/2019 nömrəli iş üzrə qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. İddiaçıya məxsus 545 nömrəli attestatın surəti, НЗ seriyalı 2958219nömrəli hərbi biletin surəti,xx.xx.1980-cı il tarixli və xx.xx.1985-ci il tarixli əmək kitabçalarının surətləri,xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019cu il tarixli və xx.xx.2019-cu il tarixli ödəniş qəbzləri,Cavabdeh inzibati orqanın imtina məktubu, etiraz məktubu, xx.xx.2019-cu il tarixli məktubu və digər sənədlər daxildir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının sosial təminat almaq hüququnu pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1955-ci ildə doğulmuş və onun 64 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. xx.xx.2019-cu il tarixə iddiaçının təhsil aldığı (10 ay 15 gün), hərbi xidmətdə olduğu (2 il 10 gün) və işlədiyi (1 il 10 ay 25 gün + 3 il 6 ay 4 gün + 9 ay 16 gün + 9 ay 27 gün + 1 il 10 ay + 8 ay 19 gün + 9 ay 24 gün +10 ay 29 gün + 10 il 7 ay 22 gün = 21 il 11 ay 16 gün) illər daxil olmaqla 24 il 10 ay 11 gün sosial sığorta stajı olmuşdur. Eyni zamanda iddiaçı aprel 2019-cu il tarixdən avqust 2019-cu il tarixədək (5 ay) DSMF-nin Qəbələ rayon şöbəsinin hesabına məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunvericliklə tələb edilən 25 il sosial sığorta stajına malik olduğundan ona sosial sığorta stajının tamamlandığı tarixdən (xx xxxx 2019cu il tarixdən) yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, xx xxxx 1999-cu il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 252-ci maddəsinə əsasən, bütün işçilər hökmən dövlət sosial sığortası ilə əhatə olunmalıdırlar. 253-cü maddəsinə əsasən, işçilərin dövlət ictimai sığortası dövlət hesabına həyata keçirilir. Sosial sığorta haqqı işçilərin əmək haqqından heç bir məbləğ tutulmadan müəssisələr, idarələr, təşkilatlar tərəfindən ödənilir. Müəssisə, idarə, təşkilat tərəfindən sığorta haqqının ödənilməsi işçiləri dövlət ictimai sığortası üzrə təmin olunmaq hüququndan məhrum etmir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Sadalanan maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 1970-1971-ci illərdə təhsil aldığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırki münasibətlərə tətbiq edilməlidir. Belə ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikası Konstitusiyası maddə-149.7). Həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, ali məktəbləri bitirmiş şəxslərin təhsil müddəti onların iş stajına daxil edilməlidir. Hazırki mübahisədə cavabdeh inzibati orqanın iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran normalara istinad edərək iddiaçının təhsil müddətin sosial sığorta stajına daxil etməməsi onun Konstitusiya ilə qorunan hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçının təhsil müddətinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək iddiaçının xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək əyani təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilməlidir. “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1265/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Gündüz Abbasov Rövşən Rəfiyev
Məhkəmə qərarları › İş №2-1(107)-35/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-35/2020
16.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver