Məhkəmə qərarları › İş №2-1(107)-35/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-35/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-35/2025 16.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********820100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlaırnın hesablanması barədə” qərarının ləğv edilməsinə dair müvafiq qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 2-1(116)- 886/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 25 iyun 2024-cü il tarixli 2- 1(116)-886/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Şəki İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 2-1(116)-886/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşə apellyasiya qaydasında baxılan zaman iddiaçının vəkili Vəkil1 tərəfindən ərizə verilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 10 Saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********820100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının qərarının ləğv edilməsinə dair iddia tələbinə mahiyyəti üzrə baxılıb qurtaranadək, qərarın icrasının dayandırılması barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(107)-506/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinininn xx.xx.2023-cü il tarixli **********820100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlaırnın hesablanması barədə” qərarın icrası əsas iddia tələbi üzrə inzibati işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-372/2025 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2024-cü il tarixli, 2-1(107)-506/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Apellyasiya şikayəti üzrə iş Şəki Apellyasiya Məhkəməsində mahiyyəti üzrə baxılan zaman cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına ərizə daxil olmuş və cavabdeh orqan tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli **********820100 saylı qərar ləğv edilərək hesablanmış 9297.54 manat mənfəət vergisi xx.xx.2025-ci il tarixdə azaldılmışdır. Odur ki, apellyasiya şikayətinin imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iş üzrə apellyasiya icraatına xitam icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə qənаətə gəlir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin iddia tələbindən imtinaya dair ərizəsi qəbul olunmаlı və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-886/2024 nömrəli qərarından vеrdiyi apellyasiya şikayətindən imtinaya dаir ərizəsi qəbul еdilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********820100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlaırnın hesablanması barədə” tələbinə dair inzibati iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar