Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-351/2024 24.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X5 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 229 saylı qərarı ilə “Azkooptikinti” trestinin Mingəçevir Dəmir-Beton Məmulatları zavoduna ayrılmış 0,20 ha torpaq sahəsi ərazisindən Mingəçevir X1 Həmkarlar İttifaqı Komitəsi və Bağçılıq-yoldaşlığı təsərrüfatı tərəfindən istifadəsinə verilmiş 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi və torpaq sahəsinin plan-ölçü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2-1(116)-314/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 229 saylı qərarı ilə “Azkooptikinti” trestinin Mingəçevir Dəmir-Beton Məmulatları zavoduna ayrılmış 0,20 ha torpaq sahəsi ərazisindən Mingəçevir X1 Həmkarlar İttifaqı Komitəsi və Bağçılıq-yoldaşlığı təsərrüfatı tərəfindən istifadəsinə verilmiş 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi və torpaq sahəsinin plan-ölçü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-314/2024 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
3. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir Şəhər XDS İK-nin 25 iyul 1985-ci il tarixli 229 saylı qərarı ilə "Azkooptikinti" trestinin X11 zavoduna Balıq zavodunun ətrafından kollektiv bağçılıq üçün 0,20 ha torpaq sahəsi ayrılmışdır. Həmin 0,20 ha torpaq sahəsi işçilər arasında müvafiq qaydada bölünərək ona da 0,05 ha bağ torpaq sahəsi verilmiş və adına Mingəçevir DBM zavodu Həmkarlar İttifaqı Komitəsi və Kollektiv bağçılıqyoldaşlığı tərəfindən bağçılıq təsərrüfatı pasportu işlənərək təqdim olunmuşdur.
4. Uzun müddətdir ki, o həmin torpaq sahəsindən fasiləsiz olaraq istifadə edir. Torpaq sahəsinə bitişik qonşu torpaq sahələrinin sahibləri ilkin sənədlər XDS İcraiyyə Komitəsinin qərarı və bağçılıq pasportları əsasında istifadələrində olan torpaq sahələri üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldıraraq adlarına Dövlət Reyestrindən Çıxarışlar və Torpaq sahəsinin planı və ölçüsü sənədini almışlar.
5. Odur ki, o da, qanuni istifadəsində olan 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi üçün ərizə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh 05 may 2023-cü il tarixli 3-21-3-35/2-S-0040-8/2023 saylı məktubu ilə müraciətinin təmin olunmasından imtina etmişdir.
6. Cavabdeh orqan iddia tələbinə etirazında aşağıdakıları qeyd etmişdir: - İddiaçı Mingəçevir şəhərində yerləşən Azərittifaqın “Azkooptikinti quraşdırma tresti”nin X1 kollektiv bağçılıq təsərrüfatı tərəfindən ayrılmış 0,05 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir.
7. İddiaçının nəzərinə çatdırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7 maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir.
8. İddiaçının ərizəsi ilə bağlı Ərazi İdarəsinin arxiv materiallarına istinadən məlumat olaraq bildirilmişdir ki, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007ci il tarixli Akta əsasən DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Azərittifaqın “Azkooptikinti quraşdırma tresti'nin X1 kollektiv bağçılıq təsərrüfatı torpaq sahəsinin ayrılmasına dair adlı siyahıda İddiaçı adı aşkarlanmamışdır.
9. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı ona ayrılmış bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar, Ərazi İdarəsinə təhvil verilmiş Azərittifaqın “Azkooptikinti quraşdırma tresti”nin X1 adlı siyahısında İddiaçı adının olmaması hazırki iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması üçün əsas sübut təşkil edir. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır.
10. Üçüncü şəxs Mingəçevir bələdiyyəsi iddia tələbinə münasibət bildirməmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nüayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 15 mart 2024-cü il tarixli 2- 1(116)-314/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
14. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2-1(116)-314/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2-1(116)- 314/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2-1(116)-314/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.
18. Məhkəmə kollegiyası üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
19. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasında mövcud olan Mingəçevir şəhər, Mingəçevir bələdiyyəsinin “X4 X8"nə əsasən, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi - Mingəçevir bələdiyyəsi, təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası – tikinti altında olan torpaqlar, döngə nöqtələri və faktiki sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Yeni elektron baza məlumatlarına əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi digər subyektlərə **********1768 və **********1769 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri əsasında verilmiş torpaq sahələri ilə üst-üstə düşür. Məlumat üçün bildirilmişdir ki, digər subyektlərə verilmiş **********1768 və **********1769 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin nüsxəsi Ərazi idarəsinin arxivində mövcud deyil. - cavabdehin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, iddiaçının naturada istifadə etdiyi mütəxəssis tərəfindən ölçülən və yerquruluşu planına əlavə edilən torpaq sahəsi Azkooptikinti bağçılığın ərazi hüdudları daxilində yerləşir. - cavabdehin xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilmişdir ki, Azkooptikintiquraşdırma trestinin Mingəçevir X1 adlı siyahısı ilə “Qobustan” bağçılığın adlı siyahısı eynilik təşkil edir. İş üzrə təqdim edilmiş adlı siyahı elə həmin siyahıdır. Digər məsələ qonşu torpaq sahələrinin mülkiyyətçiləri barədə adları məhkəmə prosesi zamanı araşdırma predmetinə çevrilən şəxslərin həmin bağçılıqda torpaq payının olub-olmaması araşdırıldı. Belə ki, X6 adlı siyahıda birinci sırada yer alır (mülkiyyət hüquqları rəsmiləşdirilməmiş, çıxarış verilməmişdir), X3 mülkiyyət hüquqları tanınmışdır ki, sonuncuya münasibətdə arxiv arayışı təqdim edilmişdir. X2 mülkiyyət hüquqları isə məhkəmə qətnaməsi əsasında rəsmiləşdirilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı istifadəsində olan 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, çıxarışın və planölçü sənədinin verilməsinə nail olmaqdır.
29. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi kollektiv bağçılıq təşkilatının pasportu sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas kimi qəbul edilməli idi.
30. Yuxarıda qeyd edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.7-ci maddəsində 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin konkret siyahısı müəyyən edilmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı torpaq sahəsinin kollektiv bağçılıq təşkilatının pasportu əsasında verilməsinə istinad etsə də lakin həmin torpaq sahəsinin verilməsinə əsas olan “Azkooptikinti quraşdırma tresti'nin Mingəçevir X1 torpaq yanı sahə alan işçilərin siyahısında İddiaçı adı aşkarlanmamışdır.
32. Həmçinin, məhkəmə tərəfindən inzibati orqanın praktikası yoxlanılaraq təqdim edilmiş qonşu torpaq sahələrinə dair sənədlərlə inzibati orqanın kollektiv bağçılıq təşkilatının pasportu əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması ilə bağlı davamlı və ümumi xarakter daşıyan inzibati praktikasının mövcudluğu müəyyən edilməmişdir.
33. Belə olan halda iddiaçı tərəfindən təqdim edilmiş kollektiv bağçılıq təşkilatının pasportu istinad olunan maddi hüquq normasında nəzərdə tutulmadığından, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuşdur.
35. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 229 saylı qərarı ilə “Azkooptikinti” trestinin Mingəçevir Dəmir-Beton Məmulatları zavoduna ayrılmış 0,20 ha torpaq sahəsi ərazisindən Mingəçevir X1 Həmkarlar İttifaqı Komitəsi və Bağçılıq-yoldaşlığı təsərrüfatı tərəfindən istifadəsinə verilmiş 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi və torpaq sahəsinin plan-ölçü sənədinin tərtib edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2-1(116)-314/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.