Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-352/2020 21.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əçlakın Dövlət Reyestri Xidmətinin16 saylı X6 və Cavabdeh2 qarşı “RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və reyestr nömrəsi **********28-10301 olan fərdi yaşayış evinin pasportunun etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-510/2020 nömrəli qərardadından iş üzrə İddiaçıtərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X6 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və reyestr nömrəsi **********28-10301 olan fərdi yaşayış evinin texniki pasportunun etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qismində göstərdiyi Cavabdeh2 iddiaçının doğma qardaşıdır. İddiaçının qardaşı təxminən 25 il əvvəl köçüb Rusiya Federasiyasına getdikdən sonra həmin evdə iddiaçı ailəsi ilə birlikdə yaşamışdır və halhazırda da yaşayır. Ev köhnə və yaşamaq üçün yararsız olduğundan 2015-ci ilin ortalarında iddiaçı onu söküb əvəzində iki mərtəbəli ev tikmişdir. Tikinti başa çatdıqdan sonra DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə çıxarış almaq üçün müraciət etdikdə məlum olmuşdur ki, AİK-in qərarı ilə evin yerləşdiyi torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilib. Bu barədə cavabdehə bildirmiş və aralarında razılığa gəlmişlər ki, çıxarış Cavabdeh2 adına alındıqdan sonra cavabdeh etibarnamə ilə hüquqlarını yaxın qohumlarından birinə verəcək, sonra da iddiaçının adına bağışlanma ilə mülkiyyət veriləcək. Bu səbəblə iddiaçı müvafiq orqana müraciət edib RX seriyalı ******* nömrəli çıxarış alıb. Bir müddət sonra qardaşı ilə münasibəti pozulmuş və Cavabdeh2 Ucar rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edərək İddiaçı evdən çıxarılmasını tələb etmişdir. İddiaçı DƏDRX-nin 16 saylı X5 RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi üçün müraciət etmişdir. Cavabdeh isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyini bildirmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın və **********28-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun etibarsız hesab edilməsi ilə bağlı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X5 müraciət etmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən vətəndaşın ərizəsinin icrası təmin edilməmişdir. JN-598A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Ucar RİHB-nın Lək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2016-cı il tarixli arayışı əsasında Ucar rayonu Lək kəndi ərazisində yerləşən 0.67 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş 163.8 kv.m yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, onun adına **********28- 1301 reyestr nömrəli çıxarış verilmişdir. Cavabdeh2 etirazı onunla əsaslandırılmışdır ki, o, Ucar rayon məhkəməsinə iddiaçının evdən çıxarılmasına dair ərizə ilə müraciət etmişdir. Bunu görən iddiaçı məhkəmə çəkişməsini uzatmaq məqsədi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 20 ildən çoxdur ki, iddiaçı onunla birlikdə yaşayır, onun evdən çıxmasını uzun illərdir ki, tələb edir. Lakin bacı və qardaşlarının təkidi ilə onun evdən çıxartmamışdır. İddiaçıya məxsus olan həyətyanı torpaq sahəsi var, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmək üçün iddiaçıya o və ailə üzvləri bütün tikinti materiallarını alıb vermişdi. İddiaçı özünə məxsus olan həyətyanı torpaq sahəsində həmin tikinti materialları ilə ev tikib ora köçməli idi. X3 ailəliklə birlikdə işləmək üçün getdiyindən istifadə edərək həmin tikinti materiallarının çox hissəsini satmış və öz evini inşa etdirməmişdir. Bu səbəbdən bu günə qədər ona məxsus olan evdə yaşamağına icazə vermişdi. Hal-hazırda özünün və ailə üzvlərinin yaşamağı üçün evi olmadığından onun həmin evdən çıxarılmasını tələb edərək Ucar rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində göstərilən əsassız iddialar ancaq başqasının mülkiyyətinə sahiblənmək məqsədi daşıyır. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 510/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddiamın mümkün sayılmasına dair yeni qərar qəbul edilməlidir. Belə ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İddia ərizəsində göstərdiyi kimi Cavabdeh2 onun doğma qardaşıdırr. onlar valideynlərinə məxsus həyətyanı sahədə yerləşən evdə yaşamışlar. qardaşı təxminən 25 il əvvəl, köçüb Rusiya Federasiyasına gedtikdən sonra evdə o və ailə üzvləri yaşayıb və hazırda da yaşamaqda davam edir. Ev köhnə və yaşamaq üçün yarasız olduğundan 2015-ci ilin ortalarında onu söküb əvəzində 2 mərtəbəli, ümumi sahəsi 163, 8 kv m, 57,8 kv.m olan ev tikmişdir.Evin tikintisi başa çatdıqdan sonra evə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsindən "Hüquqların Dövlət qeudyiyyah haqqında daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarış" almaq istədikdə məlum oldu ki, evin yerləşdiyi torpaq sahəsi səhvən Ucar rayon X2 qəran ilə Cavabdeh2 mülkiyyətinə verilib, ona ə ailə üzvlərinə is verilən torpaq sahasi isə tamam başqa sahədə göstərilib. Bu barədə Cavabdeh2 bildirmiş, sonuncu isə "problem yoxdur, çıxarışı mənim adıma al, etibarnamə ilə hüquqlarımı yaxın qohumlarımızdan birinə verərik, sənin adına bağışlama müqaviləsi ilə rəsmləşdirərik" .deyə cavab verdi. O inanıb həmin torpaq sahəsinə və evə RX seriyalı, ******* saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsindən "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarış" almışdır. Çıxarışın və texniki pasportun xərcləri tərəfindən ödənilmiş, sənədlərin də əsli ona verilmişdir. Sənədlərin arxasınca o gedib gəldiyindən Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsi onun adına verilib. Bütün sənədlərin əsli ondadır. Evin bağışlanması yolu ilə onun mülkiyyətinə rəsmləşdirilməsi ərərfəsində münasibətləri pozulmuşdur. o hazırda Ucar rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq evdən çıxarılmasına dair tələb irəli sürüb. Bildirir ki, qardaşı Rusiya Federasiyasının vətəndaşıdır və Azərbaycan Respublikası ərazisində mülkiyyətində torpaq sahəsi ola bilməz, vərəsəlik yolu ilə əldə etdiyi torpaq sahəsi ilə bir il ərzində məcburi qaydada özgəninkiləşdirilməlidir. Bundan başqa o ömrü boyu həmin həyətyanı sahədə yerləşən valideynlərimə məxsus evdə, hazırkı evi tikdikdən sonra isə mübahisəli evdə yaşamış, sahiblik və istifadə hüquqlarımı açıq və etirazsız həyata keçirmişdir. Bu fakt Cavabdeh2 Ucar rayon Məhkəməsinə təqdim etdiyi ",evdən çıxarılma tələbinə dair" iddia ərizəsindən də görünür. Həmin evdə o iyrimi il yaşadığını göstərmişdir, (hərçənd yuxarıda göstərdiyim kimi doğulduğum gündən həmin həyətdə yaşayıram). Barəsində şikayət verilmiş məhkəmə aktında mübahisənin xx xxxxxx 2011-ci ilə qədərki münasibətlərdən yarandığını bu səbəbdən də mübahisələndirilməsinin mümkünsüz olduğu vurğulanmışdır. Bundan başqa məhkəmə reyestrdəki qeydiyyatın hər hansı mülki hiiquqi əqdə və inzibati akta əsaslandırılmadan aparıldığını, bu halın inzibati orqanın ümumi (publik) hüquqdan irəli səlahiyyətlərin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi olduğunu, bu qaydada aparılmış qeydiyyatın müıbahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu, qeydiyyat mülki hüquqi əqdə nyaxud inzibati akta əsaslandığı halda diizgün aparılmadığı halda inzibati məhkəmədə müıbahisələndir ilməli olduğu vurğulanmış, bu səbəbdən də iddianın mümkünsüz olduğu nəticəsinə gəlinmişdir. Məhkəmənin gəldiyi qənaət düzgün sayıla bilməz. Əvvəla aparılmış qeydiyyat mülkiyyət hüquqlarımı pozmuşdur, bu pozuntu yalnız məhkəmə qaydasında aradan qaldılıa bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyası ilə təminat verilən hüquqdur, müddət tətbiq edilmədən müdafiəsinə təminat verilir. Bu barədə mübahisələr, o cümlədən qeydiyyatın ləğvi yaxud etibarsız hesab edilməsi yalnız inzibati məhkəmələrin səlahiyyətlərinə aiddir. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin 2-l(116)-510/2020 saylı iş üzrə x xxxx 2020-ci il tarixli qərarını ləğv edib RX seriyalı, ******* saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsin tərəfindən verilmiş "Hüquqların Dövlət qeudyiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarış"ın və reyestr nömrəsi **********28-10301 olan fərdi yaşayış evinin " Texniki pasportu"nun etibarsız' hesab edilməsinə dair iddianın mümkün sayılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, cavabdeh DƏDRX-nin 16 saylı X6 nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştiak edə bilməyəcəyini, üzürlü sayılmasını xahiş etmişdir. Cavabdeh DƏDRX-nin 16 saylı X6 məhkəməyə məktub göndərərək məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Ucar rayonu, Lək kəndində yerləşən fərdi yaşayış evi və 0.67 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına xx.xx.2016-cı il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan cavabdehin imtinası və etirazından görünür ki, JN-598A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Ucar RİHB-nın Lək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2016-cı il tarixli arayışı əsasında Ucar rayonu Lək kəndi ərazisində yerləşən 0.67 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş 163.8 kv.m yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, onun adına **********28- 1301 reyestr nömrəli çıxarış verilmişdir. İş materiallarında olan JN seriyalı 598A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Ucar rayonu X1 xx xxxxxxxx 1998-ci il tarixli 24 saylı qərarı ilə Cavabdeh2 mülkiyyətinə Ucar rayonu Lək kəndi ərazisində yerləşən 0.67 ha torpaq sahəsi verilmişdir Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddia ərizəsində formal xətalar mövcuddur. Belə ki, iddiaçı hüquqların dövlət qeydiyyatından çıxarışın etibarsız sayılması tələbini iki cavabdehə qarşı yönəltmişdir ki, bunlardan da biri fiziki şəxsdir. Halbuki, bir tələbə bir inzibati orqan cavab verməli və fiziki şəxsə qarşı yönələn tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. İddiaçı fiziki şəxsi cavabdeh qismində deyil üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etməli olduğu halda bunu etməmiş və fiziki şəxsi cavbdeh qismində göstərmişdr. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, çıxarışın verilməsinə əsas olan sənəd qüvvədə olduğu üçün onun əsasında verilən çıxarış ləğv edilə bilməz. Həmçinin iddiaçıya iddianın dəyişdirilməsi, ona iddia ərizəsinin forma və məzmununa dair İPM-in 13-cü maddəsinin tələbləri baxımından yardım edilməsi üçün də yardım edilməsini məhkəmə əhəmiyyətsiz hesab etmişdir, belə ki, hətta o iddianı dəyişib şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə idi belə, analoji tələblə ilk növbədə cavabdehə müraciət etmədiyi üçün iddiaçıya yardım edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmala səbəbə olacaqdır. Bu səbəbdən icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçıya yardım edilməsindən imtina edilmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Hazırkı işdə mübahisə olunan çıxarışın verilməsinə səbəb olan JN-598A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ucar rayonu X1 xx xxxxxxxx 1998-ci il tarixli 24 saylı qərarı əsasında verilmiş və həmin qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarının: 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. 298-ci maddə maddəsinə əsasən, Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçı fərdi yaşayış evinə və torpaq sahəsinə Cavabdeh2 mülkiyyətin hüququnun qeydiyyata alınmasından ən azından 2016-cı ildən bilməli olmuş, bu halda da xx.xx.2019cu il tarixində poçt vasitəsilə məhkəməyə müraciət etməklə (iddia ərizəsi xx.xx.2019-cu il tarixində məhkəməyə daxil olmuşdur) İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, x xxxxxx 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarıın: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Məhkəmə kollegiyası hazırkı işlə bağlı qeyd edir ki, JN-598A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Ucar RİHB-nın Lək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2016-cı il tarixli arayışı əsasında Ucar rayonu Lək kəndi ərazisində yerləşən 0.67 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş 163.8 kv.m yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, onun adına **********28- 1301 reyestr nömrəli çıxarış verilmişdir. Bundan başqa iş materiallarında olan JN seriyalı 598A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Ucar rayonu X1 xx xxxxxxxx 1998-ci il tarixli 24 saylı qərarı ilə Cavabdeh2 mülkiyyətinə Ucar rayonu Lək kəndi ərazisində yerləşən 0.67 ha torpaq sahəsi verilmişdir. göründüyü kimi hazırda həm xx xxxxxxxx 1998-ci il tarixli 24 saylı qərarı ilə Cavabdeh2 mülkiyyətinə Ucar rayonu Lək kəndi ərazisində yerləşən 0.67 ha torpaq sahəsi, həm də, JN-598A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Ucar RİHB-nın Lək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2016-cı il tarixli arayışı əsasında Ucar rayonu Lək kəndi ərazisində yerləşən 0.67 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş 163.8 kv.m yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, onun adına **********28- 1301 reyestr nömrəli çıxarış Cavabdeh2 məxsusdur. İddiaçı hər iki hal üzrə iddia mübahisəsini vaxtında başlatmamış, bunun görə də iddia müddəti ilə qanunvericilikdə verilmiş mübahisələndirmə müddərini ötürmüşdür. Ona görə də iddia müddəti ğtürülüdüyü üçün iddia mümkün sayılmamalıdır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki,iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı” “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin məhkəmə əlavə olaraq qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisənin məhkəmə qaydasında baxılmalı olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-510/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-510/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-352/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-352/2020
21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver