Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-353/2021 09.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Hacı- Salmanov Toğrul Adışirin oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X7, X10, X11, X12 və X8) “31.03.2017-ci il tarixli 4Ə-247 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 1.5665 ha torpaq sahəsinin 0.5216 ha hissəsinə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(116)-496/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X7, X10, X11, X12 və X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.03.2017-ci il tarixli 4Ə-247 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 1.5665 ha torpaq sahəsinin 0.5216 ha hissəsinə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qax rayonu Zərnə kənd sakinləri X11 və X4 0.5216 ha torpaq sahəsini satın almışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi 31.03.2017-ci il tarixdə bağlanmışdır. İddiaçı aldığı torpaq sahəsinə dair çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə 23.12.2020-ci il tarixli **********83 nömrəli məktubunda 1.565 ha torpaq sahəsinin 0.5216 ha hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün torpaq sahəsinin bölünməsinə dair alıcı və satıcı tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş bölgü sxeminin ərazi idarəsinə təqdim edilməsinin zəruri olduğunu bildirmişdir. Üçüncü şəxslər isə torpaq sahəsinin bölünməsinə dair sxemin imzalanmasından imtina etdikləri üçün iddiaçı çıxarış ala bilmir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 22 iyun 2021-ci il tarixli, 2-1(116)- 496/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə düzgün hüququ nəticəyə gəlməmiş, iş materialllarında olan sübutlara düzgün hüquqi qiymət verməmiş Prosesual qanun normaları düzgün tətbiq edilməmiş və iddia qanuni olsa da, məhkəmə iddianı mümkün saymamışdır. Qeyd edir ki, o, Qax rayonu Zəmə kənd sakinləri X11 və X4 0.5216 ha torpaq sahəsini satın almışdır. Alqı-satqı miiqaqviləsi 31.03.2017-ci il tarixdə rəsmiləşdirilmişdir. Hazırda o, aldığı torpaq sahəsinə dair çıxarış almaq istəyir. Hazırda Üçüncü şəxslər torpaq sahəsinin bölünməsinə dair sxemi imzalamaqdan imtina edirlər. Buna görə də o istifadəsində olan torpaq sahəsinə dair çıxarış əldə edə bilmir. o, torpaq sahəsinə dair çıxarış almaq üçün DƏDRX-nin Qax rayon Şöbəsinə müraciət etmişdir. Şöbədə ondan müvafiq qaydada dövlət rüsumu ödənilməsi və torpaq sahəsinin bölünməsinə dair sxemi tələb etdilər. O, müvafiq qaydada dövlət rüsumu ödəməyə hazır olduğunu bildirmişdir. Lakin üçüncü şəxslər müvafiq sənədi imzalamaqdan imtina etdikləri üçün o,ən dövlət reystrindən çıxarış ala bilməmişdir.. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. qeyd edilənlər əsasən Şəki İnibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-l(116)-496/2021 saylı qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Hacı-Salmanov Toğrul Adışirin oğlu şikayətə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçıya müvafiq sənədlərin təqdim olunması təklif olunmuş, lakin sonuncu həmin sənədləri təqdim edə bilməmişdir. Ona görə də şikayətin həlliniu məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsində təsbit olunmuş halı müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Bundan başqa, öhdəliyin icrası haqqında iddiaların mümkünlük şərtlərindən biri də iddiaçının analoji tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etməsidir Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan: 142710 nömrəli, 10.02.2017-ci il tarixdə tərtib edilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 1.565 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X5 mülkiyyətində olduğu görünür. Həmçinin RX seriyalı ******* nömrəli 11.02.2017-ci il tarixli çıxarışa əsasən Qax rayonu, Zərnə kəndində yerləşən 1.5650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər birinə 1/6 hissə olmaqla X12, X8, X10, X11 və 2/6 hissə olmaqla isə X5 paylı mülkiyyətində olduğu görünür. 31.03.2017-ci il tarixli, ******* “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, X12 və X11 ümumi sahəsi 1.5650 olan torpaq sahəsinin paylı mülkiyyət üzrə özlərinə məxsus 0.5216 ha hissəsini İddiaçı satmışlar. Lakin iş üzrə üçüncü şəxslər daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən 18.05.2020-ci il tarixdə tərtib edilmiş bölgü planını imzalamamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan istənilən iddia, onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlük şərtləri yerinə yetirildiyi halda məhkəmə icraatı yolveriləndir. Bununla əlaqədar ilk öncə məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən iddianın mümkünlüyü əsasları işə baxan məhkəmə tərəfindən tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlanılmalıdır İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Məcəllənin qeyd olunan normaların mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Beləliklə də iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir. Əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. Bu halda həm də qeyd etmək lazımdır ki, iddianın mümükünlük şərtlərini sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri mövcud deyil. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2-1(116)-906/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2-1(116)-906/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-1(107)-353/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-353/2021
09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver