Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-353/2025 03.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X5 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X6rşı “xx.xx.2023-cü il tarixli, 100098726YJP nömrəli göndərişə əsasən əlillik təyinatına imtina edilməsi barədə qərarın ləğv edilməsi və “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-146/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ xx.xx.2023- cü il tarixli, 100098726YJP nömrəli göndərişə əsasən əlillik təyinatına imtina edilməsi barədə qərarın ləğv edilməsi və “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1968-ci il tarixində Zaqatala rayonunda anadan olmuşdur. 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yedən döyüşlərdə iştirak etmişdir. Qeyd edir ki, hərbi xidmətdə aldığını xəstəliklə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır'' xəstəlik qərarı verilmişdir. İddiaçıya xx.xx.2006-cı ildən xx.xx.2021-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar (15 il) əlillik təyin edilmiş, lakin qanuna müvafiq olaraq fasiləsiz 10 ildən çox əlil olmağına baxmayaraq cavabdeh tərəfindən müddətsiz əlillik təyin edilməmişdir. Əlillik müddəti bitəndən sonra bir neçə dəfə tibb müəssiəsinin göndərişi cavabdehə göndərilib, sonuncu dəfə xx.xx.2023-cü ildə iddiaçı tibb müəssiəsinin göndərişi əsasında növbəti dəfə təkrar səhətində olan ağır xəstəliklərlə bağlı müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə göndərilmişdir. Lakin cavabdeh müddətsiz əlillik təyin etmək əvəzinə xx.xx.2023-cü ildə əlillik təyinatından imtina etməsi haqqında məlumat olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin iddiaçıya əlillik təyinatından imtina etməsi əsassız və qanunsuz hesab edir, belə ki, iddiaçı 15 ildən çox müharibə əlillidir və müharibədə yaranmış səbəbdən ağır xəstədir, bu səbəbdəndə hesab edir ki, cavabdeh tərəfindən ona xx.xx.2023-cü ildə əlillik təyinatından imtina etməsi ləğv edilməli və İİ qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməlidir.
3. Cavabdeh etirazını belə əsaslandırmışdır ki;iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Dekompensasiya halında" Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir.Bundan əlavə, Zaqatala rayon sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0256003AALXV nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixli göndəriş əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********2). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və qərar verilməsi Agentliyə göndərilmişdir. - Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2005-ci il tarixli 378 nömrəli Qərar verilmişdir. Həmin Qərarda “Qapalı kəskin kəllə-beyin travması. Xroniki bel-oma radikuliti. Astenonevrotik sindrom" diaonozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. - Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ünsiyyətə daxil olmamış, suallara cavab verməmişdir. Daha sonra danışmağa başlamış, qıcolma tutmaları olduğunu, tutmalar zamanı boğulduğunu, bayıldığını, oyanandan sonra isə özünə qələ bilmədiyini bildirmişdir. Anamnezində 3 ilə yaxındır şəkərli diabet xəstəsi olduğunu ifadə etmişdir. Müayinə zamanı hər iki aşağı ətrafda baldır nahiyəsində tük ekspertiza üçün əhəmiyyətli olan şəhadətnamədə qeyd olunmuş diaqnozun ağırlaşmalarını təsdiqləyən müayinə və müalicə sənədləri təqdim etməmişdir. Xəstənin müayinə müddətində ümumi vəziyyətini simulyasiya etdiyi inkar olunmamışdır" kimi qeyd olunmuş, diaqnoz əlillik təyin etmir qərarı qəbul edilmişdir. - Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yuxusuzluq, halsızlıq, belində ağrı, eşitmənin zəifləməsindən şikayətlənmiş, uzun illərdir qətiyyən yatmadığını bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamamışdır. Psixi statusunda ünsiyyətə həvəssiz daxil olmuş, suallara cavab olaraq “yoldaşım bilir" demiş, bələdliyi qorunmuş, intellektual amnestik sferası yaşına və təhsilinə uyğunluğu müəyyənləşdirilmiş, yaddaş, qavrama pozuntusu, psixoproduktiv psixosimptomatika, şəxsiyyət dəyişikliyi izlənilməmiş, xəstənin davranışları daha çox simulyasiya xarakteri daşımışdır. - Şəki rayon Psixiatriya xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. - Şəki rayon Psixiatriya xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu dekompensasiya halında” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. - Şəki rayon Psixiatriya xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10689932 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu dekompensasiya halında” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. - Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
4. Tərəflər birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsinin iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 07 aprel 2025-ci il tarixli 2- 1(116)-146/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, Şəki İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(116)-146/2025 nömrəli qərarının ləğv olunmasını və apellyasiya şikayətinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində dəlillərini ətraflı şəkildə qeyd etdiyini bildirmişdir. Əlavə olaraq onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmamış, əsasız olaraq qanunazidd qərar qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(116)- 146/2025 nömrəli qərarının ləğv olunmasını və apellyasiya şikayətinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə sədirlik edənin sualına cavab olaraq İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir.
10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
11. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir.
2. 082956 seriya nömrəli vəsiqədən görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə vəsiqə verilmişdir.
3. Mərkəzi Hərbi Komissiyasının xx.xx.2005-ci il tarixli 378 nömrəli qərarının surəti.
4. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-868/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 447 nömrəli məktubu.
6. Cavabdehin etirazı və əlilik altsistemindən çıxarışlar.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
13. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və inzibati məhkəmə icraatı iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini işin hallarından asılı olaraq prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: Bənd 2.2. ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” Maddə 3.1 Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Maddə 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Maddə 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Maddə 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Maddə 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”:
3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 21.“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti
7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq 35-60 2 il dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin 65-80 2 il azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, İddiaçı apellyasiya şikayətinin və iddia ərizəsinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. İşin müəyyən edilmiş hallarından görünür ki, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-868/2024 nömrəli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmişdir. Lakin Azərbaycan Respubilkası Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ tərəfindən Şəki İnzibati Məhkəməsinə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 447 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə “Sağlamlıq vəziyyətinin təyininə dair” məhkəmə-tibbi müayinədən keçməkdən imtina etdiyi üçün iş icrasız geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi barədə qərardadın Məhkəmə-Tibbi Ekspertiza və X2 göndərilməsi barədə məktuba iddiaçının rekvizitləri daxil edilmiş, həmçinin məhkəmə tərəfindən iddiaçıya ekspertizanın keçirilməsi üçün müayinə tarixi və keçirilmə yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının müayinə olunmaq üçün getməkdən imtina etməsi əsası ilə iddia tələbi təmin edilməmişdir.
26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının müayinə olunmaq üçün ekspertizaya getməməsi əsası ilə iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə tərəfindən tərəflərin dinlənilmə hüququ təmin edilərək iddiaçının müayinəyə getməməsinin səbəbləri müyyən edilməli və yenidən ekspertiza təyin edilməli idi.
27. Məhkəmə kollegiyası qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, cavabdeh orqan iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişinə münasibətdə xx.xx.2023-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul etmişdir. Məhz sonuncu imtina qərarından sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin müəyyən olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur.
28. Bundan sonra iddiaçı həmin imtina cavabını aldıqdan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
29. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı xx.xx.2023-cü il tarixli, 100098726YJP nömrəli göndərişə əsasən əlillik təyinatına imtina edilməsi barədə qərarın ləğv edilməsi və “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə müddətsiz əlilliyin təyin olunmasından ibarətdir. İddiaçı 2006-2021-ci illərdə fasiləsiz olaraq ona əlillik təyin edildiyinə istinad edir.
30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2006-cı il tarixində İİİ dərəcə əlilik təyin edilmişdir. Növbəti qiymətləndirmə tarixindən etibarən iddiaçıya müddətli İİ dərəcə əlillik təyin edilmişdir. Sonuncu dəfə iddiaçıya xx.xx.2016-cı il tarixində İİ dərəcə müddətli əlilik təyin edilmiş, xx.xx.2021-ci il tarixində müddətin başa çatması ilə iddiaçı əlil statusunu itirmişdir. Daha sonrakı tarixlərdə iddiaçı barəsində tibb müəssisəsi tərəfində “Forma 88” göndərişləri təqdim edilmiş, əliliyin təyin edilməsindən imtina edilmişdir.
31. Məhkəmə kollegiyasının iclasında iddiaçının dinlənilmə hüququ təmin edilərək, iddiaçıya ekspertizanın təyin edilməsi və iddiaçının təyin edilmiş ekspertizada iştirak etməsinin zəruriliyi və əsasları, iddiaçının ekpertizaya getməməsinin nəticələri izah edilmişdir. Bundan sonra kollegiya iddiaçının birinci instansiya məhkəməsində təyin edilmiş ekspertizada iştirak etməməsini nəzərə alaraq “Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” PHŞ-nin nümayəndələrinin iştirakı olmadan yenidən məhkəmə-tibbi ekspertizası təyin etmişdir.
32. Azərbaycan Respubilkası Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.2025-ci il tarixli, T 409/2025 nömrəli məktubuna əlavə edilmiş ekspert rəyindən görünür ki; - Vətəndaş İddiaçı “Şəki rayonlararası Psixiatriya Xəstəxanası” PHŞ-də 27.03xx.xx.2023-cü il tarixlərdə stasionarda “Üzvi mənşəli şəxsiyyət pozuntusu, dekompensasiya halında” diaqnozu ilə müalicədə olsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında onun adına tərtib edilmiş sonuncu müayinəyə dair qiymətləndirmə məlumatında diaqnozun obyektiv müayinə zamanı öz təsdiqini tapmaması qeyd olunmuşdur. Buna baxmayaraq o, həmin diaqnozla istər 2023cü ildə, istərsə də 2024-cü illərdə dəfələrlə müayinə və müalicədə olmuşdur. - Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiyfnətləndirilməsi ilə bağlı “Zaqatala rayon mərkəzi xəstəxanası” phş tərəfindən tərtib edilmiş 0256003AALXV saylı (TQS №-088) göndərişdə XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasınm davamlı qalıq əlamətləri-1993. Ağırlaşmalar: S06.0-baş beynin silkələnməsi, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri-1993, G44.3-xroniki posttravmatik başağrısı, xroniki posttravmatik başağrısı, R41.8-qavrama və dərketmə qabiliyyətinə aid olan digər və yaddaş intellekt enməsi, G93.2-xoşxassəli kəllədaxili hipertenziya, posttravmatik ensefalopatiya, hipertenzion sindrom, F48.0-nevrasteniya, nevrasteniya. Yanaşı xəstəliklər: M43-onurğanın osteoxon- drozu, onurğanın yayılmış osteoxondrozu, 170-ateroskleroz, 110-essensial [birincili] hipertenziya İİİ dərəcə risk 4, G45.0-vertebrobazilyar arterial sistem sindromu, vertebrobazilyar arterial sistem sindromu, İ79.2-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, aşağı ətrafların mikroangiopatiyası, El 1.7-insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla orta ağır forma, G63.2-diabetik polinevropatiya (E 10-14 dördüncü 4 işarəsi ilə) diabetik polinevropatiya” diaqnoz ona stasionarda müalicəsi zamanı psixi statusu, anamnestik, klinik və laborator instrumental müayinələri nəticəsində müəyyən edilmişdir. - Vətəndaş İddiaçı əsas xəstəliyi onda uzun müddət əvvəl yarandığından və xroniki hala keçdiyindən onun ağırlaşmaları da xronikidir. Xroniki xəstəliklər sağalmırlar, yalnız müalicələrdən sonra remissiya mərhələsinə keçirlər və həmin anda xəstə müayinə olunarsa xəstəliyin əlaməti olmaya bilər, bu da heç də xəstəliyin reabilitasiyası demək deyildir. - Qərardadın 2-ci və 4-cü suallarının həlli isə məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası’nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
33. Bununla bağlı xx.xx.2025-ci il tarixdə kollegiya tərəfindən DTSERA-ya sorğu verilmişdir. DTSERA-nın xx.xx.2025-ci il tarixli, 3-17-4/2-23279/2025 nömrəli məktubundan görünür ki; 1) İddiaçı əlillik vəziyyətinə dair Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş İ00098726YJP nömrəli göndərişə DTSERA-da aparılmış əyani müayinə əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmə aparılmışdır. Göndərişdə əsas diaqnoz “Üzvi mənşəli şəxsiyyət pоzuntusu. Dekompensasiya halında” kimi müəyyənləşdirilmişdir. - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022- ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6- cı bəndinə müvafiq olaraq üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı əsas götürülən kriteriyaları nəzərinizə çatdırırıq: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq (instrumental) təsdiq edilməlidir - Vətəndaşın DTSERA-da aparılmış xx.xx.2023-cü il tarixli əyani müayinəsi zamanı təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2005-ci il tarixli 378 nömrəli Qərarında diaqnoz “Qapalı kəskin kəllə-beyin travması. Xroniki bel-oma radikuliti. Asteno-nevrotik sindrom” kimi müəyyənləşdirilərək, həmin travmanın X4 dövründə alındığı qeyd edilmişdir. Lakin İ00098726YJP nömrəli göndərişdə qeyd edilmiş MRT müayinəsinin nəticəsində baş beyində heç bir intraparenximatoz ocaqlı dəyişiklik, posttravmatik qalıq əlamətləri aşkarlanmamışdır. Bu isə öz növbəsində alınmış baş travmasının ağırlığını və ya yaranmış psixi pozuntuların üzvi əsasını təsdiqləməmişdir. - xəstəliyin davametmə müddəti və proqredientliyi - Əyani müayinə zamanı təqdim olunmuş sənədlərə əsasən vətəndaş yalnız 2022-ci ildən başlayaraq göndərişdə qeyd edilmiş diaqnozla əlaqədar ixtisaslaşmış müalicə üçün müraciət etmişdir. Travma anından müalicə dövrünə qədər 25 ildən çox müddət keçməsinə baxmayaraq həmin travma ilə əlaqədar nə ambulator nə stasionar müalicə almaması hazırki psixi vəziyyətinin həmin travma ilə səbəb əlaqəsini təsdiqləməmişdir. - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsinin araşdırılması - Əyani müayinə zamanı psixi statusunda ünsiyyətə həvəssizlik izlənilsə də, bələdliyi qorunmuş, intellektual mnestik sferası yaşına və təhsilinə uyğun müəyyənləşdirilmiş, yaddaş, qavrama pozuntusu, psixoproduktiv psixosimptomatika, şəxsiyyət dəyişikliyi əlamətləri izlənilməmiş, xəstənin davranışları daha çox simulyasiya xarakteri daşımışdır. Bununla da göndərişdə qeyd edilmiş klinik məlumatlar təsdiqlənməmişdir. - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə ümumiyyətlə xəstəliyin başlanması, dinamikası və aldığı müalicələr göndərişdə və əyani müayinə zamanı ətraflı izah edilməmiş, ifadə etdiyi şikayətlərin – baş ağrıları, yuxusuzluq, halsızlıq, belində ağrı, eşitmənin zəifləməsi və s. olması ciddi psixi patologiya səviyyəsində izlənməmiş, müalicə və reabilitasiyanın mümkünlüyünü təsdiqləmişdir. - Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2-ci bəndində insanın həyat fəaliyyətinin əsas kateqoriyaları müəyyən edilmişdir. Həmin bəndə əsasən əlilliyin qiymətləndirilməsi üçün göndərişdə qeyd olunan əsas və yanaşı xəstəliklərin həyat fəaliyyəti kateqoriyalarına təsir dərəcəsi tibb müəssisəsi tərəfindən müəyyənləşdirilməli və rəsmiləşdirilmiş göndərişdə öz əksini tapmalıdır. İddiaçının əyani müayinəsi zamanı onun tərəfindən ifadə olunan şikayətlər, izlənilən klinik əlamətlər və dəyişikliklər 187 saylı qərarda ifadə olunmuş həyat fəaliyyəti kateqoriyasının məhdudlaşma dərəcəsi ilə uyğunlaşmamışdır. 2) Göndərişdə qeyd olunan əsas diaqnozun mövcud meyarlara uyğun olub-olmaması qanunvericilikdə müvafiq patologiyalar üzrə tələb olunan kriteriyalar əsasında qiymətləndirilir. 3) İddiaçı barəsində “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı verilərkən diaqnozun şəxsin həyat fəaliyyətinə təsiri göndərişdə qeyd olunmuş və əyani müayinə zamanı əldə olunmuş obyektiv məlumatlar (anamnestik, klinik, instrumental), həmçinin təqdim edilmiş tibbi sənədlər əsasında qiymətləndirilmişdir.
34. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixli, T 409/2025 saylı ekspert rəyində göstərilən xəstəliklər üzrə “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən İddiaçı hansı növ əlillik dərəcəsinin verilməsi üçün əsas olub-olması, diaqnozun əsasnamədə qeyd edilmiş həmin xəstəliklərlə eynilik təşkil etməsi, eyni zamanda həmin diaqnozun əlillik əlaməti təyin edib-etməməsi barədə məlumatın müəyyən edilməsi üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına və Şəki Rayon Psixiatriya Xəstəxanasına sorğu verilmişdir.
35. İş materiallarında olan Azərbaycan Respubilkası Səhiyyə Nazirliyi Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 18-1-78/2-1129/2025 saylı cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı adına rəsmiləşdirilmiş forma 88-də qeyd olunan aşağıdakı diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarında öz əksini tapmamışdır. T90.5-Kəllədaxili travmalarının nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, G44.3-xroniki postravmatik başağrısı, G93.2-xoşxassəli kəllədaxili hipertenziya, postravmatikensefalopatiya, hipertensiv sindrom, R41.8-qavrama və dərketmə qabiliyyətinə aid olan yaddaş və inetellektin enməsi, F48.0-nevrasteniya İ70ateroskleroz, G45-vertebrobazilyar arterial sistem sindromu. Sənəddə qeyd olunmuş S06.0 (beyin sirkələnməsi, keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri) əlillik meyralarının 6.1 bəndinə uyğundur (S02-S09 başın travmaları). Diaqnozun şərhində ümumi beyin pozuntusu dərəcələri qeyd olunmadığı üçün (məsələn ümumi beyin mülayim pozuntusu ilə baş beyinin əzilməsi, kontuziya - 40-60% 1 il, təzahür edən pozuntular ilə baş beyinin əzilməsi, kontuziyası-65-80% 2 il) qiymətləndirilmə aparılması mümkün deyil. İ10-Arterial hipertenziya İİİ dərəcə risk İV əlillik meyarlarının 2.1 bəndinə uyğundur (qan təzyiqinin yüksək olması ilə səciyələnən xəstəlik (İ10-İ15). Qiymətləndirilmədə əsas götürülən hədəf orqanlarının zədələnməsi qeyd olunmayıb (hədəf orqanlarının mülayim pozuntusu-35-60% 1 il, hədəf orqanlarının ciddi pozuntusu 68- 80%-2 il, hədəf orqanlarının ağır pozuntusu 85-100% (müddətsiz). E11.7-İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla orta ağır forma. İ79.2-Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, aşağı ətrafların mikroangiopatiyası. G63.2-Diabetik polinevropatiya əlillik meyarlarının 11.2.4, 11.2.5 bəndlərinə uyğundur (E10-E14) qiymətləndirilmə aşağıdakı meyarlara uyğun aparılır. Diabetik makroangipatiya, hər iki aşağı ətrafda XAÇ İİ mərhələ-40% 1 il (11.2.5.1), diabetik makroangiopatiya, hər iki aşağı ətrafda XAÇ İİİ mərhələ 80% 2 il (11.2.5.2) Hər iki aşağı ətrafda qanqrenanın əmələ gəlməsi ilə XAÇ İV mərhələ. Diaqnozların şərhində qeyd olunan ağırlaşmalar öz əksini tapmadığı üçün qiymətləndirilmə aparılması mümkün deyil.
36. İş materiallarında olan Azərbaycan Respubilkası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 1029 nömrəli məktubunda qey edilmişdir ki, Zaqatala rayonu Qımır kəndində yaşayan İddiaçı xx.xx.2022-cu il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir (D-z:Üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu). F07.0 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavənin 2.7.1 bəndinin 7.6.2-ci maddəsində nəzərdə tutulmuş diaqnoza uyğun gəlir. F07.0 diaqnozu əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – 35-60 %, 2 il müddətinə qiymətləndirilməsi. Belə ki, iddiaçı İ Qarabağ müharibəsi iştirakçısıdır və xx.xx.1994-cü il tarixdə mərmi partlaması nəticəsində keçirdiyi "Qapalı kəllə beyin travması. Xroniki bel oma radikuliti. Asteno nevrotik sindrom" xəsarəti almış və xx.xx.1994-xx.xx.1994-cü il tarixdə Mingəçevir ŞMX-da stasionar müalicə almış və AR MN-nin MHHK–nın xx.xx.2005-ci il tarixli №378 qərarı ilə “Hərbi travmadır. Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” qərarı verilmişdir. Travmadan sonra xəstədə güclü baş ağrıları baş gicəllənmə yuxusuzluq və əsəbilik əlamətləri olmuş xəstəlik səbəbli nevropotoloqlarda çoxsaylı ambulator və xx.xx.2006-xx.xx.2006-cı il tarixdə Zaqatala RMX-da stasionar müalicə almış müalicələr almış aldığı müalicələrə baxmayaraq xəstənin ruhi vəziyyətində dəyişikliklər olmamış davranışpozuntuları qeyd edilmiş əsəbi olmuş tez tez mübahisəyə və münaqişəyə qoşulmuş gecələr yatmamış yuxusu pozulmuş ruhi vəziyyətindəki dəyişikliklə əlaqədar ilk əvvəllər ambulator müalicələr alsada xəstədə davamlı baş ağrıları baş gicəllənmələr yaddaşsızlıq əsəbilik tez qıcıqlanma halları kəskinləşmiş bu səbəbli xx.xx.2005-ci il tarixdən qeydiyyatda olduğu rayon üzrə RMX-nın dispanser müşahidəsinə götürülmüş mütamadi olaraq ambulator müalicələr almış xx.xx.2014-xx.xx.2014-cü il tarixdə Müharibə Əlilləri üçün Müalicə Pansiyanatında, xx.xx.2016-xx.xx.2016, xx.xx.2018-xx.xx.2018, xx.xx.2019-xx.xx.2019, xx.xx.2021-xx.xx.2021, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Zaqatala RMX-da, xx.xx.2017-xx.xx.2017, xx.xx.2018-xx.xx.2018, xx.xx.2019-xx.xx.2019ci il tarixdə Respublika Əlillər Bərpa Mərkəzində, xx.xx.1994-xx.xx.1994, xx.xx.2022xx.xx.2022, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Şəki RPX-da stasionar müalicələr almışdır. Zahirən narahat və gərgindir, hövsələsizdir, bir yerdə qərar tuta bilmir, kontakta formal narazı halda qoşulur, verilən suallara qısa əsəbi halda cavab verir, təfəkkürü ləngimişdir, yaddaşı zəifləmişdir, sözləri yada salmaqda çətinlik çəkir, söhbət zamanı həyəcanlanır, söhbətdən yayınmağa çalışır, söhbət uzandıqca gərginləşir, əsəbiləşir tez özündən çıxır, emosional davamsızdır, adi qıcığa qeyri-adekvat reaksiya verir, baş ağrılarından baş gicəllənmədən şikayət edir, əsassız özündən çıxır, affektiv reaksiyalara meyilldir, əhval-ruhiyyəsi enikdir, ətrafa qarşı laqeyd davranır, özünə qapanıqdır, intihar fikirləri səsləndirir, iki dəfə intihara cəhd etdiyini səsləndirir, tez-tez cəngolma hallarının baş verdiyini bildirir, yuxusu pozulub, dərmanladır, xəstə Klonazepam 2mq, Depakin 500mq, Leponeks 100 mq dərman müalicəsi alır. Üzvi (İ Qarabağ müharibəsi zamanı) mənşəli şəxsiyyət pozuntusu davamlı dekompensasiyalarla depressiv psixotik daxilolmalar intihar fikirləri, davranış pozuntuları yaddaş və koqnitiv funksiyaların enməsi ilə. İddiaçı müayinəsinin nəticələri üzrə aşağıdakılar qeyd olunmuşdur: Həyat fəaliyyəti kateqoriyasının məhdudlaşma dərəcəsi: Özünəqulluq bacarığı 2-ci dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; - Sərbəst hərəkətetmə bacarığı 1-ci dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; - İstiqamətseçmə bacarığı 1-ci dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı; - Ünsiyyət bacarığı 2-ci dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; - Davranışına nəzarətetmə bacarığı 3-ci dərəcə; -Əmək fəaliyyəti 3-cü dərəcə.
37. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Həmin Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə «Əlilliyin müəyyən olunması meyarlar»ın - 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin F07.0 kodu altında üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi aşağıdakı qiymətləndirmələr üzrə əlilliyin dərəcəsinin 2 il müddətinə təyininə əsas verir: - (7.6.2.1) əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – orqanizmin funksiyalarının 35 – 60 % pozulması; - (7.6.2.2) məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti – orqanizmin funksiyalarının 65 – 80 % pozulması.
38. Göründüyü kimi, mövcud qanunvericilik normaları üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi olan şəxslərdə (F07.0 diaqnozu) əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – 35-60 % pozulması kimi qiymətləndirilməsinə əsas verir.
39. Kollegiya hesab edir ki, ekspertiza rəyindəki və tibb müəssisəsinin göndərişindəki məlumatlar da mötəbər qiymətləndirilir. Göndərişdə onun barəsində qeyd olunan məlumatlar, o cümlədən “təfəkkürünün ləngiməsi”, “əsassız özündən çıxması”, “əsassız mübahisəyə qoşulması”, “emosional davamsızlığı”, “adi qıcığa qeyri-adekvat reaksiya verməsi”və “affektiv reaksiyalara meyilli olması” iddiaçının sağlamlıq vəziyyətinin «Əlilliyin müəyyən olunması meyarları»nın 7.6.2.1-ci bəndində nəzərdə tutulan hallara uyğunluğunu təsdiqləyir.
40. "İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
41. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
42. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı sağlamlıq vəziyyəti «Əlilliyin müəyyən olunması meyarları»nın 7.6.2.1-ci bəndində nəzərdə tutulan hallara uyğun gəldiyindən ona 2 il müddətində OFP-nin 35-60 % müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
43. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik imtina haqqında sonuncu qərarın qəbulu tarixindən təyin olunmalıdır (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2- 1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi xx.xx.2023-cü il tarixdən təyin edilməlidir.
44. Göstərilənlərə əsasən, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdehin imtinası qanunauyğun olmamış, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
45. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə işin halları tam və hərtərəfli olaraq araşdırılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.
47. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməlidir. Odur ki, İddiaçı xx.xx.2023-cü il tarixdən 2 il müddətinə OFP-nin 35-60 % müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
48. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-146/2025 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən 2 il müddətinə OFP-nin 35-60 % müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.