Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-354/2020 02.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Cavabdehnə qarşı “X5 Göyçay rayon Bığır Narçılıq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-761/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxxxxx 1956-cı il tarixində Göyçay rayonu Bığır kəndində anadan olmuş və hal-hazırda həmin ünvanda yaşayır. xx xxxx 1977-ci il tarixdə 1954-cu il təvəllüdlü X10 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. 1990-cı il tarixdə həyat yoldaşı X10 vəfat etmişdir. xx.xx.2020-ci il tarixdə yaşa görə sosial müavinətdən ailə başçısını itirən kimi əmək pensiyasına keçmək üçün cavabdeh orqan DSMF-nin Göyçay rayon şöbəsinə rəsmi ərizə ilə müraciət etmiş, lakin mərhum həyat yoldaşı X5 adına əmək kitabçası açılmadığı üçün cavabdeh orqan bundan imtina etmişdir. Mərhum həyat yoldaşı X10 xx.xx.1978xx.xx.1990-cı illərdə Göyçay rayon Bığır narçılıq sovxozunda işləmişdir. İddiaçı bu stajı təsdiq edən arayışı Dövlət Arxivinin Göyçay filialından əldə edib cavabdehə təqdim etmiş, lakin cavabdeh arxiv arayışına əsasən ailə başçısını itirən kimi pensiya təyin etməyin qanuna müvafiq olmadığını bildirmişdir. Cavabdehin etirazı: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının (xx.xx.2010-cu ildə 4027 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir) İV fəslinin 4.2.7-ci maddəsinə əsasən Pensiya sektorunun məsləhətçisi, ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx xxxxxx 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirir. Qaydaların İİİ fəslinin 3.1.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. X5 xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. A.Məmmədovun iş stajı aşağıdakı kimidir: 1973.xx.xx-1975.05.01 = 2 il 0 ay 0 gün - hərbi xidmət illəri (mübahisələndirilməyən illər) 1978.xx.xx-1990.08.06 = 11 il 7 ay 15 gün (mübahisələndirilən illər) Ümumi staj: 13 il 7 ay 15 gün X5 (vəfat edən günədək 7 il sosial sığorta stajı tələb olunurdu) xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illər məhkəmə qərarı əsasında nəzərə alınmaqla sosial sığorta stajına daxil edildiyi halda, onun həyat yoldaşı X2 (61 yaş 6 ay tamam olduğu və yaşa görə əmək pensiyasına hüququ yarandığı üçün) ailə başçısını itirən kimi əmək pensiya almaq hüququ yarana bilər. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, DSMF-nin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli imtina məktubu, Milli Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay Filialının xx.xx.2020-ci il tarixli 29 nömrəli arxiv arayışı, Nikahın bağlanması haqqında İ-ЖГ seriyalı 274787 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, Ölüm haqqında İİİ-ЖГ seriyalı 462638 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, DSMF-nin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubu, DSMF-nin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubu, xx.xx.2020-ci il tarixli akt, İddiaçının 151304 nömrəli şəxsi işi, Sosial müavinətin təyinatı üzrə X6 Mərkəzinin xx.xx.2018-ci il tarixli 583 nömrəli Qərarın təsdiqlənmiş surəti, Göyçay rayon İHB-nın Bığır kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 692 nömrəli arayışın təsdiqlənmiş surəti, xx.xx.2018-ci il tarixli xidməti məktubun təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2- 1(116)-761/2020 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Əmək və X6 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı mərhum əri X5 xx.xx.1978-ci ildən xx.xx.1990-cı ilə qədər Göyçay rayon Bığır Narçılıq sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulması, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır. CavabdehAzərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 761/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı Cavabdehnə qarşı mərhum həyat yoldaşı X4 xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(1 16)-761/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Cavabdeh üzərinə İddiaçı mərhum ən X5 xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cı i! tarixədək Göyçay rayon Bığır Narçılıq sovxozunda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Məlumat üçün bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının (xx.xx.2010-cu ildə 4027 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir) İV fəslinin 4.2.7 maddəsinə əsasən Pensiya sektorunun məsləhətçisi, ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx xxxxxx 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri- dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirir. Qaydaların İİİ fəslinin 3.1.1-ei maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. X4 xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cı ri tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. A.Məmmədovun iş stajı aşağıdakı kimidir: 1973.xx.xx-1975.05.01 = 2 il 0 ay 0 gün - hərbi xidmət illəri (mübahisələndirilməyən illər) 1978.xx.xx-1990.08.06 = 11 il 7 ay 15 gün (mübahisələndirilən illər) Ümumi staj: 13 il 7 ay 15 gün X5 (vəfat edən günədək 7 il sosial sığorta stajı tələb olunurdu) xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illər məhkəmə qərarı əsasında nəzərə alınmaqla sosial sığorta stajına daxil edildiyi halda, onun həyat yoldaşı X7/ıın:. (61 yaş 6 ay tamam olduğu və yaşa görə əmək pensiyasına hüququ yarandığı üçün) ailə başçısını itirən kimi əmək pensiya almaq hüququ yarana bilər. Bütün bunları nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2- 1(116)- 761/2020 nömrəli qərarının ləğv edilməsini və Əmək və X6 Nazirliyi yanında Cavabdeh xeyrinə qərar çıxarılmasını Sizdən xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Cavabdeh nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə edərək apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-761/2020nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-761/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı düzgün olaraq qismən əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cu il tarixədək Göyçay rayon Bığır Narçılıq sovxozunda avtotraktor parkına ehtiyat sürücü fəaliyyəti ilə məşğul olmuşdur. Bu fakt Milli Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay Filialının xx.xx.2020-ci il tarixli 29 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X4 xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. X5 (vəfat edən günədək 7 il sosial sığorta stajı tələb olunurdu) xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illər məhkəmə qərarı əsasında nəzərə alınmaqla sosial sığorta stajına daxil edildiyi halda, onun həyat yoldaşı X2 (61 yaş 6 ay tamam olduğu və yaşa görə əmək pensiyasına hüququ yarandığı üçün) ailə başçısını itirən kimi əmək pensiya almaq hüququ yaranacaqdır. Göründyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı mərhum ərinin Göyçay rayon Bığır Narçılıq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnun reallaşmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. “X9” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Resppublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən hüquq normasını hazırkı tələbin faktiki hallarına tətbiq etdikdə müəyyən edilir ki, iddiaçının mərhum əri xx.xx.1954-cü ildə anadan olduğundan və xx.xx.1990-cı ildə vəfat etdiyindən onun vəfat etdiyi günə 36 yaşı olmuşdur. Mərhumun əmək qabiliyyətli dövrün 15 yaşdan başladığını nəzərə alıb həmin illəri çıxdıqda onun 21 il əmək qabiliyyətli dövrü olmuş olur və həmin illərin hər ilinə görə 04 ay sığorta stajı hesablandıqda 7 il sığorta stajı olmuş olur. İddiaçının mərhum ərinin qanunun yuxarıda qeyd edilən müddəasında tələb ediləndən artıq (13 il 6 ay 15 gün) sığorta stajı mövcud olur. (1973.xx.xx-1975.05.01 = 2 il - hərbi xidmət illəri (mübahisələndirilməyən illər) və 1978.xx.xx-1990.07.05 = 11 il 6 ay 15 gün (mübahisələndirilən illər)) İddiaçı xx.xx.1956-cı il tarixdə doğulduğundan onun xx.xx.2016-cı il tarixdə 60 yaşı tamam olmuş, 2018-ci ilin aprel ayında qadınlar üçün tələb edilən 61 yaş 06 ay pensiya yaşı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh etirazında mərhum X1 düzgün hesablamamışdır. Arxiv arayışından müəyyən olunur ki, X10 xx.xx.1990-cı il tarixli 81 nömrəli əmrlə 5.07.1990-cı il tarixində vəfat etdiyi üçün işdən azad edilmişdir. Cavabdeh isə əmrin tarixini mərhumun işdən azad edilmə günü ilə səhv salmışdır. Lakin qeyd edilən səhv iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası almaq üçün mərhumun ümumi tələb olunan stajına münasibətdə əsaslı təsir göstərmədiyi üçün əhəmiyyətsiz hesab olunur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməbelə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə mərhum X5 xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Göyçay rayon Bığır Narçılıq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-761/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-354/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-354/2020
02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver