Məhkəmə qərarları › İş №2-1(107)-354/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-354/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-354/2021 09.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 nümayəndəsi XN3 və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh2nə qarşı (üçüncü şəxs: DSMF publik hüquqi şəxsin N4 saylı regional ərazi filialı) "X3 N dekabr N993-cü il tarixdə N nömrəli hərbi hissənin tərkibində qulluq edərkən mina partlaması nəticəsində vəfat etməsi səbəbindən ona “Şəhid ailəsi” statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 iyun 202N-ci il tarixli, 2-N(NN6)-NN5/202N nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh2nə qarşı (üçüncü şəxs: DSMF publik hüquqi şəxsin N4 saylı regional ərazi filialı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "22.N2.N993-cü il tarixdə N nömrəli hərbi hissənin tərkibində qulluq edərkən mina partlaması nəticəsində vəfat etmiş mərhum oğlu X3 “Şəhid” statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının mərhum oğlu XN RHK tərəfindən hərbi xidmətə çağırılmış və N №-li hərbi hissə komandirinin N3 dekabr N992-ci il tarixli 0222 №-li Əmri ilə şəxsi heyətin siyahısına daxil edilərək qazan təminatına götürülmüşdür. Hərbi xidməti borcunu yerinə yetirərkən iddiaçının oğlu mina partlayışı nəticəsində N dekabr N993-cü il tarixdə həlak olduğuna görə N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli N №-li Əmri ilə hərbi hissənin şəxsi heyət üzvülüyündən azad edilərək bütün təminat siyahılarından çıxarılmışdır. Bundan sonra iddiaçının mərhum oğlu Qəbələ rayonunun Uludaş kəndində şəhid kimi dəfn edilmişdir. O, dəfn edilərkən həmin vaxt həm İcra Hakimiyyətinin, həm də rayon Hərbi Komissarlığının nümayəndələri dəfində rəsmi şəxslər qismində iştirak etmişlər. Sonradan dövlət rəsmilərindən iddiaçıya bildirilmiş ki, mərhum oğluna "Şəhid" statusu, ona isə "Şəhid ailəsi" statusu verilmişdir. İddiaçı 2007-ci ildən Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə şəhid ailələrinə dövlət tərəfindən verilən aylıq müavinəti də bu günə kimi almamışdır. İddiaçı 20N8-ci ildə vərəsə kimi şəhid oğlu üçün dövlət tərəfindən verilən NN000 manat sığorta pulunu almaq üçün müraciət edərkən də ona mərhum oğlunun "Şəhid" statusunun ləğv edilməsi səbəbindən bir daha imtina edilmişdir. Ancaq bu barədə hər hansı bir rəsmi sənəd mərhumun ailəsinə təqdim edilməmişdir. Yəni, məntiqlə əgər status ləğv edilirdisə, müvafiq dövlət orqanı tərəfindən rəsmi sənəd (akt, qərar və ya protokol və s.) qəbul edilməli və bir nüsxəsi məlumat üçün mərhumun ailəsinə təqdim edilməli idi. İddiaçı ərizə ilə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cavabdeh3nə, həm də Sərfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsinə müraciət etmiş, lakin ona bu barədə dəqiq məlumat verməmişər. İddia ərizəsində iddiaçı qeyd etmişdir ki, onun mərhum oğlunun qulluq etdiyi N №-li hərbi hissə Cəbrayıl rayonu ərazisində dislokasiya olmuş hərbi hissə olub və təsnifata görə "döyüş şəraitində olan hərbi hissə" koteqoriyasına aid olub. Lakin N993-cü ilin dekabr ayında Şəmkir rayonu ərazisindəki Seyfəli poliqonunda döyüş təlimində olublar. Bu isə onu söyləməyə tam əminliklə əsas verir ki, oğlu döyüş şəraitində olan hərbi hissənin tərkibində və döyüş tapşırığını yarinə yetirərkən həlak olub və "Şəhid" statusu almağa layiqdir. İş üzrə üçüncü şəxsin iddiaçıya ünvanladığı 29.04.2020-ci il tarixli, **********N nömrəli məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5 yanvar N994-cü il tarixli, N0 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın N.2.6-cı bəndinə əsasən atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər şəhid hesab olunur. Eyni zamanda qeyd edilir ki, şəhid və şəhid ailəsi statusu həmin Qaydaların 4.N-ci bəndinə əsasən gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin Kadrlar İdarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələrinin verdiyi arayışlarla təsdiq olunur. Qaydaların N.N-ci bəndinə əsasən şəhid, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Ərizəsində qeyd etdiyi kimi mərhuma “şəhid" statusu verilməmişdir. Şəhid statusunu almaq üçün iddiaçıya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinə müraciət etməsi tövsiyyə olunmuşdur. İş üzrə cavabdeh orqanın iddiaçıya ünvanladığı 30.04.2020-ci il tarixli, 29N nömrəli məktubda qeyd edilir ki, Cavabdeh2nə iddiaçının ünvanladığı ərizəyə baxılmış və arxiv sənədləri əsasında müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, XN0 22.N2.N993-cü il tarixində “Seyfəli təlim mərkəzində” mina partlayışı zamanı həlak olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5.0N.N994-cü il tarixli N0 saylı qərarına əsasən X7 şəhid adının verilməsi mümkün olmamışdır. Nazirlər Kabinetinin N5.0N.N994-cü il tarixli N0 saylı qərarının 4.N-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, hərbi hissənin bildirişi və ya arayışı əsasında, onlar olmadıqda isə məhkəmə qətnaməsi əsasında verilir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə 04.N2.2020-ci il tarixdə ərizə təqdim etmiş və "X3 N dekabr N993-cü il tarixdə N nömrəli hərbi hissənin tərkibində qulluq edərkən mina partlaması nəticəsində vəfat etməsi səbəbindən ona “Şəhid ailəsi” statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09.N2.2020-ci il tarixli, 2-N(NN6)-N064/2020 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 24.N2.2020-ci il tarixli, NN35 nömrəli məktubunda qeyd edilir ki, keçmiş Qəbələ rayon Hərbi Komissarlığı tərəfindən 28.N0.N993-cü il tarixində hərbi xidmətə çağırılmış N968-ci il təvəllüdlü X3 22.N2.N993-cü il tarixdə Seyfəli təlim bazasında mərmi partlaması nəticəsində həlak olması barədə “Qəbələ rayon şöbəsi üzrə həlak olmuş, vəfat etmiş zabit, gizir, çavuş, əsgərlərin qeydiyyatı kitabı”nda (səh.-NN, sıra-83) məlumat vardır. Lakin ölümün döyüş şəraitində, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı baş verməsi barədə Cavabdeh2ndə heç bir məlumat daxil olmamışdır. Yuxarıda yazılanları nəzərə alaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5.0N.N994-cü il tarixli N0 nömrəli qərarına əsasən mərhum X8 “Şəhid” statusu verilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 374708 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının oğlu XN0 22.N2.N993cü il tarixdə Seyfəli paliqonunda mərmi partlaması zamanı vəfat etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin 24.06.2020-ci il tarixli 29/69 nömrəli sənədindən görünür ki, 30.06.N968-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş X4 atası XNN, anası İddiaçıdır. İş materiallarında olan DSMF Qəbələ rayon şöbəsinin məhkəməyə ünvanladığı NN.08.2020-ci il tarixli **********9 nömrəli məktubunda qeyd edilir ki, “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin N9 dekabr 2006-cı il tarixli 493 saylı fərmanına əsasən Prezident təqaüdünün təyin edilməsindən ötrü mərhum X3 ailə üzvləri DSMF Qəbələ rayon şöbəsinə müraciət etməmişlər və mərhuma şəhid statusunun verilməsi barədə şöbədə heç bir sənədləşmə mövcud deyil. Prezident təqaüdü təyin olunmayıb. X3 anası X5 və ailə üzvlərinə ləğv olunmuş Qəbələ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi və DSMF Qəbələ rayon şöbəsi tərəfindən şəhid ailəsinin üzvü haqqında vəsiqə verilməmişdir. Bu barədə Qəbələ rayon şöbəsində heç bir qeydiyyat kitabı, jurnalı tapılmadı. Azərbaycan Respublikası Nazirlər kabinetinin 20N5-ci il 2N sentyabr tarixli, 3NN nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları“nın 7.N3-cü maddəsinə əsasən şəhid ailəsi vəsiqəsinin qeydiyyat jurnalı idarədə saxlanma müddəti bitdiyi üçün arxivdə saxlanılmamışdır. Əhalinin Sosial Müdafiəsi Mərkəzləri və Qarabağ Müharibəsi əlilləri, veteran və şəhid ailələri ictimai birliyi tərəfindən verilmiş “səhid ailəsi üzvü vəsiqəsi şəhid ailələri üçün təsis edilmiş Prezident təqaüdünün alınması üçün hüquqi əsas yaratmır. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı N7.08.2020-ci il tarixli, 604 nömrəli məktubuna əlavə edilən mərhumun qeydiyyat kartasının təsdiq edilmiş surətində onun 22.N2.N993-cü ildə şəhid olması barədə qeyd aparılmışdır. Qeyd 374708 nömrəli ”Ölüm haqqında şəhadətnamə”yə əsasən aparılmışdır. İş materiallarında olan SQ Baş Qərargahı Təşkilat-səfərbərlik idarəsinin 22.02.202N-ci il tarixli, 20/N278 nömrəli məktubunda qeyd edilir ki, keçmiş Qəbələ RHK tərəfindən göndərilən “Azərbaycan Respublikasının süverenliyi uğrunda gedən döyüşlərdə Qəbələ rayonu üzrə şəhid olanların siyahısı”nda N968-ci il təvəllüdlü siravi X3 N nömrəli hərbi hissədə N dekabr N993-cü il tarixdə həlak olması və həmin tarixdə Qəbələ rayonu Uludaş kənd qəbiristanlığında dəfn olunması barədə məlumat vardır. Təşlilat-Səfərbərlik İdarəsində aparılan “Qaytarılmaz itkilərin elektron məlumat sistemi”ndə X3 hansı şəraitdə həlak olması barədə məlumat yoxdur. İş materiallarında olan Müdafiə Nazirliyinin 20.04.202N-ci il tarixli, 9/2-3238 nömrəli məktubuna əlavə edilən əmrlərdən görünür ki, N nömrəli hərbi hissə komandirinin N3.N2.N993-cü il tarixli N nömrəli əmri ilə sıravi XN0 N nömrəli hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilmiş və bütün təminat siyahılarına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin 23.N2.N993-cü il tarixli 0227 nömrəli əmri ilə sıravi XN0 hərbi xidməti borclarını yerinə yetirərkən mərmi partlayışı nəticəsində həlak olduğu üçün N nömrəli hərbi hissənin şəxsi heyət üzvlüyündən azad edilmiş və bütün təminat siyahılarından çıxarılmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin 08.05.202N-ci il tarixli, 9/2-3834 nömrəli məktubunda qeyd edilir ki, N №-li hərbi hissə komandirinin dekabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində X3 vəzifəsi, həlak olmasının döyüş şəraitində, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı olub-olmaması və 22.N2.N993-cü il tarixdə baş vermiş mərmi partlayışının səbəbi barədə qeydiyyat aparılmamışdır. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin 20.04.202N-ci il tarixli, 347 nömrəli məktubunun surətində N nömrəli hərbi hissənin şəxsi heyətinin Seyfəli poliqonunda olarkən 22.N2.N993-cü il tarixdə mərmi partlayışı nəticəsində Cəbrayıl rayon sakinləri olan NN nəfər hərbi qulluqçunun həlak olması və onlardan N0 nəfər hərbi qulluqçuya məhkəmə qərarları ilə “Şəhid” statusunun verilməsi qeyd edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 29 iyun 202N-ci il tarixli, 2- N(NN6)-NN5/202N nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh2nə qarşı (üçüncü şəxs: DSMF publik hüquqi şəxsin N4 saylı regional ərazi filialı) "X3 N dekabr N993-cü il tarixdə N nömrəli hərbi hissənin tərkibində qulluq edərkən mina partlaması nəticəsində vəfat etməsi səbəbindən ona “Şəhid ailəsi” statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 29 iyun 202N-ci il tarixli, 2-N(NN6)-NN5/202N nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində qeyd etmişdilər ki, o, cavabdeh Azərbaycan Respublikası Cavabdeh2nə qarşı (üçüncü şəxs: DSMF publik hüquqi şəxsin N4 saylı regional ərazi filialı) "X6 N dekabr N993-cü ildə N nömrəli hərbi hissənin tərkibində qulluq edərkən mina partlanası nəticəsində vəfat etməsi səbəbindən mənə şəhid ailəsi statusunun verilməsi üçün arayışın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi ilə Şəki inzibati Məhkəməsinə məcburetmə haqqında iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd edir ki, iddia tələbinin ilkin forması şəhid statusunun bərpa edilməsi ilə bağlı olsa da, sonradan məhkəmənin təkilifi ilə iddia tələbinin forması dəyişdirilərək arayışın verilməsi ilə bağlı olmuşdur. Təəssüflər olsun ki, Şəki İnzibati Məhkəməsinin 29 iyun 202N-ci il tarixli qərarı ilə iddai tələbi təmin edilmədən rədd edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin şikayət etdiyi qərarı əsassız, ədalətsiz olduğundan və yaranmış mübahisəni düzgün həll etmədiyindən tam ləğv edilməli və onun iddi tələbi təmin edilməlidir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum oğlu XN rayon Hərbi Komissarlığı tərəfindən müddətli hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin N3 dekabr N993-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyət üzvülüyünə qəbul edilərək bütün təminatlar siyahısına daxil edilmiş, N dekabr N993-cü ildə Seyfəli təlim bazasında hərbi xidməti borclarını yerinə yetirərkən tank mərmisinin partlaması nəticəsində həlak olmuşdur. Bundan sonra mərhum əri Qəbələ rayonunun Uludaş kəndində şəhid kimi dəfn edilmişdir. O, dəfn edilərkən həmin vaxt həm İcra Hakimiyyətinin, həm də rayon Hərbi Komissarlığının nümayəndələri dəfində rəsmi şəxslər qismində iştirak etmişlər. Sonradan ona “Şəhid" statusu, ona isə 23 iyul 2000-ci il tarixdə "Şəhid" ailəsi statusu və vəsiqə verilmişdir. O, şəhid ailəsi üzvü olaraq daha sonra "Şəhid" ailəsinə aid edilən bütün imtiyazlardan istifadə etmişdir. Bundan əlavə, vəkili və nümayəndəsi 2 ədəd məhkəmə qərarının surətlərini iddia ərizəsinə əlavə etmişdir. Belə ki, vəkili və nümayəndəsi İ.M.Mustafa tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinə informasiya sorğusu verilmiş və həmin sorğuya cavab olaraq bildirlimişdir ki, 896 saylı h/h-nin şəxsi heyəti "Seyfəli" poliqonunda olarkən N dekabr N993-cü il tarixində mərmi partlayışı nəticəsində Cəbrayıl rayon sakini olan NN nəfər hərbi qulluqçu həlak olmuşdur. "Seyfəli" poliqonunda olarkən mərmi partlaması nəticəsində həlak olmuş aşağıda adları qeyd olunan N0 hərbi qulluqçuya məhkəmə qərarları ilə "Şəhid" statusu verilmişdir. Lakin başqa bir neçə şəxsin, indiki halda onun iddiası isə təmin edilmir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 29 iyun 202N-ci il tarixli, 2-N(NN6)-NN5/202N saylı qərarı ləğv edilməsini və iddianın təmin edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 nümayəndəsi XN3 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 29 iyun 202N-ci il tarixli, 2-N(NN6)-NN5/202N nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 29 iyun 202N-ci il tarixli, 2-N(NN6)-NN5/202N nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.N-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 29 iyun 202N-ci il tarixli, 2-N(NN6)-NN5/202N nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia əsassızdır. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununun N-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, N8 yaşına çatmamış uşaqlar, N8 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş N8 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 8-ci maddəsində isə deyilir ki, bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5.0N.N994-cü il tarixli N0 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarf'nın (bundan sonra mətndə - Qaydalar) N.N-ci bəndinə əsasən, şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların N.2-ci bəndində deyilir ki, aşağıdakılar şəhid hesab edilirlər: N.2.N. N990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; N.2.2. NN dekabr N988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; N.2.3. Azərbaycan Respublikasında N988-ci ildən N990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; N.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; N.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; N.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; N.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Həmin Qaydaların 2.N -ci bəndinə əsasən, şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.N.N. arvadı (əri); 2.N.2. valideynləri; 2.N.3. N8 yaşına çatmamış uşaqları, N8 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş N8 yaşından yuxarı əlilliyi olan övladları; 2.N.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.N.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.N.6. 2.N.3 və 2.N.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Həmin Qaydaların 4.N-ci bəndinə görə, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının N994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin N6 saylı əlavəsinin N.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Qaydaların 4.2-ci bəndinə əsasən, şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.N. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir. Göründüyü kimi, şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Həlak olmuş şəxs bu kateqoriyalara uyğun olduqda, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, yaxud məhkəmə qətnaməsi, yaxud da hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu isə gizir və zabit heyəti istisna olmaqla şəhid olmuş digər hərbi qulluqçuların hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli orqanları tərəfindən verilən arayışlarla təsdiq olunur. Şəhid ailələrinə vəsiqə həmin arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir. Birinci instansiya məhkəmə düzgün olraq qeyd etmişdir ki, şərh olunan qaydaya uyğun olaraq, cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 tərəfindən İddiaçı mərhum X3 şəhid olması barədə arayış verilməsi üçün onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olması və ya itkin düşməsi, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması, itkin düşməsi, məhkəmənin qərarına əsasən ölmüş hesab edilməsi, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması və ya itkin düşməsi müəyyən edilmiş olmalıdır. Lakin iş materialları ilə bu halların heç biri müəyyən edilmir. İşdə olan sənədlər yalnız onu deməyə əsas verir ki, mərhum XN0 təlim mərkəzində hərbi xidməti borclarını yerinə yetirərkən mərmi partlaması nəticəsində həlak olmuşdur. Bu isə onun şəhid sayılması üçün kifayət etmir. Belə olan halda cavabdehin iddiaçıya tələb etdiyi arayışı vermək öhdəliyi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanusuz və əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.N və 94.N-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 iyun 202N-ci il tarixli, 2-N(NN6)-NN5/202N saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən N ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar