Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-354/2022 14.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004cü il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istifadəsi üçün ailəsinə ayrılmış 1,70 ha pay torpaq sahəsinə verilən JN-0303 kod 90307018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının elektron adlı siyahıya, Dövlət Aktlarının qeydiyyat kitabına və elektron xəritə bazasına (DWJ) işlənilməklə dövlət reyestrində qeydiyyata alınması və iddiaçıların adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2-1(116)-960/2022 nömrəli qərarından iş üzrə iddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Ağdaş Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istifadəsi üçün ailəsinə ayrılmış 1,70 ha pay torpaq sahəsinə verilən JN-0303 kod 90307018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının elektron adlı siyahıya, Dövlət Aktlarının qeydiyyat kitabına və elektron xəritə bazasına (DWJ) işlənilməklə dövlət reyestrində qeydiyyata alınması və iddiaçıların adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
2. İddia ərizəsinin əsaslarına görə, torpaq islahatı zamanı iddiaçıların istifadəsinə (X11, İddiaçı1, X10, X12, X8) Ağdaş Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-ci il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istifadəsi üçün 1,70 ha pay torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə JN:303 KOD 90307018 saylı "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. X11 ailə başçısı idi, o, xx.xx.2021-ci ildə vəfat etmiş, vərəsələri olaraq arvadı - İddiaçı1, qızları - X10, X12, X8 müəyyən olunmuşdur.
3. İddiaçılar illərdir ki, onlara verilən bu torpaq sahəsindən istifadə edir, Ağdaş rayon Qaradağlı kənd inzibati ərazi üzrə nümayəndəliyindən verilən xx.xx.2022-ci il tarixli 64 saylı arayışda göstərilmişdir ki, təsərrüfatbaşına uçot kitablarına əsasən İddiaçı1 mərhum əri X7 adına Qaradağlı kənd ərazisində 1,70 ha pay torpaq sahəsi, 0,10 ha həyətyanı torpaq sahəsi vardır. Ağdaş Rayon Qaradağlı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3 saylı arayışda da eyni məlumatlar göstərilməklə iddiaçılar tərəfindən həmin torpaq sahəsinin verildiyi vaxtdan hazıradək istifadə edildiyi qeyd edilmişdir.
4. İddiaçı1 cavabdeh orqana müraciət edərək həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
5. Cavabdeh xx.xx.2021-ci il tarixli **********15 nömrəli imtina məktubunda qeyd etmişdir ki, müraciətlə əlaqədar Ərazi İdarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsaslanaraq JN-303; KOD 90307018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı araşdırılmışdır. Məlum olmuşdur ki, Ağdaş rayonu Qaradağlı kəndinin ərazisi üzrə elektron xəritə bazasında (DWJ) JN-303 saylı torpaq sahəsi öz əksini tapmamışdır. Arxiv materiallarında şəhadətnamənin 2-ci nüsxəsi olmasına baxmayaraq, elektron adlı siyahıda və Dövlət Aktlarının qeydiyyat kitabında X7 adına JN-303 nömrəli Dövləl Aktı olması barədə məlumatlar qeyd olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən Ağdaş rayonu Qaradağlı kəndində yerləşən 1,70 ha torpaq (pay) sahəsi üzərində X7 və onun ailə üzvlərinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkünsüzdür və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur.
6. Cavabdeh xx.xx.2022-ci il tarixli **********00 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsaslanaraq JN-303; KOD 90307018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı araşdırılmışdır. Məlum olmuşdur ki, Ağdaş rayonu Qaradağlı kəndinin ərazisi üzrə elektron xəritə bazasında (DWJ) JN-303 saylı torpaq sahəsi öz əksini tapmamışdır. Arxiv materiallarında dövlət aktının 2-ci nüsxəsi olmasına baxmayaraq, elektron adlı siyahıda və Dövlət Aktlarının qeydiyyat kitabında X7 adına JN-303 nömrəli Dövlət Aktı olması barədə məlumatlar qeyd olunmamışdır.
7. Ərazi İdarəsinin arxiv qovluğunda saxlanılan JN-303 saylı dövlət aktının ikinci nüsxəsində qeyd olunan döngə nöqtə koordinatlarını X6ı üzrə məlumat bazasına daxil etdikdə həmin sahənin bələdiyyə mülkiyyəti, islahat uqodiyası şoranlıq olmaqla kənd təsərrüfatı təyinatlı, əkinə yararsız kimi göstərildiyi məlum olur.
8. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-960/2022 nömrəli qərardadı ilə Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.
10. İddiaçı1 xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdir.
11. Cavabdeh etiraz məktubunda nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 25 avqust 2022-ci il tarixli 2-1(116)-960/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
13. İddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
14. İddiaçılar apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2-1(116)-960/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. TƏRƏFLƏRİN İZAHATLARİ
15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı1 və üçüncü şəxs Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsi tərəfindən teleqram göndərilərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər.
16. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin etirazına əlavə olunmuş JN-303 kod 90307018 nömrəli Dövlət aktının surətindən görünür ki, Ağdaş rayon AİK-nın xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə 1,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11, İddiaçı1, X10, X12 və X4 verilmişdir. - Cavabdehin etirazına əlavə olunmuş 170356 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci ildə vəfat etmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********66 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2004-cü il tarixli 02 nömrəli protokolun surətindən görünür ki, Qaradağlı Bələdiyyəsinin həmin iclasında Qaradağlı kənd sakini X7 ərizəsi nəzərə alınmış, X9 5 nəfər ailə üzvü ilə birlikdə Qaradağlı Bələdiyyəsinin bölgüyə getmiş 87 nömrəli konturunun yanındakı boş qalmış sahədən pay norması daxilində pay torpağının ayrılması qərara alınmışdır. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********66 nömrəli məktubuna əlavə olunmuş ünvan 1 ünvanladığı xx.xx.2004-cü il tarixli 12 nömrəli vəsatətində qeyd olunur ki, Ağdaş rayon Qaradağlı kəndində yaşayan X1 torpaq islahatı aparılan zaman əsas siyahıda nümayəndəlik tərəfindən adı ailəsi ilə birlikdə qeyd olunmasına baxmayaraq texniki səhvdən irəli gələrək onun torpaqdan pay almaq hüququ pozulmuşdur. Odur ki, həmin ailənin ərizəsinin nəzərə alınmasını və hüququnun bərpa edilməsini, bu barədə lazımi sənədləşmə işinin aparılmasına köməklik göstərilməsi xahiş olunmuşdur. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********66 nömrəli məktubuna əlavə olunmuş Ağdaş rayon AİK-nın xx.xx.2004-cü il tarixli 1 nömrəli iclas protokolunun surətindən görünür ki, həmin iclasda Qaradağlı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 02 saylı protokolunun nəzərə alınması, Qaradağlı kənd sakini X18 (adı bu şəkildə yazılmışdır) oğlunun həyətyanı sahəsi nəzərə alınmaqla ona 5 nəfər ailə üzvü ilə birlikdə bələdiyyənin fonduna aid sahədən norma əsasında pay verilməsi qərara alınmışdır. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********20 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha sahəsi elektron məlumat bazasında mövcud olan Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasında kənd təssərrüfatı təyinatlı torpaqlar olmaqla baş kollektor ərazisində yerləşir. - Məlumat üçün bildirilir ki, elektron məlumat bazasında mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında X6 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında hazırlanmış “X6 X15”ndə olan məlumatlara əsasən İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha torpaq sahəsi kənd təssərrüfatı təyinatlı torpaqlar olmaqla əkin uqodiyalı, bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşir. İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha pay torpaq sahəsi verilən JN- 0303 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı elektron məlumat bazasında mövcud olan Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin xəritə materiallarında (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsində) göstərilməmişdir. İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha torpaq sahəsi JN-0303 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında (sxemdə) göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş yerquruluşu planı əlavə olunmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
21. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci hissəsində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində öz əksini tapmışdır: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlətqeydiyyatı qanunveric 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
25. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Ağdaş rayon AİK-nın xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə 1,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11, İddiaçı1, X10, X12 və X4 verilmişdir. xx.xx.2004-cü il tarixli 02 nömrəli protokola əsasən, Qaradağlı Bələdiyyəsinin həmin iclasında Qaradağlı kənd sakini X7 ərizəsi nəzərə alınmış, X9 5 nəfər ailə üzvü ilə birlikdə Qaradağlı Bələdiyyəsinin bölgüyə getmiş 87 nömrəli konturunun yanındakı boş qalmış sahədən pay norması daxilində pay torpağının ayrılması qərara alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********20 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha sahəsi elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu Qaradağlı Bələdiyyəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasında kənd təssərrüfatı təyinatlı torpaqlar olmaqla baş kollektor ərazisində yerləşir. Elektron məlumat bazasında mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında X6 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında hazırlanmış “X6 X15”ndə olan məlumatlara əsasən İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha torpaq sahəsi kənd təssərrüfatı təyinatlı torpaqlar olmaqla əkin uqodiyalı, bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşir. İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha pay torpaq sahəsi verilən JN-0303 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu Qaradağlı Bələdiyyəsinin xəritə materiallarında (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsində) göstərilməmişdir. İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha torpaq sahəsi JN-0303 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında (sxemdə) göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş yerquruluşu planı əlavə olunmuşdur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununun, Torpaq Məcəlləsinin, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsinə dair hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi tələbinə dair iddia qaldırılması üçün subyektiv hüquqa malik olmalarına baxmayaraq, naturada göstərilən və istifadə etdikləri 1,70 ha torpaq sahəsi JN0303 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında (sxemdə) göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Ona görə də cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
33. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004cü il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istifadəsi üçün ailəsinə ayrılmış 1,70 ha pay torpaq sahəsinə verilən JN-0303 kod 90307018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının elektron adlı siyahıya, Dövlət Aktlarının qeydiyyat kitabına və elektron xəritə bazasına (DWJ) işlənilməklə dövlət reyestrində qeydiyyata alınması və iddiaçıların adına reyestrdən çıxarış verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçıların apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ: İddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2-1(116)-960/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.