Məhkəmə qərarları › İş №2-1(107)-355/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-355/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-355/2023 24.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili VəkilN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 8 iyun 2022-ci il tarixli 2-N(NN6)- N072/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat N. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı N992-ci ilin iyul ayında hərbi xidmətə yollanmış, N0 iyul N992-ci ildən N nömrəli hərbi hissədə pulemyotçu vəzifəsində xidmətə başlamışdır. N nömrəli hərbi hissə komandirinin N6 noyabr N992-ci il tarixli, 84 nömrəli əmri ilə iddiaçı pulemyotçu vəzifəsindən azad edilərək baş atıcı vəzifəsinə təyin edilmişdir. İddiaçının xidmət etdiyi N nömrəli hərbi hissəsinin şəxsi heyəti mütəmadi olaraq müxtəlif hərbi hissələrlə birlikdə döyüş bölgəsinə ezam edilirdi. İddiaçı da həmçinin, N nömrəli hərbi hissə komandirinin N noyabr N993-cü il tarixli, 243 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin döyüş uçuşlarının təmin edilməsi üçün səhra şəraitində Beyləqan rayonu döyüş əməliyyatları bölgəsinə göndərilmişdir. Həmin gün döyüş bölgəsinə yollanmış N0 noyabr N993-cü ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. İddiaçı N0 noyabr N993-cü ildə N nömrəli hərbi hissəyə qayıtmış və hərbi hissə komandirinin N nömrəli əmri ilə qazan təminatına qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin NN iyul N996-cı il tarixli, N45 nömrəli əmri ilə iddiaçı tağım komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən tərxis olunduğu günədək iddiaçı həmin vəzifədə xidmət etmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N996-cı il tarixli, 227 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəki RHK-na göndərilmişdir. İddiaçı cavabdehə müraciət edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

3. Cavabdeh iddia tələbinə dair rəsmi münasibət (etiraz) bildirməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 8 iyun 2022-ci il tarixli 2- N(NN6)-N072/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

5. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N2 oktyabr 2022-ci il tarixli, 2- N(N07)-220/2022 nömrəli qərarı ilə (hakimlər: R.R.Rəfiyev/sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və E.Ş.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 8 iyun 2022-ci il tarixli, 2-N(NN6)-N072/2022 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 7 fevral 2023-cü il tarixli 2-N(N02)-284/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N2 oktyabr 2022-ci il tarixli, 2- N(N07)-220/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı deyildir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi arxiv arayışından və hazırkı işə baxılarkən məhkəmə tərəfindən müəyyən edilmiş hallardan onun Tərtər, Füzuli və Beyləqan rayonlarında döyüş əməliyyatlarında iştirak etməsi tam şəkildə sübuta yetirilmişdir. Onun xidmət keçdiyi N nömrəli hərbi hissənin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmaması ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsas ola bilməzdi. Çünki ən azından Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4/2-682 nömrəli məktubda onun N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 243 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin döyüş uçuşlarının təmin edilməsi üçün səhra şəraitində Beyləqan rayonu döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat öz əksini tapmışdır. Eyni zamanda bildirmişdir ki, qardaşı X4 Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, N996-cı ildə avqust ayının 23-də Ağdam rayonu istiqamətində qəhrəmancasına şəhid olmuşdur. Bu barədə anası X6 000997 nömrəli vəsiqə verilmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 8 iyun 2022-ci il tarixli 2-N(NN6)-N072/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili VəkilN apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 iyun 2022-ci il tarixli 2-N(NN6)-N072/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

9. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). N0. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Müdafiə Nazirliyi Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/3-N777 nömrəli məktubunda qeyd olunmuşdur ki, N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə iddiaçıya "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. - Müdafiə Nazirliyi Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-682 nömrəli məktubunda qeyd olunmuşdur ki, RHK-dan xidmətini davam etdirmək üçün göndərilmiş, sıravi F.A.İsmayılovun N №-li hərbi hissə komandirinin N0 iyul N992-ci il tarixli 6 №-li əmrində (əsas § 8, sıra N0, əmrdə adı və atasının adı tam yazılmamışdır, atasının adının baş hərfi “A" yazılmışdır, əmr rus əlifbası ilə yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək pulemyotçu vəzifəsinə təyin olunmuşdur. - N №-li hərbi hissə komandirinin N6 noyabr N992-ci il tarixli 84 №-li əmrilə sıravi İddiaçı (əsas: § 5, sıra 3, əmrdə adı Fizuli yazılmışdır) pulemyotçu vəzifəsindən azad edilərək baş atıcı vəzifəsinə təyin olunmuşdur. - N №-li hərbi hissə komandirinin N noyabr N993-cü il tarixli 243 №-li əmrində kiçik çavuş İddiaçı (əsas: § N2, əmrdə adı tam və atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib) N №-li hərbi hissənin döyüş uçuşlarının təmin edilməsi üçün səhra şəraitində Beyləqan rayonu döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. - N №-li hərbi hissə komandirinin N0 noyabr N993-cü il tarixli 248 №-li əmrində sıravi F.A.İsmayılovun (əsas: § 6, əmrdə adı və atasının adı tam yazılmamışdır, atasının adının baş hərfi "A" yazılmışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) Beyləqan rayonundan ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. - N №-li hərbi hissə komandirinin NN iyul N996-cı il tarixli N45 №-li əmrində manqa komandiri, çavuş İddiaçı (əsas: § 3, sıra N, əmrdə adı tam və atasının adı yazılmamışdır) tağım komandirinin müavini vəzifəsinə təyin olunması barədə məlumat vardır. - Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin N oktyabr N996-cı il tarixli 227 №-li əmrilə (əsas: § 2, əmrdə adı Fizuli yazılmışdır, vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəki RHK-ya göndərilmişdir. - İddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində həqiqi hərbi xidmət keçmişdir. Hərbi biletin 7-ci səhifəsində qeyd olunmuşdur ki, iddiaçı N992-ci ilin noyabr ayından N994-cü ilin mart ayına kimi N nömrəli hərbi hissənin tərkibində Beyləqan, Tərtər, Füzuli rayonlarında döyüş əməliyyatlarında iştirak etmişdir. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 78N nömrəli məktubuna əlavə olunmuş iddiaçının qeydiyyat kartasının təsdiq edilmiş surətində qeyd edilmişdir ki, iddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. Qeydiyyat kartasında həmçinin qeyd olunmuşdur ki, iddiaçı N992-ci ilin noyabr ayından N994-cü ilin mart ayınadək Tərtər, Füzuli və Beyləqan rayonlarında döyüş əməliyyatlarında iştirak etmişdir. - Ağdam Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli N8/2629 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı barəsində Ağdam hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. - Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli 22HP2709 nömrəli məktubunda qeyd olunmuşdur ki, N974-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Tərtər Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və araşdırma aparılmamışdır. - Füzuli Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli N6/N988 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı barəsində Füzuli Hərbi prokurorluğunda təqsirləndirici material və ya cinayət işi yoxdur. - Şəki Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən X6 verilmiş 000997 nömrəli vəsiqənin surətindən görünür ki, vəsiqəni təqdim edən şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. - İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş Şəki Şəhər İcra Hakimiyyəti başçısının “Baş Layısqı” kəndindəki Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 444 nömrəli arayışından görünür ki, İddiaçı qardaşı X4 şəhiddir.

TƏTBİQ EDİLƏN HÜQUQ

NN. İnzibati Prosessual Məcəllə: Maddə 85.N. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

N2. “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinə görə, aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

N3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci bəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd: N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi bu Əsasnamənin N-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildikdən sonra 5 (beş) iş günündən gec olmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin edirlər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçularına münasibətdə müharibə veteranı adının və vəsiqəsinin, habelə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı olmasına dair arayışın verilməsi üçün maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Vəsiqənin hazırlanması xərcləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və XN Xidmətinin və Azərbaycan Respublikası Strateji X3 Agentliyinin vəsaiti hesabına ödənilir.

N4. Azərbaycan Respublikası Prezidentinin “Veteranlar haqqında” AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” AR Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 396 nömrəli Fərmanının N.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.

N5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.N-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

Apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı əvvəlki apellyasiya icraatı zamanı qəbul edilmiş qərar qanuni və əsaslı olduğundan aşağıdakı qaydada qüvvədədir. N6. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.N-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. N7. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.N-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. N8. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in N.N, 2.N, 2.2.3 və 34.N-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.N-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. N9. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 2N. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iş materiallarına əsasən iddiaçının hərbi hissəyə daxil olması, qanuni əsaslarla ordudan tərxis olunması müəyyən olunsa da, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmədiyi aşkar edilmişdir. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli 4/3-N777 nömrəli məktubunda N nömrəli hərbi hissənin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığı qeyd olunmuşdur. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarına istinad etmiş, lakin iş materialları və arxiv arayışları ilə yuxarıda qeyd olunan tarixlərdə iddiaçının hərbi hissəyə daxil olması və onun qanuni əsaslarla ordudan tərxis olunması görünsə də, onun xidmət etdiyi hərbi hissənin aktiv döyüş əməliyyatlarına cəlb olunmadığı aşkar edilmişdir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətində iş üzrə göstərilən dəlillər əsaslıdır. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 7 fevral 2023-cü il tarixli 2-N(N02)-284/2023 nömrəli qərarındakı göstərişlərə əsasən İddiaçı hər hansı döyüşən hərbi hissəyə ezam olunub-olunmadığının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivin rəisi Rəşad Qənbərovun 8 iyun 2023-cü il tarixli 4/2-3NN0 nömrəli mətubunda göstərilmişdir: “Sizin xx.xx.2023-cü il tarixli 3-25-NN/2-2602/23 No-İi məktubunuza (Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-N(N07)-355/2023 No-İi məktubuna əsasən) cavab olaraq bildiririk ki, rayon hərbi komissarlığından xidmətini davam etdirmək üçün göndərilmiş, sıravi «Ф.А.Исмаилов»un N Ne-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 6 NQ-li əmrində (əsas: §-8, sıra-N0, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla salınaraq pulemyotçu vəzifəsinə təyin olunmuşdur. N No-İi hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 84 No-İi əmrilə (əsas: §-5, sıra-3, əmrdə adı “Fizuli” yazılmışdır) sıravi X5 pulemyotçu vəzifəsindən azad edilərək baş atıcı vəzifəsinə təyin olunmuşdur. N No-İi hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 243 No-İi əmrində (əsas: §- N2, əmrdə adı tam və atasının adı yazılmamışdır, vəzifəsi göstərilməmişdir) kiçik çavuş İddiaçı N Nq-İİ hərbi hissənin döyüş uçuşlarının təmin edilməsi üçün səhra şəraitində Beyləqan rayonu döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. N No-İi hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 248 No-li əmrində (əsas: §-6, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməmişdir, əmr rus əlifbası ilə yazılmışdır) sıravi «Ф.А.Исмаилов»un Beyləqan rayonundan ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. N No-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 86 No-li əmrində (əsas: §-N, səh-70, sıra-N, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “çavuş” yazılmışdır, əmr rus əlifbası ilə yazılmışdır) çavuş «Ф.А.Исмаилов»un N0 (on) gün müddətinə, xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatları bölgəsinə, Tərtərə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N No-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 94 No-li əmrində (əsas: §-8, səh-77, sıra-5, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi "çavuş” yazılmışdır, əmr rus əlifbası ilə yazılmışdır) çavuş «Ф.А.Исмаилов»un döyüş əməliyyatları bölgəsindəki ezamiyyət müddətinin xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək, N0 (on) gün müddətinə uzadılması barədə məlumat vardır. N No-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N0N Nö-li əmrində (əsas: §-2, səh-82, sıra-N, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi "çavuş” yazılmışdır, əmr rus əlifbası ilə yazılmışdır) çavuş «Ф.А.Исмаилов»un xx.xx.N994-cü il tarixdən ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. N No-İi hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N45 No-li əmrində (əsas: §-3, sıra-N, əmrdə adı tam və atasının adı yazılmamışdır) manqa komandiri, çavuş İddiaçı tağım komandirinin müavini vəzifəsinə təyin olunması barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən, çavuş X5 Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğundan N N°-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 227 Ns-li əmrilə (əsas: §-2, əmrdə adı "Fizuli” yazılmışdır, vəzifəsi göstərilməmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəki RHK-na göndərilmişdir.”

23. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə müraciət edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin Müdafiə Nazirliyi Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/3-N777 nömrəli məktubu ilə N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə iddiaçıya "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı RHK-dan xidmətini davam etdirmək üçün göndərilmiş, sıravi F.A.İsmayılovun N №-li hərbi hissə komandirinin N0 iyul N992-ci il tarixli 6 №-li əmrində (əsas § 8, sıra N0, əmrdə adı və atasının adı tam yazılmamışdır, atasının adının baş hərfi “A" yazılmışdır, əmr rus əlifbası ilə yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək pulemyotçu vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N6 noyabr N992-ci il tarixli 84 №-li əmrilə sıravi İddiaçı (əsas: § 5, sıra 3, əmrdə adı Fizuli yazılmışdır) pulemyotçu vəzifəsindən azad edilərək baş atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N noyabr N993-cü il tarixli 243 №-li əmrində kiçik çavuş İddiaçı (əsas: § N2, əmrdə adı tam və atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib) N №-li hərbi hissənin döyüş uçuşlarının təmin edilməsi üçün səhra şəraitində Beyləqan rayonu döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N0 noyabr N993-cü il tarixli 248 №-li əmrində sıravi F.A.İsmayılovun (əsas: § 6, əmrdə adı və atasının adı tam yazılmamışdır, atasının adının baş hərfi "A" yazılmışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) Beyləqan rayonundan ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin NN iyul N996-cı il tarixli N45 №-li əmrində manqa komandiri, çavuş İddiaçı (əsas: § 3, sıra N, əmrdə adı tam və atasının adı yazılmamışdır) tağım komandirinin müavini vəzifəsinə təyin olunması barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996cı il tarixli müvafiq əmrinə əsasən çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin N oktyabr N996-cı il tarixli 227 №-li əmrilə (əsas: § 2, əmrdə adı Fizuli yazılmışdır, vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəki RHK-ya göndərilmişdir. İddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində həqiqi hərbi xidmət keçmişdir. Hərbi biletin 7ci səhifəsində qeyd olunmuşdur ki, iddiaçı N992-ci ilin noyabr ayından N994-cü ilin mart ayına kimi N nömrəli hərbi hissənin tərkibində Beyləqan, Tərtər, Füzuli rayonlarında döyüş əməliyyatlarında iştirak etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 78N nömrəli məktubuna əlavə olunmuş iddiaçının qeydiyyat kartasının təsdiq edilmiş surətində qeyd edilmişdir ki, iddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. Qeydiyyat kartasında həmçinin qeyd olunmuşdur ki, iddiaçı N992-ci ilin noyabr ayından N994-cü ilin mart ayınadək Tərtər, Füzuli və Beyləqan rayonlarında döyüş əməliyyatlarında iştirak etmişdir. Şəki Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən X6 verilmiş 000997 nömrəli vəsiqənin surətindən görünür ki, vəsiqəni təqdim edən şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş Şəki Şəhər İcra Hakimiyyəti başçısının “Baş Layısqı” kəndindəki Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 444 nömrəli arayışından görünür ki, İddiaçı qardaşı X4 şəhiddir.

24. Yuxarıda qeyd olunan hallarla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, qanunu düzgün təfsir etməmiş, mübahisənin maddi və prossesual hüquqi əsaslarını araşdırmadan düzgün nəticəyə gəlməmişdir.

25. Belə ki, RHK-dan xidmətini davam etdirmək üçün göndərilmiş, sıravi İddiaçı şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək pulemyotçu vəzifəsinə təyin olunmuş, daha sonra pulemyotçu vəzifəsindən azad edilərək baş atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N noyabr N993-cü il tarixli 243 №-li əmrində kiçik çavuş İddiaçı N №-li hərbi hissənin döyüş uçuşlarının təmin edilməsi üçün səhra şəraitində Beyləqan rayonu döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır.

26. Birinci instansiya məhkəməsi iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmədiyini əsas gətirsə də iş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 78N nömrəli məktubuna əlavə olunmuş iddiaçının qeydiyyat kartasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı N992-ci ilin noyabr ayından N994-cü ilin mart ayına kimi N nömrəli hərbi hissənin tərkibində Beyləqan, Tərtər, Füzuli rayonlarında döyüş əməliyyatlarında iştirak etmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinasının əsası kimi iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini göstərsə belə xidmət etdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməməsini göstərməsi onun hüquqlarının pozulmasına gətirib çıxarır.

28. Yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməkklə düzgün nəticəyə gəlməmişdir.

29. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, qardaşı X4 Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, N996cı ildə avqust ayının 23-də Ağdam rayonu istiqamətində qəhrəmancasına şəhid olmuşdur. Bu barədə anası X6 000997 nömrəli vəsiqə verilmişdir.

30. İşdə olan Şəki Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən X6 verilmiş 000997 nömrəli vəsiqənin surətindən görünür ki, vəsiqəni təqdim edən şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Həmçinin, iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş Şəki Şəhər İcra Hakimiyyəti başçısının “Baş Layısqı” kəndindəki nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 444 nömrəli arayışından görünür ki, İddiaçı qardaşı X4 şəhiddir. 3N. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmalıdır. Apellyasiya şikayəti təmin edilməlidir.

32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.N və 94.N-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 8 iyun 2022-ci il tarixli 2-N(NN6)-N072/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən N ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar