Məhkəmə qərarları › İş №2-1(107)-356/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-356/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-356/2025 12.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X4 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin N6 mart 2N25-ci il tarixli 2-1(116)-216/2N25 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 27 sentyabr 2N23-cü il tarixdən 1N noyabr 2N23-cü il tarixədək N saylı hərbi hissəsinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi ərazilərində və Ağcakənd yaşayış məntəqəsinin “Sibir-Kəpəz” yüksəkliklərində gedən döyüş əməliyyatlarında iştirak etdiyindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə təqdim edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2N25-ci il tarixli iclas protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N2 iyul 2N1N-cu ildən N1 yanvar 2N12-ci ilədək Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 21 sentyabr 2N2N-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən səfərbərlik yolu ilə hərbi xidmətə cəlb edilmiş və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təhvil verilmişdir. 27 sentyabr 2N2N-ci ildən 1N noyabr 2N2N-ci ilədək, yəni döyüş əməliyyatları aparılan zaman Tərtər rayonunun Talış kəndi, Suqovuşan qəsəbəsi və Ağcakənd yaşayış məntəqəsinin “Sibir-Kəpəz” yüksəkliklərində N saylı hərbi hissənin cərrahiyyə bölməsində tibb qardaşı kimi yaralılara yerində ilkin tibbi yardım göstərmiş və təxliyyəsini həyata keçirmişdir. 26 dekabr 2N2N-ci il tarixdə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılması hərbi hissə komandirinin N saylı xx.xx.2N23-cü il tarixli, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2N23-cü il tarixli, 461 saylı arayışlarla və hərbi biletinin 13 (Müharibə dövründə hərbi xidmətin keçilməsi) və 14-cü (Döyüşlərdə, döyüş yürüşlərində, partizan dəstələrində və xüsusi taborlarda iştirak) bəndlərində aparılmış qeydlərlə təsdiq olunur. - Səfərbərlik xətti ilə xx.xx.2N2N-ci ildən xx.xx.2N2N-ci ilədək hərbi xidmətdə olduğu dövrdə cinayət məsuliyyətinə cəlb olunmamış, barəsində hər hansı təqsirləndirici material olmamışdır və bununla bağlı barəsində əfv və ya amnistiya aktı tətbiq edilməmişdir. Lakin bütün bunlara baxmayaraq, adı müharibə veteranları siyahısına salınmamış cavabdeh inzibati orqan tərəfindən ona müharibə veteranı və vəsiqəsi verilməmişdir. Buna görə də o, müharibə veteranı adının və vəsiqənin verilməsi üçün müxtəlif səlahiyyətli orqanlara, o cümlədən də cavabdeh inzibati orqana müraciət etmiş və bununla əlaqədar tələb olunan sənədləri müraciətinə əlavə etmişdir. - Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2N23-cü il tarixli, 2/2-12118 saylı məktubu ilə ona bildirmişdir ki, onun müraciətinə əlavə olunmuş sənədlərlə birlikdə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqənin verilməsi üzrə komissiya”da baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş sənədlərə əsasən döyüş əməliyyatları aparılan dövrdə (27 sentyabr 2N2N-ci il tarixdən 1N noyabr 2N2N-ci il tarixədək) xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona ‘'Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Ona görə də, o cavabdeh inzibati orqana qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı barəsində təqdim olunmuş arayış-məlumata əsasən onun döyüş əməliyyatları aparılan dövrdə (27 sentyabr 2N2N-ci il tarixdən 1N noyabr 2N2N-ci il tarixədək) xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yerin ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyi Katibliyinin xx.xx.2N23cü il tarixli 2/2-12118 nömrəli məktubu, - SHXÇDX-nin Ağdaş rayon şöbəsinin xx.xx.2N23-cü il tarixli 461 nömrəli arayışı, - AO ******* saylı hərbi biletin təsdiq edilmiş surəti, - SHXÇDX-nin Ağdaş rayon şöbəsinin xx.xx.2N24-cü il tarixli 3-43-3/2-3N4/2N24 nömrəli məktubu, - N saylı hərbi hissənin xx.xx.2N2N-ci il tarixli 27N, xx.xx.2N2N-ci il tarixli 276, xx.xx.2N2N-ci il tarixli 369 nömrəli əmrdən çıxarışı, - “Ağdam” hərbi hospitalı rəisinin xx.xx.2N2N-ci il tarixli N34 nömrəli əmrindən çıxarışı, - N saylı hərbi hissənin xx.xx.2N25-ci il tarixli 7 nömrəli arayışı, - tibbi təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçu barədə arayış-məlumat.

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) N6 mart 2N25-ci il tarixli 2- 1(116)-216/2N25 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı, xx.xx.2N2N-ci il tarixdə N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və cərrahiyə bölməsinin tibb qardaşı vəzifəsinə təyin edilmiş, xx.xx.2N2N-ci il tarixdə şəxsi heyətin siyahısından çıxarılmışdır. xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi ona məxsus AO ******* nömrəli hərbi biletdə icra edilmiş qeydlərlə, habelə Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi ərazilərində və Ağcakənd yaşayış məntəqəsinin “Sibir-Kəpəz” yüksəkliklərində yaralılara yerində ilkin tibbi yardım göstərməsi, təxliyyəsini həyata keçirməsi, döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi ilə bağlı Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş arayışlarla öz təsdiqini tapır. Cavabdeh orqanın etirazının dəlili döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların tibbi təminatı üzrə tapşırıqların yerinə yetirmiş hərbi qulluqçular barədə arayış-məlumatda onun döyüş əməliyyatları aparılan dövrdə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi yerin ərazi meyarlarına uyğun gəlməməsi ilə bağlıdır. Belə ki, həmin sənəddə hərbi hissə komandirinin xx.xx.2N2N-ci il tarixli, N34 №-li əmri ilə iddiaçının tibbi təminat üzrə tapşırıqlar ilə bağlı fəaliyyətə cəlb olunması, iştirak etdiyi ərazilərin Tərtər rayonu Talış kəndi və Suqovuşan kəndləri olması, N56 №-li hərbi cərrahiyə hospitalının tərkibində xidmət edərkən Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi ərazilərində və Ağcakənd yaşayış məntəqəsinin “Sibir-Kəpəz” yüksəklikləri ərazilərində gedən döyüş əməliyyatlarında ağır yaralanan hərbi qulluqçulara ilkin tibbi yardım göstərilməsində, həmçinin ağır yaralıların digər xəstəxanalara və hospitallara təxliyyə olunmasının həyata keçirilməsində fəal iştirak etməsi, döyüş təminatı üzrə tapşırıqları yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilmişdir. - Həmçinin iş materiallarında olan “Ağdam” Hərbi Hospitalı rəisinin xx.xx.2N2N-ci il tarixli, N34 №-li əmrində “Ağdam” hərbi hospitalının 1-ci Ordu Korpusunun müdafiə zolağında döyüş tapşırıqlarının yerinə yetirilməsi, hospitalın şəxsi heyəti tərəfindən tibbi təminatın təşkili və gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən əks-həmlə əməliyyatları zamanı döyüş tapşırıqlarını yerinə yetirən hərbi qulluqçuların adlı siyahısında 38 sıra sayında iddiaçının adı qeyd edilmişdir. Tədqiq edilmiş sənədlərlə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən əks-həmlə əməliyyatları zamanı N56 №-li hərbi cərrahiyə hospitalının tərkbində Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi ərazilərində və Ağcakənd yaşayış məntəqəsinin “Sibir-Kəpəz” yüksəklikləri ərazilərində döyüş əməliyyatların tibbi təminat növü üzrə tapşırıqların yerinə yetirilməsinə iştirakı öz təsdiqini tapır. Sadalanan ərazilər Əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilər meyarına uyğun gəldiyindən məhkəmə hesab etmişdir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

9. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin N6 mart 2N25-ci il tarixli 2-1(116)-216/2N25 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

1N. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual normaların ciddi pozuntularına yol verilməklə qərar qəbul edilmişdir. Qeyd olunan iddianın təmin edilməsinə dair qərar əsassızdır. Aşağıda qeyd edilmiş hallara və hüquq normalarına əsasən ləğv olunmalıdır. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı" adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından isə görünür ki, iddiaçı 27 sentyabr 2N2N-ci il tarixdən 1N noyabr 2N2N-ci il tarixədək “Vətən müharibəsi"ndə N56 nömrəli hərbi hissənin cərrahiyyə bölməsinin tərkibində, Ağcabədi rayonunun Sarıcalı kəndində yaralı hərbi qulluqçulara ilkin tibbi yardım göstərilməsi, həmçinin ağır yaralıların digər xəstəxanalara və hospitallara təxliyyə olunmasının həyata keçirilməsində fəal iştirak etmiş və döyüş təminatı üzrə tapşırıqları yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla yanaşı, iddiaçı döyüş əməliyyatları aparılan zaman 27 sentyabr 2N2N-ci il tarixindən 1N noyabr 2N2N-ci il tarixədək N56 nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Ağcabədi rayonu. Sarıcalı kəndində) tibbi yardım, yəni tibbi təminat üzrə tapşırıqları yerinə yetirmişdir. N56 nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş arayışda iddiaçının döyüş əməliyyatları zamanı 27 sentyabr 2N2N-ci il tarixdən 1N noyabr 2N2N-ci il tarixədək Tərtər rayonunun Talış kəndi, Suqovuşan qəsəbəsi və Ağcakənd yaşayış məntəqəsinin Sibir-Kəpəz” yüksəkliklərində yaralılara yerində ilkin tibbi yardım göstərməsi və təxliyyəsini həyata keçirməsi qeyd olunsa da, sözügedən fəaliyyətlər hərbi hissənin müvafiq əmrləri ilə təsdiq olunmur. - İddiaçının adına tərtib edilmiş arayış-məlumatda iddiaçı N56 nömrəli hərbi hissənin cərrahiyyə bölməsinin tərkibində, Ağcabədi rayonunun Sarıcalı kəndində yaralı hərbi qulluqçulara ilkin tibbi yardım göstərilməsində, həmçinin ağır yaralıların digər xəstəxanalara və hospitallara təxliyyə olunmasının həyata keçirilməsində fəal iştirak etmiş, döyüş təminatı üzrə tapşırıqları yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etdiyi qeyd edilmişdir. Belə ki, iş materialında olan sənədlərdə (hərbi hissə komandirinin əmrdən çıxarışları, arayış-məlumat və s) iddiaçının döyüş əməliyyatları aparılan zaman Tərtər rayonunun Talış kəndi, Suqovuşan qəsəbəsi və Ağcakənd yaşayış məntəqəsinin Sibir- Kəpəz yüksəkliklərində yaralılara yerində ilk tibbi yardım göstərməsi üçün ezam olunmasına dair heç bir sənəd aşkar edilməmiş, arayışda qeyd edilən həmin qeyd isə arayış-məlumatda göstərilməmişdir. - Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı döyüş əməliyyatları zamanı N56 nömrəli hərbi hissədə xidmətdə olarkən xəstə və yaralıların qəbul olunub çeşidlənməsində və siyahıya alınmasında fəal iştirak edərək öz xidməti vəzifələrini yerinə yetirmişdir. İddianın təmin olunmasında məhkəmənin istinad etdiyi N56 nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş 5 avqust 2N23-cü il tarixli 257 nömrəli arayışda iddiaçının döyüş əməliyyatları aparılan zaman Tərtər rayonunun Talış kəndi, Suqovuşan qəsəbəsi və Ağcakənd yaşayış məntəqəsinin “Sibir-Kəpəz” yüksəkliklərində N saylı hərbi hissənin cərrahiyyə bölməsində tibb qardaşı kimi yaralılara yerində ilkin tibbi yardım göstərdiyi qeyd edilsə də, bu müvafiq sənədlərlə sübut olunmur. Lakin iddiaçının ilk tibbi yardım göstərməsi üçün həmin ərazilərə ezam olunması və N56 nömrəli hərbi hissənin qazan təminatından çıxarılmasına dair heç bir sənəd aşkar edilmədiyindən həmin arayış mötəbər hesab edilə bilməz. Qeyd edilənlərdən görünür ki, iddiaçı həmin ərazilərdə olmamış, yalnız xidmət etdiyi N56 nömrəli hərbi hissədə yaralıların qeydiyyat işlərini apararaq xidməti vəzifələrini yerinə yetirmişdir. İddiaçının isə bilavasitə döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlərlə təsdiq edilmir. Göründüyü kimi iddiaçının həmin ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı bir nizami hissə üzrə əmrlə təsdiq olunmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin N6 mart 2N25-ci il tarixli 2- 1(116)-216/2N25 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

14. İnzibati Prosessual Məcəllə: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3N gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 1N gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 3N gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

15. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

16. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (2N24-cü il 28 fevral tarixli, 11N №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə) müddəalarına əsasən: ... Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... (1N-cu abzas) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N2N-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (11-ci abzas) 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. ... Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, ... Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2N18-ci il tarixli 422 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N18-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3N dekabr 2N21-ci il tarixli 42N nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. 2N. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.N.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.N.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.2. Qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

Apellyasiya şikayətinin mümkünlüyü

21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 3N gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

29. Yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 3N. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı yalnız xidmət etdiyi N56 nömrəli hərbi hissədə yaralıların qeydiyyat işlərini apararaq xidməti vəzifələrini yerinə yetirmişdir. İddiaçının bilavasitə döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlərlə təsdiq edilmir. Onun tibbi təminat üzrə fəaliyyətləri hərbi hissənin müvafiq əmrləri ilə təsdiq olunmur. İlk tibbi yardım göstərməsi üçün ezam olunmasına dair heç bir sənəd aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının həmin ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı bir nizami hissə üzrə əmrlə təsdiq olunmamışdır.

31. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2N2N-ci il tarixdə N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və cərrahiyə bölməsinin tibb qardaşı vəzifəsinə təyin edilmiş, xx.xx.2N2N-ci il tarixdə şəxsi heyətin siyahısından çıxarılmışdır. xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi ona məxsus AO ******* nömrəli hərbi biletdə icra edilmiş qeydlərlə, habelə Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi ərazilərində və Ağcakənd yaşayış məntəqəsinin “Sibir-Kəpəz” yüksəkliklərində yaralılara yerində ilkin tibbi yardım göstərməsi, təxliyyəsini həyata keçirməsi, döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş nizami hissə üzrə əmrlərlə və arayışlarla öz təsdiqini tapır.

32. Belə ki, hərbi hissə komandirinin xx.xx.2N2N-ci il tarixli, N34 №-li əmri ilə iddiaçının tibbi təminat üzrə tapşırıqlar ilə bağlı fəaliyyətə cəlb olunması, iştirak etdiyi ərazilərin Tərtər rayonu Talış kəndi və Suqovuşan kəndləri olması, N56 №-li hərbi cərrahiyə hospitalının tərkbində xidmət edərkən Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi ərazilərində və Ağcakənd yaşayış məntəqəsinin “Sibir-Kəpəz” yüksəklikləri ərazilərində gedən döyüş əməliyyatlarında ağır yaralanan hərbi qulluqçulara ilkin tibbi yardım göstərilməsində, həmçinin ağır yaralıların digər xəstəxanlara və hospitallara təxliyyə olunmasının həyata keçirilməsində fəal iştirak etməsi, döyüş təminatı üzrə tapşırıqları yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilmişdir. Həmçinin iş materiallarında olan “Ağdam” Hərbi Hospitalı rəisinin xx.xx.2N2N-ci il tarixli, N34 №-li əmrində “Ağdam” hərbi hospitalının 1-ci Ordu Korpusunun müdafiə zolağında döyüş tapşırıqlarının yerinə yetirilməsi, hospitalın şəxsi heyəti tərəfindən tibbi təminatın təşkili və gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən əks-həmlə əməliyyatları zamanı döyüş tapşırıqlarını yerinə yetirən hərbi qulluqçuların adlı siyahısında 38 sıra sayında iddiaçının adı qeyd edilmişdir.

33. İşdə olan iddiaçıya məxsus AO1167686 saylı hərbi biletin 6 və 7-ci səhifələrində iddiaçının xx.xx.2N2N-ci il tarixdən - xx.xx.2N2N-ci il tarixədək Vətən müharibəsində iştirak etməsi barədə və 27 sentyabr 2N2N-ci il tarixdən 1N noyabr 2N2N-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydlər icra edilmiş, həmin qeydlər N56 nömrəli hərbi hissənin komandirinin imzası və hərbi hissənin möhürü ilə təsdiq edilmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki qərarın 17-ci bəndində qeyd edilən Əsasnaməyə əsasən mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da əgər o döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdursa ona müharibə veteranı verilir.

35. Həmçinin müvafiq Əsasnamədə qeyd edilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

36. Göründüyü kimi, iş materialları ilə təsdiq olunur ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissəyə tibbi təminat ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğundan hazırkı qərarın 17-ci bəndində göstərilən şəxslərin dairəsinə aiddir.

37. Beləliklə, işdə olan sənədlərlə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən əks-həmlə əməliyyatları zamanı N56 №-li hərbi cərrahiyə hospitalının tərkibində Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi ərazilərində və Ağcakənd yaşayış məntəqəsinin “Sibir-Kəpəz” yüksəklikləri ərazilərində döyüş əməliyyatlarının tibbi təminat növü üzrə tapşırıqların yerinə yetirilməsində iştirakı öz təsdiqini tapır.

38. İşin müəyyən edilən hallarından göründüyü kimi iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina edilməsi üçün hazırkı qərarda istinad olunan maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamışdır.

39. «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N2N-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 4N. Göründüyü kimi, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər və mülki şəxslər də müharibə veteranı hesab edilirlər.

41. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın qeyd etdiyi dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas olmamışdır.

42. Bundan başqa, öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilsə də, cavabdeh orqan iddiaçıya ““müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

44. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində iş üzrə göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 9N.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin N6 mart 2N25-ci il tarixli 2-1(116)-216/2N25 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 3N (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar